Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1599/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(027)-1649/2022 nömrəli qərardadından LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Quba Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(027)-1649/2022 nömrəli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Quba Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(027)-1649/2022 nömrəli qərardadından şikayət edərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini sübut edən dəlili – cavabdehin iddiaçıdan müəyyən məbləğ aldığını təsdiqləyən sənədi (kassa məxaric orderini) iddia ərizəsinə əlavə etmiş və bunun əsasında yalnız cavabdehə verilən əsas borcu tələb etmişdir. Məhkəmə isə iddiaçının iddia tələbini əsaslandırdığı hallara dair sənədləri-kredit müqaviləsini iddia ərizəsinə əlavə etmədiyini əsas gətirmişdir. Halbuki iddia ərizəsində tələbin əsası kimi kassa məxaric orderi əsas götürülmüşdür. Lakin məhkəmə əlavə edilmiş sübutları tam araşdırmamışdır. Bundan əlavə, iddia ərizəsinə mütləq əlavə olunmalı olan sənədlərin siyahısını göstərən qeyd olunan Məcəllənin 150-ci maddəsində məhkəmənin qeyd etdiyi kimi iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin əlavə olunması mütləq şərt kimi göstərilməmişdir. Odur ki, əgər iddia tələbində kredit müqaviləsinə istinad olunsaydı belə, həmin müqavilənin əlavə edilməməsi iddianın qaytarılması üçün əsas olmazdı. Quba Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Vüqar Seyidov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı Ləğv prosessində olan İddiaçı ASCnin nümayəndəsi elektron məhkəmə informasiya sisteminə apellyasiya şikayətindən imtina haqqında ərizə ilə müraciət etmiş və bildirmişdir ki, cavabdehlə aralarında razılıq əldə olunduğundan şikayətdən imtina edir və bu barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətdən apellyasiya icraatı zamanı imtina edilməsi birbaşa prosessual qanunvericiliklə tənzimlənmədiyindən, qanunun anologiyasına istinad edilməklə, qərardaddan verilmiş şikayətdən imtina edilməsi məsələsinə apellyasiya şikayətindən imtina ilə bağlı normalara uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 369.4, 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətdən imtina barədə ərizəsi qəbul edilsin. Quba Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(027)-1649/2022 nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1599/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1599/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver