Məhkəmə qərarları › İş №2(105)-1602/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1602/2022

21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1602/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “ziyan, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “4-Ə-709 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 İddiaçı və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə X13 arasında Quba regional “Asan Xidmət” Mərkəzində bağlanmış xx.xx.2020-ci il tarixli AN ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X6 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissə də təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı 11 avqust 2005-ci il tarixli “4-Ə- 709 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 İddiaçı və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 birgə apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsi qarşılıqlı iddia tələbinin təmin edilərək torpaq sahəsinə olan manelərin aradan qaldırılmasının, torpaq sahəsinin boşaldılaraq üçüncü şəxs X7 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİNHALLARİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyanla bağlı 30000 (otuz min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat məbləğində pulun alınması və Cavabdeh ilə X13 arasında Quba regional “Asan Xidmət” Mərkəzində bağlanmış xx.xx.2020-ci il tarixli AN ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X6 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X16 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini rədd edilməsi, Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğı-satqı müqaviləsini ləğv edilməsi, ona dəymiş 30000 (otuz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Nəsrəddin Umbat oğlu və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, cavabdeh İddiaçı Hümbət oğlunun zəbt etdiyi Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,6458 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçını ilk dəfə Quba Rayon Məhkəməsində görmüş, ona qədər onunla heç bir münasibəti olmayıb və heç bir müqavilə bağlamamışdır. 0.64 ha mübahisəli torpaq sahəsi ona dövlət tərəfindən pay kimi verilib. 2004-cü ildə Rusiya Federasiyasından gəldikdən sonra görüb ki, torpağında karxana tikildiyini göstərmişdir. Karxana tikən Məmməd adlı şəxslə icarə müqaviləsi bağlamışdır. İddiaçı tanımamışdır. Alğı-satqı müqaviləsindəki anasının və onun imzası saxtadır. Deməli, həmin müqavilə də saxtadır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə qarşılıqlı iddia tələbinin təmin edərək, torpaq sahəsinə olan maneələrin aradan qaldırılmasını, torpaq sahəsinin boşaldılaraq üçüncü şəxs X7 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X13 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Cavabdeh ona 16000 ABŞ dolları borcu var idi. Borcun ona ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 2008-ci il tarixli qətnaməsi var. Borcu ödəyə bilmədiyinə görə öz pay torpağını təklif etmiş, o da, torpağı qəbul etməyə razılaşmışdır. 2008-ci ildə Quba Rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə torpağa baxmış və qəbul etmişdir. Sorğular nəticəsində bilindi ki, torpaq 2005-ci ildə icarəyə verilib və o, 3 il gözləməlidir. Bundan əlavə sənədləşmənin xərcini də özü çəkməlidir. Bu səbəbdən torpağı qəbul etməkdən imtina etmişdir. Bu barədə rəsmi akt var. Nəticədə həmin torpaq sahəsinə həbs qoyuldu. Sonra icra şöbəsi ona bildirdi ki, borclunun başqa heç bir əmlakı yoxdur. Torpağı 2020-ci ildə 16000 ABŞ dollarının əvəzinə icraçıların iştirakı ilə qəbul etmiş və Cavabdehlə barışmışdır. Notariat Kontorunda rəsmi alğı-satqı etmiş, 5000 manat əlavə pul ödəmiş, 16000 ABŞ dolları borcu silmiş və adına çıxarış almışdır. Qubada İddiaçı vəkili İbrahim adlı şəxs onu ofisinə çağırmış, İbrahimin xahişi ilə tərəflə barışığa gəlmişdir. Razılaşma belə oldu ki, Nəsrəddin ona başqa yerdə torpaq verir, o, 0.60 ha torpaq sahəsindən imtina edir. Gedib İddiaçı torpaq sahəsinə baxmış, torpağı ölçərək ona 80 sot torpaq sahəsi vermiş və demişdir ki , 1 ay gözləsin, bir ayın tamamında rəsmi alğı-satqı ediləcək. Onun adına olan çıxarış hazırda ləğv olunub. Alğı-satqı müqaviləsində İddiaçı iştirak etməyib. İmzalar saxtadır. Həmin alğı-satqı müqaviləsinə dair notariusda arxiv sənədləri yoxdur. Bundan əlavə hesab edir ki, Quba rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları, icarə müqaviləsinin tərəfi olan Məmməd adlı şəxs və X17 məhkəmə iclasına dəvət olunmalıdırlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə qarşılıqlı iddia tələbinin təmin edərək, torpaq sahəsinə olan maneələrin aradan qaldırılarmasını, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, qətnamədə bütün hallar araşdırılmış və qiymət verilmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunub ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilib. Lakin həmin torpaq sahəsi iddiaçıya alğı-satqı müqaviləsi əsasında satılıb. Müqavilədəki imzalar mübahisələndirilib, ekspertiza keçirilib və müəyyən edilib ki, imzalar həqiqidir. İsayev Təvəkkül dövlət aktının itirilməsi barədə elan verib. Əslində isə həmin torpaq sahəsini iddiaçıya satarkən dövlət aktı təhvil verilib. Təkrar dövlət aktını aldıqdan sonra digər şəxsə 16000 ABŞ dollarının əvəzində satılıb. torpaq sahəsinin iddiaçıya satılması barədə alğı-satqıdaki imzalar tərəflərə aid olduğundan sonrakı müqavilə etibarsız olmuşdur. Məhkəmə də haqlı olaraq müaviləni etibarsız hesab etmişdir. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsindən görünür ki, X10 və Cavabdeh Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsini 10.000.000 manata İddiaçı satmışlar. İş materiallarına əlavə edilmiş Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, JN-1233 KOD30320018 nömrəli Dövlət Aktına dair Quba rayon NK-da rəsmiləşmiş xx.xx.2005-ci il tarixli, X10 və Cavabdeh ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin bir nüsxəsi Quba rayon Notariat Ofisinin arxivində saxlanır. Lakin, alğı-satqı müqavilələrinin qeydiyyatına dair həmin dövrə məxsus (4Ə) reyestr kitabı Quba rayon Notariat Ofisinin arxivinə təhvil verilmədiyindən həmin müqavilənin reyestr kitabında qeydiyyatdan keçməsi, qüvvədə olması, eləcə də ləğv edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-50/2008 saylı, xx.xx.2008-ci il tarixli qərardadından görünür ki, Quba rayonu, İİ Nügədi sakini X15 adına olan 0.08 ha torpaq sahəsinin və 1.45 ha özəl pay torpaq sahəsinin Cavabdeh anası X8 mülkiyyətində olan 0.65 ha özəl pay torpağı, 0.20 ha həyətyanı sahələrinin və Cavabdeh adına olan “VAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-2602, KOD30320018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2.23 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-708 və 4-Ə-709 saylı müqavilələri əsasında İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş **********42 reyestr nömrəli, ********** qeydiyyat tarixli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,6458 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Quba rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, özünün və mərhum anası X5 adına Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,65 ha torpaq sahəsi üçün verilmiş Dövlət Aktı naməlum şəraitdə itmişdir. Bununla bağlı axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Qeyd olunan akt tapılmış əşya kimi Quba RPŞ-nə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu, İİ Nügədi kəndində yerləşən iki mərtəbəli, 4 otaqlı dam örtüyü qara dəmir olan yaşayış evini və 0.20 ha həyətyanı torpaq sahəsini oğlu Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu, İİ Nügədi kəndində yerləşən evini və torpaq sahəsini X9 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)405/2008 saylı, 28..04.2008-ci il tarixli qətnaməsi ilə, X15 ilə Cavabdeh müştərək qaydada 16.000 ABŞ dollarının alınaraq X7 verilməsi barədə Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsini 5.000 manata X1. İş materiallarına əlavə edilmiş Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə 16.000 ABŞ dolları məbləğində pulun əvəzinə DƏDRX-nın **********42 reyestr nömrəli çıxarışa əsasən sahəsi 0,6458 ha olan torpaq sahəsini borclu Cavabdeh götürdüyünü, qətnamə üzrə heç bir tələbinin olmadığını bildirərək icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Ona görə də, Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)-33/2008 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsi X6 mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 4/1704 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə, ekspertizaya təqdim edilmiş X5, Cavabdeh adlarından İddiaçı adına bağlanmış olan xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsiin kserosurətində “imzalar” hissəsində “CavabdehQ” yazıları qarşısında əsk olunmuş imza – Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-74/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı ilə, iddiaçı X6 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22-188 saylı mütəxəssis rəyi ilə, X7 məxsus olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 20.000 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22-186 saylı mütəxəssis rəyi ilə, Quba rayonu, İİ Nügədi kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən hüquqdan sui-istifadə olaraq qiymətləndirilməlidir. Belə ki, Cavabdeh İddiaçı Quba rayonu, İİ Nügədi kəndində yerləşən torpaq sahəsini satmasını inkar etsə də, iş üzrə keçirilmiş ekspert rəyləri və iş materialları ilə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması sübuta yetirilmiş, Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X7 borclu olduğu 16.000 ABŞ dolları məbləğində pulun əvəzi olaraq mübahisə predmeti olan torpaq sahəsini vermiş, İddiaçı xx.xx.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsi əsasında Torpağa Mülkiyyət Hüququna dair JN-2602, KOD30320018 saylı Dövlət Aktı alsa da, həmin torpaq sahəsi üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarış almamış, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinə Dövlət reystrindən çıxarış almaması onun həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının olmaması kimi qiymətləndirilməməli, həmin torpaq sahəsinin 2005-ci il tarixdən iddiaçının mülkiyyətində olması, onun, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməsi, Cavabdeh Dadaşov Təvəkkül oğluna olan borcunu pərdələmək üçün iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq, həmin torpaq sahəsini borc əvəzinə X7 verməsini müəyyən edərək ilk iddia tələbini təmin etmiş, qarşılıqlı iddia tələblərinin təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instaniya məhkəməsini gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli Quba rayonu, İİ Nügədin kəndində yerləşən 0,65 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsinə əsasən X10 və Cavabdeh tərəfindən 10.000.000 manata İddiaçı satılmış, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2.23 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-708 və 4-Ə-709 saylı müqavilələri əsasında İddiaçı satılmışdır. İş materiallarından görünür ki, Cavabdeh özünün və mərhum anası X5 adına Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,65 ha torpaq sahəsi üçün verilmiş Dövlət Aktının itməsi barədə Quba rayon Polis Şöbəsinə müraciət etmiş, bundan sonra həmin torpaq sahəsinə dair **********42 reyestr nömrəli, ********** qeydiyyat tarixli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış almış, AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini 5.000 manata X2, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsaəsn həmin torpaq sahəsi X6 mülkiyyətinə keçmişdir. Cavabdeh tərəfindən yuxarıda sadalanan xx.xx.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsi mübahisələndirilərək imzaların ona məxsus olmaması bildirmış, iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 4/1704 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsindəki “imzalar” hissəsində “CavabdehQ” yazıları qarşısında əks olunmuş imzanın – Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, mülkiyyətin ilkin sahibi, iddiaçı ilə 2005-ci ildə alğısatqı müqaviləsi bağlanmasına baxmayaraq torpaq sahəsinə dair dövlət aktının itməsi barədə polisə müraciət etmiş, bundan sonra yenidən torpaq sahəsinə dair çıxarış almış və alğı-satqı müqaviləsi əsasında torpaq sahəsini üçüncü şəxsə satmışdır. Bunlardan iddiaçı ilə bağlanmış müqavilə satıcının və alıcının iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Digəri isə tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün qarşı tərəfdə buna dair fikir formalaşdıran və görüntü yaratmaq məqsədi daşıyan əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında qeyd edir ki, “Torpaq İslahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımı tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan iş materiallarına və qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbində mübahisələndirilən müqavilə qanunvericilik normalarının pozulması ilə bağlandığından və başqa əqdi pərdələmək məqsədi ilə bağlandığından etibarsız hesab edilməli, həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X6 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Həmçinin ilk tələbinin 30000 manat ziyanın cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ona 30000 manat zərər dəyməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsini və ona dəymiş 30000 (otuz min) manat zərərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona ödənilməsini tələb edir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi alğı-satqı müqaviləsindəki imzalaların həqiqiliyi ekspert rəyi ilə təsdiq edildiyindən həmin müqavilənin ləğvi üçün hər hansı əsas mövcud deyildir. Həmçinin həmin müqavilənin alğı-satqı müqaviləsi deyil, torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi olmasını və icarəyə verilmiş torpaq sahəsi üçün 3000 ABŞ dolları məbləğində ilkin iddiaçıdan pul almasını qeyd etsə də, bunda dair hər hansı sübutu təqdim etməmişdir. Bundan başqa həmin dövrdə rayon ərazisində 1 ha torpaq sahəsinin satış qiymətinin 1000-2000 ABŞ dollar olduğu nəzərə alınsa, qarşılıqlı iddiaçı tərəfindən 65 sot torpaq sahəsinin 3000 ABŞ dollarına ilkin iddiaçıya icarəyə verilməsi ağılabatan hesab edilə bilməz. Qarşılıqlı iddia tələbinin dəymiş ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pulun tutulması barədə tələbə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki. iddiaçı qeyd edilən zərərin hansı formada yaranmasına dair hər hansı sübut təqdim etməmişdir. Həm də həmin zərərin yaranmasına əsas kimi göstərdiyi mübahisələndirdiyi müqavilənin ləğv edilməsi üçün əsas olmadığından həmin zərərin də tələb edilməsi əsassızdır. Cavabdeh ona 30000 manat zərər dəyməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Bundan başqa məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Nəsrəddin Umbat oğluna qarşı iddia tələbinə qiymət verərək qeyd edir ki, X13 torpaq sahəsinin Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında borc əvəzi ona satılmasını bildirsə də, tərəflər arasında bağlanmış olan AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsini 5.000 manata X1. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc 16000 ABŞ dolları olduğu halda, 16000 ABŞ dolları pulun əvəzində mübahisə predmeti olan torpaq sahəsini vermişsə, o zaman müqavilədə də torpaq sahəsinin qiyməti 16000 ABŞ dolları kimi qeyd edilməli idi. Bundan başqa "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/22-188 saylı mütəxəssis rəyi ilə, X7 məxsus olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 20.000 manat müəyyən edildiyi halda müqavilədə torpaq sahəsinin 5000 manata satılması ağlabatan hesab edilə bilməz. Bununla da qeyd edilən müqavilənin etibarsız əqd olması bir daha sübuta yetirilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında X7 verilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış da ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbi müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində əsaslı olduğundan, eləcə də qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi sübuta yetirilmədiyindən, ilk iddia tələbində göstərilənlərlə təkzib edildiyindən məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə ilk iddia tələbi təmin edildiyindən keçirilmiş ekspertizanın dəyəri də Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər iş materialları ilə təkzib edildiyindən təmin edlə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki. məhkəməyə təqdim edilmiş Quba rayonu, X14 xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışına əsasən mübahisəli torpaq sahəsinə görə X13 tərəfindən 2020-2021-ci illər ərzində torpaq sahəsinin vergisinin ödənilməsi də, iddiaçının mübahisələndirdiyi müqavilənin əsaslı olması, eləcə də cavabdehlə iddiaçı arasında bağlanmış 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki. Quba rayonu, X12 xx.xx.2022-ci il tarixli, 118 nömrəli arayışına əsasən mübahisəli torpaq sahəsinə görə İddiaçıun xx.xx.2023-cü ilə qədər vergi borcunun olmaması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olduğundan ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-68/2022 saylı, 29 aprel 2022 ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar