Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1559/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə (hakim R.T.Həsənov) Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)- 1439/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Cavabdeh 3500 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)- 1439/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Ş.B,Əzməmmədovdan 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh göstərilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1439/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ondan 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-1439/2020 saylı qərardadı ilə apellyasiya şikayəti imzalanmadıgı üçün geri qaytarılmışdır. Həmin qərardadı o, xx xxxxxx 2021-ci il tarixdə almışdır. Belə ki, o məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin unutdugu üçün apellyasiya şikayətini imzalamamışdır. Hazırda apellyasiya şikayətini imzalayaraq şikayətini məhkəməyə vermək istəyir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verdiyi zaman qanunla müəyyən edilmiş qaydada prosessual müddət buraxılmamışdır. Lakin məhkəmə bunu nəzərə almamışdır. Quba Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli 2(027)-1439/2020 saylı qərardadını ləğv etməklə, müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh şikayəti müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1439/2020 saylı qətnaməsini qəbzə imza etməklə xx xxxxxx 2020ci il tarixdə almışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti imzalanmadıgından geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətini imzalamaqla Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1439/2020 saylı qətnaməsindən xx xxxxxx 2021-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)- 1439/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etsə də, müddətin buraxılmasının üzürlü səbəbləri barədə məhkəməyə sübut etməmişdir. Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 360-jı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məjəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə apellyasiya şikayətinin vaxtında verilməsi barədə gətirdiyi dəlili qəbul etmir və birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq edilməsini hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2021-ci il tarixli 2(027)-1439/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1559/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1559/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver