Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1648/2025 07.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 cavabdehlər X11 və X12 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" X3 nümayəndəsi X1, cavabdeh X8 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-888/2024 nömrəli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə X13 “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir.
2. "xxxx" X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və smetadan görünür ki, Yasamal rayonu, Tbilisi prospektində "Hyundai Veloster minik" markalı, **-XM- *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş işıq dirəyinin bərpası üçün 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyinə (çıraqsız) görə 4547 manat, işıq dirəyinin özül hissəsinə görə 350 manat olmaqla, cəmi 4897 manat məbləğində pul sərf olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" X9 məhkəməyə iddia ərizəsi verərək, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 vurulmuş 4897 manat məbləğində maddi ziyanın cavabdehlər X5 və X2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X13 mülkiyyət hüququ X6 məxsus “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Polermo” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 4897 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X13 tanınmışdır. Qeyd edirlər ki, yol nəqliyyat hadisəsi baş verən zaman X13 tərəfindən idarə edilən “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Aşağıda göstərilənlərə əsasən iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4897 manat məbləğində maddi ziyan cavabdehlər X5 və X2 tutularaq "xxxx" X10 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də gəlməməklə ödənişdən imtina etmişdir. "xxxx" X4 məxsus sözügedən işıq dirəyi 2010-cu ildə istismara buraxılmışdır. Müəssisəyə dəymiş maddi ziyan hesablanarkən dirəyin köhnəlmə dərəcəsi də nəzərə alınmış, araşdırma nəticəsində dirəyin köhnəlmə dərəcəsinin 19,5 faiz olduğu müəyyən edilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-888/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" X4 vurulmuş maddi ziyana görə 4897 manat məbləğində pul vəsaitinin cavabdeh X5 tutularaq iddiaçı təşkilata ödənilməsi, iddia tələbinin digər cavabdeh X6 aid hissədə rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərcinin cavabdeh X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh X13 apellyasiya şikayəti verib iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək vurulan zərərin real məbləği müəyyən edilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-888/2024 saylı qətnaməsinin dəyişdirilməsi və ondan iddiaçının xeyrinə tutulmalı olan məbləğin azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh Arzu Nağıyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə iddiaçı "xxxx" X4 vurulmuş maddi ziyana görə 4897 manat məbləğində pul vəsaitinin cavabdeh kimi ondan tutularaq iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. Məhkəmə iş üzrə tam, hərtərəfli araşdırma aparmadan, ekspertizanın keçirilməsində onun iştirakını təmin etmədən, sonuncu məhkəmə baxışında iştirakı olmadan, onun mövqeyini öyrənmədən əsassız və şübhəli ekspert rəyinə əsaslanaraq vurulmuş zərərin real dəyərindən artıq pulun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. İş materiallarından olan, iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, “Polermo” tipli işıq dirəyinin balans qiyməti qiyməti 6348,40 manat, aşınma tətbiq edilməklə dəymiş ziyanın məbləği 5110,50 manatdır. Lakin işıq dirəyinin iki ədəd lampasının ambara təhvil verilməsini nəzərə alıb, onların qiyməti (563,50 manat) çıxılıqda dəymiş zərərin məbləği 4897 manatdır. İş üzrə verilmiş ekspert rəyində də həmin akta əsaslanaraq belə bir əsassız nəticəyə gəlinmişdir ki, vurulan zərərin məbləği aktda göstərilən qədər-4897 manatdır. Nə aktda, nə də ekspert rəyində əsaslandırılmayıb ki, tərəfindən işıq dirəyinin hansı hissəsinə zərər yetirilib və o zərər yetirilən hissə necə bərpa olunub, necə olur ki, ekspert rəyində vurulan zərərin məbləği iddiaçının aktında göstərilən məbləğlə eynilik təşkil edir. Bu necə ekspertizadır ki, heç bir əsaslandırma yoxdur, heç bir normativ akta istinad olunmayıb, vurulan zərərin işıq dirəyinin hansı hissəsinə vurulması və bərpa edilən həmin hissənin dəyəri göstərilməklə vurulan zərərin real məbləği göstərilməli idi. Ona görə də iş üzrə təkrar ekzpertiza təyin edilərək vurulan real zərərin məbləği müəyyən edilməlidir.
9. MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun bu tələbinə müvafiq olaraq vurulan zərərin real məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə bu maddənin tələblərini pozaraq ədalətli, qanuni və əsaslı nəticəyə gəlmək üçün vəsatətinin olmasına baxmayaraq ekspertizanın aparılmasında iştirakını təmin etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfin tərtib etdiyi şübhəli akta və etibarlılığı şübhə doğuran ekspert rəyinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4.birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Bütün bu hallar qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdeh X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçı "xxxx" X3 nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X6 lazımı qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh X13 tərəfindən mübahisələndirildiyindən, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni cavabdeh X12 aid hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin hallarına görə Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X13 tanınmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman X13 tərəfindən idarə edilən “Hyundai Veloster minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı müəssisəyə dəymiş 4897 manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaiti isə yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş cavabdeh X13 tərəfindən "xxxx" X4 ödənilməmiş və nəticədə iddiaçı təşkilata maddi ziyan dəymişdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən obyektiv həqiqətə nail olması üçün əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 9/1106 saylı ekspert rəyindən görünür ki, "xxxx" X9 tərəfindən tərtib edilmiş akta və smetaya əsasən Bakı şəhəri, Yasamal ayonu, Tbilisi prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2010-cu il buraxılışlı, “Palermo” tipli işıq dirəyinə (çıraqsız) və onun özül hissəsinə dəymiş ziyanın məbləğinin ümumilikdə 4897 manat olması müəyyən edilmişdir.
35. İddianı qismən təmin edən məhkəmə faktiki hallara istinad edərək hesab etmişdir ki, iddiaçı təşkilatın sözügedən maddi ziyanın aradan qaldırılması üçün 4897 manat məbləğində pulu nəqliyyat vasitəsini idarə etmiş cavabdeh X5 tələb etmək hüququ vardır.
36. Gəlinən nəticə ilə razılaşmayan cavabdeh Arzu Nağıyevanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, nə aktda, nə də ekspert rəyində əsaslandırılmayıb ki, tərəfindən işıq dirəyinin hansı hissəsinə zərər yetirilib və o zərər yetirilən hissə necə bərpa olunub, necə olur ki, eksepert rəyində vurulan zərərin məbləği iddiaçının aktında göstərilən məbləğlə eynilik təşkil edir.
37. Kollegiya apellyasiya şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyana görə məbləğ tutularkən birinci instansiya məhkəməsi haqlı olaraq Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini nəzərə almışdır. Belə ki, apellyator şikayətində təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin icraatı zamanı əldə olunmuş ekspert rəyində qeyd olunan məlumatların həqiqiliyini şübhə altına alan əsasların olmasını sübut edə bilməmişdir.
38. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
39. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
40. Kollegiya hesab edir ki, cavabdeh X13 apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
42. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
43. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
44. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
45. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-888/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-888/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.