Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1652/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(067)-507/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. 1 avqust 2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən anbar sahəsinin 450.0 kv.metr ölçüdə olan bir hissəsini istifadə etmək məqsədi üçün İcarəçinin istifadəsinə verir, İcarəçi isə sahəni qəbul edir və ondan istifadə edilməsinə görə İcarəyə verənə müəyyən edilmiş haqq ödəyir.
2. cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçıla 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. Həmin il pandemiya olduğundan aylıq ödəniş edə bilməmiş, eyni zamanda material almaq üçün əlində pul olmadığından İddiaçı ayrı-ayrılıqda 3000 manat, 2000 manat, 2000 manat pul almışdır. Götürdüyü borc puldan ayrı-ayrılıqda 2000 manat, 1000 manat və 2 dəfə olmaqla 500 manat qaytarmışdır. Bundan əlavə K. İsgəndərovun evinin mətbəxinin qapaqlarını və sonuncuya iki ədəd masa yığmış, yataq otağını boyamışdır. Mətbəx qapılarının qiymətinin yadında olmadığını, masaları 800 manata yığdığını və yataq otağını isə 2700 manata boyadığını bildirmişdir. O, K. İsgəndərova borcunun olmadığını, bütün borclarını əvəzləşdirdiyini bildirmişdir. Gördüyü işlərlə bağlı qeydlərini müstəntiqə təqdim edə biləcəyini bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 16000 manat məbləğimdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin may ayında ona müraciət edərək Səbail rayonu Badamdar qəsəbəsində yerləşən taxta sexini ilkin olaraq 2,3 ay 600 manatdan olmaqla növbəti ayları isə 700 manatdan icarəyə götürməsi barədə şifahi razılığa gəlmişlər. Cavabdeh ardıcıl olaraq bir neçə ay icarə haqqı ödəməmişdir. Ondan icra haqqının ödənilməsini tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, müəyyən işləri var, maddi ziyana düşmüş, onları ödədikdən sonra icarə haqqını vaxtlıvaxtında ödəyəcəkdir. Cavabdeh ona bildirmişdir ki, ayrı-ayrı şəxslərdən faizə pul götürmüş, həmin pulları qaytara bilmir. Bu səbəbdən iddiaçıdan maddi köməklik edilməsini xahiş etmişdir. Cavabdehin sözlərinə inanaraq ilkin olaraq 4000 manat, 2000 manat, 1000 manat və əlavə olaraq 1000 manat mebel pulu vermişdir. Aralarında olan razılığa görə icarə haqqının müqabilində cavabdeh onun evinə mebel yığmalı idi. Sonradan dəfələrlə işi tələb etdikdə o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh mebeli rənglədiyi üçün onun borcundan 1500 manat çıxmışdır. Cavabdeh 18 ay ərzində hər ay 700 manat olmaqla ümumilikdə ona 12600 manat pul ödəməlidir. Bundan 1500 manat öz razılıqları ilə pulundan çıxmışdır. Cavabdeh əlavə olaraq 3 qapı və 2 stol yığmışdır. Bunların da materaiallarını özü almışdır. 3 qapı hər biri 300 manat olmaqla 900 manat, 2 stolun dəyəri hər biri 250 manat olmaqla cəmi 500 manat. Əlavə olaraq 1200 manat dəyərində işlər görmüşdür. Cavabdehin ona borclu olduğu 12.600 manat puldan 2600 manat çıxıldığı halda 10.000 manat borcu qalmışdır. Bundan əlavə cavabdeh ondan borc şəklində aldığı 8000 manat puldan cəmi 2000 manat pul qaytarmaqla 6000 manat əlavə borcu qalmışdır. Ümumilikdə cavabdehin ona 16.000 manat bocu var. Həmin borc ödənilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
5. Xaçmaz Rayon Məhkəməsinin (hakim Sərxan Səmədzadə) 25 may 2023-cü il tarixli, 2(067)-507/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut və ya şahid təqdim etməmişdir. İddiaçı yalnız Səbail rayon polis idarəsində cavabdehin veridiyi izahatına istinad edərək, sonuncudan pul tələb etsə də, məhkəmə həmin izahatı mötəbər sübut hesab etmir. Həmin izahat natam alınmış, xx.xx.2022-ci il tarixli izahatda Cavabdeh “Mən gördüyüm işləri kitabımda yazmışam, onları gətirə bilərəm” qeyd olunmasına baxmayaraq, araşdırmanı aparan müstəntiq buna önəm verməmiş və həmin tarixdə də, yəni xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də, məhkəmə təqdim olunmuş izahatı mötəbər hesab etməmiş və sübut növü kimi qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddia tələbi sübuta yetirilmədiyindən məhkəmə iddianı təmin etməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayətinin dəlili iddia ərizəsi ilə anoloji məzmun daşıyır. Məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçıla 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. İşlədiyi dövrdə icra haqqının ödəməsini təstiq edən heç bir sənəd təqdim etməmişdir. Cavadeh şahid gətirəcəyini bildirsədə, dəfələrlə məhkəmə iclaslarından yayınmışdır. Məhkəmə Bakı şəhərindən gələn şahid X1 izahatını almamışdır. İş materiallarına əlavə edilmiş 1 avqust 2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən anbar sahəsinin 450.0 kv.metr ölçüdə olan bir hissəsini istifadə etmək məqsədi üçün icarəçinin istifadəsinə verir, icarəçi isə sahəni qəbul edir və ondan istifadə edilməsinə görə İcarəyə verənə müəyyən edilmiş haqq ödəyir. Məhkəmə həmin müqaviləyə deyil, işə aid olmayan başqa müqaviləyə istinad edərək, iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin qeyd etdiyi halların sübut edilməməsinə baxmayaraq, yalnız cavadehin vəkilinin etibarnamə olmadan, cavabdehin iştirakı təmin edilmədən verdiyi izahatına və mötəbərliyi şübhə doğuran ifadələrinə əsaslanmaqla pulun cavabdeh tərəfindən qaytarılması qənaətinə gəlmişdir. Mübahisəli borcun məbləğinin cavabdehə aidiyyətinin belə müəyyən edilmədiyi halda, pulun verilməsinə dair hər hansı yazılı sübut olmadan yalnız şahid ifadələrinə əsaslanmaqla iddianın rədd edilməsi ümumilikdə prosessual qanunvericiliyin sübutetmə institutunun tələblərinə zidd olmaqla, yolverilməzdir. Göstərilən hallar apellyasiya kollegiyası tərəfindən yenidən nəzərdən keçirilməli və şikayət təmin edilməlidir.
a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, şikayət tam əsaslıdır, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuzdur. İşin əsli ondan ibarətdir ki, cavabdehi o Elman adlı tanışının vasitəsilə tanımışdır. Cavabdehlə iddiaçıya məxsus taxta sexini işlətməklə bağlı razılığa gəlmişlər. Aralarında rəsmi icarə müqaviləsi olmamışdır, razılaşmaya əsasən cavabdeh icarə haqqı kimi ilk iki ay aylıq 600 manat, daha sonrakı aylar isə 700 manat ödəniş etməli idi. İlk aylarda cavabdeh müxtəlif maddi çətinliklərinin olmasını, əvvəlki iş yerindən müəyyən borcunun qalmasını bildirmiş və iddiaçı cavabdehə maddi kömək olaraq, borc şəklində 3000 min manat bir daha sonra isə müxtəlif vaxtlarda 1000 manat olmaqla ümumilikdə 8000 min manat məbləğində borc pul vermişdir. Cavabdeh taxta sexini bir il işlətmiş, lakin heç bir məbləğdə ödəniş etməmişdir. Bir dəfə 100 manat pul ödəyib.Taxta sexi istismara tam yararlı olmuşdur. Orada yalnız cavabdeh tərəfindən qapı dəyişdirilmişdir. Cavabdeh usta kimi onun müəyyən fərdi tapşırıqları əsasında işlər görmüşdür ki, iddiaçı həmin işlərin dəyərini cavabdehin borcundan çıxmışdır. İddiaçı hazırda iddia tələbində qeyd olunan məbləğdə borc məbləğinin ona qaytarılmasını tələb edir. İşə baxan məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbində borc məbləğinin haradan yaranması, ödənilən məbləğlər, tərəflər arasında razılaşmalar dəqiq qeyd olunmuşdur, məhkəmə isə bu hallara əhəmiyyət verməmiş, yalnız cavabdeh tərəfin formal izahatını əsas götürmüş və yaranmış borcun qaytarılması qənaətinə gəlmişdir. Məhkəməyə təqdim edilən cd diskdəki səs yazıları iş üzrə tərəflər arasında baş tutan danışıqlardır. Həmin səs yazılarında cavabdeh iddiaçıya borcunun olmasını etiraf edir. Tərəflər arasında rəsmi icarə müqaviləsinin olmaması hazırkı borc münasibətinin olmaması anlamına gəlmir. İşə baxan məhkəmə heç bir araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işə qeyri-obyektiv baxmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. O iddiaçıya məxsus taxta sexini 11 ay işlətmişdir. Aylıq icarə haqqı məbləği 600 manat razılaşdırılmış, ondan 3 ay icarə haqqını ödəmişdir. Onunla iddiaçı arasında digər hesablaşmalar olub, o iddiaçının evi üçün mebellər yığmışdır, iddiaçıya məxsus iki mənzildə və gözəllik salonunda müxtəlif işlər görmüşdür. Bütün borclar qarşılıqlı əvəzləşdirilmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. İşə baxan məhkəmə əsaslı qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
14. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh ustadır və o iddiaçı ilə aralarındakı razılaşmaya uyğun olaraq iddiaçıya məxsus taxta sexini 11 ay işlətmişdir. Cavabdeh 2020ci ilin avqust ayında artıq başqa iş yerində işləmişdir. Yəni onun iddiaçıya məxsus taxta sexində işlədiyi dövr 2019-cu ilin sentyabr ayından 2020-ci ilin avqust ayına təsadüf edtmişdir. Həmin müddət “corona” virus epidemiyasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində tətbiq edilən sərt karantin rejiminə təsadüf etmişdir. Bu səbəbdən cavabdehin işlərinin axsaması da təbiidir. Bununla belə cavabdeh iddiaçıya 3 aylıq icarə haqqını ödəmişdir. Tərəflər arasında başqa hesablaşmalar olub, belə ki, cavabdeh iddiaçıya məxsus iki mənzildə və gözəllik salonunda müxtəlif işlər görmüşdür. Bütün borclar qarşılıqlı əvəzləşdirilmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir
16. Mülki Prosessual Məcəllə
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(067)-507/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianını təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
20. Hazırki iddia tələbinin mahiyyətindən və faktiki hallarından müəyyən edilir ki, tərəflər fərdi sahibkar kimi qeydiyyatdan keçməsələr də işgüzar münasibətdə olmuşlar. Tələb də məhz bu münasibətlərdən irəli gələn pulun qaytarılması barədədir.
21. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
22. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
23. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
25. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı icarə münasibətlərinə dair tərəflər arasında şifahi razılaşmanın olduğunu, bunun davamı kimi özünə məxsus Səbail rayonu Badamdar qəsəbəsində yerləşən taxta sexini cavabdehə icarəyə verdiyini, habelə yenə aralarındakı şifahi razılaşmaya, cavabdehin xahişinə əsasən ona müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul verdiyini, həmin pulun bir hissəsinin cavabdeh tərəfindən qaytarıldığını, bir hissəsinin isə cavabdehin gördüyü işlər qarşılığında əvəzləşdirildiyini bildirir ki, bütün bu faktlar iş üzrə cavabdeh tərəfin (onun nümayəndəsi və vəkilinin) məhkəmə iclasında verdiyi izahatı, eləcə də, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəniqi polis mayoru Pərviz Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında cavabdehin verdiyi izahatla qismən təsdiq olunur.
26. Belə ki, iddiaçının yuxarıda qeyd olunan tələbi ilə əlaqəli qeyd etdiyi dəlilləri təsdiq edəcək yazılı sübutlarının olmaması, tələbdə qeyd olunan halların ümumiyyətlə mövcud olmaması anlamına gəlmir. Əgər belə hal olsaydı, iddiaçının müraciəti əsasında cavabdehin Polisdə verdiyi izahatın mətni hazırkından fərqli formada olmalı, bütünlüklə bu hallar cavabdeh tərəfindən inkar edilməli idi.
27. Apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparan kollegiya qeyd olunan xüsusatları nəzərə alaraq, hazırki iş üzrə yeganə və əsaslı sübut kimi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarını, bununla bağlı tərəflərin həmin orqanda, eyni zamanda məhkəmə iclasında vermiş olduğu izahatları əsas tutur və bu sübutları əlaqəli şəkildə təhlil edilməsini və qiymətləndirilməsini zəruri hesab edir.
28. Qeyd olunan xx.xx.2022-ci il tarixli qərarla bağlı apellyasiya kollegiyası qeyd edir ki, həmin qərarın mətnindən aydın olur ki, aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçıla 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. Həmin il pandemiya olduğundan aylıq ödəniş edə bilməmiş, eyni zamanda material almaq üçün əlində pul olmadığından İddiaçı ayrı-ayrılıqda 3000 manat, 2000 manat, 2000 manat pul almışdır. Götürdüyü borc puldan ayrı-ayrılıqda 2000 manat, 1000 manat və 2 dəfə olmaqla 500 manat qaytarmışdır. Bundan əlavə K. İsgəndərovun evinin mətbəxinin qapaqlarını və sonuncuya iki ədəd masa yığmış, yataq otağını boyamışdır. Mətbəx qapılarının qiymətinin yadında olmadığını, masaları 800 manata yığdığını və yataq otağını isə 2700 manata boyadığını bildirmişdir. O, K. İsgəndərova borcunun olmadığını, bütün borclarını əvəzləşdirdiyini bildirmişdir.
29. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranan borcdan ödənilmiş və razılaşmaya uyğun silinmələr aşağıdakı şəkildədir. (2000 min manat cavabdehin qaytardığı borc, 1500 manat rəngsaz işi, 1200 manat əlavə işlər, 900 manat qapı və 500 manat stul olmaqla cəmi 6100 manat)
30. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin həmin obyektdən 12 ay (2019-cu ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayınadək) istifadə etməsini, bunun müqabilində cəmi 100 manat verildiyini bildirsə də, cavabdeh öz izahatında həmin obyektdən 11 ay, yəni sentyabr 2019-dan avqust 2020-ci ilədək istifadə etdiyini, 3 ay 600 manatdan ödəniş etdiyini, sonra isə işinin yaxşı getməməsi və pandemiya ilə bağlı ödəniş edə bilmədiyini bildirmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya sonda tərəflər arasındakı mövcud münasibətə aydınlıq gətirmək, bir daha özündə daxili inam yaratmaq məqsədilə məhkəmə iclas zalında tərəflərin iştirakı ilə təqdim edilmiş “diski” dinləmişdir.
32. Dinləmə zamanı tərəflərin hər ikisi səs və danışıqların onlara məxsus olduğunu bildirmiş və bunu mübahisələndirməmişlər. Dinləmə zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf mütəmadi olaraq cavabdehə zəng vuraraq borcunun qaytarılmasını tələb etmiş, sonuncu da hər dəfə müxtəlif bəhanələr gətrməklə, yaxın vaxtlarda ödənişlər edəcəyini bildirmişdir.
33. Kollegiya işin obyektiv araşdırılması məqsədilə həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidin də dindirilməsini vacib hesab etmiş və bu məqsədlə X2 şahid qismində məhkəmə iclasında dindirilmişdir.
34. Şahid ifadə verərək cavabdehin çalışdığı sexdə işlədiyini, tərəflər arasında hər hansı pul məsələsindən məlumatsız olduğunu, lakin iddiaçının hərdən sexə gələrək onların çıxmasının tələb etməsini bildirmişdir. Həmin müddətdə iddiaçıya məxsus olan bir sıra mebel avadanlığının üzərində müəyyən təmizlik işləri gördüyünu, tərəflər arasında hər hansı borc münasibətindən isə məlumatsız olduğunu qeyd etdi.
35. Beləliklə iş materiallarını əlaqəli şəkildə təhlil edən kollegiya yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək bildirir ki, cavabdeh iddiaçıya məxsus olan obyektdən 11 ay mütəmadi olaraq istifadə etmiş və icarə haqqı üzrə hər ay ödəməli olduğu 600 manatdan cəmi 3 ay (cəmi 1800 manat) ödəniş etmiş, qalan aylar üzrə ödənişi etməmişdir. Sadə riyazi qaydada hesablanma aparılsa cavabdehin iddiaçıya icarə haqqı olaraq 4800 manat borcunun qalması müəyyən edilir (11x600=6600-1800=4800)
36. Borc verilmiş pul üzrə araşdırma aparıldıqda isə hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasında israrlıdır. Mübahisənin bu hissəsində kollegiya həm iddia ərizəsində, həm “cinayət işinin rədd olunması barədə qərarda”, bununla bağlı tərəflərin vermiş olduğu izahatları əlaqəli və məcmu halda təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı borc olaraq cavabdehə 8000 manat verdiyini bildirsə də bununla bağlı hər hansı subutu məhkəmyə təqdim etmir.
37. Cavabdeh isə iddiaçıdan 7000 manat borc aldığını etiraf etməklə, həmin pulun tam olaraq qaytarıldığını bildirir, lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq bunu təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir.
38. Ona görə də kollegiya bildirir ki, mübahisənin bu hissəsində tərəflər arasında yaranmış borc cavabdehin etirafı və iddiaçının iddia ərizəsində qeyd olunanlara əsasən hesablanmalı və iddia ərizəsində, izahatlarda, o cümlədən cavabdehin etirafında və “cinayət işinin rədd olunması barədə qərarda” qeyd olunanlar əlaqəli şəkildə qiymətləndirilməlidir.
39. Yuxarıda göstərilən araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlinir ki, iddiaçı ilə cavabdeh arasında yaranan borcdan ödənilmiş və razılaşmaya uyğun silinmələr aşağıdakı şəkildədir. (2000 manat cavabdehin qaytardığı borc, 1500 rəngsaz işi, 1200 manat əlavə işlər, 900 manat qapı və 500 manat stul olmaqla cəmi 6100 manat)
40. Cavabdehin iddiaçıya olan borc məbləğinin (cavabdehin etirafına əsasən 7000 min manat)+ (8 aylıq ödənilməmiş icarə haqqı 4800 manat) cəmi 11800 manat olması məhkəmə araşdırması zamanı öz təstiqini tapdığından kollegiya qeyd edir ki, hazırkı halda iddia tələbi öz təstiqini tapdığı hissədə (11800 manat-6100 manat = 5700 manat) təmin edilməlidir.
41. Apellyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda iddia tələbinin qismən təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olduğu halda, məhkəmə həmin hallara qiymət verə bilməmişdir.
43. Hazırkı halda iddiaçı məhkəmədə öz tələbinin əsası kimi, habelə apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir.
44. Qanunvericiliyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.
47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(067)- 507/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməklə Cavabdeh 5700 manat pulun tutularaq İddiaçı ödənilməsi təmin edilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(067)-507/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehq qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.