Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1615/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(034)-4/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 6314,83 ABŞ dolları olmaqla - bundan 1927,37 ABŞ dolları əsas, 827,34 ABŞ dolları faiz, 3273,92 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 286,20 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 122,21 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21% dərəcəsi ilə ödəmək şərtilə 10 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 430009825ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqaviləsinə 18 may 2017-ci il tarixli əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9009,11 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1.4 AZN məzənnəsi əsas götürməklə qəbul edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********259 saylı, 10 mart 2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6314,83 ABŞ dolları təşkil edir. Bundan 1927,37 ABŞ dolları əsas, 827,34 ABŞ dolları faiz, 3273,92 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 286,20 ABŞ dolları faiz borcu təşkil edir. Zəngilan Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(034)-4/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 1896.76 ABŞ dolları əsas, 381.79 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2478.55 ABŞ dolları məbləğində borcun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh2 200 manat ekspertiza xərcinin tutularaq Dövlət Büdcəsinə köçürülməsi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli nömrəli zaminlik müqaviləsinə və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişə xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddiaçı tərəfindən ödənilmiş 122.21 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(034)-4/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə onun arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə illik 21% dərəcəsi ilə ödəmək şərtilə 10 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kreditin təminatı kimi Cavabdeh1 ilə Bank arasında 430009825ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışında onun banka 1927,37 ABŞ dolları əsas, 827,34 ABŞ dolları faiz, 3273,92 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 286,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6314.83 ABŞ dolları məbləğində borcunun olması qeyd edilmişdir. Bildirir ki, bankın iddia etdiyi kimi onun o qədər borcu yoxdur. Çünki kredit götürdükdən sonra ödənişlər etmişdir. Görünür bank ödənişlərin heç birini nəzərə almamışdır. Eyni zamanda iş üzrə verilmiş ekspert rəyi ilə razı deyildir. Ekspert tərəfindən də borc düzgün hesablanmamışdır. Onun banka heç bir borcu yoxdur, borcu tam şəkildə ödəmişdir. Bank qarşısında götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etmişdir. Ona görə də hesab edir ki, bankın ona qarşı olan iddiası rədd edilməlidir. Çünki məhkəmə tərəfindən iş üzrə heç bir qanuni və əsaslı araşdırma aparılmamış, yalnız bankın təqdim etdiyi sənədlər əsasında araşdırma aparmış və belə bir qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh2 “borcun tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh2 cəmi 3276,52 manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 21% dərəcəsi ilə ödəmək şərtilə 10 000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi digər Cavabdeh1 ilə Bank arasında 430009825ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş bağlanmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdehin banka 1927,37 ABŞ dolları əsas, 827,34 ABŞ dolları faiz, 3273,92 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 286,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6314.83 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış bildirişlərdən görünür ki, borc ödənilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqları bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6654 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə və xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2019-cu il müqavilənin bitmə tarixinə əsas borc 1896.76 ABŞ dolları, faiz borcu isə 396.56 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9248 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi "xxxx" ASC kredit verən ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsinə əsaəsn xx.xx.2017-ci il tarixli, 01 saylı restrukturizasiya olunmuş əlavə saziş müqaviləsinin qeyd olnan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə müddətinə yəni xx.xx.2019-cu il tarixinə banka olan əsas borcu 5113.22 ABŞ dolları, faiz borcu isə 381.79 ABŞ dolları təşkil edir. Hesabdan çıxarış məlumatlaırndan göründüyü kimi Cavabdeh2 oğlna 3.216, 46 ABŞ dolları məbləğində fərmana görə ödəniş edilmişdir. Həmin ödəniş bank tərəfindən əsas borc məbləğindən silinməsi müəyyən edilir. Beləliklə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə və xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişə əsasən Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan əsas borcu 1896,76 ABŞ dolları, faiz borcu isə 381.79 ABŞ dolları təşkil edir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsiri altına düşmüş və restrukturizasiya olunması təklif olunan kredit məbləği müəyyən edilmiş, lakin cavabdehin banka müraciət etməməsi səbəbindən borcun restrukturizasiyası aparılmamışdır. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin və bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Həmin Fərmanın məzmunundan da göründüyü kimi, bu Fərmanın verilməsində məqsəd fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllində dövlət dəstəyini təmin etmək olmuşdur. Məhkəmə kollegiyası faiz və cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1-ci bəndinə görə, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Məhkəmə kollegiyasının iclasında apaılan araşdırma zamanı həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh2 01 mart 2019-cu il tarixə ödəniş müddəti keçmiş əsas kredit borcu (manat ekvivalientində) 8744,51 (səkkiz min yeddi yüz qırx dörd manat əlli bir qəpik) manat olmuş, hesablanmış kompensasiya məbləği 5467,99 (beş min dörd yüz altmış yeddi qəpik doxsan doqquz qəpik) manatı borcun azaldılmasına yönəldikdən sonra qalıq əsas borcun məbləği 3276,52 (üç min iki yüz yetmiş altı manat əlli iki qəpik) manat müəyyən edilmişdir. Beləliklə də, cavabdehin əsas kredit borcu cəmi 3276,52 (üç min iki yüz yetmiş altı manat əlli iki qəpik) manat qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehə 5467,99 (beş min dörd yüz altmış yeddi qəpik doxsan doqquz qəpik) manat kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 3276,52 (üç min iki yüz yetmiş altı manat əlli iki qəpik) manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh2 “borcun tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh2 cəmi 3276,52 (üç min iki yüz yetmiş altı manat əlli iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2(034)-4/2023 nömrəli qətnaməsi “borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh2 cəmi 3276,52 (üç min iki yüz yetmiş altı manat əlli iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1615/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1615/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver