Məhkəmə qərarları › İş №2(105)-160/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-160/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-160/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X21 Tağızadənin sədrliyi və məruzəsi, X1 və X10 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X17, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3, X5, X3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi E.Nəsibov və cavabdeh B.Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X22 və Cavabdeh2 247558 (iki yüz qırx yeddi min beş yüz əlli səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 9881 (doqquz min səkkiz yüz səksən bir) manat 84 (səksən dörd) qəpik faiz borcu, cəmi 257.440 (iki yüz əlli yeddi min dörd yüz qırx) manat 34 (otuz dörd) qəpik məbləğində borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması, borcun ipoteka predmetlərinə yönəldilməsi, Cavabdeh4 məxsus Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 manat, Cavabdeh3 məxsus Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə 27 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 80.000 manat, Cavabdeh2 Nəsimi oğlu və X15 məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0.042 ha torpaq sahəsi qeyri-yaşayış binasının ilkin satış qiymətinin 550.000 manat, Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, X4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,79 kv.m olan 52 saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 257.440.34 (iki yüz əlli yeddi min dörd yüz qırx) manat 34 (otuz dörd) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun iddiaçı «xxxx» ASC-nə ödənilməsi, 800 manat məbləğində ekspertiza xərcinin cavabdehlər X22, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X2 və Cavabdeh4 tutularaq «S- X11 Mərkəzi MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh X22 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 01/149 saylı kredit müqaviləsinə əsasən 247.558 manat 50 qəpik əsas, 9881 manat 84 qəpik faiz borcu və 30 manat dövlət rüsumunun B.Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh4 məxsus Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə 27 saylı fərdi yaşayış evi, Cavabdeh2 və B.Cavabdeh4 məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1514D ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, A.Ə.Baxşalıyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 29 saylı evin 52 saylı mənzilinə yönəldilməsi, qeyd olunan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması, əmlakların açıq hərracda satılması və satıldıqdan sonra 1 ay sonra boşaldılmasına dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh B.Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 01/149 saylı kredit müqaviləsinə əsasən 247.558 manat 50 qəpik əsas, 83.592 manat 49 qəpik faiz borcu və 30 manat dövlət rüsumunun B.Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh4 məxsus Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə 27 saylı fərdi yaşayış evi, Cavabdeh2 və B.Cavabdeh4 məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1514D ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, A.Ə.Baxşalıyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 29 saylı evin 52 saylı mənzilinə yönəldilməsi, qeyd olunan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması, əmlakların açıq hərracda satılması və satıldıqdan sonra 1 ay sonra boşaldılmasına dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh B.Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 01/149 saylı kredit müqaviləsinə əsasən 32 ay müddətinə illik 19% dərəcəsi ilə 252.321,04 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında həmin tarixli, həmin saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla yanaşı kreditin təminatı kimi Cavabdeh4 ilə xx xxxxx 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi, Cavabdeh5 ilə xx xxxxx 2016-cı il tarixli ipoteka müqaviləsi, A.Ə.Baxşalıyev xx xxxxx 2016-cı il tarixli 04/149 saylı sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə 27 saylı fərdi yaşayış evi, Cavabdeh2 və B.Cavabdeh4 məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1514D ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, A.Ə.Baxşalıyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 29 saylı evin 52 saylı mənzili banka ipotekaya qoyulmuşdur. Qeyd olunan zaminlik müqaviləsinə əsasən bank qarşısında öhdəliklərin yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Borcalan qeyd olunan kredit müqaviləsi üzrə hər ay ödəniş etməli olduğu halda, öhdəliyini normal və vaxtında yerinə yetirməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi E.Nəsibov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaları qismən təmin edilmişdir. İddiaların daşınmaz əmlakların boşaldılması hissəsində təmin olunmamış, faiz borcunun artırılması nəzərə alınmamış və qətnamədə zamin şəxsin ata adı «Nəsmi» əvəzinə səhvən «Nəsimi» yazılmışdır. Digər tərəfdən əmlaklara ekspertin qoyduğu ilkin satış qiymətləri bazar dəyərindən yüksəkdir. İpoteka haqqında qanuna əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər və tutma yönəldildikdən sonra daşınmaz əmlak orada olan şəxslər tərəfindən tərk etməlidir. Onlar da bunu əldə əsas tutaraq iddia ərizəsində ipoteka predmetinin boşaldılması tələbini qoymuşlar. Digər tərəfdən ipoteka predmetinin boşaldılması məsələsi qətnamənin «Qət etdi» hissəsində əks olunmadıqda bu icra zamanı əmlakın hərrac vasitəsilə satılmasında problemlər yaradır. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğu digər məsələ artırılmış faiz borcunun nəzərə alınmamasıdır. Məhkəmə ilkin iddia ərizəsindəki faiz borcunu artıranda kredit müqaviləsinin müddəti başa çatmamışdır. Onlar xx xxxx 2017-ci il tarixli ilkin iddiaya baxılması 16 ay davam edəndən sonra bu ərəfədə xeyli dərəcədə artmış faiz borcunu tələb etmək üçün xx xxxxxx 2018-ci il tarixli ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər və iddia həcmini artırmışlar. Digər narazı olduqları hal isə ipoteka predmetləri arasında Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0,042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binasına ekspertin qoydugu qiymətdir. Belə ki, 2016-cı ildə bağlanmış ipoteka müqaviləsində qeyd olunan əmlaka 259.000 AZN dəyərində qiymət qoyulsa da, 2018-ci ildə məhkəmənin təyin etdiyi ekspert tərəfindən 550.000 AZN qiymət qoyulmuşdur. Göründüyü kimi, ipoteka müqaviləsinin bağlanmasından cəmi 2 il keçmişdir və bu müddət ərzində belə böyük qiymət fərqinin yaranması reallıga uyğun deyil. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)-2231/2018 saylı qətnaməsini ləğv edərək, ipoteka predmeti olan qeyri-yaşayış binası yenidən qiymətləndirilməklə iddia ərizəsinə etdikləri dəyişiklikdəki tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh B.Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, faiz və cərimə borcları həddən artıq şişirdilimişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli, olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)-2231/2018-ci saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi T.V.Aydınov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, cavabdehin apellyasiya şikayətini qəbul etmədi, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər B.Cavabdeh4 Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, A.Ə.Baxşalıyev və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında olan kredit, ipoteka müqaviləsinə və cavabdehlər tərəfindən həmin müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və cavabdeh B.Cavabdeh4 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC-nin «Qəbələ» filialı ilə cavabdeh B.Cavabdeh4 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 01/149 saylı kredit müqaviləsinə əsasən B.Cavabdeh4 32 ay müddətinə illik 19% dərəcəsi ilə 252321,04 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında həmin tarixli, həmin saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla yanaşı kreditin təminatı kimi Cavabdeh4 ilə xx xxxxx 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi, Cavabdeh5 ilə xx xxxxx 2016-cı il tarixli İpoteka müqaviləsi, A.Ə.Baxşalıyev xx xxxxx 2016-cı il tarixli 04/149 saylı sonrakı İpoteka müqaviləsi bağlanmış, qeyd olunan ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evi, Cavabdeh3 məxsus Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə 27 saylı fərdi yaşayış evi, Cavabdeh2 və B.Cavabdeh4 məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0.042 ha torpaq sahəsi ilə birlikdə 86 saylı qeyri-yaşayış binası, Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1514D ünvanında yerləşən 0.095 ha torpaq sahəsi, A.Ə.Baxşalıyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 29 saylı evin 52 saylı mənzili «xxxx» ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notarial qaydada təstiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İşdən görünür ki, iddiaçı «xxxx» ASC tərəfindən dəfələrlə cavabdeh B.Cavabdeh4 xx xxxxx 2016-cı il tarixli 01\149 saylı kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh B.Cavabdeh4 iddiaçının xəbərdarlığına baxmayaraq «xxxx» ASC-nə olan borclarını ödəməmiş, həmçinin zamin Cavabdeh2 da öz öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh B.Cavabdeh4 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı 9881 manat 84 qəpik faizi borcu tələb etmiş, sonradan isə iddia tələbinin dəyişdirilməsi ilə əlaqədar olaraq, faizi 83.592 manat 49 qəpik faiz borcu hesablamaqla tələb etmiş, lakin bu barədə məhkəməyə konkret olaraq heç bir sübut təqdim etmədiyi üçün faiz hissəsində iddianı təmin etməmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh B.İ.Xitilov arasında xx xxxxx 2016-cı il tarixli 01/149 saylı müqavilə 32 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin vaxtı xx xxxxxx 2018-ci il tarixdə bitir. İddiaçı məhkəməyə xx xxxxxxxx 2017-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş və xx xxxxxx 2018-ci il tarixdə, yəni kredit müqaviləsinin müddəti bitdiyi müddətə bir ay qalaraq iş üzrə cavabdehdən ödənilməmiş faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya dəyişiklik edilməsi barədə tələb edilmiş faizi təmin etmədikdə haqlı olmamışdır. İddia ərizəsində dəyişiklik edilməsi barədə iddiaçının cavabdehlərdən tələb etdiyi əsas borc 247.758 manat 50 qəpik, faiz borcu isə 83.592 manat 49 qəpik olmuşdur. Birinci instansiya məhkəməsi əsas borc hissəsində qətnaməni təmin etdikdə, faiz borcu hissəsində iddiaçının məhkəməyə heç bir sübutun təqdim olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası cavabdehlərin iş üzrə faiz və cərimə borcunun şişirdilməsi barədə gətirdiyi dəlili qəbul etmir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 2189 saylı rəyindən görünür ki, borcalan B.Cavabdeh4 tərəfindən İddiaçı ASC alınmış kredit vəsaiti üzrə xx xxxxxx 2018-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 325.039,18 manat məbləğində müəyyən edilir, əsas kredit borcu üzrə 249.682.19 manat, faiz borcu üzrə 75.356,99 manatdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının iş üzrə faiz borcunun birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, tərəflərin bu dəlili qismən qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zamilik müqavilələrinin 2.1-ci bəndinə görə "Zamin" 2.2-ci bənddə göstərilən öhdəlik üzrə "Kredit alan"ın "Bank" qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 borclu B.Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə kredit təşkilatı qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 2016-cı il tarixdə yarandığından hazırkı mübahisəyə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı həmin vaxt qüvvədə olan normativ hüquqi aktların müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan normaların tələbindən göründüyü kimi, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etmələri üçün yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təstiq edilmiş öhdəlik götürmüş olmasını şərt olaraq müəyyən edilir. Buna görə də qanunun bu tələbinə görə iki şərtdən hər hansı birinin olması nəticəsində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X16 apellyasiya şikayəti qismən təmin edilsin, cavabdeh X12 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tarixli 2(060)-2231/2018 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdehlər X22 və Cavabdeh2 247.558 (iki yüz qırx yeddi min beş yüz əlli səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 75.356 (yetmiş beş min üç yüz əlli altı) manat 99 (doxsan doqquz) qəpik faiz borcu, cəmi 322.915 (üç yüz iyirmi iki min doqquz yüz beş) manat 49 (qırx doqquz) qəpik məbləğində borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun, borc ipoteka predmetlərinə yönəldilsin, Cavabdeh4 məxsus Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35.000 manat, Cavabdeh3 məxsus Qəbələ şəhəri, M.Müşfiq küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə 27 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 manat, Cavabdeh2 və X15 məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 0.042 ha torpaq sahəsi qeyri-yaşayış binasının ilkin satış qiyməti 340.000 manat, Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, X4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,79 kv.m olan 52 saylı mənzilin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən edilsin, həmin əmlaklar açıq hərracda satılsın, bir ay müddətinə boşaldılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 322.915 (üç yüz iyirmi iki min doqquz yüz on beş) manat 49 (qırx doqquz) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul iddiaçı «xxxx» ASC-ə ödənilsin, 800 manat məbləğində ekspertiza xərci cavabdehlər X22, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X2 və Cavabdeh4 tutularaq “S-X11 Mərkəzi” MMC-nin hesabına ödənilsin, iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh X9 ekspertiza xərci 305 (üç yüz beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X8 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NAB******************** SVVİFT BİK CTREAZ22 hesab AZ34CTRE******************** saylı hesabına və 350 (üç yüz əlli) manat tutulub H/Hesabı AZ06AİİB********************, VÖEN **********, İddiaçı ASC Sumqayıt şəhər filialı Bank kodu 200253, müxbir hesabı AZ37NABZ13501**********1944, Bank VÖEN **********, S.VV.İ.F.Tkod AİİBAZ2X “X18” İctimai Birliyinə köçülürsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar