Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1626/2020 18.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh Oktay oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin Cavabdeh Oktay oğluna qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, 04fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. qət edilmişdir (hakim Elman Məmmədov) Qətnamədən narazı qalan İddiaçı ASC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, 04fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oktay oğlundan 97,24 ABŞ dolları əsas borc, 35,74 ABŞ dolları faiz borcu, 79,06 ABŞ dolları cərimə borcu və xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 93,15 ABŞ dolları borc olmaqla ümumilikdə 305,19 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, borcun əvəzi olaraq xx.xx.2015-ci il tarixli girov müqaviləsi (saxlanc) bağlayaraq mülkiyyətindəki 1 ədəd 4 qram çəkidə üzük, 5 cüt 15 qram çəkidə sırğa, 2 ədəd 32,3 qram çəkidə boyunbağı, 3 ədəd 33,9 qram çəkidə qolbaq, 2 ədəd 3 qram çəkidə kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilmısi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti onunla əsasalandırılmışdır ki, qətnamədə qeyd olunur ki, Məhkəmə Ekspertiza Mərkəzinin 32238 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh Oktay oğlunun İddiaçı ASCnə borcu olmadığı və 220.61 dollar məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqi ilə Cavabdeh Oktay oğluna cərimə hesablanmamışdır. Sözügedən ekspert rəyində qeyd olunanları təkzibedəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq bildirılırki, bankın sistemində cavabdehin borcu mövcuddur və bunu təsdiq edən maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilir PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Oktay oğlu apelyasiya şikayətinə eetiraz edərək göstərdi ki, Kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanın təsiri altına düşməmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Belə ki, 2017-ci il tarixdə kredit borcunu tam bağlayaraq, girova qoyduğu qızıl-zinət əşyalarını da rəsmi qaydada bankdan götürmüşdür. Banka axırıncı ödənişi 2017-ci ilin sentyabr ayında olmuşdur və kredit borcunu da elə həmin tarixdə tam bağlamışdır. Hadisənin üzərindən iki il keçdiyinə görə də bankın ona kreditin tam bağlanmasına dair verdiyi arayışı itirmişdir. Əgər banka həqiqətən də borcu qalmışdırsa, o zaman niyə girov predmeti olan qızıl-zinət əşyaları qaytarılmışdır. Eyni zamanda bank tərəfindən son iki il ərzində heç bir müraciət olunmamışdır. Bundan əlavə mən ekspert rəyi ilə razıydır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, 04fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, HÜQUQİ MƏSƏLƏLƏR: Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, 04fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2015-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh Oktay oğlu arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh Oktay oğlu (borcalan) İddiaçı ASC-dən (kreditor) 18 ay müddətinə, illik 34 % ödəmək şərti ilə 1800 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Oktay oğlunun xx.xx.2015-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixinə 97,24 ABŞ dolları əsas borc, 35,74 ABŞ dolları faiz borcu, 79,06 ABŞ dolları cərimə borcu və xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 93,15 ABŞ dolları borc olmaqla ümumilikdə 305,19 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 32238 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə ək etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2015-cü il tarixli, ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə xx.xx.2019-cu il tarixə (gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla) Cavabdeh Oktay oğlunun İddiaçı ASC-yə borcu olmadığı və 220,61 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. İş materiallarında xx.xx.2015cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh Oktay oğluna cərimə hesablanmamışdır. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına və ekspert rəyinə istinad edərək cavabdehin iddiaçı banka borcunun qalmamasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini təmin etməmişdir. Belə ki, cavabdehin banka olan borcunun müəyyən edilməsi ilə əlaqədar iş üzrə ekspertiza keçirilmiş və iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 32238 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh tərəfindən 220,61 ABŞ dolları artıq ödəniş aparıldığı, cavabdehin borcunun olmaması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı bankın iddia tələbinin əsası kimi cavabdehin banka borclu olması keçirilmiş ekspertizanın nəticəsi ilə təkzib edilmiş, eyni zamanda cavabdahin banka borcunun olması bank tərəfindən təqdim edilmiş maliyyə arayışından başqa hər hansı sənədlə sübut edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X8 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşsə də, iddiaçı bank öz tələblərini sübuta yetirə bilməmiş, bankın sübut kimi təqdim etdiyi maliyyə arayışı da ekspert rəyi ilə təkzib edilmişdir. Bundan əlavə cavabdeh kredit qarşılığında banka qoyduğu qızıl əmlaklarını borcunu tam ödədiyi üçün bankdan götürməsini bildirmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bank cavabdehin borcunu bağlamadığı halda borcun qarşılığında girov qoyulmuş əmlakları girovdan azad edərək cavabdehə verməsi mümkünsüzdür. Bununla da iddiaçı bank cavabdehin hər hansı borcunun qalmamasını dolayı yolla təsdiq etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki. birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş ekspertizanın haqqının iddia tələbi təmin edilmədiyindən iddiaçı təşkilatdan tutulması barədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1626/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1626/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver