Məhkəmə qərarları › İş №2(105)-1649/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1649/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1649/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdehlər: Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və X5 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlərdən 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh1 və X1 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlərdən 910 manat məbləğində dəymiş ziyanın alınıb ona ödənilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 07 mart 2011-ci il tarixdə 03 saylı qərarla Qobustan rayon bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi almış, bununla əlaqədar Qobustan rayon İcra Hakimiyyəti başçısının memarlıq və tikinti bölməsindən 13 avqust 2012-ci il tarixdə 080 nömrəli rəy də almışdır. Həmin rəyə əsasən ona torpaq sahəsinin ayrılması məqsədəmüvafıq hesab edilmişdir. 12 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydiyyat aparılmış A№401833 saylı torpaq sahəsinin planı və ölçüsü barədə rəsmi sənəd verilmişdir. Bununla əlaqədar müvafiq xəritə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 2020-ci ilin yazında hasarlama işlərinə başlamışdır. Lakin, bir gün gəlib təzə tikilmiş hasarın kiminsə tərəfindən söküldüyünü görmüşdür. Sonradan öyrənmişdir ki, həmin hasarı Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh1 və onun arvadı Osmanova Minəvər uçurtmuşlar. Onlarla əlaqə saxlayıb niyə belə etdiklərini soruşduqda bildirdilər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Anlaşılmazlığı aradan qaldırmaq üçün onlardan sənəd göstərməsini xahiş etdikdə bildirdilər ki, sənəd oldu-olmadı torpaq onlara məxsusdur. Onlara bələdiyyə sənədləri, kadastr ölçüləri barədə sənədlər təqdim etdikdə isə bundan imtina etmişlər. 2020-ci ilin sentyabr ayında yenidən tikinti işlərini aparmağa başlamışdır. Lakin hörgü qurumamış iki gündən sonra gəlib 50 metr uzunluğunda hasar yenidən darmadağın edildiyini görmüşdür. Dəymiş ziyanı qiymətləndirmək üçün İcra nümayəndəsinə, bələdiyyə sədrinə, Qobustan rayon İHB-ım memarına müraciət etmiş və ona dəyən ziyanın məbləği 910 manat müəyyən edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ekspertizaya əsaslanaraq iddianı rədd etmişdir. Həmin rəydə göstərilmişdir ki, Qobustan rayonunun Yeni massiv adlanan içində yerləşən onun tərəfindən hasarlanmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində oldugu müəyyən olunmuşdur. Cavabdeh1 izahatında onun tərəfindən torpaq sahəsinin hasarlanmasını təstiq etmişdir, lakin məhkəmə cavabdehlər tərəfindən hasarın sökülüb-sökülməməsini araşdırmamış, buna hüquqi qiymət verməmişdir. Qobustan Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(026)-2/2022 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan hasarın sökülməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydə alınmışdır ki, Qobustan bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarı ilə Qobustan rayonu Qobustan şəhəri ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qobustan rayon Memarlıq və Tikinti şöbəsinin müdiri Məzahir Əliyev, Qobustan rayon İcra Hakimiyyətinin Qobustan şəhəri üzrə nümayəndəsi Məlikağa Əhədov, Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzov, Qobustan şəhər sakini İddiaçı və Qobustan şəhər sakini-usta Əlsuvar Üzbaşıyevin tərtib etdiyi qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus Qobustan şəhəri (tövlə adlanan ərazi) ünvanında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinə DT və XK tərəfindən 12 dekabr 2012-ci il tarixindən AN № 401833 saylı torpaq sahəsinin planı və ölçüsü verildiyi, vətəndaş İddiaçı məxsus inşa etdirdiyi 50 (əlli) metr hasarın söküldüyü və vətəndaş İddiaçı 910.00 manat məbləğində ziyan vurulduğu və bunun ikinci dəfə təkrarlandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2011-ci il tarixli iclas protokolunun 03 nömrəli qərarından çıxarışdan görünür ki, Qobustan bələdiyyəsinin alqı-satqı predmeti olan 600 kv. metr və ya 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçıa satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsinin 19 avqust 2012-ci il tarixli 024 saylı normativ qiymətləndirmə barədə arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli və 29 may 2008-ci il tarixli 120 nömrəli qərarına müvafiq olaraq Qobustan rayon bələdiyyəsinin 07 mart 2011-ci il tarixli 03 saylı qərarına əsasən bələdiyyənin inzibati ərazisindən həyətyanı məqsədi ilə 0.06 hektar torpaq sahəsi bilavasitə yolu ilə İddiaçı satılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 saylı qərarından görünür ki, Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərar ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 saylı qərardadından görünür ki, iddiaçı L.T.Osmanovanın cavabdeh Qobustan rayonu Qobustan bələdiyyəsinə qarşı “Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı və 2019-cu ıl tarixli qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılmasına dair iddiası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması hissəsində mümkün sayılmamışdır. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan qətnamə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1923 saylı ekspert rəyində göstərilir ki, qərardadın birinci sualı üzrə-Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-in mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən olundu. Qərardadın ikinci sualı üzrə- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsinin, ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə-Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının bildirdiyinə görə, torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 mart 2022-ci il tarixli **********96 saylı mütəxəssis rəyində göstərilir ki, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və iddiaçının iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. Elektron kadastr məlumat bazasına əsasən Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür (sxem əlavə edilir). İddiaçının məlumatına əsasən torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Cavabdehlərə ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1923 saylı ekspert rəyində göstərilir ki, Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən H.G,Gülməmmədov tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətindədir. Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha, olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üstüstə düşür. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Bununla bərabər, həmin hasarın Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh1 və onun arvadı Cavabdeh2 tərəfindən sökülməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmadı, buna dair məhkəməyə sübutlar təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə 12 may 2022-ci il tarixli 2(026)-2/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar