Məhkəmə qərarları › İş №2(105)-1576/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1576/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1576/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilib, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X8, 03.10.2007 tarixdə anadan olmuş X9, X11 mərhum X12 hüquqi varisi kimi tanınmış, İddiaçı mərhum əri X15 və Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X6 xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, onunla mərhum əri X15 10.06.2003-cü il tarixində nikaha daxil olmuşlar, birgə nikahdan onların üç qız övladı anadan olmuşdur. 08.11.2018-ci il tarixində əri X15 intihar edərək öz həyatına son qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Belə ki, X15 və Cavabdeh arasında: 06 aprel 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 06 aprel 2016-cı il tarixində geri qaytarılmalıdır. 07 iyun 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 07 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 15 iyun 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 15 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 25 iyun 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 25 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 26 iyun 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 26 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 27 iyun 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 27 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. Buna baxmayaraq, borc pullar bugünki günə qədər ödənilməmişdir. Cavabdehlə borcun qaytarılması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cavabdeh öz növbəsində bildirir ki, qeyd olunan müqavilələr üzrə borcunu mərhum Zaur Əliyevə qaytarmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 14.03.2020-ci il tarixində cavabdeh Elmar Ağayevin ona ünvanladığı məktubdan görünür ki, guya o, yuxarıda sadalanan müqavilələr üzrə mərhuma olan borcunu ödəmiş, yalnız 10.100 manat borcu qalmışdır ki, onu da ödəməyə hazır olduğunu ifadə edir. Hesab edir ki, cavabdehin borcun qaytarılması ilə əlaqədar verdiyi məlumat həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mərhumun 08.11.2018 tarixində yazdığı ərizənin surətindən görünür ki, qeyd olunan müqavilələr üzrə borc məbləğləri Əliyev Zaur intihar edənə qədər cavabdehdən ona geri qaytarılmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, borc müqavilələrində borcun valyutası ABŞ dolları kimi göstərilib, lakin cavabdeh borcunun manatla qaldığını qeyd edir. Bu da onu göstərir ki, cavabdehin gətirdiyi dəlillər əsassızdır. Ona görə də, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixində anadan olmuş X3, 03.10.2007 tarixində anadan olmuş X4, X6 mərhum X12 hüquqi varisi kimi tanınması, İddiaçı mərhum əri X15 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X6 xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 09 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinin və Azərbaycan Resublikası MPM-nin 9.1, 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etirz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan İİ-AZ № 048147 saylı, 10.06.2003-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X15 ilə X10 arasında olan nikah Bakı şəhəri Sabunçu rayonu VVADQ şöbəsində 10 iyun 2003-cü il tarixdə bağlanmış və 326 nömrə ilə qeyd olunmaqla sonuncuya “Əliyeva” soyadı verilmişdir. AZ-İ № 539564 saylı, 20.10.2004-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 22.05.2004-cü il tarixdə Türkiyə Respublikası, İstanbul şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 2075 nömrə ilə qeyd edilmişdir. AZ-İİ № 047061 saylı, 09.01.2008-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 03.10.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 379 nömrə ilə qeyd edilmişdir. AZ-İİ № 771969 saylı, 27.10.2011-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 23.10.2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 5219 nömrə ilə qeyd edilmişdir. AZ-İ № 982306 saylı, 14.11.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 08.11.2018-ci il tarixdə asma yolu ilə özünə qəsd edərək ölmüşdür. 05.03.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 08.11.2018-ci il tarixdə ölmüş X15 vərəsəsi İddiaçı-Bakı şəhəri Nəsimi rayonu, K.X.Səfərəliyeva, ev 2, mənzil 60 və o miras əmlakdan 5/8, X8 miras əmlakdan 1/8, X9 miras əmlakdan 1/8, X11 miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən 26.05.2016-cı il tarixdə X13 verilmiş **********01-**********0 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152.05 kv.m yaşayış sahəsi 77.65 kv.metr olan dörd otaqlı mənzildən, Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin tərəfindən 26.02.2016-cı il tarixdə X13 vermiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsindən ibarətdir. Cavabdeh 14.03.2020-ci il tarixli əlyazmasının surətindən görünür ki, mərhum X12 hüquqi varisi İddiaçı əlyazma yazaraq bildirmişdir ki,07.06.2015,15.06.2015, 25.06.2015, 26.06.2015, 27.06.2015, 06.04.2015-ci il tarixli cəmi məbləği 78811 ABŞ dolları məbləğdə olan borc müqavilələri üzrə öhdəliklərini 2017-ci ilin fevralından başlayaraq 2018-ci ilin sentyabr ayının axırına qədər 10100 manat hissəsi istisna olmaqla tam şəkildə ödəyib bağlamışdır. Həmin müqavilələr üzrə ödənilməmiş 10100 manat borcunu etiraf edib ayrıca müqavilə üzrə İddiaçı öhdəlik vermişdir. Onun başqa borcu yoxdur, qeyd olunan müqavilələr 10100 manat istisna olmaqla xətm olunmalıdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bugünə qədər ödənilməmişdir. Belə ki, X15 ilə Cavabdeh arasında 06 aprel 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 06 aprel 2016-cı il tarixində geri qaytarılmalıdır. 07 iyun 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 07 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 15 iyun 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 15 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 25 iyun 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 25 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 26 iyun 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 26 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 27 iyun 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 27 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. Buna baxmayaraq, borc pullar bugünki günə qədər tərəflərindən ödənilməmişdir. 10 gün ərzində borcunu ödəməyəcəkləri təqdirdə pozulmuş hüquqlarının bərpası məqsədi ilə müvafiq məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir. 06 aprel 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X15 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 06 aprel 2015-ci il tarixində 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini 06 aprel 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 07 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X15 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 07 iyun 2015-ci il tarixində 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini 07 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 15 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X15 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 15 iyun 2016-cı il tarixində 2857 (iki min yüz əlli yeddi) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini 15 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 25 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X15 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 25 iyun 2015-ci il tarixində 3810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini 25 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 26 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X15 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 26 iyun 2015-ci il tarixində 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini 26 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 27 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, X15 (Borcverən) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 27 iyun 2015-ci il tarixində 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən “Borc alan” məbləğini 27 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 05.05.2016-cı il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”ndən görünür ki, X7 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşn 9 nömrəli evin 3 saylı mənzili 170000 (bir yüz yetmiş min) manata X1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X12 adından olan 08.11.2018-ci il tarixli müraciətdəki yazılar və “İmza” yazısı qarşısındakı imza-X15 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1, 135.1, 135.2, 1151.1, 1159.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq heab etmişdir ki, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X8, 03.10.2007 tarixdə anadan olmuş X9 və 23.10.2011-ci il tarixdə X11 mərhum X12 hüquqi varisi kimi tanınmalalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan hissədə təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin araşdırlan halları ilə müəyyən olur ki, 05.03.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 08.11.2018-ci il tarixdə ölmüş X12 vərəsəsi İddiaçı-Bakı şəhəri Nəsimi rayonu, K.X.Səfərəliyeva, ev 2, mənzil 60 və o miras əmlakdan 5/8, X8 miras əmlakdan 1/8, X9 miras əmlakdan 1/8, X11 miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin tərəfindən 26.05.2016-cı il tarixdə X13 verilmiş **********01- **********0 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152.05 kv.m, yaşayış sahəsi 77.65 kv.metr olan dörd otaqlı mənzildən, Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nin tərəfindən 26.02.2016-cı il tarixdə X13 vermiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir(irsi transmissiya). Göründüyü kimi qanunverciliyin tələbinə görə İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X8, 03.10.2007 tarixdə anadan olmuş X9 və 23.10.2011-ci il tarixdə anadan olmuş X11 mərhum X12 birinci növbə vərəsələri olmaqla, miras qoyanın ölümündən sonra mərhumun vərəsəsi qismində artıq tanınmışlar. İddia tələbinin digər hissəsi borc müqavilələri üzrə ödənilmədən qalmış borc məbləğindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqailəsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məçəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq nəzərə alır ki, 06 aprel 2015-ci il tarixli borc müqaviləsi qüvvədədir və birinci instansiya məhkəməsi 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X6 xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh qətnamənin borcun tutulması hissəsində idianın rədd edilməsi barədə apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, qətnamənin – borcun tutulması hissəsində apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin «hüquqi varis kimi tanınma» hissəsi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - «İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixində anadan olmuş X8, 03.10.2007 tarixində anadan olmuş X9 və 23.10.2011-ci il tarixdə anadan olmuş X11 mərhum X12 hüquqi varisi kimi tanınsın» hissəsində ləğv edilib iddia həmin hissədə təmin edilməməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsi qismən - «İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X8, 03.10.2007 tarixdə anadan olmuş X9 və 23.10.2011-ci il tarixdə anadan olmuş X11 mərhum X12 hüquqi varisi kimi tanınsın» hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə - «İddiaçı mərhum əri X15 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X6 xeyrinə tutulsun, şş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin, ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar