Məhkəmə qərarları › İş №2(105)-1602/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1602/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1602/2023 10.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(012)-1661/2023 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 ədəd “SONY PMW 320” markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çantanın, 1 ədəd “Sony” markalı batareyanın, 2 ədəd 32 Gb “Sony SxS” markalı yaddaş kartının və 9 ədəd 64 GB “Sony SxS” markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(012)-1661/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 2 ədəd “SONY PMW 320” markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çantanın, 1 ədəd “Sony” markalı batareyanın, 2 ədəd 32 Gb “Sony SxS” markalı yaddaş kartının və 9 ədəd 64 GB “Sony SxS” markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumunın, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(012)-1661/2023 saylı qərardadı ilə Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Cəmilə Səfiyeva). Qərardaddan narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 şikayət verərək, həmin qərardadın ləğv edilərək, sonrakı prosessual hərəkətləri edib, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1661/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1661/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda həmin qərardaddan narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən şikayət verilərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1661/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadını ləğv edərək sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətlər nümayəndə və vəkil kimi onun tərəfindən verilmiş və iş materiallarında order və etibarnamə mövcuddur. Qanunvericilik nümayəndəyə və vəkaləti olan vəkilə məhkəmə aktlarından şikayət verməyi mümkün hesab edir. Şikayətin giriş hissəsində apellyasiya şikayəti isə ondan asılı deyil və “Elektron Məhkəmə İnformasiya Sistemi”nin avtomatik yaradığı formadır ki, o, bunu dəyişə bilmir. Hazırda da məhz bu səbəbdən sistemdə şikayət yox apellyasiya şikayəti kimi qeyd edilir. O, dəfələrlə bu fomada şikayətlər vermiş və hamısı icraata qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(012)-1661/2023 qərardadı ilə şikayət təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1661/2023 saylı, 05 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e- 2(012)-1661/2023 nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1661/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmənin elektron sisteminə daxil olmuş şikayətindən görünür ki, şikayət Cavabdeh vəkilinümayəndəsi Nümayəndə2 öz adından verilmiş, şikayətinin giriş hissəsində cavabdeh barədə məlumatlar əks olunmamış, bununla da şikayətin tərtibatının forma və məzmununa əməl edilməmişdir. Həmçinin qərardaddan şikayət verilməsinə baxmayaraq şikayətin giriş hissəsində şikayət əvəzinə apellyasiya şikayəti yazılmışdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, cavabdehin nümayəndəsi və vəkili Məmişov X3 Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(012)-1661/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə 24 iyun 2023-cü il tarixli qərardadla apellyasiya şikayətini cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilməsi, apellyasiya şikayətinin giriş hissəsində cavabdeh barədə məlumatlar əks olunmaması və bununla da apellyasiya şikayətinin kimin adından verilməsinin müəyyən edilməsində çətinlik yaranması səbəbindən geri qaytarmış, cavabdehin nümayəndəsi və vəkili tərəfindən həmin qərardaddan şikayət verilmiş, məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, cavabdehin nümayəndəsi və vəkili tərəfindən 11 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti qanunvericiliyin tələblərinə əməl olunmaqla yenidən tərtib edilərək (i/v 114-118), məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadından şikayətlə birlikdə məhkəməyə verilmiş, məhkəmə şikayəti təmin etməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(012)-1661/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsi səbəbindən məhkəmənin 24 iyun 2023-cü il tarixli qərardadı geri qaytarmış, qərardaddan narazı qaldığından cavabdehin nümayəndəsi və vəkili şikayət vermiş, məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, sonradan cavabdehin nümayəndəsi və vəkili tərəfindən 11 iyul 2023-cü il tarixdə apellyasiya şikayətini qanunvericiliyin tələblərinə əməl olunmaqla yenidən tərtib edilərək məhkəməyə verilsə də, məhkəmə 05 iyul 2023-cü il tarixli qərardadından verilmiş şikayəti təmin etməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş,lakin qətnamədən qanunvericiliyin tələblərinə əməl olunmaqla yenidən tərtib olunaraq verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə qiymət verməməklə hazırkı mübahisənin aradan qaldırılmasına nəticə verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları tam yoxlamamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-1661/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə yenidən baxmalı və iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən qiymət verilməlidir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış 05 iyul 2023-cü il tarixli, e- 2(012)-1661/2023 nömrəli qərardad ləğv edilməklə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1661/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(012)-1661/2023 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1661/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar