Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1622/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdanibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2(060)-3211/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC «Bank Standard» KB borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh1 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcu, 55.23 (əlli beş manat, 23 qəpik) manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 677.83 (altı yüz yetmiş yeddi manat, 83 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı QSC “Bank Standard” KB məhkəməyə iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi, QSC “Bank Standard” KB ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə hüquqi varislər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcu, 55.23 (əlli beş manat, 23 qəpik) manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 677.83 (altı yüz yetmiş yeddi manat, 83 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra –Bank) ilə X6 (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/107134/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1958 (bir min doqquz yüz əlli səkkiz) manat məbləğində kredit verilmişdir. X1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 13 yanvar 2023-cü il tarixinə Banka 399.36 (üç yüz doxsan doqquz manat, 36 qəpik) manat məbləğində əsas borc, 71.92 (yetmiş bir manat, 92 qəpik) manat məbləğində faiz borcu, 55.23 (əlli beş manat, 23 qəpik) manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 677.83 (altı yüz yetmiş yeddi manat, 83 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC “Bank Standard” KB yaranmış borc tələbinə dair X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-2012/2023 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Tərəflərindən hüquqi varisinin müəyyən edilməsi üçün Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə müraciət edilmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə 2V-11 saylı və 2V-10 saylı reystrlə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh1 və oğlu Cavabdeh2dur. Bununla bağlı vəfat etmiş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə **********407 və **********407 saylı bildiriş məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan borcu ödəməmişdirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. QSC «Bank Standard» KB ilə X6 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsindən görünür ki, X5 QSC «Bank Standard» KB tərəfindən 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 1958 manat məbləğində kredit verilmişdir.
6. 18.01.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X4 QSC «Bank Standard» KB-yə xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinə 399.36 manat məbləğində əsas borc, 71.92 manat məbləğində faiz borcu, 55.23 manat məbləğində cərimə borcu, 151.32 (bir yüz əlli bir manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə isə 677.83 manat borcu vardır.
7. xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, yaranmış borcunu ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır.
8. xx.xx.2018-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Onların hər biri mərhumdan miras qalmış əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Opel Astra minik markalı, 50CH114 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2(060)- 3211/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı QSC «Bank Standard» KB-nin xeyrinə 399,36 (üç yüz doxsan doqquz manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 71,92 (yetmiş bir manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu, 151,32 (bir yüz əlli bir manat, otuz iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 632,60 (altı yüz otuz iki manat, altmış qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumun tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 739.1, 743, 746.1, 442, 443.1, 445.2.1, 1151, 558, 462.1 və 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2(060)-3211/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən qətnaməsi əsassızdır. İşin faktiki halları, işdə olan dəlillər, eyni zamanda iddia müddətinin keçməsi nəzərə alınmamış, iş düzgün araşdırılmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bununla bağlı bildirmək istəyir ki, mərhum Yaşar Talıbovla faktiki nikah münasibətləri 20 ilə yaxındır ki, pozulub. Onun götürdüyü kreditdən hər hansı bir məlumatı olmamışdır. Vərəsəlik Şəhadətnaməsi alan zaman da notarius tərəfindən onun kredit borcu və ya hər hansı öhdəliyinin olması barədə məlumat verilməmişdir, əks halda, tərəfindən miras əmlak qəbul edilməyəcəkdir. Eyni zamanda məhkəmə onun hüquqi savadının olmamasını nəzərə almamış, iddia müddətinin keçməsinə baxmayaraq Qətnamə çıxarmışdır. Məhkəmə digər cavabdehin, yəni oğlunun iştirakını təmin etmək üçün bütün mümkün tədbirləri həyata keçirməmişdir. Çünki, o, ali təhsilli olmaqla bu iş daha dolğun münasibət bildirə bilərdi. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, işdə olan xx.xx.2018-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Onların hər biri mərhumdan miras qalmış əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Opel Astra minik markalı, 50CH114 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Bununla bağlı bildirmək istəyir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla da, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi həm maddi, həm də prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmış, iş üzrə doğru maddi hüquq normasını tətbiq etməmiş və nəticədə onun qanunla qorunan hüquqlarının pozulmasına göz yummuşdur. Məhkəmə digər cavabdehin, yəni oğlunun iştirakını təmin etmək üçün bütün mümkün tədbirləri həyata keçirməmişdir. Çünki, o, ali təhsilli olmaqla bu iş daha dolğun münasibət bildirə bilərdi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, araşdırılan mübahisə üzrə kredit borcu Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşməmişdir.
16. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ilə borclu X6 arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X6 xx.xx.2015-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. İddiaçı borclunun hüquqi vaislərinə qarşı araşdırılan iddia tələbini irəli sürmüşdür.
24. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı QSC «Bank Standard» KB-nin xeyrinə 399,36 (üç yüz doxsan doqquz manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 71,92 (yetmiş bir manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu, 151,32 (bir yüz əlli bir manat, otuz iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 632,60 (altı yüz otuz iki manat, altmış qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumun tutulması qət edilmişdir.
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X3 miras qalmış əmlakı qəbul etdiyindən iddiaçı QSC «Bank Standard» KB ilə X6 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/107134/14 saylı kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.
26. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2(060)-3211/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
29. Göründüyü kim apellyator şikayətinin dəlili olaraq göstərmişdir ki, mərhum Yaşar Talıbovla faktiki nikah münasibətləri 20 ilə yaxındır ki, pozulub. Onun götürdüyü kreditdən hər hansı bir məlumatı olmamışdır.
30. Kollegiya apellyasiya şikayətinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır. Kreditor mülki qanunvericiliyin göstərişlərinə əsasən borclunun hüquqi varisinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edərək borcun ödənilməsini tələb eməkdə haqlıdır.
31. Bununla yanaşı qeyd olunmalıdır ki, mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.
32. Araşdırıdan mübahisədən göründüyü kimi vərəsələr tərəfindən qəbul edilən miras əmlak Opel Astra minik markalı, 50CH114 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
33. Məhkəmə qeyd olunan əmlakın müəyyən bir dəyər daşıdığını və həmin dəyərin tələb olunan borc məbləğindən çox olmasının bəlli bir hal olduğunu nəzərə alaraq hesab edir ki, borc məbləği vərəsəyə keçmiş miras pay həcminin aşmır.
34. Apellyatorun digər dəlili ondan ibarətdir ki, məhkəmə iddia müddətinin keçməsinə baxmayaraq qətnamə çıxarmışdır.
35. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə şikayətin dəlillini də əsassız hesab edir.
36. İlk növbədə kollegiya qeyd edir ki, iş materialları kollegiya tərəfindən öyrənilərkən müəyyən olundu ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə heç bir ərizə təqdim olunmamışdır.
37. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
38. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
40. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünü göstərməmişdir.
41. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddihüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.
42. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.
43. Ona görə də MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.
44. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.
45. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
46. Araşdırılan mülki işin materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsindəki araşdırma zamanı iştirak etmiş, lakin iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir və bu baxımdan məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı məsələyə qiymət verilməsinə zərurət görmür.
47. Apellyatorun digər dəlili məhkəmə tərəfindən digər cavabdehin, yəni oğlunun iştirakını təmin etmək üçün tədbir görməməsidir.
48. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 məhkəmə bildirişi və SMS xəbərdarlıq göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə xx.xx.2024-cü ildə imza edilməklə məhkəmə bildirişi cavabdeh tərəfindən qəbul edilmişdir (iş vərəqə 47-50).
49. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi, şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2(060)-3211/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.