Məhkəmə qərarları › İş №2(105)-1585/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1585/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1585/2022 29.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Kreditor "xxxx" Kommersiya Bankı ASC-nin Borclu qarşı kredit müqaviləsi üzrə məhkəmə əmrinin verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(060)-7471/2014 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(060)-7471/2014 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7471/2014 nömrəli,15 sentyabr 2014cü il tarixli əmrinə Borclu vermiş olduğu etiraz qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi əsas göstərilməklə geri qaytarılmışdır (hakim Almaz Süleymanova). Həmin qərardaddan narazı qalan Borclu tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət daxil olmuş və o, Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(060)-7471/2014 nömrəli qərardadının ləğv edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7471/2014 nömrəli,15 sentyabr 2014-cü il tarixli məhkəmə əmrinə etirazı barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(060)-7471/2014 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(060)-7471/2014 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Almaz Süleymanova). Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, şikayəti elektron kabinet vasitəsi ilə verilməmişdir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Borclu tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrin tələblərinə əməl etməmiş, bununla əlaqədar şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1.3,10-1.5, 263- 264, 363.1.5, 365, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(060)-7471/2014 nömrəli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar