Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1557/2025 17.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27640 ABŞ dolları pul vəsaitinin (ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun), tərəfindən ödənilmiş 231 manat dövlət rüsumunun və vəkilə ödədiyi 300 manat pul məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti MPM-nin tələblərinə cavab vermədiyindən və qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır. İddiaçı ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. O, qətnamədən elektron qaydada apellyasiya şikayəti də vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 nömrəli qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 921/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Məlahət Abbasova). İddiaçı nümayəndəsi və vəkili Qasımov X7 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması, əks halda (həmçinin şikayət təmin olunacağı halda) sənədlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən iddianın rədd olunması barədə 2(012)-921/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti tələb olunan formada verilmədiyi və dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə tərəfindən haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə 2(012)-921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Bundan sonra apellyasiya şikayəti qərardadda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət olunmuş, lakin artıq apellyasiya şikayətinin verilmə müddəti üzrlü səbəbdən olsa da ötürülmüşdür. Ölkədə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədini daşıyan və məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsini təşkil edən Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s. prinsiplərə dönmədən riayət edilməsinin təmin edilməsinə yönəlmişdir. Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi həm də sahibkarların hüquqlarının etibarlı müdafiəsi üçün zəruridir. Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normalarin həddən artiq formal tətbiqi ilə ərizəçinin məhkəməyə miraciət etmək hüququna qeyrimütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsini pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X2rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X8 hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu, - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması, - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». (Konstitutsiya Məhkəməsinin Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair 29 iyun 2007-ci il tarixli qərarı). Abşeron Rayon Məhkəməsinin 2(012)-921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Əsas kimi şikayət verilməsi üçün müddətin keçməsi qeyd edilir. Bununla əlaqədar olaraq bildirirlər ki, həmin qətnamədən iddiaçı tərəfindən vaxtında, yəni xx.xx.2025-ci ildə apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti tələb olunan formada verilmədiyi və dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə tərəfindən apellyasiya şikayətinin geri qaytarılması barədə 2(012)-921/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Bundan sonra apellyasiya şikayəti qərardadda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət olunmuş, lakin artıq apellyasiya şikayətinin verilmə müddəti üzrlü səbəbdən olsa da ötürülmüşdür. Yəni şikayətin birinci dəfə vaxtında verildiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qeyd etmək istəyirlər ki, iddiaçı həmin müddət ərzində Azərbaycanda olmamışdır. Konstitusiyanın 25-ci maddəsinin 1-ci bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Çox təəssüf ki, ərizəyə baxan Abşeron Rayon Məhkəməsi tərəfindan Konstitusiyanın bu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən daha çox cavabdehin mənafeyini müdafiə edən bir qərardad qəbul edilmişdir. MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Abşeron Rayon Məhkəməsi tərəfindən bu maddənin tələbləri pozulmuş və iddiaçının iddia müddətinin üzrlü səbəbdən buraxması nəzərə alınmamış, cavabdehin mənafeyini müdafiə edən bir qərardad qəbul edilmişdir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-in 269.1- ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasəm əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-921/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1557/2025 nömrəli qərardadı ilə şikayətin baxılması mümkün hesab edilərək yazılı icraatda baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1557/2025 nömrəli qərardadı ilə şikayət üzrə işə şifahi icraat qaydasında baxılması və işin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə, müvafiq olaraq İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Beləliklə, iddiaçı tərəfin apellyasiya şikayəti vermə müddətinin axımı həmin, yəni xx.xx.2025-ci il tarixdən başlamışdır. İddiaçı qeyd olunan qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti versə də, apellyasiya şikayəti MPM-nin tələblərinə cavab vermədiyindən və qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə sözügedən qətnamədən yenə apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Lakin sonuncu ərizədə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü hesab olunması üçün əsasları və buna dair hər hansı sübutu təqdim etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi haqqında düzgün nəticəyə gəlmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-921/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1557/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1557/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver