Məhkəmə qərarları › İş №2(105)-1636/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1636/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1636/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-3581/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 6 saylı Bakı Mediasiya Təşkilatnın xx.xx.2022-ci il tarixli sazişi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, faktiki nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya üçün ödədiyi 60 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin faktiki nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2019- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya xərci 60 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3581/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul şəklində aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş rüsum 30 manat və hüquqi yardım üçün ödənilən 300 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi, 71.30 (yetmiş bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

5. Qətnamədən İddiaçı vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

6. Qətnamədən eyni zamanda cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya baxışı zamanı İddiaçı “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə, cavabdeh X7 isə məhkəmə kollegiyasının iclasında ərizələr təqdim etməklə apellyasiya şikayətlərindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə göndərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

11. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi

12. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

13. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər apellyasiya şikayətlərindən imtina etdiklərindən və tərəflərin apellyasiya şikayətlərindən imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir.

15. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı və Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizələri qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-3581/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar