Məhkəmə qərarları › İş №2(105)-1601/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1601/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1601/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilin naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin paya mütənasib bölünməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli e-2(012)-3415/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək onlara aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin onlar və Cavabdeh arasında paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-3415/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilin naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin paya mütənasib bölünməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Yusifov X6 Rayon Məhkəməsinin 2(012)-3415/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3415/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehə qarşı iki tələb irəli sürmüşlər: 1) ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək onlara aid hissədə onların mülkiyyət hüquqlarının tanınması; 2) bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin tərəflər arasında bölünməsi. Göründüyü kimi, birinci tələb iddiaçıların mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması barədə olduğuna görə qanunun tələblərinə əsasən hazırkı mübahisə barədə aidiyyət müstəsna aidiyyət hesab olunur, ona görə də bu mübahisənin aidiyyəti mənzilin olduğu yerin məhkəməsinə aiddir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Eyni zamanda həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Hazırki işin hallarından da göründüyü kimi, mübahisə predmeti olan mənzil Abşeron rayonu ərazisində yerləşir və mənzilin naturada bölünməsinin mümkün olub-olmaması barədə ekspertizanın təyin edilməsi, habelə mənzilə baxış keçirilərək yerində müayinə edilməsi zərurəti də olduğu üçün həm MPM-in 39.1-ci maddəsinin tələbi, həm də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən qərarında ifadə olunan hüquqi mövqe, yəni müstəsna aidiyyətlə bağlı qanunun güddüyü məqsəd baxımından bu mülki mübahisənin aidiyyəti müstəsna aidiyyət hesab olunmalıdır. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3415/2023 nömrəli 05 iyul 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Elman Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli e-2(012)- 3415/2023 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və Vahidov X3 Oruc Əvəz oğluni cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versələr də, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən göründüyü kimi cavabdeh İslamov X5 rayonu, Atakişili kəndi ünvanında qeydiyyatdadır. Odur ki, məhkəmə AR MPM-in 35.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanının olduğu Kürdəmir Rayon Məhkəməsinə müraciət etməli və mülki işə həmin məhkəmədə baxılmalıdır. İddia ərizəsində göstərilən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil, Abşeron rayonunun ərazisində yerləşsə də, məhkəmə iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab edir ki, hazırki tələb müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarında Plenum aşağıdakıları qeyd etmişdir: “...Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və Vahidov X4 rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2 ünvanında yerləşən 3 nömrəli mənzilin naturada bölünərək onlara aid hissədə onların mülkiyyət hüquqlarının tanınması, bu mümkün olmadıqda həmin mənzilin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin onlar və Cavabdeh arasında paylarına mütənasib bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki tələbin müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşməməsinə əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə iş baxılması üçün Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli e-2(012)-3415/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilin naturada bölünərək mülkiyyət hüququnun tanınması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin paya mütənasib bölünməsi» tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar