Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-165/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X23 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yataqların istifadəsinə olan maneəçiliklərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin e-2(031)-352/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı yataqların istifadəsinə olan maneəçiliklərin aradan qaldırılması tələbi barədə iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon Məhkəmə İcraçıları Qrupunun 26 sentyabr 2008-ci il tarixli aktının əsasında ona verilmiş Şabran rayonu Çayqaraqaşlı kəndində yerləşən yataqların istifadəsinə olan maneəçiliklərin Cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 30 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı Babaşov Cavanşir Qəşəm oğluna və X6 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək X4 İddiaçı xeyrinə 4500 ABŞ dolları məbləğində pulun və 99000 manat məbləğində dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış Dəvəçi rayon məhkəmə icraçıları qrupunun 26 sentyabr 2008-ci il tarixli Aktına əsasən borclu X4 13 adda əmlak o cümlədən Çayqaraqaşlı kəndində yerləşən iki ədəd tövlə (yataq), bir yanları açıq halayını, bir ədəd alaçığını, bir ədəd beş tonluq çənini 11 000 000 manata qiymətləndirərək borcun əvəzinə İddiaçı təhvil vermişdir. Bundn narazı qalan borclunun hüquqi varisi (həyat yoldaşı) X18 və qeyriləri Aktın etibarsız hesab olunmasına dair Dəvəçi Rayon Məhkəməsində iddia qaldırmışlar. Dəvəçi Rayon Məhkəməsinin 2-031-134/2009 nömrəli iş üzrə 05 iyun 2009cu il tarixli qətnaməsi ilə iddiaçılar X18, Babaşov Cabir Əbülfəz oğlu, Babaşova Xanımsoltan Qara qızı, X14, X20, X7 və X8 Dəvəçi rayon Məhkəmə İcraçıları Qrupuna və İddiaçı qarşı 26 sentyabr 2008- ci il tarixli Aktın etibarsız hesab edilməsi və “Xəzər” kooperativinə məxsus 13 adda əmlakın qaytarılması, borc əvəzinə X10 pensiyadan tutulan pulun dayandırılması barədə iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasıın 26 noyabr 2010-cu il tarixli 2(102)-3588/10 nömrəli qərarına əsasən qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra X2 nəvəsi cavabdeh Əsədov X1 yerləşən və məhkəmə qətnaməsinə əsasən ona təhvil verilmiş yataqlarda problemlər yaratmağa başlamış, sonuncu dəfə 2022-ci ilin dekabrında onu öz yataqlarına daxil olmasına imkan verməyərək yataqlarından çıxmağını tələb etmiş, yataqların onun babasına məxsus olmasını və onu ölümlə hədələyərək bir də yatağa gəlməməyini, həmin yataqların ona qanunsuz verildiyini və guya onun ona borcu olduğunu bildirmişdir. Halbuki, yataqlar ona 2008-ci ildə məhkəmə qətnaməsi ilə təhvil verilmiş, bu günədək qanuni istifadəsində olmuş, tərəfindən həmin yataqlar təmir olunaraq, normal vəziyyətə gətirilmişdir. O, cavabehin qanunsuz hərəkətləri barədə dəfələrlə polisə və icra məmuruna şikayətlər etsə də nəticəsi olmamış, Cavabdeh bir müddətdən sonra yenə də öz qanunsuz əməllərini davam etdirmişdir. Nəticədə ona maddi və mənəvi zərər də vurulmuşdur. Hesab edir ki, həmin zərər də hesablanaraq, cavabdehdən onun xeyrinə tutulmalıdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunuz, əsassız və ədalətsiz hesab edir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə onun subyektiv hüququnun olmaması qənaətinə gələrkən səhvə yol vermiş, mübahisənin predmetinin torpaq deyil, yataqlar olduğuna düzgün qiymət verməyərək iş üzrə yalnış nəticəyə gəlmişdir. Özü gedən yataqların ona məxsus olması Ali Məhkəmənin Mülki Kollegiyasıın 26 noyabr 2010-cu il tarixli 2(102)-3588/10 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə iş üzrə zəruri araşdırma aparmadan onun torpağa dair hər hansı sübutunun olmadığını göstərməklə işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə işdəki preyudisial qüvvəyə malik qətnamələrin və qərarın üzərindən keçərək iş üzrə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə həmin qətnamələrlə müəyyən edilmiş halları nəzərə almamışdır. Məhkəmədə Cavabdeh yataqların yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi torpağa dair şəhadətnamənin isə müddəti ötməklə yanaşı hansı əraziyə aid olmasını da məhkəmə müəyyən etməmiş, cavabdehin gətirdiyi dəlilləri yoxlamamışdır. Halbuki, işə əlavə edilmiş X9 Hüququna Dair JN7088 Kod 30409028 saylı şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarına və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əssasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə 10.0 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Əgər yataqlar onun torpağıda yerləşirdisə Dəvəçi Rayon Məhkəməsinin 2-031- 134/2009 nömrəli iş üzrə 05 iyun 2009-cu il tarixli qətnaməsi ilə yataqlar ona verilərkən buna dair 19 il ərzində hər hansı etirazını və ya müasibətini bildirməmişdir ki, bu da onun dediklərinin əsassız olduğunu göstərir. Bundan başqa məhkəmə prosesi zamanı iddiaçı olaraq, torpaq sahəsinin koordinatlarına əsasən harada yerləşdiyini müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi barədə verdiyi vəsatəti də məhkəmə təmin etməmiş və bunu qətnamədə və iclas protokollarında da qeyd etməmişdir. Sonradan verdiyi ərizəyə əsasən Şabran Rayon Məhkəməsi 2(031)-352/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadla həmin vəsatətlər barədə qeyd nəzərə alınmışdır. Məhkəmədə cavabdehin şahid qismində dəvət etdiyi bələdiyyənin sədrinin də qərəzli olaraq, yataqların yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olması barədə verdiyi izahatını yoxlamamış və ya şahidin göstərdikləri hər hansı sənədlə təsdiqini tapmamışdır. İddiaçı tərəfin məhkəmə dəvət etdiyi şahid X11 məhkəməyə təqdim etdiyi Şəhadətnamə yataqların yerləşdiyi ərazi olmaqla Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin ərazisində yerləşən 10 hektar torpaq sahəsi Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli 11 saylı qərarına əsasən X15 15 il müddətinə icarəyə verilmişdir, X21 2013-cü ildə vəfat etmişdir. Onun müqaviləsinin müddəti keçsə də tərəflərin heç bir etirazı olmamışdır. Həmin torpağa dair şəhadətnamə məhkəmə təqdim edərək müqayisə aparılması və cavabdedin təqdim etdiyi şəhadətnamənin başqa yerə aid olmasının aşkar göründüyü bildirilsə də, məhkəmə buna məhəl qoymamış, heç bir araşdırma aparmaq istəməmişdir. Məhkəmə torpaq deyil, yataqların istifadəsinə olan maneələrin aradan qaldırılmasına dair tələbinə düzgün qiymət verməmişdir. Məhkəmə cavabdehin həmin yataqlara və yataqların yerləşdiyi torpaq sahəsinə dair subyektiv hüququnun olmadığı halda ona yataqlardan istifadə etməyə maneələr törətdiyini aşkar müəyyən etsə və bunu cavabdehin özü də məhkəmədə etiraf etsə də buna göz yumaraq, işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş Şabran rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Dəvəçi (Şabran) rayon Çölquşçu (Çayqaraqaşlı) Bələdiyyəsinin 15 dekabr 2004-cü il tarixli qərarı ilə heyvandarlığın inkişafı üçün Cavabdeh müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsindən cavabdeh «Xəndan» X17 çıxarılsın, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın və Cavabdeh oğlunun torpaqdan istifadə hüququ bərpa olunmuşdur. Qeyd edir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamənin qanuniliyi yoxlanmamışdır. Bundan başqa həmin iddia tələbi ona qarşı deyil “Xəndan” kəndli fermer təsərüffatına qarşı çıxarılmışdır ki, bunun hazırkı iş üçün preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə isə buna istinad edərək qətnamə çıxarmışdır ki, bu da yol verilməzdir. X2 nəvəsi cavabdeh Əsədov X1 yerləşən və məhkəmə qətnaməsinə əsasən ona təhvil verilmiş yataqlarda problemlər yaratmağa başlamış, sonuncu dəfə 2022-ci ilin dekabrında onu öz yataqlarına daxil olmağa imkan verməyərək yataqlarından çıxmağını tələb etmiş, yataqların onun babasına məxsus olmasını və onu ölümlə hədələyərək bir də yatağa gəlməməyini, həmin yataqların ona qanunsuz verildiyini və guya onun borcu olduğunu bildirmişdir. Halbuki, yataqlar ona 2008-ci ildə məhkəmə qətnaməsi ilə təhvil verilmiş, bu günədək qanuni istifadəsində olmuş, tərəfindən həmin yataqlar təmir olunaraq, normal vəziyyətə gətirilmişdir. O, cavabehin qanunsuz hərəkətləri barədə dəfələrlə polisə və icra məmuruna şikayətlər etsə də, nəticəsi olmamış, Cavabdeh bir müddətdən sonra yenə də öz qanunsuz əməllərini davam etdirmişdir. Göründüyü kimi məhkəmə iş üzrə zəruri araşdırma aparmadan işə birtərəfli və qeyri-obyektiv baxaraq, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Odur ki, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Cavabdeh gətirdiyi dəlillərə dair heç bir sübuta əsaslanmasa da məhkəmə buna düzgün qiymət verməmişdir. Məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, işi sadəcə cavabdehin xeyrinə həll etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X19 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında 2015-ci ildən Şabran rayonu, Çayqaraqaşlı kəndində bələdiyyə sədri işlədiyini, həmin vaxtdan Cavabdeh icarəçi kimi tanıdığını, iddiaçını isə tanımadığını bildirmişdir. 2019-cu ildə cavadehlə bağlanmış icarə müqaviləsinin müddəti bitdiyini, iddiaçı ilə heç bir icarə müqaviləsi bağlanmadığını, Cavabdeh ona müqavilənin vaxtı bitdiyinə görə müqavilə müddətinin yenidən uzadılması məqsədilə 2020-ci ildə müraciət etdiyini, bundan sonra qanunda baş vermiş dəyişikliklə əlaqədar Dövlət Əmlak Komitəsi tərəfindən iqtisadi əsaslandırılma haqqında arayış istənildiyinə görə sənədlər Komitəyə göndərilmiş və pandemiya dövrü ilə əlaqədar olaraq sənədlər Əmlak Komitəsində qalmışdır. 2023-cü ildə mübahisəli torpaq sahəsini cavabdehin adına rəsmişləşdirmiş və mübahisəli yerə dair bu yaxınlarda cavabdehlə alqı-satqı müqaviləsi bağlamışdır. Daha sonra iddiaçı tərəf ona Cavabdeh yeri ilə bağlı müraciət etmiş, hər iki tərəfin təqdim etdiyi şəhadətnaməni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində yoxlatdırmış, iddiaçinin yeri cavabdehin yerindən 500 metr aralıda yerləşdiyi məlum olmuşdur. Mübahisəli yeri 2004-cü ildə Cavabdeh almışdır. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini İddiaçı tərəfindən onun mübahisələndirdiyi əraziyə (yataqlara) aid icarədar və ya mülkiyyətçi olması, yataqların harada yerləşməsi, iddia tələbinin təmini üçün güvənli nəticəyə gəlməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı Çayqaraqaşlı kəndində yerləşən və məhkəmə aktı ilə ona təhvil verilmiş yataqlara Cavabdeh maneəçilik yaratdığını əsas gətirərək məhkəmədən maneənin aradan qaldırılmasını xahiş etmiş, cavabdeh isə həmin torpağın ona icarəyə verildiyini, 2014-cü ildən iddiaçının həmin torpaqdan istifadəyə etmədiyini və həmin yataqların çoxdan söküldüyünü bildirərək iddiaya etiraz etmişdir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4. maddəsi təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı Babaşov Cavanşir Qəşəm oğluna və X6 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, X4 İddiaçı xeyrinə 4500 ABŞ dolları məbləğində pulun və 99000 manat məbləğində dövlət rüsumunun tutulması qət olunması, qətnamənin icrası ilə əlaqədar Dəvəçi rayon məhkəmə icraçıları qrupunun 26 sentyabr 2008-ci il tarixli aktına əsasən borclu X4 13 adda əmlak, o cümlədən Çayqaraqaşlı kəndində yerləşən iki ədəd tövlə (yataq), bir yanları açıq halayını, bir ədəd alaçığını, bir ədəd beş tonluq çənini 11.000.000 manata qiymətləndirərək borcun əvəzinə İddiaçı təhvil verilməsi işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halına görə iddiaçının istinad yataq və digər əmlaklar qanuniliyi qüvvədə olan məhkəmə aktları ilə yoxlanlmış 26 sentyabr 2008-ci il tarixli akta əsasən İddiaçı verilmiş və onun qanuni sahibliyindədir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı onun sahibliyində olmuş, tələbində göstərdiyi əmlakına cavabdeh tərəfindən törədilən mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinin cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmalı olmasına əhəmiyyət vermədən iş üzrə keçirilmiş müvafiq ekspert rəyinə istinadən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunduğunun mötəbər sübutlarla təsdiq olunmamasına əsaslanmışdır. Halbuki mübahisə məhz torpaq sahəsindən istifadəyə görə deyil, iddiaçının özünə məxsus yataqdan istifadəsinə cavabdeh tərəfindən yaradılan maneədən ibarət olduğu aşkardır. Məhkəmə kollegiyası tərəfindən işin ədalətli həlli məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/4104 nömrəli, 31 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, mübahisə predmeti olan yataq və üzərindəki tikililər ölçülmüş, kameral araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan yatağın sərhədləri şərtidir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin sahəsi 0.7032 hadır. Torpaq sahəsinin üzərində sahələri: 20.5 m2 və 21.3 m2 olan dəmir vaqonlar, 33.3 m2, 216.4 m2, 44.6 m2, 109.4 m2, 119.1 m2 olan tövlələr, 30.6 m2 çoban evi və 10.2 m2 olan hin tikililəri mövcuddur, iddia olunan torpaq sahəsinin təqribən 0.03537 ha hissəsi X9 Hüququna Dair JN-7088 KOD 30409028 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayonu Çayqaraqaşlı Bələdiyyəsinin 15.12,2004-cü il tarixli 11 saylı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə müvəqqəti istifadəsinə verilmiş 10.0 ha torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. İddia olunan sahənin qalan hissələri Şabran rayon Çölquşçu bələdiyyəsinin mülkiyyətindədir. X9 hüququna dair JN- 6328 KOD 30409028 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayon Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə X12 icarəsinə verilmiş torpaq sahəsi iddia olunan torpaq sahəsindən cənub-şərq tərəfdə təqribən 500 metr məsafədə yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, hər iki torpaq sahəsi açıq sahədə yerləşir və sərhədləri şərtidir. Hər iki torpaq sahasinin icarə müddətləri bitmişdir. X9 Hüququna Dair JN- 7083 KOD 30409028 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı və xx.xx.2004cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə müvəqqəti istifadəsinə verilmiş 10.0 ha torpaq sahəsinin 5.1185 ha hissəsinin üzərinə, Şabran rayon Çölquşçu bələdiyyəsinə məxsus 10.0 ha torpaq sahəsinin cizgiləri tərtib olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə tərəflərin, o cümlədən mütəxəssisin iştirakı ilə yerli baxış zamanı keçirilərkən tikililərin (yataqların) Şabran rayon Çölquşçu bələdiyyəsinə məxsus ərazidə yerləşdiyi, həmin tikililərin (yataqların) Cavabdeh Çölquşçu Bələdiyyəsindən icarəyə götürdüyü 10 ha torpaq sahəsinin üzərinə düşmədiyi müəyyən edilmişdir. Cavabdehin Çölquşçu bələdiyyəsindən icarəyə götürdüyü 10,0 ha torpaq sahəsi mübahisələndirilən tikililəri (yataqları) üç tərəfdən əhatə etsə də, həmin tikililərə (yataqlara) cənub-qərb tərəfdən giriş-çıxış mümkündür. Cavabdehin nümayəndəsi Vəkil vəsatəti əsasında məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinə sorğu ünvanlanaraq, Dəvəçi Rayon Məhkəməsinin 2-031- 134/2009 nömrəli işi tələb edilmiş, sorğuya cavab olaraq Şabran Rayon Məhkəməsi tərəfindən daxil olmuş məktubda qeyd edilmişdir ki, 2-031-134/2009 nömrəli işin sənədləri xx.xx.2019-cu ildə yandırma yolu ilə məhv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan yataqdan istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Şabran rayonu Çayqaraqaşlı kəndində yerləşən yataqların istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-165/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-165/2024
14.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver