Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-156/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2443/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2443/2019 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia təmin edilib, «X5 Edilməsi Agentliyi» MMC-nin xeyrinə Cavabdeh 17215.19 (on yeddi min iki yüz on beş dollar on doqquz sent) ABŞ dolları əsas, 4226.85 (dörd min iki yüz iyirmi altı dollar səksən beş sent) ABŞ dolları faiz borcu olmaqla qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21442.04 (iyirmi bir min dörd yüz qırx iki dollar dörd sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40” minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsait hesabına 21442.04 (iyirmi bir min dörd yüz qırx dollar on beş sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin «X5 Edilməsi Agentliyi» MMC-yə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi və satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-2443/2019 saylı qərardadı ilə iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2443/2019 saylı qətnaməsində yalnışlıq aradan qaldırılmış, qətnamədə iddiaçı qismində «X5 Edilməsi Agentliyi» MMC əvəzinə İddiaçı QSC – onun adından çıxış edən törəmə müəsissəsi olan “X5 Edilməsi Agentliyi” MMC, həmçinin qətnamənin qət etdi hissəsində ikinci və üçüncü abzsta olan “X5 Edilməsi Agentliyi” MMC əvəzinə İddiaçı QSC kimi oxunması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2443/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 15 iyul, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası MM-nin 194-cü maddəsinə uyğun olaraq «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə «xxxx» ASC-nin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC və «X5 Edilməsi Agentliyi» MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X5 Edilməsi Agentliyi» MMC həyata keçirir. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC ilə «xxxx» ASC arasında S-AVK- 1901 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən «X5 Edilməsi Agentliyi» MMC-yə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx xxxx 2013-cü il tarixli, 01103 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 48 ay müddətinə 28 480 (iyirmi səkkiz min dörd yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40 minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi–qara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 093634 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 17 215.19 (on yeddi min iki yüz on beş dollar on doqquz sent) ABŞ dolları, faiz üzrə 4226.85 (dörd min iki yüz iyirmi altı dollar səksən beş sent) ABŞ dolları olmaqla, cəmi 21 442.04 (iyirmi bir min dörd yüz qırx iki dollar dörd sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Ona görə də, Cavabdeh əsas borc üzrə 17215.19 ABŞ dolları, faiz üzrə 4226.85 ABŞ dolları olmaqla, cəmi 21442.04 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, İddiaçı QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40” minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi –qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında onun iştirakı təmin olunmamış, keçirilmiş məhkəmə iclasları barədə ona məlumat verilməmişdir. Digər tərəfdən süzügedən kerdit müqaviləsi üzrə onun tərəfindən aparılmış ödənişlər olunmamışdır. Edilmiş ödənişlər bank əməkdaşları tərəfindən müddət axımının bərpa edilməsi məqsədi ilə edilmişdir. Bununla bağlı edilmiş ödənişlər üzrə mədaxil qəzblərindəki imza nümunələri araşdırılmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi E.Ə.Əskərov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan «xxxx» ASC-nin Sənaye filialı və borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 01103 saylı kredit müqaviləsindən (avtomobillərin alınması üçün) görünür ki, həmin müqaviləyə əsasən Bank, borcalan Cavabdeh avtomobil alınması məqsədilə illik 18% tətbiq edilməklə, 48 ay müddətinə 28.480 (iyirmi səkkiz min dörd yüz səksən) ABŞ dolları məbləğində kredit verməyi və borc alan müqavilənin 2.2. bəndinə əsasən müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il tarixinədək, 11676.80 ABŞ dolları əsas, 40156.80 ABŞ dolları faiz, ümumilikdə 28480.00 ABŞ dolları borc məbləğindən, hər ay banka 836.60 ABŞ dolları ödəməklə qaytarmalıdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə iddiaçıya olan əsas borcu 17 215.19 (on yeddi min iki yüz on beş dollar on doqquz sent) ABŞ dolları, faiz borcu 4226.85 (dörd min iki yüz iyirmi altı dollar səksən beş sent) ABŞ dolları olmaqla, cəmi 21 442.04 (iyirmi bir min dörd yüz qırx iki dollar dörd sent) ABŞ dolları təşkil edir. xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 28 480 (iyirmi səkkiz min dörd yüz səksən) ABŞ dolları məbləğində krediti xx.xx.2013-cü il tarixdə «xxxx» ASC-dən imza edərək qəbul etmişdir. «xxxx» ASC və İddiaçı QSC arasında bağlanmış, «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq, «xxxx» ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. İddiaçı QSC və «X5 Edilməsi Agentliyi» MMC («xxxx» MMC) arasında arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli Xidməti müqaviləyə əsasən, bu Müqavilə ilə «xxxx» MMC İddiaçı QSC-yə onun «xxxx» ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar «xxxx» MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyət üçün lazımi şərait yaratmağı öhdəsinə götürür. «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli Müqaviləyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının 1-hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SAVK-11 saylı, xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. xx.xx.2013-cü il tarixli 1103 №-li ipoteka müqaviləsindən, həmin tarixli AA 093634 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh bank qarşısında kredit öhdəliklərinin icrası ipoteka ilə təmin olunaraq ona məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40 minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi–qara) avtomobili «xxxx» ASC qarşısında yüklü edilmiş və həmin ipotekanın rəsmi qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3104 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olur ki, xx xxxx 2013-cü il tarixli, 01103 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxx 2017-ci il tarixə “xxxx” ASC-yə olan borcu ümumilikdə 23.374,60 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 17.437,22 ABŞ dolları və faiz borcu üzrə 5.937,37 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3112 saylı məhkəmə iqtisad ekspertizasının rəyi ilə müəyyən olur ki, “HYUNDAİ İ40 markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hazırki orta bazar qiyməti təxminən 20.000 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3104 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə əsas borcun tələbdən çox, yəni 17.437,22 ABŞ dolları əsas borc və 5.937,37 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyin və iddiaçının tələbinin müqayisəli təhlil edib nəzərə alır ki, ekspertin müəyyən etdiyi məbləğ iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçı qətnamədən apelyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün əsas və faiz borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə, yəni 17215.19 (on yeddi min iki yüz on beş dollar on doqquz sent) ABŞ dolları əsas və 4226.85 (dörd min iki yüz iyirmi altı dollar səksən beş sent) ABŞ dolları faiz borcu məbləğində müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə əsas və faiz borc hissələrində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40” minik (buraxılış ili 2012, ban-KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına banka ödənilməli olan borcuna yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 317.1, 319.1, 319.6-cı maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.2, 33, 34.1.3, 39.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM-nin) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Mülki Məcəllənin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan “HYUNDAİ İ40” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətini müəyyən etməmişdir. Həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3112 saylı məhkəmə iqtisad ekspertizasının rəyi ilə “HYUNDAİ İ40 markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hazırki orta bazar qiyməti təxminən 20.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3104 saylı və xx xxxxxxx 2020-ci il tarixli, 9/3112 saylı ekspert rəylərindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 170 (yüzyetmiş) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi - «Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40” minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməli, qətnamə –qalan hissələrində dəyişdirilmədən saxlanılmalı və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat pul iddia ərizəsi tam təmin edildiyi üçün Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2443/2019 saylı qətnaməsi - «Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40” minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilsin. Qətnamə – «İddiaçı QSC-nin xeyrinə Cavabdeh 17215.19 (on yeddi min iki yüz on beş dollar on doqquz sent) ABŞ dolları əsas, 4226.85 (dörd min iki yüz iyirmi altı dollar səksən beş sent) ABŞ dolları faiz borcu olmaqla qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21442.04 (iyirmi bir min dörd yüz qırx iki dollar dörd sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun, tutma ipoteka predmeti olan Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ40” minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına 21442.04 (iyirmi bir min dörd yüz qırx dollar on beş sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-yə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh verilsin və satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamə ümumi qaydada icra edilsin» hissələrində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-156/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-156/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver