Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1591/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi X2 (sonuncu məhkəmə iclasında iştirak etməmişdir) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2821/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh “Whatsapp” sosial şəbəkəsindən olan çıxarışdan görünür ki, İddiaçı qarşı tərəfə 18500 manatlıq kredit üzrə ekran görüntüsü göndərmiş, dəfələrlə kredit ödənişinin vaxtı olduğunu, borcu ödəməsini bildirmiş, cavabdeh isə hər dəfəsində müxtəlif vaxtlar qeyd edərək borcu ödəyəcəyini, iddiaçıya səbrli olmasını bildirmişdir. Eyni zamanda görünür ki, iddiaçı cavabdehə **********595270 nömrəli kart hesabı göndərmişdir.
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskdəki səs yazmalarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh “Whatsapp” sosial şəbəkəsində səs yazıları göndərilmiş, cavabdeh iddiaçıya borcunun olmasını təsdiq etmiş, borcu ödəyəcəyini, səbrli olmasını, əmək haqqı və bonusları alan kimi borcunu ödəyəcəyini bildirmişdir.
3. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 5167********9251 nömrəli kart hesabından 4127********5270 nömrəli kart hesabına 19 yanvar 2024-cü il tarixdə 279 manat, 25 iyun 2024-cü il tarixdə 150 manat, 08 iyul 2024-cü il tarixdə 250 manat, 04 oktyabr 2024-cü il tarixdə 90 manat, digər vaxtlarda isə 250 manat, 150 manat, 210 manat olmaqla, cəmi 1379 manat pul vəsaiti köçürülmüşdür.
4. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə 59 ay müddətinə, 18500 manat kredit verilmiş, aylıq ödəniş 454,88 manat təşkil etmişdir.
5. "xxxx" ASC-yə ödənilmiş qəbzlərdən görünür ki, 819507 müştəri kodu ilə 04 iyul 2025-ci il tarixdə 465 manat, 08 may 2025-ci il tarixdə 462 manat və 08 iyun 2025-ci il tarixdə 465 manat olmaqla, cəmi 1392 manat kredit ödənişi edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18500 manat borc məbləğinin və ödənilmiş 146 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 10 il müddət olar ki, tanıyır. Cavabdeh işləri düz getmədiyini bildirərək, iddiaçıdan ayrı-ayrı zamanlarda ümumilikdə 18500 manat pul borca almış, geri qaytaracağını bildirsə də, həmin pul vəsaitini geri ödəməmişdir. Bir müddətdən sonra cavabdeh iddiaçıya 18500 manat pulu tam şəkildə ödəyə bilməyəcəyini, lakin iddiaçıya banka kredit üçün müraciət etməyini, həmin krediti hər ay özü ödəyəcəyini təklif edərək söz vermişdir. Bundan sonra iddiaçı cavabdehin həmin borc məbləğini qaytara bilməyəcəyini anladığı üçün məcburiyyət qarşısında qalaraq, xx.xx.2023-cü ildə "xxxx" ASC-yə kredit üçün müraciət edərək, 18500 manat nağd kredit götürmüşdür. Kreditin ödənilmə müddəti 59 ay olmaqla, faizi ilə birlikdə ümumi borc 26845 manat 56 qəpik təşkil etmişdir. Lakin krediti götürməyinə baxmayaraq Cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. Ona görə də iddiaçı kredit tarixçəsinin qrafiki pozulduğu üçün gecikmə yaranır və bunun nəticəsində bankdan yenidən kredit götürmə problemi ilə üzləşir. Bu vaxtadək həmin kreditin ödənişləri hər ay iddiaçı tərəfindən ödənilib. Bugünədək iddiaçı dəfələrlə cavabdehdən kredit ödənişlərini vaxtında ödəməyi tələb etsə də, o, müxtəlif bəhanələrlə krediti ödəməkdən yayınmışdır. Cavabdeh verdiyi pulları sübut edən dəlillər “Whatsapp” mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları vardır. Cavabdeh aylıq ödənişi ödəyəcəyini bildirsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək pulu ödəməkdən yayınmışdır. İddiaçıda olan məlumata əsasən Cavabdeh Sumqayıt şəhəri 45ci kvartalda yerləşən xəstəxanada işləyir.
8. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz ərizəsində qeyd etmişdir ki, o, boşanmışdır, 4 uşaq anasıdır. xx.xx.2021-xx.xx.2024-cü il tarixlərdə SOCAR “Neft daşları”da işləmişdir. İddiaçı ilə orada tanış olmuş, aralarında qeyri-rəsmi münasibət olmuşdur. Banka gecikmələri olduğundan öz adına kredit götürə bilməmişdir. İddiaçı 2022-ci ildə ona 2500 manat borc vermişdir. Cavabdeh həmin borcu ayda 430 manat olmaqla ödəyə-ödəyə yenidən iddiaçıdan 2000 manat borc istəmişdir. İddiaçı da cavabdehə 1700 manat borc pul vermişdir. 2024-cü ilin əvvəlində bütün borcunu iddiaçıya ödəyib qurtarmışdır. İddiaçını işdən çıxarmaq istəyərkən cavabdeh ona işdən azad olunmaması üçün yardım etmişdir. İddiaçı da bu səbəbdən minnətdarlıq olaraq 2024-cü ilin mart ayının 19 və ya 20-də Bakı şəhərində görüşüb, 1500 manat pulu geri almamaq şərti ilə ona vermişdir. Həmin ilin dekabr ayında iddiaçı cavabdehə bildirmişdir ki, keysəriyyə əməliyyatı ilə nəvəsi dünyaya gələcəkdir və geri qaytarmamaq şərtilə verdiyi pulu cavabdehdən geri istəmişdir. Cavabdeh həmin məbləği 28-29 mart 2025-ci ildə qaytaracağına söz vermişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı yenidən aralarında olan münasibətləri davam etdirməyi tələb etmiş, əks halda cavabdehi şantaj edəcəyini, aralarında olanları qohum-qardaş, iş yoldaşları, övladlarına bildirəcəyi ilə cavabdehi hədələmişdir. Hazırda da bu kimi əməllərini davam etdirir. Oğlunun mobil nömrəsini ələ keçirərək ona zəng edərək, “telefonu anana ver” bildirərək cavabdehə təzyiqlər edir. İddiaçının cavabdehdən 18500 manat pulu tələb etməsi şər-böhtandır. Onunla münasibətlərini kəsdiyi üçün cavabdehə qarşı təzyiq göstərməkdir.
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, birinci dəfə cavabdehə 7000 manat, ikinci dəfə 9000 manat pul vermişdir. Cavabdeh pulların heç birini qaytarmamış, bankda ödənişlər yığılıb qalmışdır. İddiaçı məcbur qalaraq, bankdan pul götürüb bütün borcları qaytarmışdır. Hazırda cavabdehin ümumilikdə 17500 manat borcu qalmışdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2821/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 15729 manat borc və ödənilmiş 124 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların arasında olan şifahi razılaşmadır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia qismən əsaslıdır. Cavabdeh iddia tələbini qəbul etməyərək aldığı pulu qaytardığını qeyd etsədə, etiraz və mülhaizələrinin əsasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı tələbində cavabdehin ona 18500 manat borcu qaldığını bildirsə də, cavabdeh tərəfindən ümumilikdə 2771 manat ödəniş olunması nəzərə alınaraq, cavabdehin hazırda 15729 manat ödənilməmiş borcunun qalması müəyyən edilir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 385.1, 386.1, 442, 448.1, 739.2, 1091.1, 1091.2, 1095-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdehin vəkili və nümayəndəsi X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın 1500 manat borcun tutulmasına dair hissədə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının bildirdiyi kimi onunla 10 il deyil, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə kimi SOCAR “Neft daşları”nda işləyərkən tanımışdır. Banka gecikmələri olduğundan öz adına kredit götürə bilmirdi. İddiaçı maşın alveri ilə məşğul olduğundan bankdan tez-tez kredit götürürdü. İddiaçıdan 2 dəfə cəmi 4200 manat borc almışdır. Həmin borcu ona 2024-cü ilin əvvəlində tam geri ödəmişdir. İddiaçı işdən çıxarılırdı, bu zaman onun köməkliyi sayəsində işdə qaldığından təxminən 2023-cü ilin mart-aprel aylarında ona 1500 manat pulu mükafat kimi vermiş və həmin məbləği bağışladığını bildirmişdir. O, 2024-cü ildə ondan pulu tələb etməyə başlamışdır. O, iddiaçının ona bağışladığı 1500 manat pulu qaytarmağa razı olduğunu bildirmişdir. Məhkəmə sübut kimi “WhatsApp” yazışmalarına, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarına və iddiaçının adına olan kredit müqaviləsinə istinad edərək iddianı təmin etmişdir. Halbuki nə qarşılıqlı yazışmalarda, nə də məhkəmədə dinlənilən səs yazılarında borc məbləğindən söhbət getmir. İddiaçının məhkəməyə təqdim etdiyi kredit-borc müqavilələrinin ona heç bir aidiyyatı yoxdur. O, maşın alveri ilə məşğul olduğundan tez-tez banklardan kredit alırdı. Məhkəmə qətnamə qəbul edərkən bu faktları nəzərə almamışdır. İddiaçı ondan 18500 manat pul tələb etməsi şər-bötandır. O, bu yolla ondan intiqam almaq istəyir. Cavabdehin telefonlarını bloklamışdır. Buna baxmayaraq yenə də ona, uşaqlarının mobil telefonlarına zəng etməklə təzyiqlər edir. Məhkəmə onun təqdim etdiyi qəbzləri nəzərə alaraq iddianı qismən təmin etmişdir. Lakin o, iddiaçının ABB kartına dəfələrlə ödənişlər etmişdir. Yalnız iddiaçı həmin ödənişləri tətbiqdən (telefondan) çıxara bilər. Bununla əlaqədar dəfələrlə sorğu verərək məhkəmədən onun ala bilmədiyi, iddiaçının isə məhkəməyə təqdim etmədiyi ödəniş qəbzlərini Beynəlxalq bankdan tələb edib almasını xahiş etsə də, məhkəmə vəsatətini qəbul etməmişdir. Əgər həmin ödənişlər üzə çıxsa, onun haqlı olduğu və iddiaçıya 1500 manat puldan başqa borcu olmadığı məlum olar. Onun cavabdehə 1500 (bir min beş yüz) manat borcdan başqa heç bir yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında iddia ərizəsində qeyd etdiyi halları təkrarlayaraq, bu vaxtadək həmin kreditin ödənişlərinin hər ay onun tərəfindən ödənildiyini qeyd etmişdir. Bugünədək cavabdehdən dəfələrlə onun kredit ödənişlərini vaxtında ödəməyini tələb etsə də, o müxtəlif bəhanələrlə krediti ödəməkdən yayınmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavİddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
20. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
24. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
35. İş materiallarında olan qəbzlərə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2771 manat (1379 manat kart hesabına köçürməklə (iş v. və 47, 49, 51, 53, 57, 58 və 59) və 1392 manat kredit ödənişi etməklə (iş v. 22, 23 və 41)) ödəniş etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir.
36. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında İddiaçı 18000 manat ümumi borc məbləğini cavabdehə bir dəfəyə vermədiyini, ilk dəfə 7000 manat, daha sonra 9000 manat pul verdiyini bildirmişdir. Daha sonra cavabdehin ödənişləri ödəmədiyinə görə 2500 manat məbləğində kredit kartı götürüb ödənişləri etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ müəyyən edilərkən iddiaçının ayrı-ayrı vaxtlarda cavabdehə verdiyi 7000 manat və 9000 manat pulun nəzərə alınması düzgün olmuş, lakin məhkəmə 2500 manatın bilavasitə cavabdehə verilməməsini nəzərə almamışdır.
38. Belə ki, iddiaçının izahatı ilə sübut olunur ki, o, 2500 manat məbləğində pulu cavabdehə verməmiş, bankdan götürdüyü kreditə görə ödənişlər etmişdir.
39. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçı cavabdehin ondan borc şəklində aldığı ümumilikdə 16000 manatı tələb etməkdə haqlıdır. Bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərə görə isə iddiaçı özü məsuliyyət daşıyır.
40. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Cavabdeh İddiaçı hesabına 3370,54 manat ödənişlər edildiyini sübut etmək məqsədilə Azərbaycan Beynəlxalq Bankından əldə etdiyi şəxsi kart hesabının xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhadə edən hesabdan çıxarışı təqdim etmiş, eyni zamanda onun iddiaçıya 1500 manatdan artıq borcu olmadığını bildirmişdir.
41. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahatında İddiaçı cavabdeh tərəfindən ona borclu olduğu məbləğdən 2771 manat və 3370,54 manat ödənildiyini etiraf etmiş və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
42. Beləliklə kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 16000 manatdan cavabdeh tərəfindən ümumilikdə ödənilmiş 6141,54 (2771+3370,54) manat çıxılmalı və cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği 9858,46 (16000-6141,54) manat məbləğində müəyyən edilməlidir.
43. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2821/2025 nömrəli qətnaməsi - Cavabdeh 15729 manat borcun və ödənilmiş 124 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 9858,46 manat və ödənilmiş dövlət rüsumuna görə 118,58 manat, cəmi 9977,04 (doqquz min doqquz yüz yetmiş yeddi manat dörd qəpik) tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2821/2025 nömrəli qətnaməsi - Cavabdeh 15729 manat borc və ödənilmiş 124 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 9858,46 manat və ödənilmiş dövlət rüsumuna görə 118,58 manat, cəmi 9977,04 (doqquz min doqquz yüz yetmiş yeddi manat dörd qəpik) tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.