Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-162/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi İddiaçı2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı1 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsinə dair ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, həmin girovun açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinə qarşı ipoteka müqaviləsinin və borcun restrukturizasiya razılaşmasının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)-216/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi dəyişdirilmiş, “Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid dəyəri) 110.000 manat məbləğində müəyyən edilməsi, qətnamə – “Cavabdeh1 83371,85 manat əsas borc, 3882,73 manat faiz borcu, 113,18 manat cərimə borcu, 934,50 manat faiz borcu üzrə cərimə olmaqla, cəmi 88302,26 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun, tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinə və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilsin, həmin girov açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına 88302,26 manat məbləğində borc və 30 manat dövlət rüsumu ödənilsin, ilk iddia qalan hissədə təmin edilməsin və qarşılıqlı iddia ərizəsi təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.05.2021-ci il tarixli, 2(102)-2063/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(105)-216/2020 nömrəli qətnaməsi qismən, ilkin iddianın kredit borcunun ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində olan tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsində, qarşılıqlı iddianın 30 oktyabr 2013-cü il tarixli tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iş yeni apellyasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X1 cəmiyyətin xeyrinə 83371,85 AZN əsas kredit borcu, 3882,73 AZN kreditdən istifadəyə görə faiz borcu, 113,18 AZN əsas borc üzrə cərimə, 934,50 AZN faiz borcu üzrə cərimə, cəmi 88302,26 AZN borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldilməsi, girovun hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X2 cəmiyyətə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, faizləri vaxtında ödəmədiyinə görə hesablanmış penyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə X2 digər əmlakına, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 016HOME392519 saylı, 30.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 84 ay müddətinə illik 9% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 93870 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kreditin təminatı qismində Cavabdeh1 ilə cəmiyyət arasında 30.10.2013-cü il tarixli, 016HOME392519/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi, 016HOME392519/G saylı girov müqaviləsi bağlanmış və ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və üzərində tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.30.10.2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25.08.2015-ci il tarixli razılaşmaya əsasən yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə verilmiş kreditin (77407,69 ABŞ dolları əsas borcun qalığını, 1606,34 ABŞ dolları hesablanmış faizin və 11,42 ABŞ dolları penyanın) restrukturizasiyası keçirilmiş və AZN valyutasına (kurs 1,0550) konvertasiya edilmiş, kredit məbləği 83371,85 AZN müəyyən edilmiş, kreditin məbləğinin qaytarılması 99 ay müddətinə illik 9% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Həmçinin 30.10.2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25.08.2015-ci il tarixli razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi 30.10.2013-cü il tarixli, 016HOME392519/ASİ saylı ipoteka müqaviləsinin təminatı olduğu qeyd edilən kredit müqaviləsinin son icra müddəti 25.11.2013-cü il müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 04.03.2016-cı il tarixə cəmiyyətə 83371,85 AZN əsas kredit borcu, 3882,73 AZN kreditdən istifadəyə görə faiz borcu, 113,18 AZN əsas borc üzrə cərimə, 934,50 AZN faiz borcu üzrə cərimə, cəmi 88302,26 AZN borcu qalmaqdadır. Cavabdeh1 dəfələrlə bildirişlə müraciət edilməyinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcunun könüllü ödənilməsi üçün təklif verilməmişdir. İddiaçı1 açıq səhmdar cəmiyyəti ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 cəmiyyətin xeyrinə 83371,85 AZN əsas kredit borcu, 3882,73 AZN kreditdən istifadəyə görə faiz borcu, 113,18 AZN əsas borc üzrə cərimə, 934,50 AZN faiz borcu üzrə cərimə, cəmi 88302,26 AZN borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldilməsi, girovun hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X2 cəmiyyətə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, faizləri vaxtında ödəmədiyinə görə hesablanmış penyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə X2 digər əmlakına, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, tələbin icrasını təmin edən başqa tədbirlərin görülməsi yolu ilə ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25 avqust 2015-ci il tarixli razılaşmanın etibarsız hesab edilməklə borcun kredit verilən anda 73500 manat olması və həmin məbləğdən ödənilmiş 33036 manat çıxılmaqla borcun 40464 manat müəyyən edilməsi və həmin məbləğin illik 9 faiz olmaqla 25 noyabr 2023-cü ilədək ödənilməsi, 30 oktyabr 2013-cü il tarixli “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı tələblərini onunla əsaslandırmışdır ki, fərdi mənzil inşa edilməsi üçün "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təkliflərini qəbul edərək, həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə razılığa gəlmiş, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin ’’Bank Respublika” açıq səhmdar cəmiyyəti tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Onunla yanaşı, digər şəxslər də "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən inşa edilən həmin yaşayış kompleksində mənzil alınması üçün "xxxx" açıq səhmdar cəmiyyətindən eyni şərtlərlə kreditlər almışlar. Kredit alınan zaman pul vəsaitləri kredit müqaviləsinin tərəfi olan borcalana deyil, fərdi evlərin tikintisi ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinə ödənilmişdir. Başqa sözlə, kredit müqaviləsinə borcalan kimi o, imza etsə də, pul vəsaitləri ona deyil, faktiki olaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinə verilmişdir. Ona mənzilə dair hər hansı hüquqverici sənəd verilmədiyi halda, tələbin girova yönəldilməsi maddi və prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti də hazırki iş üzrə cəlb edilməli idi. Lakin məhkəmə iş üzrə ən azı üçüncü şəxs kimi cəlb edilməli olan şəxsi cəlb etməməklə, mübahisənin ədalətli və qanuni həll edilməsi üçün bu prosessual addımı atmamış, iş üçün əhəmiyyətli olan çoxsaylı sualları açıq qoymaqla qətnamə qəbul etmişdir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında 30.10.2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində kreditin ABŞ dolları ilə verilməsi göstərilsə də, müqavilənin digər bəndlərində, o cümlədən digər rəsmi sənədlərdə kreditin məbləği Azərbaycan manatı ilə müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilir ki, kredit məbləğinin 10000 AZN hissəsi borcalana ünvan 1i ünvanında yerləşən 0,0267 ha torpaq sahəsinin alınması üçün, 63500 AZN hissəsi isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilir. Göründüyü kimi, kredit müqaviləsinin 1.1-ci bəndi yalnız veriləcək kredit məbləğinin ABŞ dolları ilə ekvivalentini ifadə etsə də, kreditin verilmə təyinatını və məbləğini müəyyən edən 1.3-cü bəndində birmənalı olaraq məbləğ “AZN” ilə göstərilmişdir ki, bu da tərəflərin iradə ifadəsinə uyğun olmuşdur. Verilən kreditin valyutasının Azərbaycan manatı olması həmçinin onunla sübuta yetirilir ki, elə müqavilənin həmin bəndində göstərilən torpaq sahəsinin alınması üçün ödənilən vəsait də 10000 AZN göstərilmiş, kreditin qalan 63500 AZN hissəsinin isə tikilməkdə olan evin inşası üçün verildiyi qeyd edilmişdir. 30.10.2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25.08.2015-ci il tarixli razılaşmada isə, guya kredit müqaviləsinin valyutasının ABŞ dolları olması göstərilmiş, 1 ABŞ dolları = 1,0550 AZN olduğu nəzərə alınaraq, 79025,45 ABŞ dolları məbləği 83371,85 manata restrukturizasiya edilmiş, ona əsassız əlavə öhdəlik müəyyən edilmişdir. Başqa sözlə, müqavilə ilə müəyyən edilmiş və bu barədə dövlət reyestrində olan məlumata da manat kimi daxil edilmiş müqavilə valyutasının guya, ABŞ dolları ilə olması səbəbindən Azərbaycan manatı ilə müəyyən edilmiş müqavilənin bankın təkidi ilə restrukturizasiya adı altında onun üzərinə əlavə pul öhdəlikləri qoyulması qanunsuz olmaqla, etibarsızdır. İş materiallarından da göründüyü kimi, "xxxx" açıq səhmdar cəmiyyəti ilə onun arasında 30 oktyabr 2013-cü il tarixdə "Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” H6HOME392519/G saylı girov müqaviləsi imzalanmışdır. Həmin müqavilənin bağlanması qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunduğundan etibarsız hesab edilməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 58.2-ci maddəsinə əsasən, tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6-cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. Lakin yuxarıda istinad edilən qanunun imperativ tələbləri pozularaq, tikintisi başa çatdırılmamış yaşayış evinə onun qabaqcadan qeydiyyata alınmış hüququ olmamışdır. Həmin qanunun istinad edilən 58.2-ci maddəsinin imperativ tələblərindən yayınmaq cəhdi kimi girov müqaviləsinə 8.4.2-ci bəndin daxil edilmiş müddəasının hüquqi əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsi də etibarsız hesab edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, digər şəxslərlə yanaşı, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən inşa edilən yaşayış kompleksində mənzil alınması üçün İddiaçı1 açıq səhmdar cəmiyyətindən eyni şərtlərlə kreditlər almışdır. Kredit alınan zaman pul vəsaitləri kredit müqaviləsinin tərəfi olan borcalana deyil, fərdi evlərin tikintisi ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinə verilmişdir. Başqa sözlə, kredit müqaviləsinə borcalan kimi o, imza etsə də, pul vəsaitləri ona deyil, MMC-nin nümayəndəsinə verilmişdir. Evlərin tikintisi üçün müvafiq icazələr sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına verilmişdir. Lakin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. İnşa edilmiş mənzillərin sahələri də razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Ona mənzilə dair hər hansı hüquqverici sənəd verilmədiyi halda, girov kimi qoyulması qanunvericiliyə ziddir. Bu səbəbdən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti də işə cəlb edilməli idi. Bundan əlavə, tərəflər arasında 30.10.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndində kreditin ABŞ dolları ilə verilməsi göstərilsə də, müqavilənin 1.3-cü bəndində verilmiş kredit Azərbaycan manatı ilə göstərilmişdir. Kredit müqaviləsinin restrukturizasiyasına dair 25.08.2015-ci il tarixli razılaşmada isə, güya kredit valyutasının ABŞ dolları olması göstərilmiş, 1 ABŞ dollarının 1,0550 manat olması nəzərə alınmaqla 79025,45 ABŞ dolları 83371,85 manata restrukturizasiya edilmiş, ona əsassız əlavə öhdəlik müəyyən edilmişdir. Kredit müqaviləsi bağlandığı andan Azərbaycan manatı ilə olduğu halda, həmin müqavilənin şərtlərinə zidd olmuş restrukturizasiya barədə 25.08.2015-ci il tarixli razılaşma etibarsız hesab edilməlidir. Bank tərəfindən ipotekaya götürülmüş ona məxsus torpaq sahəsinin məbləği manatla göstərilmişdir. Qeyd edilən hal bir daha təsdiq edir ki, ona kredit manatla verilmiş, sonradan manata restrukturizasiya edilməsi haqqında hər hansı razılaşma etibarsızdır. İş materiallarından da göründüyü kimi, "xxxx" açıq səhmdar cəmiyyəti ilə onun arasında 30 oktyabr 2013-cü il tarixdə "Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” H6HOME392519/G saylı girov müqaviləsi imzalanmışdır. Həmin müqavilənin bağlanması qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunduğundan etibarsız hesab edilməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 58.2-ci maddəsinə əsasən, tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6-cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. Lakin yuxarıda istinad edilən qanunun imperativ tələbləri pozularaq, tikintisi başa çatdırılmamış yaşayış evinə onun qabaqcadan qeydiyyata alınmış hüququ olmamışdır. Həmin qanunun istinad edilən 58.2-ci maddəsinin imperativ tələblərindən yayınmaq cəhdi kimi girov müqaviləsinə 8.4.2-ci bəndin daxil edilmiş müddəasının hüquqi əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME392519/G saylı girov müqaviləsi də etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələblərində istinad etdiyi hallardan biri də ondan ibarət idi ki, ona verilən kreditin müqabilində tikilməli olan fərdi yaşayış evinin faktiki sahəsi layihədə göstərilən sahədən əhəmiyyətli dərəcədə az olmuşdur. Bu səbəbdən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti hazırki mübahisə üzrə işə cəlb edilməli və onun imza etdiyi, əslində isə fərdi ev tikintisinin həyata keçirilməsi üçün faktiki olaraq birbaşa "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə verilmiş kredit məbləği müqabilində layihədə göstərilmiş sahədən xeyli az, yəni 187,4 kv.metr əvəzinə, 145,8 kv.metr sahəsi olan ev verilmişdir. Məhkəmə isə ilkin iddiaçının bu dəlilinə inanmışdır ki, guya eyni tipli kotteclərdən ibarət olan və tikintisi eyni vaxtda, vahid layihə əsasında həyata keçirilən yaşayış kompleksi ayrı-ayrı şəxslər o cümlədən onun özü tərəfindən fərdi qaydada həyata keçirilmişdir və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və İddiaçı1 ASC-nin bu layihəyə aidiyyəti yoxdur. Yəni bank güya külli miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən vermişdir. Həmin şəxslər krediti götürüb bütövlükdə qaytarmaya da bilərdi. Sübut etməyə ehtiyac yoxdur ki, bankın belə dəlil göstərməsi tamamilə əsassızdır və əlbir olduğu "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin vəzifəli şəxslərini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Halbuki, işdə olan çoxsaylı sübutlardan, o cümlədən səlahiyyətli dövlət orqanlarının məhkəmənin sorğusuna verdiyi cavablardan aydın görünür ki, yaşayış kompleksi vahid layihə əsasında inşa edilmişdir və bununla bağlı icazələr, texniki şərtlər və s. sənədlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına olmuşdur. Tikiləcək kompleksin eskiz layihəsi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin sifarişi ilə “RAM MMC tərəfindən hazırlanmışdır. Qeyd edilənlər yaşayış kompleksinin inşası ilə bağlı layihənin həyata keçirilməsinə dair ilkin iddiaçı olan bank və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında həmin layihənin maliyyələşdirilməsi ilə bağlı müqavilə və ya hər hansı digər formada razılaşma olduğuna dəlalət edir. Belə olan halda, vətəndaşların kütləvi surətdə aldadılması (fərdi yaşayış evlərinin nəzərdə tutulan sahədən əhəmiyyətli dərəcədə az olması, mülkiyyət hüququna dair çıxarışların verilməsinin təmin edilməməsi, kommunal xərclərin hüquqi şəxslərə tətbiq olunan tariflərlə alınması və s.) faktları ilə müşayiət olunan layihənin icraçısının məhkəmə prosesinə cəlb edilmədən mübahisənin birtərəfli, qərəzli, maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə müşayiət olunması ilə həll edilməsi yolverilməzdir. Belə ki, tikinti başa çatdıqdan sonra "xxxx" MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. İş materiallarında olan ekspertiza rəyindən də görünür ki, inşa edilmiş fərdi evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Belə ki, razılaşmaya əsasən ona təhvil verilməli olan evin sahəsi 187,4 kv.metr olmalı idi, lakin evə köçdükdən sonra məlum olmuşdur ki, evin faktiki sahəsi 145,8 kv.metrdir. Bankla onun arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli ipoteka müqaviləsində də evin sahəsi 187.4 kv.metr göstərilmişdir. "xxxx" MMC-nin özünün verdiyi maliyyə arayışından da görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsusdur. Sonradan həmin arayışın əsli bank tərəfindən tələb edilərək alınmışdır. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 187,4 kv.metr olmalı idi. Evin inşasının başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, hal-hazıradək evə dair hər hansı hüquqverici sənəd verilməmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə danışıqlar zamanı bildirir ki, guya həmin binaya aidiyyəti yoxdur və bu səbəbdən mülkiyyət hüququna dair çıxarış alınması üçün heç bir məsuliyyət daşımır. Halbuki "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı qaldırılmış iddia üzrə məhkəmə tərəfindən Abşeron rayon İcra hakimiyyətindən həmin binanın inşası üçün verilmiş sərəncam tələb edilmiş və məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən də məlum olmuşdur ki, sərəncam "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına verilmişdir. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyətinin 17.04.2018-ci il tarixli, 624 saylı məktubu ilə də Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksinin sifarişçisinin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti olmaqla, tikintisinin də "İnvest A” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən aparıldığı təsdiqlənmişdir. Məhkəmə iclasında yaşayış kompleksində yasayan sakinlər şahid qismində ifadə verərək bildirmişlər ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti şərəfindən inşa edilmiş, həmin evlərlə bağlı tərəflər arasında müqavilə bağlanmış, maliyyə arayışları verilmiş, "xxxx" açıq səhmdar cəmiyyəti ilə müqavilə bağlanarkən həmin müqavilələr və maliyyə arayışları onlardan götürülmüşdür. Lakin bəzi səxslərdə maliyyə arayışlarının əsilləri qalmışdır. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin layihə-smeta sənədlərini məhkəməyə təqdim etmiş və qeyd edilmişdir ki, həmin sənədlər “Atilla" şirkəti tərəfindən hazırlanmış və ümumi sahəsi 169375 kv.metr olmaqla, A, B, C tipli 71 kotecin tikilməsinə icazə verilmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti isə 250 ədəd başqa tipli villa və kotteclər inşa etmişdir. Həmin evləri tikəndən sonra, lisenziyası yalnız 2014-cü ildə (yəni, evlərin tikildiyi 2013-cü ildən sonra) alınmış "Arxitektura və Dizayn" şirkətinə ayrıca eskiz layihələri çəkdirsə də, İcra Hakimiyyəti ilə razılaşdırmamışlar, yəni evlər razılaşdırılmış layihə əsasında deyil, tamam başqa layihə əsasında və başqa tipdə tikilmişdir. Həmçinin iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.01.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ilkin iddiaçının “girov qoyulmuş” kimi təqdim etməyə cəhd etdiyi əmlaka dair dövlət reyestrində hec bir qeydiyyat yoxdur. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, tikintinin sifarişçisi "xxxx" məhdud məsuliyyətli cəmiyyətidir. Bundan başqa, nəzərə alınmalıdır ki, Abşeron rayon İH-nin Memarlıq və Tikinti söbəsinin müdiri vəkil sorğusuna cavab olaraq bildirmişdir ki, həmin kompleksin tikintisinə Abşeron rayon İH tərəfindən nəzarət edilir. Lakin Abşeron rayon İH-nin nəzarət etdiyi kompleksdə 71 ədəd A, B, C tipli kottec əvəzinə, layihədən kənar 250 ədəd başqa tipli koteclər tikilmişdir. Belə olan halda, Abşeron rayon İH-nin nəyə nəzarət etdiyi aydın deyildir. Həmçinin 2 saylı Ərazi Vergilər Departamenti bildirmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçiləri X10, X11 və X8r, hesabları da İddiaçı1 ASC-də açılmışdır. İddiaçı1 ASC-nin də təsisçiləri X10, X8r. Bundan başqa, məhkəmə DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə sorğu verərək, həmin kompleksdəki evlərə mülkiyyət hüququna dair bir neçə şəxsə çıxarışlar verilməsi üçün bankın razılıq məktublarının surətini tələb etmişdir. Həmin sorğu əsasında məhkəməyə təqdim edilmiş İddiaçı1 ASC-nin məktublarından da görünür ki, bank evlərin məhz Abşeron rayon İH-nin 22 fevral 2008-ci il tarixli, 165 saylı sərəncamına əsasən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tikildiyini və həmin fərdi yaşayış evlərinin sahələrinin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ona və digərlərinə 187,4 və 166,1 kvadratmetr vəd edildiyini bildirmişdir. Belə olan halda, evlərin guya, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən deyil, kredit alanların özü tərəfindən tikildiyi və "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə heç bir əlaqəsinin olmadığı barədə bankın dəlillərinin tamamilə əsassız olduğu aşkardır. Bundan əlavə, məhkəmə kredit müqaviləsi uzrə borc məbləğinin müəyyən edilməsinə dair ekspertiza rəyinə istinad edərək, əsas borcun 88371.85 manat, faiz borcunun 3939.32 manat olduğunu qeyd edir. Halbuki həmin məbləğlərin birinci dəfə keçirilən ekspertiza tərəfindən duzgun hesablanmadığına dair məhkəməyə vəsatət verərək, iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Belə ki, ekspert tərəfindən İddiaçı1 ASC-yə ödənilmiş 3300 manata dair qəbz nəzərə alınmamışdır. Sonrakı ekspertiza isə həmin məbləğin guya faizə silindiyi barədə rəy vermiş və yenə də birinci ekspertizanın rəyındəki borcu və faiz məbləğlərini təkrarlamışdır. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir və necə olur ki, 3300 manatı nəzərə almamış birinci ekspertiza rəyi ilə həmin məbləği nəzərə almış ikinci ekspertiza rəyi nəticə etibarı ilə eyni rəqəmləri çıxarmışdır. Bundan əlavə, məhkəmə açıq hərracda satılmasını qət etdiyi fərdi yaşayış evinin ilkin satış qiymətinin 108760 manat qiymətləndirilməsinə də münasibət bildirmədən, evin həmin qiymət üzərindən hərraca çıxarılmasını qət etmişdir. Halbuki, həmin kompleksdə sahəsi daha az olan fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 196400 manat qiymətləndirilmişdir və həmin rəyə istinad edən məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin qiymətləndirmə 28.02.2017-ci il tarixdə, yəni 2 il 4 ay qabaq aparılmışdır ki, həmin vaxtdan sonra daşınmaz əmlak bazarında əhəmiyyətli dərəcədə dəyişiklik olmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi tutmanın ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsində ləğv edilməli, həmin hüssədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməli, ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətləri müəyyən edilməli, qətnamə qarşılıqlı iddianın “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.11.2020-ci il tarixli, 2(105)-216/2020 saylı qətnaməsi kredit borcunun ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissələrində, qarşılıqlı iddianın tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 9 faizlə 93870 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25 avqust 2015-ci il tarixli razılaşmaya əsasən verilmiş kreditin qalıq məbləği (kurs 1,0550) manata konvertasiya edilərək kredit məbləği 83371,85 manat, kreditin müddəti 99 ay, faizi illik 9 faiz müəyyən edilmişdir. İş materiallarında olan 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/ASİ saylı alqısatqı və ipoteka müqaviləsinin surətindən görünür ki, kredit xətti müqaviləsindən və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 öz mülkiyyətində olan, 10000 manat dəyərində qiymətləndirilmiş ünvan 1i ünvanında yerləşən 0,0267 ha torpaq sahəsini İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan girov saxlayan İddiaçı1 açıq səhmdar cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/G saylı Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqavilənin surətindən görünür ki, girov qoyan ünvan 1indəki 0,0267 ha torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqlarını girov saxlayana vermiş, müqavilə üzrə girov predmetini təşkil edən hüquqların girovu müqabilində girov saxlayanla bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinə əsasən girov qoyana kredit vəsaiti ödənilmişdir. Müqavilə üzrə girov predmetini təşkil edən hüquqların qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında 93870 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarından görünür ki, 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 25 avqust 2015-ci il tarixli razılaşmaya uyğun olaraq 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/ASİ saylı alqı-satqı və ipoteka və 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/G saylı Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqavilələrə 25 avqust 2015-ci il tarixli 1 saylı əlavələr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1i ərazisində yerləşən 0,0267 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 15.11.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 470 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1i ərazisində yerləşən 0,0267 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinin əlavə qeydiyyatı 19.09.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 470 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış 29 aprel 2016-cı il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 26 may 2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1i ərazisində yerləşən 0,0267 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan “X9” MMC-nin 28.02.2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 108760 manat təşkil edilir. İş materiallarında olan "xxxx" MMC-nin 28.10.2019-cu il tarixli, A-04/280 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 296000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 11.09.2020-ci il tarixli, G/50 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırki vəziyyətdə orta bazar qiyməti 128.000 manat və likvid dəyəri 110.000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02.12.2021-ci il tarixli, 64/FYE/21 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin likvid dəyəri 20.000 manat, tikilinin likvid dəyəri isə 90.000 manat müəyyən edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi, həmçinin kredit borcunun torpaq sahəsinin üzərində inşa edilən evə yönəldilməsi və ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edərkən, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 mülkiyyətində olan ünvan 1indəki 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsini təmin edərkən həmin evin ipoteka ilə yüklü edilməsinə istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 317, 319-cu, “İpoteka haqqında” qanunun 33, 34-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdurmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi, icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” qanunun 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1indəki 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmişdir. Belə olan halda hazırki mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tətbiqi də mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi göstərilən hissədə ləğv edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519 saylı kredit müqaviləsinə əsasən İddiaçı1 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 9 faizlə 93870 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit məbləğinin 10000 AZN hissəsi borcalana ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin alınması üçün, 63500 AZN hissəsi isə həmin torpaq sahəsinin üzərində yaşayış evinin tikintisi (yarımçıq evin tikilib başa çatdırılması) üçün verilmişdir. Həmin müqavilənin 1.4.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borc alanın öhdəliklərin icrasının təminatı borc alana məxsus olan torpaq sahəsinin (üzərində tikilən və tikiləcək binalara, tikililərə də ipoteka hüququnun şamil olması şərti ilə) qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsidir. “İpoteka haqqında” qanunun 51-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir. Həmin Qanunun 52-ci maddəsinə görə ipoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. İddiaçı1 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.5-ci bəndində göstərilir ki, tərəflər “İpoteka haqqında” qanunun 51-52-ci maddələrinin tələblərinə əsasən ipoteka hüququnun alıcı-ipoteka qoyanın həmin sahədə tikilən və gələcəkdə tikiləcək binalarına, tikililərinə və qurğularına şamil edilməsini qəbul etmişlər. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, tərəflər arasında bağlanmış kredit, alqı-satqı və ipoteka müqavilələrinin şərtlərini nəzərə alaraq hesab edir ki, tutma ünvan 1ində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə də yönəldilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin tutmanın torpaq sahəsinin üzərində olan evə yönəldilməsinin qanunsuz olmasına dair dəlilini əsassız hesab edir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsi imperativ xarakter daşıyır. İş materiallarında olan "xxxx" MMC-nin 02.12.2021-ci il tarixli, 64/FYE/21 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin likvid dəyəri 20.000 manat, tikilinin likvid dəyəri isə 90.000 manat müəyyən edilmişdir. İş materiallarında olan “X9” MMC-nin 28.02.2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərindəki yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 108760 manat təşkil edilir. "xxxx" MMC-nin 11.09.2020-ci il tarixli, G/50 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırki vəziyyətdə orta bazar qiyməti 128.000 manat və likvid dəyəri 110.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 20.000 manat, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satış qiyməti 90.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən nəzərə alır ki, “X9” MMC-nin 28.02.2017-ci il tarixli və "xxxx" MMC-nin 11.09.2020-ci il tarixli, G/50 saylı qiymətləndirmə rəylərində torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiyməti göstərilən məbləğlərlə demək olar ki eynidir. Məhkəmə kollegiyası Cavabdeh1 qarşılıqlı iddia tələbinin “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə olan hissəsi ilə bağlı aşağıdakıları deyd edir. Azərbaycan Respublikası MM-nin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin qanunun 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin qanunun 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Həmin qanunun 11.6-cı maddəsinə görə tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Həmin qanunun 58.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış yaşayış evinin və ya tikilməkdə olan çoxmənzilli evdəki mənzilin (mənzil kooperativində payın) ipotekasına daşınmaz əmlakın dövlət reyestrində ipoteka qoyanın həmin yaşayış evinə və ya mənzilə bu Qanunun 11.6-cı maddəsinə uyğun olaraq qabaqcadan qeydiyyata alınmış hüququ əsasında yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 17.1-ci maddəsinə görə tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin qanunun 17.4-cü maddəsinə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 qarşılıqlı iddia tələbinin “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qabaqcadan qeydiyyata alınmamışdır. Eləcə də “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilə notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Şərh olunan hallara qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı1 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/G saylı Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi tutmanın ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsində ləğv edilməli, həmin hüssədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməli, ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətləri müəyyən edilməli, qətnamə qarşılıqlı iddianın “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(012)-489/2018 saylı qətnaməsi qismən, tutmanın ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilənin etibarsız hesab edilməsinin rədd edilməsi hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Tutma ünvan 1ində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,0267 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. ünvan 1ində yerləşən 0,0267 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 20.000 manat, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satış qiyməti 90.000 manat müəyyən edilsin. İddiaçı1 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 016HOME392519/G saylı “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” müqavilə etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-162/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-162/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver