Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1635/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(027)-265/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(027)-265/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 10409 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh onu zamin qoyaraq kənd camaatından aldığı nar meyvələrinin pulunu ödədiyi 7773 manatın və cavabdehin ondan nisiyə aldığı nar məhsullarının dəyəri olan 2636 manatın, ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə cavabdehdən 10439 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Novruzəli oğlu ilə aralarında nar meyvəsi alqı-satqısı olmuşdur. Belə ki, 2019-cu ildə Cavabdeh Quba rayon sakini Anar adlı şəxs (surücü) vasitəsi ilə bir neçə dəfə ondan nisyə nar meyvəsi alaraq alver etmişdi. Sonuncu dəfə Cavabdeh onun vasitəsilə kənd sakinlərindən onu zamin qoyaraq X11 726 manat, X21 225 manat, X2 1094 manat, X12 2736 manat, X3 220 manat, X9 276 manat, X13 756 manat, X20 274 manat, X4 540 manat, X1 456 manat, X14 470 manat və ondan 2636 manat dəyərində, ümumilikdə 10409 manat dəyərində nisyə nar meyvəsi götürərək 10 günədək pulların verəcəyini bildirsə də, bu günədək hər dəfə müxtəlif bəhanələr edərək onları aldatmışdır. Kənd sakinləri Cavabdeh ona görə verdikləri məhsulun pulu olan 7773 manatı ondan almışlar. Cavabdeh ümumilikdə ona 10409 manat ziyan vurmuşdur. Bütün bunlarla yanaşı, cavabdehin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur. Belə ki, cavabdeh dəfələrlə onu və onun vasitəsi ilə kənd sakinlərinə olan borcunu qaytaracağına söz versə də, hər dəfə aldatmış və borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehə borcunu ödəmək, öhdəliyi icra etmək üçün yetərincə vaxt vermişdir. Lakin cavabdehin ona qarşı etdiyi məsuliyyətsiz hərəkətlər, müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatması, saymazyana münasibət bəsləməsi onu alçaltmış, özünə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdeh ona qarşı etinasız hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, mənəvi ziyan da vurmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Qətnamədə onun iddiaçıdan 10409 manatlıq meyvə aldığını etiraf etməsi göstərilmişdir. O, iddiaçıdan 0,55 qəpikdən 5 ton 600 kq nar və 980 ədəd tək cərgə 2 manatdan olmaqla xurma, cəmi 5040 manatlıq meyvə almışdır. Məhkəmə iclasında o, iddiaçıdan 5040 manat məbləğində meyvə almağını etiraf etmiş və bu barədə məhkəməyə ərizə yazmışdır. Lakin məhkəmə qətnaməsində göstərmişdir ki, 3080 manat məbləğində borcunu etiraf etmişdir. Göründüyü kimi, məhkəmə qətnaməni təhrif etmişdir. Həmçinin məhkəmə hüquq normalarını tətbiq edərkən nisyə alqı-satqı müqaviləsinin bağlanmasına əsaslanmışdır. Öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçı ilə onun arasında hər hansı bir müqavilə yoxdur. 09.12.2019-cu il tarixdə yazılan ərizədəki imza ona məxsus deyildir. İddiaçı özünün zaminliyi ilə hər hansı bir meyvəni digər şəxslərdən almamışdır. Həmçinin işdə olan sənədlərin heç bir hüquqi əhəmiyyəti yoxdur. O, məhkəmənin səs yazısı və video ilə aparılmasını istəsə də, bu vəsatətini məhkəmə təmin etməmiş və istəyinə nail olmuşdur. 03.02.2021-ci il tarixdə məhkəmə iclası təxirə salınmış və 05.03.2021-ci il tarixə təyin edilmişdir. 05 mart 2021-ci ilə kimi isə qətnamə gəlmişdir. Məhkəmə prosessual pozuntuya yol vermiş və onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 740.2-ci maddəsinin məzmundan da aydın olur ki, əgər 3000 manatdan yuxarı borc pul verilirsə, tərəflər arasında müqavilənin olması imperativ norma kimi müəyyən edilmişdir. Belə bir müqavilə isə, ümumiyyətlə, mövcud deyildir və ola da bilməzdi. Göründüyü kimi, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın qismən, 5040 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdehə təkcə nar deyil, həm də xurma satmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sabirabad rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 21 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Saatlı rayonu Novruzlu kənd sakini İddiaçı, Sabirabad rayonu, Qasımbəyli kənd sakinləri Ə.Q.Qəhrəmanov, B.M.Atakişiyev, E.R.Atamoğlanov, C.X.Xəlilov, rayonun Əsgərbəyli kənd sakinləri R.Q.Qarayev, E.R.Atamoğlanov, Q.Y.Əhmədov, Ə.S.Süleymanov, V.R.Atamoğlanov və F.M.Şirinovun yuxarı instansiyalara etdikləri müraciətlər əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan X22 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 274 manat məbləğində xurmanı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X6 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 540 manat məbləğində nar məhsulunu İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X15 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 276 manat məbləğində xurmanı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X7 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 220 manat məbləğində xurmanı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X16 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 470 manat məbləğində narı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X23 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 225 manat məbləğində narı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan İddiaçı imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019cu ilin oktyabr ayında 536 manat məbləğində xurma və narı qablaşdırmağa lazım olan banan karobkası və kağız üçün 800 manat məbləğində yanında gətirdiyi sürücü Səxavətin şahidliyi ilə 1300 manat məbləğində nəğd pulu Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun dəyərini və pullarını ala bilmir. İş materiallarında olan X17 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 736 manat məbləğində xurma və narı, 2000 manat məbləğində nəğd pulu İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X18 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 726 manat məbləğində narı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X19 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 756 manat məbləğində narı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X8 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 1094 manat məbləğində xurmanı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İş materiallarında olan X5 imzası 09.12.2019-cu il tarixdə Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 2019-cu ilin oktyabr ayında 456 manat məbləğində narı İddiaçı vasitəsilə Cavabdeh təhvil vermişdir, bu günə kimi verdiyi məhsulun pulunu ala bilmir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh nisyə satdığı nar, xurmanın dəyərini və nəğd pulu, cəmi 10409 manat məbləğində pulu tələb edir. Azərbaycan Respublikası MM-nin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nisyə aldığı nar və xurmanın dəyərini və nəğd pulu, cəmi 10409 manat məbləğində pulunu qaytarmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında həqiqətən İddiaçı 10409 manat məbləğində meyvə aldığını, lakin həmin meyvənin pulunu ödədiyini, cəmi 3080 manat məbləğində borcu qaldığını göstərmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 10409 manat məbləğində meyvə aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə nisyə aldığı malların pulunu qismən ödəməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Cavabdeh nisyə aldığı malların pulunu qismən ödəməsini birinci instansiya məhkəməsi zamanı sübut yetirə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində iddianı qismən etiraf etmədiyini, İddiaçı 10409 manat məbləğində meyvə almadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məhkəmə iclas protokoluna qeydlər verməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında iddiaçıdan 5040 manat məbləğində nisyə meyvə aldığını, həmin məbləği də qaytarmağa razı olduğunu bildirsə də, bu halı da sübut edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə araşdırılmış yuxarıda göstərilən sübutlarla tam təkzib edilir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(027)-265/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1635/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1635/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver