Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-164/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, əsas borc üzrə 7977,13 ABŞ dolları, faiz borcu üzrə 7061,10 ABŞ dolları, cərimə üzrə 200 ABŞ dolları olmaqla, cəmi 15238 ABŞ dolları 23 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 83,4 kvadrat metr, yardımçı sahəsi 30,04 kvadrat metr olan 1 mərtəbəli, 2 otaqlı 186 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutularaq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 186 saylı evin ilkin satış qiymətinin 65881 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 03R000027762 saylı kredit razılaşması üzrə 7977,13 ABŞ dolları məbləğində kredit borcu, 7061,10 ABŞ dolları məbləğində faiz borcu və 5760,89 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20799 ABŞ dolları 12 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 13.06.2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 10.09.2014-cü il tarixli, 8233 saylı sazişə əsasən kredit xətti 147 ay müddətinə 200000 ABŞ dolları məbləğində artırılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 10.09.2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.08.2015-ci il tarixli, 03R000027762S saylı, 07.03.2016-cı il tarixli, 03R000027762SA saylı, 11.04.2017-ci il tarixli, 03R000027762SB saylı, 25.04.2018-ci il tarixli, 03R000027762SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.09.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 12022,87 ABŞ dolları ödəmiş, onun 7977,13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.06.2019-cu il tarixə 283 gün üçün hesablanmış faiz borcu 7061,10 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 20.06.2019-cu il tarixə 283 gün üçün hesablanmış cərimə 5760,89 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı qapalı səhmdar cəmiyyəti iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 03R000027762 saylı kredit razılaşması üzrə 7977,13 ABŞ dolları məbləğində kredit borcu, 7061,10 ABŞ dolları faiz borcu və 5760,89 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20799 ABŞ dolları 12 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 Sumqayıt şəhəri, Corat qəsəbəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 113,48 kvadrat metr, yaşayış sahəsi 83,4 kvadrat metr, yardımçı sahəsi 30,40 kvadrat metr olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə açıq hərracdan satılması və ümumilikdə 20799 ABŞ dolları 12 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh3 yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Paşayev Elman Salman oğlu, Cavabdeh1 və X5 həmin evə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 13.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 06.09.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 83,4 kv.m, yardımçı sahəsi 30,04 kv.m olan 1 mərtəbəli, 2 otaqlı 186 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tələb olunan borca etiraz edilərək, iş üzrə maliyyə-uçot ekspertizasının və ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatət verilsə də, buna qiymət verilməmişdir. Belə ki, tələb olunan əsas borc 7977,13 ABŞ dolları, faiz borcu isə 7061,10 ABŞ dolları məbləğindədir. Bundan əlavə, daşınmaz əmlakın ilkin satış qiymətinin 65881 manat müəyyən edilməsinə baxmayaraq, real bazar qiyməti hazırda 120000 manat məbləğindədir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında həmin maddənin şərhi ilə bağlı qeyd olunur ki, pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Göründüyü kimi, kredit müqaviləsində ödənilməli olan məbləğ manatla ifadə edilməli və ödənişlər də buna uyğun olaraq manatla ifadə olunmalıdır. Lakin iddiaçı mövcud qanunvericiliyin tələblərini pozaraq ödəniş cədvəlində qiymətləri dollarla ifadə etmişdir. O, bunu yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarının qəbulundan sonra bilmişdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 13 iyun 2022-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 10 sentyabr 2014-cü il tarixli, 8223 saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında bağlanmış 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik və əlavələr edilməklə müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditin məbləği 200.000 ABŞ dolları, müddəti 147 ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,8333% olmaqla 36 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 avqust 2015-ci il tarixli, 03R000027762S saylı sazişdən görünür ki, 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 10.08.2016-cı il tarixdən aylıq 1,75%, 10.08.2017-ci il tarixdən aylıq 1,6667%, 10.10.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlərin hesablanması müəyyən edilmiş və kredit razılaşmasının ayrılmaz hissəsi olan 10 sentyabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 10 avqust 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 07 mart 2016-cı il tarixli, 03R000027762SA saylı sazişdən görünür ki, 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 07 mart 2016-cı il tarixdən aylıq 1,7034% hesablanmalıdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 11 aprel 2017-ci il tarixli, 03R000027762SB saylı sazişdən görünür ki, 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 11 aprel 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 25 aprel 2018-ci il tarixli, 03R000027762SC saylı sazişdən görünür ki, 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 25 aprel 2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S000014823 saylı, 13 iyun 2012-ci il tarixli və Cavabdeh2 arasında bağlanmış 03S000022064 saylı, 10 sentyabr 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 14823 saylı,10 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, bank ilə zamin Cavabdeh3 arasında bağlanmış 03S000014823 saylı, 13 iyun 2012-ci il tarixli zaminlik müqaviləsinin preambulasına dəyişiklik və əlavə edilməklə həmin preambulada, kredit xəttinin məbləği 200000 ABŞ dolları, kredit xəttinin müddəti 147 ay göstərilmişdir. İş materiallarında olan 06 sentyabr 2014-cü il tarixli, 03M000001736 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 83,4 kv.m, yardımçı sahəsi 30,04 kv.m olan 1 mərtəbəli, 2 otaqlı, 186 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 65.881,20 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 83,4 kv.m yaşayış, 30,04 kv.m köməkçi sahədən ibarət 186 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 19 sentyabr 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanda, 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113,48 kv.mdən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 06 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 10483 saylı, 09 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması üzrə 20 iyun 2019-cu il tarixə əsas borcu 7977,13 ABŞ dolları, faiz borcu 7061,10 ABŞ dolları, cərimə borcu 5760,89 ABŞ dolları, cəmi borcu 20799,12 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş 10 dekabr 2018-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcun ödənilməsi barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh3 göndərilmiş 20 dekabr 2019-cu il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113,48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 30 dekabr 2019-cu il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07.10.2020-ci il tarixli, 9/2701 saylı rəyindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2012-ci tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşması və həmin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 avqust 2015-ci il tarixli, 03R000027762S saylı, 07 mart 2016-cı il tarixli, 03R000027762SA saylı, 11 aprel 2017-ci il tarixli, 03R000027762SB saylı və 25 aprel 2018-ci il tarixli, 03R000027762SC saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla Cavabdeh1 banka 20.06.2019-cu il tarixə olan əsas borc 8509,92 ABŞ dolları, faiz borcu 7471,65 ABŞ dollarıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhər, Corat qəsəbəsi 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 83,4 kv.m yaşayış, 30,04 kv.m köməkçi sahədən ibarət 186 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 68000 manat, torpaq sahəsinin likvid dəyəri 85000 manatdır. İş materiallarına əlavə olunmuş “Barat Consultancy” məhdud məsuliyyətli cəmiyyətinin 18.05.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin müqayisəli satış metodundan istifadə edilməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq, 18 may 2021-ci il tarixinə bazar dəyəri 100000 manat, likvid dəyəri 80000 manatdır. İş materiallarına əlavə olunmuş “B+Ş Audit” konsaltinq məhdud məsuliyyətli cəmiyyətinin 29.06.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 29 iyun 2021-ci il tarixinə bazar dəyəri 100000 manat, likvid dəyəri 80000 manatdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2012-ci il tarixli, 03L000008233 saylı kredit xətti müqaviləsi üzrə 10 sentyabr 2014-cü il tarixli, 03R000027762 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,8333% olmaqla 36 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, əsas borc üzrə 7977,13 ABŞ dolları, faiz borcu üzrə 7061,10 ABŞ dollarının (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 83,4 kvadrat metr, yardımçı sahəsi 30,04 kvadrat metr olan 1 mərtəbəli, 2 otaqlı 186 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutularaq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh3 qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 200 ABŞ dolları müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarında olan “Barat Consultancy” məhdud məsuliyyətli cəmiyyətinin 18.05.2021-ci il tarixli və “B+Ş Audit” konsaltinq məhdud məsuliyyətli cəmiyyətinin 29.06.2021-ci il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 80000 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113,48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat müəyyən edilməlidir. Cavabdeh1 apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə istinad edərək kredit müqaviləsində ödənilməli olan məbləğin manatla ifadə edilməli və ödənişlərin də buna uyğun olaraq manatla ifadə edilməli olmasını, lakin iddiaçının mövcud qanunvericiliyin tələblərini pozaraq ödəniş cədvəlində qiymətləri dollarla ifadə etdiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. İş materiallarından görünür ki, iddiaçı və digər cavabdehlər qətnamə ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 800 manat müəyyən olunması ağlabatan deyildir, bu görə də məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 500 manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat Cavabdeh1 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 500 manat Cavabdeh1 tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. İpoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113,48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilsin. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh1 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manat Cavabdeh1 tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-164/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-164/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver