Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1621/2025 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: mülki hüquq pozuntusundan irəli gələn mübahisə, real zərər, əldən çıxmış fayda) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi verərək, ona məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobilə dəymiş zərərin ödənilməmiş 6905 manatının və avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2800 manat olmaqla, ümumilikdə 9705 manat məbləğində pul vəsaitinin, habelə dövlət rüsumu olaraq ödənilmiş 118 manatın cavabdeh Cavabdeh qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobil ilə cavabdeh Cavabdeh qızı tərəfindən etibarnamə əsasında idarə olunan və X3 məxsus ** TG *** dövlət qeydiyyat nişanlı, Nissan Juke markalı avtomobil ##.##.2023-cü il tarixdə cavabdehin səhvi ucbatından toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində ona məxsus BMW 528 Xl markalı avtomobil Ford Tranzit markalı maşınla da toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da ona məxsus BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəyərək sol yan və ön hissəsi zədələnmişdir. Qeyd edir ki, sözügedən yol nəqliyyat hadisəsinə dair ##.##.2023-cü il tarixdə ******* saylı X1 protokol və onun əsasında TP ******* saylı qərar qəbul olunmuşdur. Iş materiallarına əlavə olunmuş "xxxx" avto servis tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **** nömrəli qiymətləndirmə aktından da göründüyü kimi, ona məxsus ** DR *** dövlət qeydiyyat nişanlı, BMW 528 XI markalı avtomobilə dəymiş ziyanın ümumi dəyəri 11905 manat məbləğində hesablanmışdır. Qeyd edir ki, hesablanan zərərin 5000 manat miqdarında olan hissəsi sığorta tərəfindən qarşılanmışdır və hazırkı zərərin miqdarı 6905 manatdan ibarətdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Cavabdeh Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddianı onunla əsaslandırır ki, ##.##.2023-cü il tarixdə iddiaçının idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobillə onun idarə etdiyi Nissan markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə ona maddi ziyan dəymişdir. Bununla bağlı barəsində IXM-nin tələblərinə görə inzibati protokol tərtib edilmiş, günakar olduğu müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün xxxx MMC tərəfindən nqiymətləndirmə aktı tərtib edilmiş və avtomobilə guya 11905 AZN maddi ziyan dəymişdir. Qeyd edir ki, həmin qiymətləndirmə aktında göstərilən qiymətlər real bazar qiymətlərini ehtiva etmir. Belə ki, göstərilən işçilik haqqı qiymətlərindən də görünür ki, aktda göstərilənlər şişirdilmiş qiymətlərdir. Əlavə olaraq zədələnmiş ehtiyyat hissələrinin də həm qiymətləri, həm də dəyiştiriləsi olan hissələrin sayı və qiyməti şişirdilmişdir. Bu, akta diqqətlə baxdıqda özünü biruzə verir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçı avtomobilə dəymiş ziyanın məbləğini hər hansı üsulla əldə etsə də, avtomobilin düzəldilməsinə çəkilmiş xərclərlə bağlı hər hansı sənədi sübutlar siyahısına əlavə etməmişdir. Cavabdeh kimi onu maraqlandıran bir neçə sual yaranır. Avtomobil harada düzəlib? Düzəldilməsi üçün nə qədər işçilik haqqı ödənilib? Ehtiyyat hissələri haradan alınıb? Alınmış ehtiyyat hissələrinin qaimə fakturaları və yaxud hər hansı ödəniş qəbzi varmı? Onu da qeyd etmək istəyir ki, avtomobilin düzəldilməsi üçün sığorta şirkətindən iddiaçının hesabına 5000 AZN vəsait daxil olub və bu vəsait avtomobilin düzəldilməsi üçün yetərli məbləğdir. Həmçinin, iddiaçı 2800 manat aşınma xərci barədə iddia ərizəsində tələb sürüb. Belə ki, bu tələb əsassızdır. Sözü gedən avtomobil 2013-cü ilin avtomobilidir, yeni avtomobil deyildir. Adətən bu avtomobillər Azərbaycana gətirilərkən qəzalı vəziyyətdə olurlar və xarici dövlətin sığorta hərraclarından alınır. Əgər avtomobil yeni olsaydı, əvvəllər hər hansı qəzası olmasaydı aşınma xərci barədə iddia tələbini əsaslı hesab etmək olardı.
5. Bakı şəhər DYPI tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli IXP ******* nömrəli protokoldan görünür ki, ##.##.2023-cü ildə saat 13:21-də baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. ##.##.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə o, 40 manat məbləğində cərimə olunmuşdur.
6. “xxxx” MMC-nin dəymiş ziyanın hesablanmasına dair **** saylı, ##.##.2023-cü il tarixli aktın surətindən görünür ki, BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa edilməsi üçün cəmi 11905 manat tələb olunur.
7. “xxxx” MMC-nin dəymiş ziyanın hesablanmasına dair ##.##.2023-cü il tarixli aktın surətindən görünür ki, BMW 528 Xl markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa edilməsi üçün cəmi 5620 manat tələb olunur.
8. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, 3-16-16/2- */****/**** saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” automobile services tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8365 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Avto Servis” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6160 manat müəyyən edilir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-16-16/2- */****/**** saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” automobile services tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qiymətləndirmə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8365 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Avto Servis” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “BMW 528” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6160 manat müəyyən edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Abşeron Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 1.160 manat və ödənilmiş dövlət rüsumuna görə 31,60 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1108.1-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 88, 103.1, 101.7, 107, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamasına dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər hansı əsaslandırma göstərmədən, birbaşa “Avto Servis” tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur aktı və buna dair Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, 3- 16- 16/2- */****/**** saylı və ##.##.2023-cü il tarixli, *-**-**/*-*/****/**** saylı rəylərini nəzərə almaqla, iddiaçıya dəymiş zərərin cəmi 6.160 manat olması qənaətinə gəlmişdir. Məhkəmə öz qətnaməsində “xxxx” MMC-nin dəymiş zərərin hesablanmasına dair, **** nömrəli ##.##.2023cü il tarixli aktını mötəbər sübut hesab etmədiyini qeyd etsə də bunun səbəblərini göstərməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iki qüsur aktında və eyni zamanda ekspert tərəfindən həmin aktlara verilmiş rəy nəticəsində avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar təyin edilmiş təmir-bərpa xərclərinin miqdarında ciddi ziddiyyətlər olmuş, bu ziddiyyətlərin səbəbləri məhkəmə tərəfindən araşdırılmamışdır. Qeyd edilən ziddiyyətlərin mövcudluğu, qüsur aktlarının tam və dəqiq olmasına dair ciddi suallar doğurur. Məhkəmə, zərər vuran şəxsin məsuliyyətini düzgün qiymətləndirməyib və hər iki qüsur aktının təhlilini ətraflı nəzərə almayıb. Hər iki qüsur aktı arasında böyük fərqlər olduğu halda, məhkəmənin hər hansı əsas göstərmədən yalnız “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktına istinad etməsi onun öz prosessual vəzifələrini düzgün icra etməməsi, iddiaçının Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquqlarının məhkəmə təminatı hüququnun pozması kimi qiymətləndirilməlidir. “xxxx” MMC-nin dəymiş zərərin hesablanmasına dair **** nömrəli ##.##.2023-cü il tarixli aktı baş vermiş ##.##.2023-cü il tarixli yol-nəqliyyat hadisəsindən dərhal sonra tərtib edildiyindən hadisə nəticəsində yaranan zərərin ən düzgün və real qiymətləndirilməsini təmin edə bilər. Həmin dövrdə avtomobilin vəziyyəti daha doğru şəkildə qiymətləndirilə bilər. Çünki hadisə yeni olduğundan həmin dövrdə zərər və aşınma daha aydın şəkildə görünmüşdür. Məhz bu zaman çərçivəsində zərərin qiymətləndirilməsi, hadisənin nəticələrinin düzgün şəkildə əks etdirilməsini təmin edə bilər. Odur ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair akt müvafiq hadisəyə ən yaxın zamanda tərtib edildiyindən hadisə ilə əlaqədar baş verən əsl zərərləri əks etdirib, MMC hadisənin təfərrüatlarına uyğun qiymətləndirmə aparıb. “xxxx” MMC tətəfindən tərtib edilmiş akt isə hadisənin baş verməsindən iki aydan artıq bir müddət sonra həyata keçirilib. Bu isə zamanla avtomobilin zədələnmiş hissələrinin dəyişməsi və ya aşınmasının qiymətləndirilməsinin düzgün olmamasına səbəb ola, avtomobildə olan bir sıra zədələrin məhz bu yol-nəqliyyat hadisəsi nəticəsində yaranmasının düzgün qiymətləndirilməməsinə gətirib çıxara bilər. Belə ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş akt hadisədən uzun müddət sonra tərtib edildiyindən onun etibarlılığı şübhə doğurur. Bundan əlavə, bir sıra nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, o cümlədən onların təmir xərclərinin müqayisədə daha çox xərc tələb etməsi məsələsi də nəzərə alınmamışdır. Məhkəmə qeyd edilən aktların, o cümlədən ekspert rəyinin təhlilini aparmadan iddiaçının hüquqlarının daha ədalətli müdafiəsinin əsasını təmin edən sübutu nəzərə almamış, bununla da tam ədalətsiz qərar verməklə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Avtomobilin zədələnməsi nəticəsində aşınma və əmtəə dəyərinin 10%-lik azalması məsələsi iddia tələbinin bir hissəsini təşkil etsə də, bu tələb məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamış, bu hissəyə hər hansı münasibət bildirilməmişdir. “xxxx” MMC-nin dəymiş zərərin hesablanmasına dair **** nömrəli ##.##.2023-cü il tarixli aktını zərərin müəyyən edilməsi hissəsində nəzərə almamasının hər hansı əsaslandırması mövcud deyildir. Məhkəmə bu hissədə həmin aktı yox digər aktı və ekspert rəylərini nəzərə aldığını qeyd etsə də, bunun səbəblərini açıqlamamışdır. Halbuki, həmin aktlar əsasında zərərin müəyyən edilmiş məbləği bir-birindən əhəmiyyətli dərəcədə fərqli olmuş, həmin fərqin səbəbləri araşdırılmamışdır. Təyin edilmiş ekspertiza nəticəsində müvafiq ziddiyyət aradan qalxmamışdır. Buna baxmayaraq məhkəmə hər hansı əsas göstərmədən iddiaçının hüquqlarının daha ədalətli təmin edə biləcək sübutu nəzərə almamış, onun hüquqlarının pozulmasına səbəb olan müvafiq məhkəmə aktını qəbul etmişdir. Lakin avtomobilin zədələnməsi nəticəsində aşınma və əmtəə dəyərinin 10%-lik azalması məsələsi məhkəmə tərəfindən qətiyyən araşdırılmamış, bu hissəyə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməməklə və ifadələri digər sübutlarla əlaqəli şəkildə şərh etməməklə iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, cavabdehdən 3.365 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.2, 1096, 1097.1, 1108.1-ci və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli Qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Zaur Əliyev və Vüsalə Baxışova) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsinin “avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2.800 manat məbləğində pul” tələbinə münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
19. ## ###### 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2025-ci il tarixli qətnaməsi “avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2.800 manat məbləğində pul” tələbinə münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışının həddini avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2.800 manat məbləğində pul tələbi hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli və iddia qismən təmin olunmalıdır.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Juke” markalı avtomobili idarə edən cavabdehin təqsiri üzündən ona məxsus BMW 528 Xl markalı avtomobillə toqquşmasını, onun avtomobilinin isə “Ford Tranzit” markalı başqa avtomobillə də toqquşmasını, bu zaman avtomobilinə ciddi ziyan dəyərək sol yan və ön hissəsinin zədələnməsini, avtomobilinə 11.905 manat məbləğində ziyan dəydiyini, həmin zərərin 5.000 manat hissəsinin sığorta tərəfindən qarşılanmasını, həmçinin avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10% həddində, yəni 2.800 manat miqdarında düşdüyünü qeyd edərək, ona məxsus **-DR-*** dövlət qeydiyyat nişanlı, BMW 528 Xl markalı avtomobilə dəymiş zərərin ödənilməmiş 6.905 manatının və avtomobilin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə dəyərinin 10 %-i, yəni 2.800 manat olmaqla, ümumilikdə 9.705 manat məbləğində pul vəsaitinin, habelə dövlət rüsumu olaraq ödənilmiş 118 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. Göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarət olmaqla birinci hissə yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinin zədələnməsi nəticəsində ona dəymiş zərərin ödənilməsindən, ikinci hissə isə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə (bazar) dəyərinin 10 % həddində azalması ilə bağlıdır.
27. Cavabdeh iddianı qismən qəbul edərək iddiaçının avtomobilinə dəymiş ziyanın 6.160 manat olduğunu qəbul etmiş, iddianın qismən təmin olunmasını xahiş etmişdir.
28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir (bax bənd 10).
29. Iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamasına dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, iddia tələbinin ikinci hissəsi, yəni yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə (bazar) dəyərinin 10 % həddində azalması ilə bağlı hər hansı münasibət bildirməmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmçinin Ali Məhkəmənin Qərarının göstərişlərini nəzərə alaraq, həmin hissədə iddia tələbi üzrə araşdırma aparmışdır.
32. Ilk olaraq qeyd olunmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələri)
33. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə (bazar) dəyərinin 10 % həddində azalmasını məhkəmə qaydasında tələb edən şəxs sübuta yetirməlidir. Lakin təbiidir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının zərərə məruz qalmış 2013-cü il buraxılışlı “BMW 528” markalı avtomobilinin tam şəkildə təmir olunduqdan sonra belə əvvəlki dəyərində qalması mümkün deyildir və bu faktın sübuta ehtiyacı yoxdur. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
34. Göründüyü kimi iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının dəyərinin 10% həddində azalmasını iddia edərək, həmin azalma ilə bağlı 2800 manat tələb edir.
35. Məhkəmə kollegiyası tərəfindən həmin zərərin cavabdeh tərəfindən qəbul edilməyərək mübahisələndirildiyini, habelə Ali Məhkəmənin Qərarının 70-73-cü bəndlərinin göstərişlərini nəzərə alaraq zərərin miqdarını, iddia olunan məbləğdə zərərin real olubolmamasının yoxlanılması məqsədi ilə məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilmişdir.
36. Qiymətləndirmə və Consulting Mərkəzinin ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən müəyyən edilmişdir : 2013-cü il buraxılışlı, “BMW 528XI” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsində zədələnməsi nəticəsində aşınması nəzərə alınaraq əmtəə (bazar) dəyərinin azalma həddi (faizi) və dəyəri: Avtomobilin 2023-cü ilə bazar dəyəri 31 600,0 (otuz bir min altı yüz) manat, dəyərinin azalma faizi: 15,1%, əmtəə zərərin dəyəri: 31 600,0 x 15,10%=4 771,60 manat, yuvarlaq olaraq 4 770,0 (dörd min yeddi yüz yetmiş) manat təşkil edir.
37. Mütəxəssis rəyindən göründüyü kimi avtomaşının əmtəə (bazar) dəyərinin azalma həddi 15,1%, əmtəə zərərin dəyəri 4 770,0 (dörd min yeddi yüz yetmiş) manat təşkil edir.
38. Məhkəmə kollegiyası həmin rəyi MPM-nin 76 və 88-ci maddələrinə əsasən sübut növü olaraq qiymətləndirir.
39. Lakin, qeyd olunmalıdır ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Iddia tələbindən göründüyü kimi iddiaçı ona dəymiş zərəri 2800 manat qiymətləndirmiş və bu həddə tələb irəli sürmüşdür.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslı hesab olunmalı və hakimin verilən tələb üzrə qətnamə çıxarmasına dair qanunvericiliyin göstərişinə uyğun olaraq 2800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birincii instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən qeyd olunan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə (bazar) dəyərinin 10 % həddində, yəni 2800 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən – yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə (bazar) dəyərinin 10 % həddində, yəni 2800 manat pul tələbinin təmin edilməməsi hissədə ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilinin zədələnməsi nəticəsində aşınması nəzərə alınmaqla əmtəə (bazar) dəyərinin 10 % həddində, yəni 2800 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.