Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1612/2024 04.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq pozuntusundan irəli gələn mülki mübahisə, zərərin ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümyəndəsi Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Sumqayıt Şüşə zavodunun keçmiş işçisi Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinin kassasından saxta əmək xəsarəti müavinəti adı ilə qanunsuz olaraq cəmi 5053,99 (beş min əlli üç manat doxsan doqquz qəpik) manat pul almışdır.
2. Oftamoloji xəstəxana tərəfindən verilmiş 78 nömrəli, 02 noyabr 2020-ci il tarixli məktuba cavabdan görünür ki, xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsi qeyri-mümkündür.
3. İş materiallarında olan komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh “ODqlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1808/2010 saylı, 12 may 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “əmək xəsarəti nəticəsində dəymiş maddi ziyanın və əlavə xərclərin ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün rədd edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650/2012 saylı, 03 fevral 2012-ci il tarixli qərardadadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “iki illik məzuniyyət haqqının, hər istifadə olunan bir növ dərman pulunun, əmək xəsarətinə görə birdəfəlik ödəncin və başqasının köməyinə görə ödənilməli olan məbləğin ödənilməsi” barədə iddia tələbi üzrə AR MPM-ni 261.0.2-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16459/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-55/2017 saylı, 13 yanvar 2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh İddiaçı ASC-nə qarşı “əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə AR MPM-ni 261.0.2-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
8. İş materiallarında olan Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyəti cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixinin qanuni hesab edilməsi qərara alınmışdır.
10. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6590/36 nömrəli sorğuya cavabdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2007-ci il tarixli icra vərəqəsi üzrə açılmış 5664/2011 nömrəli icra işi təqdim olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, borclu İddiaçı QSC tərəfindən tələbkar Cavabdeh Əyyub oğluna ödənilməli olan aylıq ödənc xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək “Azərikimya” İB “Etilen-Polietilen” zavodunun dəmir yolu sahəsi, 4-cü dərəcəli yol təmirçisinin əməkhaqqında uyğun hesablanmaqla cəmi 32059.69 manat, xx.xx.2022-ci il tarixdən 03.2023-cü il tarixədək teplavoz maşisint köməkçisi 4-cü dərəcə, dəmir yol çənlərinin yuyucu və buxarlandırıcısı 4-cü dərəcə və qatar tərtibçisi 4-cü dərəcə əməkhaqlarının ortalamasına uyğun hesablanmaqla cəmi 13249,85 manat təşkil edir.
11. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı MMC-nin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli inkasso sərəncamı ABB tərəfindən qismən ödəniş icra edilərək geri qaytarılmışdır.
12. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçıdan qanunsuz hərəkətləri ilə bağlı ödənişlərin icra olunmasını tələb etmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən İddiaçı MMC (QSC)-yə vurmuş olduğu maddi ziyan 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik pulun və məhkəməyə iddia ərizəsinə görə ödənilmiş 70 (yetmiş) manat 54 (əlli dörd) qəpik dövlət rüsumunun ondan tutularaq İddiaçı MMC (QSC)-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırıb ki, o 1990-cı ildən İddiaçı ASC-ni təsis edib özü də sədri vəzifəsindədir. Daha sonra ASC MMC kimi qeydiyyatdan keçirilmişdir. MMC-nin nəzdində Sumqayıt Şüşə Zavodu vardır və həmin zavodda 1941-ci il təvəllüdlü Cavabdeh 25 iyun 1986-cı il tarixdən nəqliyyat sexində fəhlə işləmişdir. 07 yanvar 1994-cü il tarixdə Aydın işdə olarkən yıxılmış və xəsarət almış, 23 fevral 1994-cü il tarixdə tibbi ekspert komissiyası tərəfindən müayinə olunmuş, 01 mart 1994-cü il tarixdə öz istəyi ilə işdən çıxmışdır. xx.xx.1995-ci ildə Cavabdeh Əyyub oğlu Bakıda özəl klinikada “Qlaukoma” xəstəliyi ilə gözündən əməliyyat olunaraq 1-ci dərəcəli əlillik almış və daha sonra MMC-yə əmək xəsarəti ilə əlil olduğunu bildirmişdir. İddiaçı MMC (QSC) də Cavabdeh sözünə inanıb, uzun müddət hər ay ona 20 manat əlavə müavinat ödəmişdir. Belə ki, 1994-cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 165 (yüz altımış beş) manat 61 (altımış bir) qəpik, hər il ardıcılıq olaraq 2016-cı ilin 1-ci ayından 7-ci ayına kimi olan müddət ərzində 135 (yüz otuz beş) manat 25 (iyirmi beş) qəpik, cəmiyyətdən cəmi 5053 manat 99 qəpik manat məbləğində pul ödənilmişdir. Cavabdeh qeyd olunan pulları dələduzluq yolu ilə əldə etmişdir. Cavabdeh dövlətdən öz təqaüdünü mütəmadi olaraq tam almışdır. Cavabdehin pensiya işindən çıxarışdan görünür ki, onun pensiya almasının səbəbi ümumi xəstəlikdir, əmək xəsarəti deyil. 04 may 2007-ci ildə Cavabdeh Cəmiyyətə yenə də pul almaq üçün gəldikdə işçilər sonuncudan əlilliyi ilə əlaqədar sual soruşmuş və cavabdeh əvəzində onları təhqir etmişdir. Daha sonra o, məhkəməyə əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi tələbinə dair iddia ilə müraciət etmiş, lakin onun iddiası əsassız olduğundan təmin edilməmişdir. Yalnız Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi ilə işə İddiaçı MMC-nin iştirakı olmadan baxılmış və pensiya işini araşdırılmadan, yəni əlillik səbəbi müəyyən edilmədən cavabdehin xeyrinə qərar çıxarılmışdır. Cavabdehin saxtakar əməllərini təstiq edən kifayət qədər sübutlar vardır. MMC-nin xx.xx.2020-ci il tarixli sorğusuna Sumqayıt Şəhər Oftalmoloji Xəstəxanasının Baş həkimi Şəhərin Baş Oftalmoloqu İradə Əliyevanın cavabında “Qlaukoma” xəstəliyinin əmək xəsarəti ilə əlaqəsi olmadığı, “Qlaukoma”nın tarixi xəstəlik olması və travma nəticəsində əmələ gəlməsinin mümkünsüz olması göstərilmişdir. Eyni zamanda Sumqayıtda bütün gözdən əlillərin uçotda olduqlarını və onların hər il dövlət hesabına pulsuz müalicə aldıqlarını bildirmişlər. Ancaq Cavabdeh adı siyahıda olmamışdır. Beləliklə, Cavabdeh “Qlaukoma” xəstəliyi istehsalatda yıxılmaqdan aldığı travmadan yarana bilməz. Bundan sonra İddiaçı MMC Sumqayıt Şəhər Prokurorluğuna xx.xx.2021-ci il tarixdə müraciət etmiş, keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Cavabdeh “ODQlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilmişdir. İşdə olan materiallardan görünür ki, Cavabdeh 1995-ci ildən “Qlaukoma” diaqnozu ilə ümumi xəstəlikdən əməliyyat olunaraq 1-ci dərəcəli əlillik almışdır. Ancaq 2007-ci ildə dələduzluq edərək “əmək xəsarəti əlili kimi” məhkəməyə şikayət edərək İddiaçı MMC-dən təzminat tələb etmişdir. Aydın şəkildə görünür ki, pensiyanın səbəbi ümumi xəstəlikdir. Beləliklə Cavabdeh yalnız İddiaçı MMC-ni deyil, eyni zamanda məhkəmələri və dövləti də aldadıb, dələduzluqla İddiaçı MMC-dən 5053 manat pul almış və bundan başqa MMC-yə xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin dələduzluq əməlini, yəni xəstəlikdən sui-istifadə etməklə qanunsuz olaraq MMC-dən pul alması iddia ərizəsinə əlavə etdiyi məhkəmə aktlarında aşkar görünür. Cavabdehin dələduzluq əməli ilə bağlı cinayət işi üzrə 6 may 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılaraq istintaqının aparılması üçün Sumqayıt ŞPİ-nin İŞ-yə göndərilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb Cavabdeh Sumqayıt şəhərində yerləşən İddiaçı MMC-nin Sumqayıt Şüşə Zavodunda işləyən zaman 1994-cü ildə xəsarət alaraq sonradan MMC-yə «OD-Qlaukoma» xəstəliyin travmatik mənşəli olması barədə yalan məlumatlar təqdim edərək MMC- dən 1994-cü ildən 2016-cı ilədək cəmi 5053 manat 99 qəpik məbləğində pul almaqla dələduzluq etməsi faktı əsasında toplanmış material olmuşdur. Həmin iş üzrə Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun 06 noyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən ********* nömrəli cinayət işi üzrə icraata xitam vermiş və Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv etmişdir. Prokuror öz qərarını onunla əsaslandırmışdır ki, “4 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət edərək Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından 7- ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəllənin 39.1.3cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanılmamalı, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.” Sumqayıt şəhər məhkəməsinin İş № 6(060)- 16/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, Cavabdeh cinayət hərəkətləri hal-hazırda da davam edir və onun qanunsuzluqları nəticəsində İddiaçı MMC və onun əməkdaşları zərər çəkərək maddi və mənəvi ziyana düşürlər. Belə ki, onun davam edən cinayətləri nəticəsində İddiaçı MMC-nin bank hesablarına həbs qoyularaq cəmiyyətin normal fəaliyyət göstərməsinə hər cür maneələr yaradılır. Bütün hallarda toplanmış sübutlarla Cavabdeh “Xəzər' MMC-yə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət etməsi və 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində ziyan vurması təsdiqini tapmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya maddi ziyan vurması prokurorluq və məhkəmə orqanının qanuni qüvvəyə minmiş qərarı olmaqla, cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Başqa sözlə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarında da maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edib ki, Cavabdeh Əyyub oğlundan İddiaçı MMC-nin xeyrinə 5053.99 manat məbləğində pul tutulmalıdır.
17. İddia tələbini təmin edən məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1092.1-ci maddələrinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə MPM-nin 4, 9, 14, 88-ci, AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı qərarın, “Əlilliyin qiymətlənməsi qaydasının”, TSEK-in Əsasnaməsinin və MM-nin 1117-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. 1986-cı ildə Şüşə zavodunun nəqliyyat sexinə sağlam bir işçi kimi işə qəbul edilmişdir. 1994-cü ildə zavodun giriş-çıxış qapısı qopub yerə düşmüşdür. Həmin zaman Sumqayıt Şüşə zavoduna rəhbərlik edən Q.Kərimov cavabdehin işlədiyi sexin rəisinə göstəriş vermişdi ki, dəmir yolu üzərində qurulmuş giriş-çıxış qapısını xx.xx.1994-cü ildə günorta saat 12:00-a qədər yerinə bərpa etsin. Həmin günü qar yağmışdı. Cavabdeh iş yoldaşı Famil ilə birlikdə bu işlə məşğul olmuş, yerin qarlı olması səbəbindən Famil müvazinətini itirərək yerə yıxılmış, dəmir qapı cavabdehin üzərinə aşmışdır. Bədbəxt hadisə səbəbindən onu ölmüş vəziyyətdə 1 saylı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirmişlər. Aldığı xəsarət səbəbindən 12 dişi sınmış, burun, çənə sümükləri sınmış, beyin kəllə sümüyü əzilib batmış, sağ əlində barmaqlarımdan biri sınmışdır. Xəsarət nəticəsində uzun müddət müalicə almışdır. Xəsarət nəticəsində görmə qabiliyyəti getdikcə zəifləmiş, korluq yaranmışdır. 1995-ci ilin mart ayının 7-dən 1-ci qrup əlil hesab edilmiş, kənar şəxslərin yardımına ehtiyacı olduğu təsdiq edilmişdir. 2021-ci ilin avqust ayının 12-də Q.Kərimov müxtəlif instansiyalara müraciət edərək onun əlilliyinin saxta yolla alındığını bildirmişdir. xx.xx.2021-ci ildə yenidən əlilliyinin qiymətlənməsi aparılmışdır. Bir daha təsdiq olunmuşdur ki, o, ömürlük gözdən əlildir. Görmə qabiliyyətinin 100%-ni itirmişdir. İddiaçı ona dəymiş ziyana görə 250 min manat pul ödəməlidir. Həmin pulu ödəməmək üçün müxtəlif insantsiyalara müraciət edərək pulu ödəməkdən yayınmışdır. Hazırkı tarixə ona təxminən ***-**** manat ödəniş edib. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamə qüvvədə olan xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi ilə müəyyən edilmiş işin hallarına kölgə salan qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin adı çəkilən qətnamədən verdiyi şikayətlərə əsasən qəbul edilmiş məhkəmə aktları, o cümlədən yeni açılmış hallarla əlaqədar AR Ali Məhkəməsinin qərarı qüvvədə olduğu halda hakimin Sumqayıt şəhər Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına istinad etməsi MPM-nin 217-ci maddəsinə ziddir. Məhkəmə obyektiv araşdırma aparmamış, iddiaçının marağına xidmət etmiş, nəticədə qərəzli olmuşdur. O, məhkəmə baxışı zamanı hakimin qərəzli olmasına görə ona etiraz etmiş, lakin etirazı qəbul edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O iddiaçıya məxsus zavodda işləmişdir. 1994-cü ildə həmin zavodun giriş-çıxış qapısı qopub yerə düşmüşdür. Zavodun giriş-çıxış qapısının yerinə bərpa edilməsi işinə iddiaçının MMC-nin sədri Qüdrət Kərimov tərəfindən cəlb edilmişdir. Hətta qapını müəyyən edilmiş zaman ərzində yerinə bərkidə bilməsələrə işdən çıxarmaqla hədələmişdi. Giriş-çıxış qapısını yerinə bərpa edən zaman həmin qapı onun üstünə aşmış və o xəsarət almışdır. Hadisə nəticəsində xəsarət alarkən onda qlaukoma xəstəliyi olmayıb. O, pensiyaya peşə xəstəliyi səbəbindən çıxmışdır. MMC ona ödənişlərin icrasından qərəzli şəkildə yayınır. X3 özünün təsdiq etdiyi, imzasının və möhürünün olduğu akt var ki, həmin aktda onun hadisə nəticəsində baş nahiyyəsindəm zədə almağı qeyd olunmuşdur. İşə baxan məhkəmə düzgün araşdırma aparmamışdır. Onun səhhəti ilə bağlı hallar düzgün araşdırılmamışdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə iddia tələbini təmin edərkən cinayət işi üzrə icraata xitam verilməsi barədə 06 noyabr 2023-cü il tarixli qərara əsaslanmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. İşdən görünür ki, həmin cinayət işi bir neçə dəfə rədd edilmişdir, yekun olaraq isə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilmişdir. Hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötməyib, məhkəmə hökmü əsasında cavabdeh bəraət ala bilər. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilsə də, cavabdehdən tutulması qət edilən məbləğdə pulun cavabdehə köçürülüb-köçürülməməsi müəyyən edilməmişdir. İş materiallarında sadəcə iddiaçı tərəfindən təqdim edilən arayış var və həmin arayışdan görünür ki, iddiaçı tərəfin tələb etdiyi məbləğ guya cavabdehə verilmişdir. Halbuki iş materiallarında pul vəsaitinin hansı müddət ərzində verilməsi, pulun kim tərəfindən qəbul edilməsi, kimi hallarla bağlı heç bir sübut yoxdur. Cavabdeh iddia tələbində qeyd olunan məbləğdə pul almayıb, şikayətdə də qeyd edildiyi ki, ona təxminən 700-800 manat məbləğində pul ödənilib. İşə baxan məhkəmə qeyd olunan halları düzgün araşdırmamış nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də cavabdehin nümayəndə və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Hazırkı mülki iş üzrə tələb əlaqəli cinayət işindən əmələ gəlmişdir. Belə ki, istinad olunan cinayət işində cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, ittiham aktı da tərtib edilmişdir, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilmişdir. Lakin həmin iş üzrə bütün məsələlər sübuta yetirilmişdir. İddia tələbində qeyd olunan məbləğ də yenə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda təsdiq olunmuşdur. İşə baxan məhkəmə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Həmin qətnamənin ləğvi üçün hər hansı əsas yoxdur. Odur ki, qeyd olunanlar əsasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddia tələbinin mahiyyətindən görünür ki, tələb hüquq pozuntusundan irəli gələn (qanuni qüvvədə olan qərar əsasında) zərərin ödənilməsi barədədir.
30. Araşdırılan işin faktiki hallarından görünür ki, Cavabdeh 25 iyun 1986-cı il tarixdən İddiaçı MMC-nin nəzdində fəaliyyət göstərən Sumqayıt Şüşə Zavodunda nəqliyyat sexində fəhlə işləmişdir. 07 yanvar 1994-cü il tarixdə Aydın işdə olarkən yıxılmış və xəsarət almış, 23 fevral 1994-cü il tarixdə tibbi ekspert komissiyası tərəfindən müayinə olunmuş, 01 mart 1994-cü il tarixdə öz istəyi ilə işdən çıxmışdır. xx.xx.1995-ci ildə Cavabdeh Əyyub oğlu Bakıda özəl klinikada “Qlaukoma” xəstəliyi ilə gözündən əməliyyat olunaraq 1-ci dərəcəli əlillik almış və daha sonra MMC-yə əmək xəsarəti ilə əlil olduğunu bildirmişdir.
31. Bundan sonra İddiaçı MMC (QSC) Cavabdeh 1994-cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 165 (yüz altımış beş) manat 61 (altımış bir) qəpik, hər il ardıcılıq olaraq 2016-cı ilin 1-ci ayından 7-ci ayına kimi olan müddət ərzində 135 (yüz otuz beş) manat 25 (iyirmi beş) qəpik, olmaqla cəmiyyətdən cəmi 5053 manat 99 qəpik manat məbləğində pul ödəmişdir.
32. Hazırda iddiaçı qeyd edir ki, cavabdehə pensiya təyinatı ümumi xəstəlik diaqnozu ilə təyin edilmişdir. Yəni onun “Qlaukoma” diaqnozu ilə əlilliyi müəyyən edilib ki, bu xəstəlik hər hansı bədbəxt hadisə nəticəsində, yaxud xəsarətlə əlaqəli olmadığından, cavabdehə qeyd olunan illər ərzində iddiaçı tərəfindən ödənilmiş pullar ona qaytarılmalıdır.
33. Kollegiya qeyd edir ki, deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbinə baxan məhkəmə, mülki hüquq pozuntusunun yuxarıda sadalanan şərtlərini müəyyənləşdirməklə mübahisəni həll etmək səlahiyyətinə malikdir.
34. Belə ki, işdə olan Oftamoloji xəstəxana tərəfindən verilmiş 78 nömrəli, 02 noyabr 2020-ci il tarixli məktuba cavabda xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsinin qeyri-mümkün olması qeyd edilmişdir.
35. Komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)-qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh “OD-qlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilir.
36. Bu halda cavabdehin əlilliyinin əsası kimi istinad etdiyi xəstəliyinin məhz iddiaçıya məxsus iş yerində xəsarət nəticəsində yaranması halı aradan qalxmışdır.
37. İddia tələbinin ikinci hissəsi olan pulun qaytarılması ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Sumqayıt şəhər prokuroru M.Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyəti cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərar müvafiq məhkəmə qərarı ilə qüvvədə saxlanılmışdır.
38. Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ittiham aktına əsasən Cavabdeh etibardən sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçınə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə “qlaukoma” xəstəliyinin əmələ gəlməsini yalandan bildirmiş, bununla bağlı özəl tibb müəssisəsində “OD-əməliyyat olunmuş terminal qlaukoma. OSpostravmatik makulodistrofiya, görmə sinirinin atrofiyası, VİS OD=1, VİS OS=0,03 k/etmir” diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxmış, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan sui-istifadə etmiş, müəyyən müddət aralıqlarında müəyyən məbləğlərdə pulu alaraq, ələ keçirmiş, İddiaçınə ümumillikdə xeyli miqdar təşkil edən 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
39. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.
40. Toplanmış istintaq materiallarından görünür ki, Cavabdeh İddiaçınə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994- cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. Prokuror məhz qeyd olunan əsasla bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət işinə xitam vermişdir.
41. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh barəsində cinayət işinə məhz müddətin keçməsi əsası ilə xitam verilmişdir. Yenə həmin qərarda cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarda maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir.
42. Məhkəmə kollegiyası işə baxan məhkəmənin qənaətini əsaslı hesab edir və göstərir ki, Cavabdeh Əyyub oğlundan İddiaçı MMC-nin xeyrinə maddi ziyanın əvəzi kimi 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul alınaraq İddiaçı MMCnə ödənilməlidir.
43. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
44. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)
45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MM-in sözügedən maddəsi zərərvuranın davranışını təqsirin növlərinə görə (qəsd və ya ehtiyatsızlıq) ayırmadan təqsirin olmasını zərərçəkənə zərər vurulması əsası kimi yetərli saymışdır. Başqa sözlə, zərərin vurulması halında növündən asılı olmayaraq təqsirin olması kifayət edir ki, zərər çəkən şəxsin zərər vurandan ona dəymiş maddi ziyanı tələb etmək hüququ yaransın. Bu zaman zərər vuranın özünə zərər dəyib-dəyməməsi də heç bir əhəmiyyət kəsb etmir, çünki, bu hal qarşı tərəfə vurulmuş zərərin həcminin artıb azalmasına təsir etmir.
46. Hazırki iş üzrə həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
47. Qeyd olunanları nəzərə alan apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir, ona görə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 90-92).
48. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.