Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1588/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(034)-885/2016 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(034)-885/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Svetlana Əhmədova) İddiaçı Cavabdeh qarşı borc təbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 50000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 25 avqust 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 20000 manat və 18 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 50000 manat borc məbləğlərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 25 avqust 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borclu Cavabdeh 1 il müddətinə 20000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən borclu Cavabdeh 1 il müddətinə 20000 manat borcu qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Həmçinin onunla borclu Cavabdeh arasında 18 may 2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borclu Cavabdeh 1 il müddətinə 50000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən borclu Cavabdeh 1 il müddətinə 50000 manat borcu qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh 25 avqust 2010-cu il və 18 may 2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, onun iddiaçıya hazırda heç bir borcu yoxdur. O, ilk müqaviləni iddiaçı ilə 2010-cu ildə, ikinci müqaviləni isə 2012-ci il tarixlərdə bağlamışdır. Pulu faizi ilə birlikdə tam şəkildə iddiaçıya qaytarmışdır. İddiaçı isə müqavilələrin üzərində 4 il keçdikdən sonra ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericilikdə göstərilmişdir ki, pul tələbləri ilə bağlı iddia müddəti 3 ildir və iddia həmin müddət ərizində qaldırıla bilər. Həmçinin iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmişdi. O, ilk məhkəmə iclasında iştirak edərkən iddianı qəbul etmədiyini və qeyd olunan məbləği tam şəkildə müxtəlif vaxtlarda iddiaçıya qaytardığını bildirmişdi. Bu hal məhkəmə qətnaməsində öz əksini tapsa da, məhkəmə tərəfindən ərizə və yuxarıda sadaladıqları hallar tam araşdırılaraq qətnamə qəbul edilsəydi, bu gün bir vətəndaş kimi onun hüquqları pozulmazdı. Barəsində belə bir qətnamə olmasını bu yaxınlarda icra şöbəsinə dəvət edildikdən sonra bilmişdir. Onun və nümayəndəsinin növbəti məhkəmə iclaslarından xəbərləri olmamışdır. Çünki o, həmin ərəfələrdə həbsdə olmuşdu. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 25 avqust 2010-cu il tarixdə Bakı şəhəri 3 saylı dövlət notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Orucov X2 Rasim Şakir oğluna 1 il, 25.08.2011-ci il müddətinə qaytarmaq şərtilə 20000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 18 may 2012-ci il tarixdə Bakı şəhər notariusunda bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 50000 manat məbləğində borc pul almış və həmin pulu 1 il ərzində ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 18 may 2012-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndinə əsasən Cavabdeh İddiaçı borc aldığı 50000 manat məbləğində pulu 1 il ərzində ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 50000 manatı 1 il ərzində, yəni 18.05.2013-cü il tarixədək iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində onun iddiaçıya hazırda heç bir borcunun olmamasını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçıya borcunun olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh 18 may 2012-ci il tarixli kredit müqaviləsini də mübahisələndirməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində də iddiaçının 18.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3 illik iddia müddətini ötürdüyünü qeyd etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. İş materiallarından görünür ki, 18.05.2012-ci il tarixli kredit müqaviləsi 1 il müddətinə bağlanmış və 18.05.2013-cü il tarixdə müddəti bitmişdir. İşdən görünür ki, İddiaçı hazırki iddia ərizəsi 13 may 2016-cı il tarixdə tərtib etmiş, 12 may 2016-cı il tarixdə dövlət rüsumu ödəmişdir. Digər tərəfdən, İddiaçı iddia ərizəsinin məhkəməyə daxil olma ştampında 26 may 2016-cı il tarix qeyd edilsə də, iddia ərizəsinin üzərində olan dərkənarın tarixində düzəliş edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(034)-885/2016 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1588/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1588/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver