Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1654/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X7 İdarəsi və Cavabdeh3 Ağsu X7 İdarəsinin X9 sahəsinə qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətində olan torpaq sahəsinin içərisindən çəkilmiş qanunsuz qaz xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X7 İdarəsi və Cavabdeh3 Ağsu X7 İdarəsinin X9 sahəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinin içərisindən çəkilmiş qanunsuz qaz xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şamaxı şəhəri 48 A məhəlləsi Babaş Şirvani küçəsindəki torpaq sahəsindən qanunsuz çəkilmiş qaz xəttinin cavabdehlərin hesabına çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1993cü il tarixli qərarı ilə Şamaxı şəhəri 48 A məhəlləsində ona şəxsi ev tikmək üçün 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə xx.xx.2011-ci il tarixdə “Torpaq sahəsinin plan və ölçüsü” sənədini (reyestr nömrəsi **********15) və xx.xx.2011-ci il tarixli mülkiyyət hüququ verən DƏDRX-dən seriya MA ******* nömrəli çıxarış almışdır. Torpaq sahəsində bu vaxta kimi maddi imkanı olmadığı üçün ev tikə bilməmiş, torpaq sahəsinin kənarını hasarlamamışdır. Bununla belə onun rəsmi mülkiyyət hüququ verən çıxarışı var. Torpaq sahəsi mülkiyyətidir. Ona məxsus həyətyanı torpaq sahəsinin ortasından ətrafdakı özünə ev tikən bəzi vətəndaşların istifadəsi üçün qanunsuz qaz xətti çəkilmişdir. Qaz xətti çəkilərkən hüquqları pozulmuş, ona məxsus həyətyanı sahənin içərisindən qaz xətti çəkilmiş və istifadəçilər bu xəttən istifadə edirlər. Qaz xətti çəkilərkən Şamaxı rayon İH-nin Memarlıq və Tikinti şöbəsi, DƏDRX və Şamaxı Bələdiyyəsinin sənədləri öyrənilməli, bundan sonra məhəllənin qazla təmin edilməsi üçün smeta tərtib edilməli, küçə boyu evlər qazla təmin edilməli idi. Kimlərsə öz maraqları üzündən özbaşına ona məxsus həyətyanı torpaq sahəsinin içərisindən keçməklə qaz xətti çəkmişdir. Əlbəttə ki, çəkilmiş qaz xətti X9 Sahəsinin işçilərinin bilavasitə iştirakı ilə çəkilmiş, bundan müdriyyətin də məlumatı olmuşdur. Halbu ki, həmin evlərə digər paralel küçə boyu qaz xətti çəkilməli idi. Özünə məxsus torpaq sahəsində ev tikmək istəyir. Qanunsuz çəkilmiş qaz xətti isə məhz ev tikilməli olduğu yerdən keçir. Bu səbəbdən də mülkiyyət hüquqları tapdalanmışdır. Qaz xəttinin ona məxsus torpaqdan çıxarılması üçün 2022-ci ilin yanvar, mart və may aylarında cavabdehlərə rəsmi ərizə göndərmiş, lakin məktubları alsalar da bir dəfə nümayəndələri gəlib baxmış, heç bir tədbir görülməmiş, hətta ərizələrinə rəsmi cavab belə verilməmişdir. X9 Sahəsinin rəisindən xahiş edəndə ona bunun üçün dövlətə pul ödəməli olduğunu bildirmişlər. Halbuki, qanunsuz qaz xətti onun təqsirindən deyil, kimlərinsə marağı üzündən ona məxsus torpaq sahəsinin içərisindən istismar qaydalarına zidd olaraq çəkilmiş, qaz istismar idarəsinin işçiləri də bunu ötən müddətdə dəfələrlə görmüşlər. Lakin nədənsə biganə yanaşmışlar, göz yummuşlar.
3. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyinin verilməsi üçün ödədiyi 95 manat pulun da cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
4. İddia tələbinə dair etiraz daxil olmamışdır.
5. Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən keçən Cavabdeh3nə məxsus qaz xəttinin cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X7 İdarəsi və Cavabdeh3 Ağsu X7 İdarəsinin X9 sahəsindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 195 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X7 İdarəsi və Cavabdeh3 Ağsu X7 İdarəsinin X9 sahəsindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov).
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh3nə məxsus qaz xətti İddiaçı məxsus Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir. İddiaçı ona məxsus torpaq sahəsindən keçən cavabdehə məxsus qaz xəttinin həmin torpaq sahəsindən cavabdehin hesabına sökülərək çıxarılmasını tələb etməkdə haqlıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, Mülki Prosessual Məcəlləsinin 77.1 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh3 İB qətnamədən apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
9. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və sadə bir araşdırma sasında qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 385-390 –cı maddələrinin təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız çıxarılmış qətnamədir. Qeyd olunan ərazidən keçən qaz xəttinin zədələnməsi və qaz sızması baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrə səbəb olur. Cavabdeh3 tərəfindən cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikiliyə dair akt sənəd və fotoşəkillər Məhkəməyə təqdim edilməsinə baxmayaraq Birliyin təqdim etdiyi sənədlərə Məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkil və aktla müəyyən edilir ki, cavabdeh tərəfindən qaz xəttinin mühafizə zonasında tikili inşa edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 56/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin təsviri hissəsində mübahisəli qaz xəttinin inşa olunma tarixi müəyyən edilməmiş, qaz xəttinin hansı podratçı təşkilat tərəfindən çəkilməsi araşdırılmamış həmiçinin mübahisəli qaz xəttinin diametri və ölçüləri qətnamədə öz əksini tapmamışdır. Bundan əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə 2011-ci il tarixdə verilməsinə baxmayaraq iddiaçının bununla bağlı müraciətinin olub olmaması məsələsinə aydınlıq gətrilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmayıb. İddiaçı tərəfindən cavabdehlərin dairəsi düzgün müəyyən olunmayıb və məhkəmə tərəfindən də dəqiqləşdirməyə cəhd olunmayıb. Ağsu X7 İdarəsi hüquqi şəxs deyil, hüquqi şəxsin struktur bölməsidir və məhkəmədə müstəqil tərəf qismində iştirak edə bilməz. Şamaxı X7 İdarəsinin ümumiyyətlə mübahisəylə əlaqəsi yoxdur. Məhkəmə nəzərə almayıb ki, torpaq sahəsi iddiaçıya da, cavabdehə də Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən ayrılıb. Cavabdeh3 İB özbaşına həmin ərazidən qaz xətti çəkə bilməzdi. Xətt 2013-cü ildə çəkilib. 2014-2015-ci illərdə həmin yerdə əsaslı təmir işləri aparılıb. İddiaçı iddia ərizəsində də qeyd edir ki, həmin dövrdə həmin ərazidə yaşamayıb. Əgər torpaq hasara alınsa idi, icra hakimiyyəti tikintiyə icazə verməsə idi, oradan qaz xətti çəkə bilməzdilər. Çıxarış 2011ci il tarixədir. Təşkilatın layihəsinin tarixi 2013-cü ildir. Qaz xəttinin yerini dəyişmək üçün layihə sənədləri vətəndaşın müraciəti əsasında təkrarən hazırlanmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsini 1992-ci ildə Rayon İcra komitəsinin qərarı ilə alıb. Amma imkanı olmadığından 30 il ərzində həmin yerdə heç bir tikinti apara bilməyib. 2011ci ildə həmin yerə mülkiyyət hüququnu təsdiq edən çıxarış alıb. Cavabdeh tərəf birinci instansiya məhkəməsindəki icraatın gedişində heç bir iclasda iştirak etməmiş və sübutlarını təqdim etməmişdir. Torpaq sahəsi mühafizə zolağına düşə bilməz. Bu şəhərsalma qaydalarına ziddir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə cavabdehlər Cavabdeh3 Ağsu X7 İdarəsinin və Cavabdeh3 Ağsu X7 İdarəsinin X9 sahəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə qeyd edilöən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı şəhərində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
20. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 20 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh3nə məxsus qaz xətti Ərazi İdarəsinin arxivində mövcud olan, reyestr nömrəsi **********15 olan çıxarışa əlavə olunmuş plan ölçü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir.
21. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1480 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh3nə məxsus qaz xətti Ərazi İdarəsinin arxivində mövcud olan, reyestr nömrəsi **********15 olan çıxarışa əlavə olunmuş plan ölçü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçdiyi müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh3nə məxsus qaz xətti İddiaçı məxsus Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir. İddiaçı ona məxsus torpaq sahəsindən keçən cavabdehə məxsus qaz xəttinin həmin torpaq sahəsindən cavabdehin hesabına sökülərək çıxarılmasını tələb etməkdə haqlıdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qaz xətti çəkilmişdir. Bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarından istifadəsinə mane yaradır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının mülkiyyətindəki torpaq sahəsində qaz xətti çəkməsi iş materiallarında olan ekspert rəyi ilə də təsdiqini tapmışdır.
25. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına dövlət reyestrində 2011-ci il tarixdə qeydiyyata alınıb, cavabdeh təşkilat tərəfindən qaz xətti isə 2013-cü ildə çəkilib. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən qaz xətti çəkilərkən müvafiq orqanlarla razılaşdırılmamış, iddiaçının mülkiyyətindəki torpaq sahəsində qaz xətti çəkilməklə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh təşkilatın nümayəndəsi qeyd edilən ərazidə qaz xəttinin çəkilməsinə razılıq alındığını bildirsə də, buna dair sübutları təqdim etməmişdir.
28. Bundan başqa digər cavabdehlərin hüquqi şəxs olmaması, iddiaya cavab verə bilməməsi barədə dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin təşkilatları cavabdeh qismində cəlb edilməsini iddia ərizəsində qeyd etmiş, onların cavabdeh qismindən çıxarılması barədə ərizə verməmişdir. 29.. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 195 manat pul, eləcə də iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul müştərək qaydada cavabdehlərdən tutulmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd edilən dəlilləri təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansiya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz. 31.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 36.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(074)-56/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir