Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1638/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı1-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı1-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 130000 ABŞ dolları əsas və 189226.94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 319226,94 ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0.14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 24% dərəcəsi ilə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0.14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş, bankla Cavabdeh2 arasında xx.xx.2010-cu ildə ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2011-ci ildə göndərilmiş xəbərdarlıq bildirişlərinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. xx.xx.2015-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 319226,94 ABŞ dolları təşkil edir. Kredit öhdəliyi cavabdehlər tərəfindən icra edilmədiyi üçün qeyd edilən tələblə məhkəməyə müraciət edilmişdir. İddiaçı xx.xx.2015-ci ildə məhkəməyə vəsatətlə müraciət edərək, fərdi yaşayış evinin bazar qiymətinin müəyyən edilməsinin “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə tapşırılması xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 19 avqust 2015-ci il tarixli, 2(027)-1882/2015 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə həvalə edilmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin xx.xx.2015-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Quba şəhəri, 5ci məhəllədə istifadədə olan 0.14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin xx.xx.2015ci il tarixinə bazar qiyməti 140000 manat təşkil etmişdir. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, yaşayış evinin yenidən obyektiv qiymətləndirilməsinin "xxxx" MMC-yə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-1882/2015 nömrəli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 380000 manat təşkil etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-29/2016 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspetizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25586 saylı, xx.xx.2016-cı il tarixli rəyinə əsasən, Cavabdeh1 xx.xx.2012-ci il tarixinə əsas borcu 194000 ABŞ dolları, faiz borcu 59170 ABŞ dolları, xx.xx.2015-cı il tarixinə əss borcu 125000 ABŞ dolları, faiz borcu 166038,67 ABŞ dolları təşkil edir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-12/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı1-nin xeyrinə 130000 ABŞ dolları əsas borc və 59170 ABŞ dolları faiz borcu olmaqla, 189170 ABŞ dollarının ödəniş günü ABŞ dollarının Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 17,78 manat dövlət rüsumunun tutulması, İddiaçı1-nin tələbinin ipoteka predmeti olan və MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 380000 manat müəyyən edilməsi, ipoteka predmeti olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı1-yə olan 130000 ABŞ dolları əsas borc və 59170 ABŞ dolları faiz borcu olmaqla, cəmi 189170 ABŞ dolları borcun ödəniş günü ABŞ dollarının (Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 17,78 manat məbləğində dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin isə ipoteka qoyana verilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 50 manat xərcindən 29,63 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 20,37 manatının İddiaçı1-dən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 200 manat tikinti-texniki ekspertiza xərcinin 118,52 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 81,48 manatının İddiaçı1-dən tutulub "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim Zamin Tahirov). Qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti və apelyasiya şikayətinə dəqiqləşmə ərizəsi verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, hesablanmış əsas məbləğin və faiz borcunun düzgün hesablanmamasını nəzərə almaqla ekspertizaya göndərilməsi, hesablanmış faiz borcunun 10 ABŞ dollarına endirilərək qalan hissənin bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2018-ci il tarixli, 2(105)-2159/2018 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 400000 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı1 vəsatətlə məhkəməyə müraciət edərək, təkrar ekspertiza təyin edilməklə "xxxx" MMC-yə həvalə həvalə edilməsini xahiş etmiş, vəsatətinə qoşma olaraq özünün əldə etmiş olduğu "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli (bazar qiyməti 121850, likvid dəyəri 97500 manat) rəyini əlavə etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 2(105)- 2159/2018 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixinə bazar qiymətinin 390000 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin özünün məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası "xxxx" MMC (tikilinin dəyəri 93000, torpaq sahəsinin dəyəri 56000 manat, xx.xx.2018), "xxxx" MMC (bazar qiyməti 136000 manat, xx.xx.2018), "xxxx" MMC (bazar qiyməti 137000 manat, xx.xx.2018) tərəfindən təyin edilən qiymətlər əsasında və ya təkrar ekspertiza təyin edilməklə ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(105)-177/2019 nömrəli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə ilkin satış dəyərinin 145000 manat təşkil etdiyi göstərilmişdir. Cavabdeh2 məhkəməyə "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyini (bazar dəyəri 420000 manat) və "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyini (bazr dəyəri 392000 manat) ünvanlayaraq qətnamə qəbul edilərkən həmin rəylərin nəzərə alınmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(105)-177/2019 nömrəli qətnaməsi ilə İddiaçı1-nin apelyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ipoteka predmetini təşkil edən Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 274290 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyərinin alınaraq 200 manatın Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC-nin, 500 manatın “S-Əmlak Qiymətləndirmə” Ekspert Mərkəzinin, 200 manatın "xxxx" MMC-nin hesabına köçürülməsi, Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Fuad Məmmədov). Qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdehlər birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1799/2020 nömrəli qərarı ilə kasasiya şikayətləri təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (hakimlər – İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Gündüz Quliyev). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-2057/2020 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq-qiymətləndirmə ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə qiymətləndirməəmtəəşünaslıq ekspertizasının aparılması isə "xxxx" Qiymətləndirmə Mərkəzi MMC-yə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3916 saylı rəyinə əsasən, Cavabdeh1 xx.xx.2012-ci il tarixə banka olan əsas borcu 199866.67 ABŞ dolları, faiz borcu isə 2379.73 ABŞ dolları müəyyən olunmuşdur. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında xx.xx.2012-ci il tarixdən sonra xx.xx.2014-cü il tarixədək 69000 ABŞ dolları məbləğində əsas borcdan ödəniş edilmişdir. Hazırki tədqiqatla hesablamalar xx.xx.2012-ci il tarixədək hesablandığından sonradan ödənilən 69000 ABŞ dolları hal hazırki hesablamalarda nəzərə alınmadı. "xxxx" Qiymətləndirmə Mərkəzi MMCnin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Quba şəhəri, 5-ci məhəllədə 0.14326 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 405000 manat, likvid dəyəri isə 385000 manat müəyyən edilmişdir. İddiaçı1 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-209/2021 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq-qiymətləndirmə ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə qiymətləndirməəmtəəşünaslıq ekspertizasının aparılması isə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Quba şəhəri, 5-ci məhəllədə 0.14326 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bazr dəyəri 139700 manat, likvid dəyəri 110000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3137 saylı rəyinə əsasən, Cavabdeh1 xx.xx.2012-ci il tarixə banka olan əsas borcu 199866.67 ABŞ dolları, faiz borcu isə 2379.73 ABŞ dolları müəyyən olunur. Məhkəmə tərəfindən cədvəl məlumatlarına qiymət verildikdə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına müvafiq olaraq Cavabdeh1 xx.xx.2012-ci il tarixə 199866.67 ABŞ dolları əsas, 55677,51 ABŞ dolları məbləğində faiz borcu müəyyən olunur. Hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək ümumilikdə 69000 ABŞ dolları məbləğində ödəniş aparılmış və bütövlükdə əsas borca silinmişdir. Lakin banka olan borc məbləği xx.xx.2012-ci il tarixə hesablandığından həmin tarixdən sonrakı ödəniş nəzərə alınmamışdır. Cavabdehlərin nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, təkrar məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmiş, özünün əldə etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyini (bazar qiyməti 400000 manat, likvid dəyəri 386000 manat) təqdim etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2(105)-209/2021 saylı qətnaməsi ilə İddiaçı1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 saylı qətnaməsinin qismən - «Cavabdeh1 İddiaçı1-nin xeyrinə 59.170 ABŞ dolları faiz borcu tutulsun və Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 380.000 manat müəyyən edilsin» hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı1-nin 1 saylı Səbail rayon filialı və Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli, 206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı1-nin xeyrinə 55.677,51 ABŞ dolları Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə məbləğində faiz borcunun tutulması, Cavabdeh2 mülkiyyətində olan Quba şəhəri, 5-ci məhəllədə yerləşən 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin likvid dəyərinin 110.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin – «Cavabdeh1 İddiaçı1-nin xeyrinə 130000 ABŞ dolları əsas borc Azərbaycan manatına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 17,78 manat dövlət rüsumu tutulsun, İddiaçı1-nin tələbi ipoteka predmeti olan və MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilsin; ipoteka predmeti olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın; satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı1-yə olan qətnamə ilə müəyyən edilmiş borcu ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi isə ipoteka qoyana verilsin; iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 50 manat xərcindən 29,63 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 20,37 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 200 manat tikinti-texniki ekspertiza xərcinin 118,52 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 81,48 manatı iddiaçı "xxxx" ASC-dən tutulub "xxxx" MMC-nin hesabına ödənilsin» hissəsində dəyişdirilmədən saxlanması, qətnamə icra olunan zaman 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək ödənilən 69.000 ABŞ dolları kredit müqaviləsi üzrə müəyyən edimiş əsas borcun 130.000 ABŞ dolları və 55.677,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 185.677,51 ABŞ dolları məbləğində pul vəsaitindən çıxılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 5,54 manat hissəsinin İddiaçı1-dən və 294,46 manat hissəsinin isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyərinin alınaraq 200 manatın Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC-nin, 500 manatın S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin və 200 manatın Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov). Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(105)-209/2021 nömrəli qərardadı ilə qətnamənin təsviri və nəticə hissəsində yol verilmiş yalnışlıq aradan qaldırılaraq, qətnamənin nəticə hissəsindən «Qətnamə icra olunan zaman 16 avqust 2012-ci il tarixdən sonra 20 avqust 2014-cü il tarixədək ödənilən 69.000,00 ABŞ dolları kredit müqaviləsi üzrə müəyyən edimiş əsas borc 130.000 ABŞ dolları və 55.677,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 185.677,51 ABŞ dolları məbləğində pul vəsaitindən çıxılsın» abzasları qətnamədən xaric edilmişdir (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova). Cavabdeh1 vəkili Vəkil kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2039/2022 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-209/2021 nömrəli qətnaməsinin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər – Mehparə Əhmədova - sədrlik edən və məruzəçi, Ələsgər Əliyev və İsmayıXəlilov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi 25 yanvar 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş və həmin yaşayış evinin ilkin satış qiyməti əsassız olaraq 380.000 manat dəyərində müəyyən edilmişdir. Ona görə də, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni qeyd olunan hissədə ləğv edilib, ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil İddiaçı1-nin verdiyi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və digər Cavabdeh2 məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyəri olaraq 274290 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2039/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-209/2021 nömrəli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırki məhkəmə kollegiyası iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsinə münasibət bildirilməsini əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin “ipoteka predmetinin qiymətləndirilməsi” hissəsinə qiymət verərək hesab etmişdir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə iki dəfə ekspertiza təyin edilmiş, «Əmlak Bazarı İştirakçıları» İB-nin xx.xx.2015-ci il tarixli rəyi ilə fərdi yaşayış evinin bazar qiyməti 29 oktyabr 2015-ci il tarixinə 140.000 manat qiymətləndirilmiş, "xxxx" MMC-nin 01 mart 2016-cı il tarixli rəyi ilə 05 fevral 2016-cı il tarixə ipoteka predmetinin qiyməti 380.000 manat müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı1-nin Səbail filialı arasında 06 avqust 2010-cu il tarixli notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin likvid qiyməti 274.290 manat müəyyən edildiyindən, məhkəmə "xxxx" MMC-nin 01 mart 2016-cı il tarixli rəyini (05 fevral 2016-cı il tarixə olan) əsaslı hesab etmiş və həmin rəy əsasında müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiymətini 380.000 manat məbləğində qəbul etmişdir. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Birinci rəy ilə ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat, ikinci rəylə 400.000 manat, üçüncü rəylə 390.000 manat, dördüncü rəylə 145.000 manat məbləğində müəyyən edilmişdir. Birinci rəy 29 oktyabr 2015-ci il tarixdə, ikinci rəy isə təxminən 3 il ondan sonra, yəni 03 oktyabr 2018-ci il tarixdə, üçüncü rəy həmin ilin dekabrında, dördüncü isə 2019-cu ilin may ayında verilmişdir. Nəzərə alınsa ki, daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsi mümkündür və 2010-cu il tarixdə ipoteka müqaviləsində tərəflərin razılaşdıqları və müstəqil qiymətləndirici tərəfindən müəyyənləşdirilmiş 274.290 manat məbləğin beş il sonra 140.000 manat, 9 il sonra isə 145.000 manat arasında azalmaya doğru dəyişməsi inandırıcı görünmür. Əksinə əmlak bazarında daşınmaz əmlakların qiymətlərində kəskin artım müşahidə olunmadığından qiymətlərin sabit qaldığını deməyə əsas verir. Bu baxımdan ikinci və üçüncü rəylərdə göstərilən ipotekanın ilkin satış qiymətlərini də (artıma doğru dəyişməsi) ağlabatan hesab etmək olmaz. Bu mənada tərəflərin ipoteka müqaviləsi bağlayarkən müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və tərəflərin razılaşdıqları 274.290 manat ipoteka predmetinin likvid dəyəri, ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsi qənaətini qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin 274292 manat müəyyən edilməsini əsaslı hesab etmişdir. İşə əvvəl kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən kassasiya instansiyası məhkəməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edib əmlakın ilkin satış qiymətini 274.290 manat məbləğində müəyyən edərkən əmlakın ipoteka müqaviləsində müəyyən olunmuş qiymətinə əsaslanmışdır. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təmin olunması üçün Cavabdeh2 məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və müqavilədə evin dəyəri 274.290 manat məbləğində göstərilmişdir. İşə məhkəmə instansiyalarında baxılarkən ipoteka predmetinin qiymətləndirilməsi ilə əlaqədar biri-birindən fərqli 5 rəy əldə edilmişdir. İpoteka predmeti olan ev 29 oktyabr 2015-ci il tarixdə verilmiş birinci rəydə 140.000 manat, 01 mart 2016-cı il tarixdə verilmiş ikinci rəydə 380.000 manat, 03 oktyabr 2018-ci il tarixdə verilmiş üçüncü rəydə 400.000 manat, həmin ilin dekabr ayında verilmiş dördüncü rəydə 390.000 manat, 2019-cu ilin may ayında verilmiş beşinci rəydə isə 145.000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə hesabatlarında göstərilən məbləğləri ağlabatan hesab etməyərək ipoteka müqaviləsində göstərilən qiyməti, yəni 274.290 manatı evin ilkin satış qiyməti kimi müəyyən etmişdir. Təxminən 10 il əvvəl bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş məbləğ hərtərəfli və tam aparılmış tədqiqatın nəticəsinə söykənmədiyindən və eləcə də əmlakın hazırkı bazar dəyərinə uyğun olmadığından kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əmlakın ipoteka müqaviləsində müəyyən olunmuş dəyərini ilkin satış qiyməti kimi qəbul etməkdə haqlı olmamışdır. Kollegiya hesab etmişdir ki, tutma ipoteka predmetinə yönəldilərkən əmlakın həmin dövrdə olan real bazar dəyəri müəyyən olunduqdan sonra onun ilkin satış qiyməti müəyyən olunmalıdır. Məhkəmə kollegiyası işdə olan mütəxəssis rəylərinə istinad etsə də, həmin rəylərə münasibətdə nəticəsini əsaslandırmamış və təkrar qiymətləndirmənin aparılması imkanını müzakirə etməmişdir. İşdən görünür ki, əmlakın ilkin satış qiyməti ilə əlaqədar tərəflər arasında mübahisə olduğundan onun qiyməti yalnız məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirici rəyi əsasında müəyyən oluna bilərdi. Kollegiya hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti onun hazırkı bazar dəyəri müəyyən olunmadan qiymətləndirildiyindən qətnamə həmin hissədə əsassızdır. İşə təkrar apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, borc məbləğinin ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m. ümumi, 133,4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı alınan rəylər arasında fərq olduğundan məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə "xxxx" MMC-nin 21 may 2021-ci il tarixli, 21/FY/2021 saylı qiymətləndirmə rəyi ipoteka predmeti olan əmlakın dəyərinin reallığını özündə əks etdirdiyinə görə, həmin rəy əsas götürülməklə digər rəylərə tənqidi yanaşaraq Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 0,14326 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325,4 kv.m ümumi, 133,4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 139.700 manat və likvid dəyəri 110.000 manat məbləğində müəyyən edilməlidir. İşə təkrar kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən kassasiya instansiyası məhkəməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, həqiqətən də cavabdehin bildirdiyi kimi "xxxx" MMC tərəfindən verilmiş rəylə apellyasiya kollegiyasının sonuncu əldə edib istinad etdiyi rəy arasında ipoteka predmetinin dəyəri ilə bağlı əhəmiyyətli fərq mövcud olmamış və cavabdehin bildirdiyi kimi, həqiqətən də hər iki qiymətləndirmə təşkilatlarının rəhbəri Vüqar Oruc adlı şəxs olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş rəy isə məhkəmənin təşəbbüsü ilə əldə edilmiş rəy olmamış, həmin rəyi iddiaçı təşkilat öz təşəbbüsü ilə əldə etmiş və təkrar qiymətləndirmə barədə məhkəməyə ünvanlamış olduğu vəsatətə digər qiymətləndirmə təşkilatlarından əldə etmiş olduğu rəylərlə birgə bu MMC-nin də rəyini əlavə etmişdir. Bu da cavabdehin bildirdiyi kimi sonuncu istinad edilən rəyin qeyri-mötəbərliyinə dəlalət edən haldır. Apellyasiya kollegiyası da həmin rəyə istinad etməsini qəbul etdiyi məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir. Belə olan halda apellyasiya kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməli, ekspert rəyinə tənqidi yanaşmalı olduğu halda, həmin rəyə istinad edib, yəni rəyi mötəbər sübut kimi qəbul edib qətnamə qəbul etməməli idi. Bundan əlavə, apellyasiya kollegiyası bu hissə üzrə işə daha əvvəl baxmış kassasiya kollegiyasının göstərişlərinin xüsusiyyət və istiqamətlərini də düzgün nəzərə almamışdır. Belə ki, kassasiya kollegiyası vurğulamışdır ki, tutma ipoteka predmetinə yönəldilərkən əmlakın həmin dövrdə olan real bazar dəyəri müəyyən olunduqdan sonra onun ilkin satış qiyməti müəyyən olunmalıdır. Bu növqeyini də onunla əsaslandırmışdır ki, həmin zaman yoxlanılan apellyasiya kollegiyasının qətnaməsində ipoteka müqaviləsində tərəflərin razılaşaraq müəyyən etdikləri dəyər ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilmişdi. Kassasiya kollegiyası da vurğulamışdı ki, 10 il əvvəl bağlanmış müqavilədə əks edilən dəyər apellyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən həmin dövrün bazar qiymətinə uyğun ola bilməzdi. Çünki bazar iqtisadiyyat şəraitində daşınmaz əmlak bazarında da qiymətlərin dəyişməz vəziyyətdə qalması müəyyən edilməmişdi. Düzdür, işə ilkin kasasiya baxışı zamanı ilkin satış qiymətlərinin likvid dəyərlə müəyyən edilməsi barədə məhkəmə təcrübəsinin vahidliyini təmin edə məhkəmə qərardadı qəbul edilmədiyindən real bazar dəyərinin müəyyən edilməli olduğu göstəriş olaraq göstərilsə də, işə sonuncu apellyasiya baxışı zamanı qeyd edilən məhkəmə qərardadı mövcud olduğu üçün apellyasiya kollegiyası düzgün olaraq əmlakın likvid dəyərinin müəyyən edilməsi istiqamətində mütəxəssislər qarşısında suallar qoymuş, lakin hazırki ipoteka predmetinin dəyəri ilə bağlı işdə yaranmış ziddiyyətli məqamları və əmlakın göstəricilərinə uyğun olmayan qiymətləndirmələri gözardı etmiş, istinad etmiş olduğu rəyin mötəbərliyi ilə bağlı kifayət qədər dəqiq məhkəmə araşdırmasını həyata keçirməmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1638/2022 nömrəli qərardadı ilə ipoteka predmeti olan torpaq sahəsinin və fərdi yaşayış evinin, həm ayrı-ayrılıqda həmdə birgə həm hazırki bazar qiymətləri, həm də onların likvid qiymətlərinin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə istifadədə olan 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış evinin likvid dəyəri 262.000 manat, istifadədə olan 0,14326 ha torpaq sahəsinin likvid dəyəri isə 131.000 manat olmaqla, ümümilikdə torpaq sahəsi və fərdi yaşayış evinin likvid dəyəri 393.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə əldə edilmiş qiymətləndirmə rəylərinin müqayisəli təhlilini apararaq iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan 16 avqust 2010-cu il tarixli kredit müqaviləsindən, ipoteka müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəllərdən görünür ki, İddiaçı1 Cavabdeh1 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 16 avqust 2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün MA seriyalı ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh2 məxsus Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m ümumi, 133.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 274.290 (iki yüz yetmiş dörd min iki yüz doxsan) manat məbləğində likvid qiymətlə qiymətləndirilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 38.2.2-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, ilk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarında ipoteka predmetinin məhz hazırki bazar dəyərinin müəyyən edilməli olmasına dair göstəriş verilsə də, bundan fərqli olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadında ipoteka predmetinin ilkin satış qiyməti olaraq onun likvid dəyərinin müəyyən edilməli olması göstərilmişdir. Bu həmçinin kassasiya instansiya məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarında da xüsusi olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin likvid dəyərinin 380.000 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Bu dəyəri müəyyən edərkən məhkəmə müvafiq qiymətləndirmə rəyləri almış, lakin həmin qiymətlərdirmə rəyləri ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş olan qiymət və işdə olan digər ekspert rəyləri ilə qarşılıqlı qiymətləndirilməmişdir. Bu baxımdan ipoteka predmetinin dəyərinin daha artıq məbləğdə olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 274.290 (iki yüz yetmiş dörd min iki yüz doxsan) manat təşkil edir. Kollegiya bu qiymətlə razılaşır və qeyd edir ki, göstərilən qiymət real olaraq təyin olunmuşdur. Hazırki dövrdə daşınmaz əmlak və tikinti materialları bazarındakı qiymətlərin kəskin bahalaşması fonunda, eləcə də keçən müddət ərzində əmlakın artıq yeni tikili olmaması nəzərə alınmaqla Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin likvid qiymətinin tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində müəyyənləşdirdiyi 274.290 (iki yüz yetmiş dörd min iki yüz doxsan) manat təşkil etməsi real və ağlabatan hesab olunmalıdır. Kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri olaraq 274.290 (iki yüz yetmiş dörd min iki yüz doxsan) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatlarının dəyəri alınaraq 200 manat Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin, 500 manat "xxxx" MMC-nin, 200 manat "xxxx" MMC-nin və 250 manat "xxxx" MMC-nin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1-nin apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(027)-12/2017 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə ləğv edilsin. İpoteka predmeti olan Quba şəhəri, 5-ci məhəllədə, istifadədə olan 0,14326 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 325.4 kv.m. ümumi, 133.4 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyəri olaraq 274.290 (iki yüz yetmiş dörd min iki yüz doxsan) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar aparılmış ekspertiza tədqiqatlarının dəyəri alınaraq 200 manat Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin (VÖEN:**********, Hesab N AZN: AZ61AİİB**********3905384109; Bank: KAPİTAL BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************; KOD: 200093; SWİFT: AİİBAZ2X), 500 manat "xxxx" MMC-nin (VÖEN:**********, Hesab N AZN: AZ06AİİB********************; Bank: KAPİTAL BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************; KOD: 200145; SWİFT: AİİBAZ2X), 200 manat "xxxx" MMCnin (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) və 250 manat "xxxx" MMC-nin (VÖEN:**********, Hesab N AZN: AZ90AİİB********************; Bank: KAPİTAL BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************; KOD: 200145; SWİFT: AİİBAZ2X) hesabına keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1638/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1638/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver