Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1567/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-342/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-342\2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 6043,74 (altı min qırx üç dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində kredit borcu, 1418,97 (bir min dörd yüz on səkkiz dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 7662,71 (yeddi min altı yüz altmış iki dollar yetmiş bir sent) ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə verilməsi qət edilmişdir(hakimG.Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-342\2020 saylı qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000026473 saylı kredit razılaşması üzrə 6043,74 ABŞ dolları əsas, 1418,97 ABŞ dolları faiz, 1041,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8504,52 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədəqətnamə çıxarılmasınıxahişetmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2016cı il tarixli, 03L000007724S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək, kredit xəttinin müddəti 178 ay müddətində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014cü il tarixli, 03R000026473 saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 03R000026473S saylı, xx.xx.2015-ci il tarixli, 03R000026473SA saylı, xx.xx.2016-cı il tarixli, 03R000026473SB saylı, xx.xx.2016-cı il tarixli, 03R000026473SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmışdır və artıq xx xxx 2018-ci ildən etibarən banka ödəniş etməmişdir. O, kredit borcundan 13956,26 ABŞ dolları ödəmiş, lakin 6043,74 ABŞ dolları əsas borcu qalmışdır. Bundan başqa, kredit razılaşmasının müddəalarına əsasən onun banka 1418,97 ABŞ dolları faiz, 1041,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8504,52 ABŞ dolları borcu yaranmışdır və bu borc ödənilməlidir. Buna görə də, məhkəməyə müraciət olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuzdur, maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, mübahisə həll edilərkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələbləri pozulmuşdur. İşdəki sənədlərdən görünür ki, o, İddiaçı QSC-dən xx.xx.2014-cü il tarixli, 03R000026473 saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ Dolları məbləğində kredit götürmüşdür və məlum Fərman verilənədək onun banka 6043,74 ABŞ dolları əsas kredit borcu qalmışdır. Deməli, onun borcu həmin Fərmanın 1.1 və 1.2-ci maddəsinin təsiri altına düşür. Kredit borcu bu Fərmanın təsiri altına düşməsə belə, hazırkı iddia ərizəsi baxılammış saxlanmalı idi, çünki bank ona borcla bağlı əlverişli və güzəştli yeni müqavilə bağlamağı təklif etməlidir. Bundan başqa, məhkəmə ondan əsas və faiz borcunu tutarkən səhvə yol vermişdir, çünki o, bu borcların daha düzgün hesbalnması barədə məhkəmə iclasında şifahi vəsatət vermiş, lakin bu, nəzərə alınmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-342\2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı hazırki iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan “İddiaçı“ QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011ci il tarixli kredit xətti müqaviləsindən və ona əlavə olaraq bağlanmış xx.xx.2016-cı il tarixli sazişldən görünür ki, cavabdehə 60 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmış, sonra kredit müddəti 178 ay müddətinə artırılmışdır. Yenə işdə olan xx.xx.2014-cü il tarixli, 03R000026473 saylı kredit razılaşmasından görünür ki, “İddiaçı“ QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müdətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu hal xx.xx.2014-cü il tarixli kassa məxaric qəbzi ilə təsdiq edilir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 03R000026473S saylı, xx.xx.2015-ci il tarixli, 03R000026473SA saylı, xx.xx.2016-cı il tarixli, 03R000026473SB saylı, xx.xx.2016-cı il tarixli, 03R000026473SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. İşə əlavə edilmiş xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC qarşısında Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmış, zaminlər kreditor qarşısında borcalanın kredit xətti müqaviləsi üzrə bank qarşısında olan bütün öhdəliklərini yerinə yetirilməsinə dair öhdəlik götürmüşlər. Yenə işə əlavə edilmiş zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxxxxx 2016-cı il tarixli sazişdən görünür ki, Cavabdeh2, “İddiaçı“ QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 03R000026473SC saylı saziş üzrə dəyişikliklərin edilməsinə razılığını bildirmişdir. Yenə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 03R000026473 saylı kredit razılaşması üzrə Cavabdeh1 banka 6043,74 ABŞ dolları əsas, 1418,97 ABŞ dolları faiz borcu, 1041,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8504,52 ABŞ dolları borcu vardır. İşə əlavə edilmiş İddiaçı QSC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borcun qaytarılmasına dair bank tərəfindən xəbərdar edilmişlər. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3914 saylı rəyindən görünür ki, tərəflər arasında imzlanmış kredit sənədlərinə əsasən Cavabdeh1 banka xx xxxxxxx 2019-cu il tarixinə 7366,25 ABŞ dolları əsas və 1855,43 ABŞ dolları faiz borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-342/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanan xx.xx.2014-cü il tarixli, 03R000026473 saylırazılaşması üzrə aylıq 2,1667% olmaqla, 24 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit razılaşmasına dəyişikliklər edilməsi barədə sazişlərə əsasən, ödəniş planına dəyişikliklər edilmişdir. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda zaminlərlə birlikdə göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdirlər. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün zaminlərlə birgə cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə xx.xx.2014-cü il tarixli, 03R000026473 saylı kredit razılaşması üzrə 6043,74 ABŞ dolları əsas, 1418,97 ABŞ dolları faiz borcu, 1041,81 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 8504,52 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışlarla, maliyyə arayışları ilə təsdiq olunur. Cavabdeh tərəfindən əsas və faiz borcunun məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadına əsasən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən kredit borcu tələb ediləndən də artıq hesablanmışdır. Lakin məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinə əsasən hesab edir ki, cavabdehlərdən borc məhz qətnamədə göstərilən məbləğdə tutulmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi 1041,81 ABŞ dolları cərimə borcunun 200 ABŞ dolları məbləğinə qədər azaldılmasında birinci instansiya məhkəməsi haqlıdır, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair iddiasını sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən,apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının xərci isə ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 342/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının xərci olan 150 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1567/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1567/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver