Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1577/2025 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdeh Cavabdeh, nümayəndələri Xankişiyev Məhərrəm Babaxan oğlu, X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 150000 ( yüz əlli min) manat borc pul Sumqayıt şəhərində almışdır. Tələtə olan borcunu 8 ay ərzində hissə-hissə ödəməyi özünə borc bilir. Öhdəliyi tam məsuliyyətlə boynuna almışdır. Ona məxsus olan 1-ci mikrorayon 58/9, mənzil 46-da yerləşən evi borcunu qaytarmadığı halda verməyə hazırdır.Atasına məxsus maşını da etibarnamə ilə idarə edir. Maşını da borcunun əvəzinə verməyə hazırdır. Qəbzi könüllü yazmışdır, heç bir təsir və təzyiq altında yazmamışdır. 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 58/9, mənzil 46 Cavabdeh adına ##.##.2017-ci il tarixdə tam payla qeydiyyata alınmışdır. Daşınmaz Əmalkın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. 3.AC seriyalı, ****** nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, Mercedes-Benz ML 270 CDİ minik markalı avtomobil nümayəndə1 Balaxanı oğlunun adınadır. 4.##.##.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırmaq üçün Sumqayıt şəhər Məhkəməsinin hesabına 440 manat pul ödənilmişdir. 5.*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. 6.Azercell Telekom MMC tərəfindən müraciətə cavabdan görünür ki, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinədək olan dövr ərzində ********** mobil telefon nömrəsinə ********** saylı nömrədən zəng daxil olmamışdır. 7.*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müştərək qaydada 100000( bir yüz min) manat məbləğində borc və ödənilmiş 390 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
8. Qusar RPŞ-nin İB-nin müstəntiqi S.Həsənovun ##.##.2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, ## ###### 1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, evil, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində başlanılmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışması və ziyanın 25 faizinin dövlət nəfinə ödənilməsi əsası ilə, yəni Azərbaycan Respublikas CPM-nin 40.3 və Azərbaycan Respublikasi CM-nin 73-1.2-ci maddələri ilə xitam verilməsi, ## ###### 1979cu il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, evli, orta təhsilli,Gürcüstan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzində yerləşən "FİDA adlı mağazada satıcı işləyən,məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X1 barəsində başlanılmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışması və ziyanın 25 faizinin dövlət nəfinə ödənilməsi əsası ilə, yəni Azərbaycan Respublikas CPM-nin 40.3 və Azərbaycan Respublikasi CM-nin 73-1.2-ci maddələri ilə xitam verilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və X3 barəsində Qusar Rayon Məhkəməsi tərəfindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilməsi və X2 məxsus mağazadan götürülmüş yuyucu vasitələr, şampunlar və 02 ədəd kompüter zərurət aradan qalxdığından sahibinə qaytarılması qərara alınmışdır. 9.*(***)-***/**** saylı,##.##.2025-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs pul tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi,iş üzrə yeni qətnamənin çıxarılması və cavabdehlər Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müştərək qaydada 100000(bir yüz min) manat məbləğində pul vəsaiti və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
10. *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iş üzrə qərarına əsasən cavabdeh Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ***/**** nömrəli # #### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 150000 manat və ödənilmiş 440 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçının tanışıdır. O, borc pul istəmişdir. ##.##.2023-cü il tarixdə 150000 (yüz əlli min) manat borc pul vermişdir. Cavabdeh həmin pulu hissə-hissə 8 ay müddətində geri qaytaracağına dair üzərinə şifahi öhdəlik götürmüşdür. Hətta bununla bağlı öz aralarında yazı tərtib etmişdirlər. Cavabdeh həmin qəbzdə öz imzasını çəkmişdir. Dəfələrlə cavabdehə pulunu geri qaytarmasını tələb etsə də, pulu ödəməkdən boyun qaçırmış, nə vaxt ödəyəcəyi barədə dəqiq vaxt deməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
13. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 150000 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın verilməsinə görə 440 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə ##.##.2023-cü ildə 150000 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin pul məbləğlərini qaytarmağa dair yazılı formada qeyd etməklə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 5.3, 135.1, 157.5, 329.2, 386.1, 442, 560.2, 560.3.4, 739.2, 1091.1, 1091.2, 1092, 1092.1, 1092.2, 1095-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ##.##.2023-cu il tarixli əlyazma ilə yazılmış iltizamdan go ru nu r ki, Xankişiyev Vu sal Məhərrəm og lu İddiaçı og lundan 150.000 manat borc aldıg ını və həmin borcu 8 ay ərzində hissə-hissə qaytaracağını bildirmişdir. Lakin bildirir ki, məhkəməyə təqdim olunan borc u zrə qəbz sadəcə formal olaraq yazılmışdır. Bu sənədin tərtibində və imzalanmasında mu əyyən məqsəd olmuşdur. Bunu da iddiaçı o zu bilərək həyata keçirtmişdir. Belə ki, ##.##.2024-cu il tarixdə AR DIN Mu təşəkkil Cinayətlərə Qarşı Mu barizə idarəsi tərəfindən qanunsuz fəaliyyət go stərən sexin tutulmasından sonra iddiaçı o zu nu n sahibkarlıq etdiyi sexin məsuliyyətindən qurtarmaq u çu n cavabdehlərə formal olaraq hədə-qorxu gələrək qəbz yazdırmış, cinayət məsuliyyətindən azad olduqdan sonra isə həmin qəbzi cırıb atacag ı vədini vermişdir. Həmin qəbz vasitəsilə cinayət işi u zrə qeyri-qanuni istehsalat sexinin onun tərəfindən deyil, ondan borc almış cavabdehin işlətdiyini bildirərək, cinayət məsuliyyətindən uzaq durmuşdur. Go ru ndu yu kimi, iddiaçının rəhbərlik etdiyi mu əssisə qanunsuz fəaliyyət go stərdiyinə go rə hu quq-mu ha:izə orqanlarına şikayət edilmiş, həmin tarixdə mu əssisədə polis yoxlaması aparılmış və buna go rə iddiaçı cavabdehə məsuliyyətdən yayınmaq məqsədi ilə formal qəbz tərtib etdirmişdir. Bu addımın yeganə məqsədi cinayət məsuliyyətini cavabdehin u zərinə yönəltmək olmuşdur. Həqiqətən də bu hadisə əsasında cinayət işi başlanmış, lakin sonradan Qusar rayon prokurorlug unun qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu isə onu go stərir ki, təqdim edilən “qəbz” həqiqi maliyyə mu nasibətinə əsaslanmır, sadəcə formal, hu quqi məsuliyyətdən yayınmaq u çu n tərtib edilmiş sənəddir. Belə olan halda mu bahisənin predmeti olan pulun verilməsi ilə bag lı heç bir maddihu quqi əsas mövcud deyil. Belə ki, qəbz sadə yazılı formada iddiaçı tərəfindən tərtib edilib, cavabdeh tərəfindən imzalanıb, iddiaçı tərəfindən imzalanmadığından, borcu təsdiq edən əqd kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən həmin pulun cavabdehə təhvil verilməsi sübut olunmur. Yazılı əqd onun məzmumunu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi, sadə yazılı müqavilə onu bağlayan şəxslər tərəfindən müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Bundan başqa bu məbləğdə pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə bank köçürməsi həyata keçirilməsi ilə bağlı və ya notarial təsdiq olunmuş ciddi hesabat sənədi təqdim olunmadığından həmin pulun verilməsi mötəbər sübutla təsdiq olunmur. İltizamın formalaşdırıldıg ı şərait, onun həqiqi iradəyə uyg un olub-olmaması tam və hərtərəfli araşdırılmamışdır. Həmçinin so zu gedən pul məbləg inin cavabdehə nə səbəbə, hansı əsasla verilməsi, bu pulun mənbəyi, iddiaçıda həqiqətən mo vcud olub-olmaması da araşdırılmamışdır. İş materiallarında olan Azercell Telekom MMC-nin cavabından görünür ki, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinədək olan dövr ərzində ********** mobil telefon nömrəsinə ********** saylı nömrədən zəng daxil olmamışdır. Bu qədər uzun bir müdddəti əhatə edən dövrdə əgər iddiaçı və cavabdeh əlaqə saxlamamışdırsa, iddiaçı pulu harda və necə cavabdehə təhvil vermiş, həmçinin borcun qaytarılması üçün necə əlaqə saxlaması məsələləri şübhə doğurmasına baxmayaraq, məhkəmə tərəfindən bu nüanslara fikir bildirilməmişdir. Məhkəmə işin mahiyyətini tam araşdırmamış, əsaslı və zəruri su butları toplamaqdan yayınmışdır. Bununla da cavabdehlərin hüququ pozularaq, yanlış qənaətə gəlməsinə səbəb olmuşdur. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı özünü guya qanunsuz sexin rəhbəri yox, işçisi olaraq tanıtdırmaq üçün formal qəbz imzalatdırdığı izahatlarla bir daha təsdiqini tapmışdır. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
Apellyasiya şikayətinə etiraz
18. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh, nümayəndələri Xankişiyev Məhərrəm Babaxan oğlu, X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixdə keçirilmiş iclasında qeyd etmişdir ki, iddiaçı dəfələrlə onların evinə gələrək onlara təzyiq göstərmişdir. Həmin evdə qadın və uşaqların yaşamasına baxmayaraq, iddiaçı bu hərəkətlərini davam etdirmişdir. O, iddiaçı ilə görüşərək öz tələbini məhkəmə qaydasında irəli sürməli olduğunu, evdə yaşayan qadın və uşaqları narahat etməməli olduğunu ona bildirmişdir (dəqiqə 09:50).
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə qaytarma vəzifəsi şamil edilir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
22. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2021-ci il tarixli Qərarı: Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il Qərarı:
Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 150.000 manat məbləğində borc pul aldığını, həmin borcu 8 ay ərzində hissə-hissə qaytaracağını, öhdəliyi tam məsuliyyətlə üzərinə götürdüyünü yazılı şəkildə bəyan etmişdir. Eyni zamanda cavabdeh qəbzi könüllü yazdığını, hər hansı təsir və təzyiq altında olmadığını qeyd etmişdir.
27. Cavabdeh qəbzin onun tərəfindən tərtib və imza edilməsi faktını mübahisələndirməmiş, lakin sənədin formal xarakter daşıdığını və faktiki pul verilmədiyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) pul tələbinə dair mülki iş üzrə apellyasiya icraatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrini həmin Məcəllənin ## ### 2016-cı il tarixli 2016-cı il tarixli ***-VQD nömrəli Azərbaycan Resbulikasının Qanunu ilə yeni redaksiyada verilmiş 740.2-ci maddəsi ilə (hazırda 739.2-ci maddə) əlaqəli şəkildə şərh olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində baxılanadək dayandırılmışdır.
29. Məhkəmə kollegiyası bu məsələyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi xüsusilə nəzərə alır.
30. X6 Məhkəməsinin Plenumu müəyyən etmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsinin və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
31. Bu hüquqi mövqedən çıxış etməklə məhkəmə kollegiyası hesab edir ki, fiziki şəxslər arasında borc münasibətinin mövcudluğunun təsdiqi yalnız tərəflərin hər ikisinin imzaladığı ayrıca müqavilənin mövcudıluğu ilə məhdudlaşdırıla bilməz. Borcun mövcudluğu digər yazılı sübutlarla da təsdiq edilə bilər.
32. Hazırkı işdə ##.##.2023-cü il tarixli qəbzdə cavabdeh 150.000 manat məbləğində pulu iddiaçıdan aldığını və onu qaytarmaq öhdəliyini üzərinə götürdüyünü təsdiq etmişdir. Buna görə cavabdehin qəbzin iddiaçı tərəfindən imzalanmaması səbəbindən ümumiyyətlə sübut kimi qəbul edilə bilməməsi barədə apellyasiya şikayətinin dəlili yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında müəyyən olunmuş hüquqi yanaşmaya uyğun deyil.
33. Bundan əlavə cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixdə keçirilmiş iclasında iddiaçının cavabdehin yaşadığı mənzilə gələrək pulun qaytarılması ilə bağlı onun ailəsini dəfələrlə təhdid etdiyini bildirmişdir. Bütün bunlar isə borca dair qəbzin sadəcə formal olaraq yazılmasına dair apellyasiya şikayətinin dəlilinin əsassız olduğunu təsdiq edir.
34. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091-ci maddəsinə, həmin vaxt mövcud məhkəmə təcrübəsinə istinad edərək əsassız varlanma kimi qiymətləndirsə də , həm borc münasibətlərinin, həm də əsassız varlanmanın predmetini cinsi əlamətləri ilə müəyyən edilən əşyalar təşkil etdiyindən, göstərilənlərlə əlaqədar birinci instansiya məhkəməsi mahiyyət etibarilə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.