Məhkəmə qərarları › İş №2(105)-1561/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1561/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1561/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə İddiaçı «xxxxxxxxx» ASC-nin (əvvəlki“xxxxxx” İKB ASC) nümayəndəsi X1 iştirakı ilə, İddia İddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki «xxxxxx» İKB ASC) Cavabdeh qarşı borcun qaytyarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-13/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-13/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki «xxxxxx» İKB ASC) xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 70445,24 (yetmiş min dörd yüz qırx beş manat iyirmi dörd qəpik) manat əsas, 59513,77 (əlli doqquz min beş yüz on üç manat yetmiş yeddi qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1067,2 (min altmış yeddi manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 131226,21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 (iki yüz min) manat müəyyən edilməsi, açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki «xxxxxx» İKB ASC) ümumilikdə 131226,21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulub iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki «xxxxxx» İKB ASC) xeyrinə ödənilməsi, Cavabdeh fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir(hakimA.Behbudova). QətnamədənnarazıqalanCavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-13\2020 saylı qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxxxx” X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 70445,24 manat əsas, 59513,77 manat faiz, 10752,08 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1067,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 141778,29 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 141778,29 manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada icra edilməsi, Cavabdeh fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, cavabdehin mübahisəli daşınmaz əmlaka olan istifadə hüququnun itirilmiş hesab edilməsi, oranın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 80000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə ona məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ondan tutulan əsas və faiz borcunun məbləğindən, həmçinin ipoteka predmetinin ilkin satış qiymətindən narazıdır. Bu məbləğlər məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları ilə təyin edilsə də, rəylər həqiqəti əks etdirmədiyindən iş üzrə təkrar ekspertizalar təyin edilməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalı, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, apelyasiya baxışı zamanı əmtəəşünaslıq ekspertizası obyektiv aparılmamışdır. Əmlakın qiyməti suni şişirdilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehməhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. O, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək xəstələnməsi səbəbundən məhkəmə iclasında iştirak edə bilməməsini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2454-14 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 26 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 80000 manat məbləğində kredit verilməsi nəzrədə tutulmuşdur. Yenə işdə olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 80000 manat məbləğində pul verilmişdir. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdehxx.xx.2014-cü il tarixli, 6-G-1-0-2454-14 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 70445,24 manat əsas, 59513,77 manat faiz, 10752,08 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1067,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 141778,29 manat borcu vardır. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2454-14 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdehin qeyd edilən kredit müaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi ona məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Yenə də mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə «xxxxxx» İKB ASC-nın xeyrinə xx.xx.2014-cü il tarixdə 48 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Yenə də işdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdeh kredit borcu barədə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xəbərdar olunmuşdur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, «xxxxxx» İKB ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X8 müraciət edilmişdir. İş materiallarında olan «xxxxxxxx» MMC-nin 01/209 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinin xx xxxx 2019-cü il tarixə bazar dəyəri 200000 manat təşkil edir. Yenə işdə olan xx.xx.2019-cu il tarixli, 16455 saylı ekspert rəyindən görünür ki, Cavabdehxx.xx.2014-cü il tarixli, 6-G-1-0-2454-14 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan borcu xx.xx.2018-ci il tarixə əsas kredit borcu üzrə 70449,39 manat, faiz borcu üzrə 59529,74 manat, xx.xx.2019-cu il tarixə əsas kredit borcu üzrə 70449,39 manat, faiz borcu üzrə 65584,47 manat müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin A-04/382 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinin həmin tarixə orta bazar dəyəri 230000 manat, likvid dəyəri isə 210000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, həmin hissədə ipoteka predmetinin ilkin satış qiyməti 210000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 80000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi iddiaçı bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 70449,39 manat, faiz borcu üzrə 59529,74 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlar, hesabdan çıxarış, maliyyə arayışı, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, müqavilə üzrə cərimə borcunu 200 manatadək azaltmaqda məhkəmə haqlıdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinə və onun yerləşdiyi 0,04 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən, işdən görünür ki, iddia tələblərindən biri də mübahisəli daşınmaz əmlakın boşaldılması barədədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarıəsasında məcburi qaydada çıxarılırlar. İstinad olunan maddələrin dispozisiyasından aşkar şəkildə görünür ki, yaşayış sahəsinə hüququ olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş əmlakı həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin yaşayış sahəsini tərk etməsi üçün hüquqi fakt, əmlaka tutmanın yönəldilməsi və əmlakın hərracda satılmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin yaşayış evi boşaldılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə də haqlı olaraq təmin etmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 200000 manat müəyyən etmiş, lakin əmlakın likvid dəyəri müəyyən edilməmişdir və hazırda qiymətlə bağlı mübahisə vardır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin A-04/382 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinin həmin tarixə orta bazar dəyəri 230000 manat, likvid dəyəri isə 210000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 210000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair tələblərini qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilməli, 5 manatı iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən (əvvəlki «xxxxxx» İKB ASC) tutularaq Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 13/2020 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdeh məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda 0,04 ha torpaq sahəsində yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 210000 manat müəyyən edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilsin, 5 manatı iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən (əvvəlki «xxxxxx» İKB ASC) tutularaq Cavabdeh verilsin. Qətnamə qalan hissədə- Cavabdeh iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki «xxxxxx» İKB ASC) xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 70445,24 (yetmiş min dörd yüz qırx beş manat iyirmi dörd qəpik) manat əsas, 59513,77 (əlli doqquz min beş yüz on üç manat yetmiş yeddi qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1067,2 (min altmış yeddi manat iyirmi qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 131226,21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən, 6 otaqlı, 179,6 kv.m ümumi, 117,5 kv.m yaşayış, 62.1 kv.m yardımçı sahədən ibarət 72 A nömrəli fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki «xxxxxx» İKB ASC) ümumilikdə 131226,21 (yüz otuz bir min iki yüz iyirmi altı manat iyirmi bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulub iddiaçı «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki «xxxxxx» İKB ASC) xeyrinə ödənilməsi, Cavabdeh fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar