Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1657/2025 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Muradov Maarif Abdulla oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X4 və X5 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Maarif Abdulla oğlu Muradovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Muradov Maarif Abdulla oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Muradov Maarif Abdulla oğluna qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Muradov Maarif Abdulla oğlundan maddi ziyanın əvəzi olaraq 1847.25 (bir min səkkiz yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pulun və ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, St.Sumqayıt *** saylı evin sahibidir. 2024-cü ilin iyun ayında cavabdeh Muradov Maarif Abdulla oğluna məxsus toyuq sexindən suyun axması nəticəsində evimi su basmışdır. Cavabdehin təqsiri üzündən evi bərbad və yararsız vəziyyətə düşmüşdür, evdə yaşamaq mümkün deyil.Cavabdeh Muradov Maarif Abdulla oğlunun təqsirli hərəkətləri nəticəsində onun evində olan əmlak yararsız vəziyyətə düşmüşdür. "xxxx" MMC Azərbaycan Qiymətləndirmə və Konsaltinq Ximəti tərəfindən tərtib olunan hesabata görə cavabdehin təqsirli hərəkətləri nəticəsində evində təmir dəyəri 1847.25 (bir min səkkiz yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh onun evinə vurduğu ziyanın əvəzini tam həcmdə ödəməyə borcludur.
3. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına ##.##.2023-cü il tarixdə, 1423020338 nömrə ilə tam payla qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlə Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin 309011010450-***** reyestr nömrəli, ##.##.2023-cü il tarixli texniki pasportdan görünür ki, ünvan 1 İddiaçı adınadır
6. ##.##.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. xxxx MMC tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyərinin müəyyən edilməsi haqqında ## ######## 2024-cü il tarixli hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində dəymiş maddi ziyanın dəyəri 1847.25 manat təşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, *** saylı evdə nəmişlik və duzlaşma izlərinin olduğu, lakin həmin nəmişliyin yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
9. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin təmin edilməsi, cavabdeh Muradov Maarif Abdulla oğlundan dəymiş maddi ziyana görə 1847.25 (bir min səkkiz yüz qırx yeddi manat iyirmi beş qəpik) manat pul və 39 (otuz doqquz) manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Muradov Maarif Abdulla oğlundan tutularaq X6 hesabına keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 226.1, 226.2, 1096, 1097.1, 1111.2 və 1115-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1, 88, 14.2, 77.1, 119.1, 217.4, 216- 220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Cavabdeh Muradov Maarif Abdulla oğlu Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddiaçının tələbinin əsası odur ki, 2024-cü ilin iyun ayında ona məxsus toyuq sexindən suyun axması nəticəsində evini su basmış, bir gün evin arxasından çay axmış, ayda bir-iki dəfə gəlib toyuqları kəsmiş, onun təqsiri üzündən evi bərbad və yararsız vəziyyətə düşmüş, evində 1847,25 manat təşkil edən bərpa təmir işlərinin aparılması tələb olunur. Iddia tələbinin əsasllarını təsdiq edən sübut kimi məhkəməyə "xxxx" MMC Azərbaycan Qiymətləndirmə və Konsaltinq Ximəti tərəfindən tərtib olunan hesabatını təqdim etmişdir. Göründüyü kimi, iddiaçı 2024-cü ilin may ayında həyətində toyuq sexi işlətməyini, ayda bir-iki dəfə gəlib toyuqları kəsməyini sexdən axan su çay olub bir gün, məhkəmənin suallarına cavabında isə bu halın 6-7 ay ərzində davam edərək, evinin arxasından axmasını təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı evinin təmirinə tələb etdiyi məbləğdə xərci onun təqsirli hərəkətləri nəticəsində zərər vurulduğunu sübut etməmişdir. Bununla da o, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə üzərinə qoyulmuş öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Iddiaçının evini su basması, bunun nəticəsində evinin bərbad və yaşayış üçün yararsız vəziyyətə düşəməsi şər-böhtan xarakterli uydurma olduğu üçün məhkəmədən iddia ərizəsinin qanunsuz və əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. ##.##.2024, ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il məhkəmə hazırlıq, ##.##.2025-ci il tarixdə baxış iclasında hər dəfə iddianın şər-böhtan olduğunu, geniş izahat və hakimin suallarına cavab verib iddiaçını ifşa etməyinə baxmayaraq, işə baxan məhkəmə izahatını məhkəmədə səsləndirdiyi kimi dolğun yazmamış, əksinə bir cümlədə o, orada heç nə işlətmədiyini bildirdiyini qeyd etmişdir. Iddia ərizəsinə qarşı etirazının əsası odur ki, iddiaçının çıxarışından göründüyü kimi ##.##.2023-cü il tarixdən evin mülkiyyətçisidir, lakin evdə heç vaxt yaşamamış, ərizəsində yaşayış üçün yararsız olduğunu göstərsə də, evində kirayəçi yaşayır. Evinin arxasından çay axmasını, bu halın 6-7 ay müddətində davam etməsi, belə olan vəziyyətdə qonşularının evini su basmaması mümkün deyil, normal ağla sığmır, heç inandırıcı da görünmür. 2018-ci ildə babasının 1930-cu illərdə tikilmiş köhnə evini söküb yerində yeni ev tikmiş, dam örtüyü vurulmuş, lakin maddi imkanı olmadığına görə içərisində təmir işləri bitməmiş, yaşayış mümkün olmadığına görə həmin vaxtdan ailə üzvləri ilə birlikdə qardaşı X3 məxsus Sumqayıt şəhəri, st. Sumqayıt **C nömrəli evdə yaşayır. Məhkəmədə mülkiyyətçisi olduğu Sumqayıt şəhəri st.Sumqayıt ** nömrəli evdə yaşayış olmadığına görə su sayğacının (sayğac anası X1 adına qalmışdır) işləmədiyini, suyun kəsildiyini bildirmişdir. Həmçinin, ekektrik və qaz sayğacı xəttən ayrılmışdır. Bu faktın təsdiq olunması üçün məhkəmədən gəlib həyətinə baxılmasını xahiş etmişdir. Məhkəməyə həmçinin bildirmişdir ki, Ceyranbatan su kanalı evindən təxminən 200 metr məsafədədir. Buna görə duz qalxır, evlərin daşını, hasarını əridir, nəticədə ətraf evlərdə nəmişlik və divarlarında duzlaşma halları baş verir. Evində yaşadığı müddətdə kənddə yaşayan bütün ailələr kimi tövləsində toyuq cücə saxlamışdı, həmin tövlə toyuq sexi kimi fəaliyyət göstərməmidir. Uzun müddətdir evində yaşamır, tövlədə toyuq-cücə saxlamadığı isə 10 ildən çoxdur. Sumqayıt Şəhər Məhkəməsinin hakiminin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ## ### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyinin birinci sual üzrə nəticə hissəsindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, *** saylı evdə nəmişlik və duzlaşma izlərinin olduğu, lakin həmin nəmişliyin yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Rəyin təsviri hissəsindən görünür ki, ekspert iddiaçının evindən sonra cavabdehin yaşadığı həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı cavabdehin həyətyanı sahəsində fərdi yaşayış evinin və qeyri-yaşayış tikilisinin mövcud olduğu və həmin qeyri-yaşayış tikilidən istifadə olunmadığı, həmçinin cavabdehin həyətyanı sahəsində də nəmişlik və duzlaşma izlərinin müşahidə olunduğu müəyyən edilmişdir. Məhkəmədə evdə yaşamadığını və tövlədən istifadə etmədiyini bildirdikdən sonra məhkəmə ## #### 2025-ci il tarixdə yerli baxış keçirilməsi barədə qərardad qəbul etmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrini tərbiq etmişdir. Öncə qeyd etdiyi kimi iddiaçı təqsirli hərəkətləri ilə onun əmlakına maddi zərər vurduğunu Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən sübuta yetirməmişdir. Iddia tələbinə qarşı etrazının əsası uzun zaman, 2018-ci ildən evində yaşayış mümkün olmamışdır, qardaşının evində yaşamış, həyətində su sayğacı işləməmiş, sudan istifadə olunmamışdır. Mülki Prosessual Məcələnin 88 və 220.4-cü maddəsinin tələbinə əsasən tərəflərin sübutetməsi ilə yanaşı işə baxan hakim tərəfindən məhkəmə sübutetməsi də həyata keçirilməlidir. Iddiaçının bildirdiyi kimi həyətində olan toyuq sexindən suyun axması nəticəsində iddiaçının evinə maddi zərər dəyməsi həmçinin məhkəmə sübutetməsinin predmetidir. Məhkəmə, ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabehin etirazının dəlilləri məhkəmə iclasında təsdiq olunmayaraq, iddia tələbinin təkzibi ilə bağlı hər hansı mötəbər sübut məhkəmə iclasında mübahisə predmeti olmamışdır. Ekspertizanın nəticəsi olaraq duzlaşma və nəmliyin olması cavabdehə məxsus sahədən olduğu müəyyən edilmişdir. Ilk öncə xüsusilə vurğulanmalıdır ki, iddiaçıya məxsus evdə nəmişlik və duzlaşma yaranma səbəbi ekspert tərəfindən müəyyən edilmədiyi halda, məhkəmə iddiaçının tələblərini müəyyən edən hallarla əlaqəsi olmayan və onu təsdiq etməyən ekspert rəyini işə aid sübut kimi qəbul etmiş və ona əsaslanaraq iddianı təmin etmişdir. Göründüyü kimi işə baxan məhkəmə sənədin məzmunu üzrə düzgün nəticə çıxarı bilmir, bununla da Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələbini pozmuşdur. 2. Işə baxan hakim iş üzrə nəticəsində digər hansı sübutların və hansı işin halların ekspert rəyini təkzib etmədiyini göstərməmişdir. Sübutun növünü və məzmununu açıqlamadan və işin hansı hallarını nəzərdə tutduğunu bildirmədən subutları qiymətləndirməsi, məhkəmə sübutetməsinin faktlar əsasında həyata keçirmədiyini, subyektiv mülahizəsinə əsaslandığını göstərir, bunula da məhkəmə Mülki Prosessual Məcəlləsinin 9.1-ci (ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi) və 88-ci (sübutların qiymətləndirilməsi) maddəsinin tələbini pozmuşdur. Beləliklə, məhkəmə ekspert rəyinə əsaslanaraq iddiaçının evində nəmişlik və duzlaşmanın olmasını sübut etmişdir. Halbuki, məhkəmə sübutetməsinin predmeti bu deyil, hüquqa zidd əməli nəticəsində iddiaçının əmlakına zərər vurulubvurulmamasının müəyən edilməsidir. Iddiaçının təqdim etdiyi hesabat da onun evinə su axıdılması nəticəsində zərər vurulmasını təsdiq edən sübut deyil. Iddiaçının izahatında göstərdiyi hallar da məhkəmənin qətnaməsinin təsviri hissəsində göstərdiyi sübutların heç biri ilə təsdiq olunmur. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçıya məxsus evdə duzlaşma və nəmliyin olması cavabdehə məxsus sahədən olduğu müəyyən edilmiş, halbuki iş üçün əhəmiyyəti olan bu hal sübut edilməmişdir. Işə baxan hakimn iş üzrə nəticəsi faktlara əsaslanmır. Ixtiyarında olan sübutlar üzrə qiymətləndirmə apara bilməmiş, tərəflər arasında yaranmış mübahisəyə hüquq normasını düzgün seçməmişdir. Qanunsuz və əsassız olaraq Mülki Məcəllənin 1096, 1097.1-ci maddəsinə əsasən onu mülki məsuliyyətə cəlb etmişdir. Mülki Prosessual Məcəlləsinin 9.1, 88-ci maddələrin tələbini pozduğu üçün iş üzrə səhv nəticəyə gəlmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddənin dispoziyasından görünür ki, delikt öhdəliyinin əmələ gəlməsi üçün zəruridir ki, zərər vurmaq faktı olsun. Zərər vurma faktı, delikt yoxdursa, delikt öhdəliyinin əmələ gəlməsindən söhbət gedə bilməz. Delikt öhdəliyi deliktin özünün olması faktı əsasında meydana gəlir. Delikt yoxdursa hansısa vurulmuş zərərin ödənilməsi mümkün olan və ağlabatan iş deyil. Delikt isə mülki hüquq pozuntusu olub, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (Mülki Məcəllənin1096-cı maddəsinin 1-ci bəndi). Delikt məsuliyyətinin əsası olan zərər vurma faktı yalnız o halda delikt məsuliyytinin tətbiq edilməsinə imkan verə bilər ki, bunu üçün qanunda müəyyənləşdirilmiş şərtlər olsun. Başqa sözlə zərər vurmaq (delikt) faktı qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) kimi töfsif olunsun. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1095- 1097-ci maddəsinin 1-ci bəndlərində nəzərəd tutulmuşdur ki, onlar delikt məsuliyyətinin şərtləri adlanır. Bu şərtlərə aiddir: zərər vuranın hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizlik), zərər vuranın hüquqa zidd əməli ilə zərər faktı arasında səbəbli əlaqə, zərər vuranın təqsiri, beləliklə baş (əsas) delikt prinsipi sübut edir ki, delikt məsuliyyəti təkcə zərər vurmaq (delikt) faktının olması ilə əlaqədar tətbiq edilə bilməz. Zərər vuranın zərəri ödəməsi üçün, ona zərəri ödəmək formasında mülki hüquq sanksiya tətbiq etmək üçün göstərilən üç şərtin (hüquqa zidd əməl, səbəli əlaqə və təqsir) olması vacib və zəruridir. Göründüyü kimi işə baxan məhkəmə mübahisəyə tətbiq etdiyi maddi hüiqi normasının mahiyyət və məzmununu yanlış təsəvvür etmişdir. Tətbiq etdiyi Mülki Məcəllənin 226.1 və 226.2-ci maddələrin hazırkı mübahisə ilə heç bir əlaqəsi yoxdur. Məhkəmənin ixtiyarında iş üzrə nəticəyə gələrkən qiymət verməsi üçün tərəflərin izahatı, ziyanın məbləği barədə hesabat və məhkəmə tikinti-texniki ekspertizasının rəyi olmuşdur. Iddiaçı təqsirli hərəkətlərim nəticəsində onun əmlakına zərər vurmağı barədə izahatında göstərilən halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir, məhkəmənin ixtiyarında olan sübutlarla da təsdiq olunmur. Ekspert rəyindən də iddiaçıya məxsus evdə nəmişliyin yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Iddiaçının məhkəməyə təqdim etdiyi xxxx-in hesabatı isə təqsirli olaraq onun əmlakına maddi zərər vurmağını təsdiq edən yazılı sübut deyil, evinin nəmişliyini aradan qaldırması üçün tələb olunan xərcdir. Işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları təsdiq edən sübutların hər növü və məzmunu açıqlanmaqla həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməsini tələb edir. Iddiaçının əmlakına zərər vurmağı təsdiq olunmadığı ana görə Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmadığı üçün işdə ziyanın qiymətləndirilməsi barədə hesabat və məhkəmə tikinti texniki ekspertizasının rəyi işin düzgün həlli üçün əhəmiyyət kəsb etməyən sənədlərdir. Göründüyü kimi, məhkəmə iddiaçının tələbinin əsaslarını sübut edə bilmədiyinə görə iddia ərizəsini rədd etməli olduğu halda, əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmədə vediyi izahatlar Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən sübutlar növünə daxildir. Işə baxan hakim məhkəmə iclaslarında verdiyi izahatları rədd etmək üçün heç bir dəlil gətirməmiş, bununla da qətnamənin məzmununa dair Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbini pozmuş, göründüyü kimi qətnamə əsaslandırıcı hissədən məhrumdur, məhkəmə sübutetməsini həyata keçirməmişdir. Məhkəmənin iş üzrə nəticəsinin düzgün olmadığını bir daha şikayətinə əlavə etdiyi aşağıdakı sübutlar təkzib edir. Ilk öncə bildirir ki, məhkəmə yerli baxış keçirilməsi barədə vəsatətini təmin etmiş, lakin gəlib hər ikisinin həyətinə və yaşayış evinə baxış keçirməmişdir. Halbuki, gəlib baxış keçirsə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən, məhkəmədə bildirdiyi kimi su sayğacın işləmədiyinin, həyətdəki krantlardan su axmadığının, evindən təxminən 1 km aralı ana xəttdən bağlandığını, 2018-ci ildən köhnə evin yerində tikməyə başladığı evin içərisində tikinti təmir işləri görə bilmədiyinə görə yaşayışın mümkün olmadığının, tövlənin uzun zaman istifadə olunmadığından uçub dağıldığının şahidi olardı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” Publik Hüquqi Şəxs Sumqayıt şəhər Sukanal Idarəsinin Abonent Kartından görünür ki, ##.##.2022-ci il tarixdən bu günə kimi su sərfiyyatı 0 (sıfırdır), əvvəlki ayda sərf olunmuş 21164452 kub.m rəqəmi dəyişməmişdir. Göründüyü kimi, ##.##.2022-ci il tarixdən bu günədək həyətində sudan istifadə olunmamışdır. 2018-ci ildən evin tikintisini başa çatdıra bilmədiyinə görə ailə üzvləri ilə köçüb qardaşının evində yaşadığını, həyətdə sudan istifadə olunmadığını ##.##.2025-ci il tarixli akt və məhəllə komitəsinin arayışı, tikintisi başa çatmamış evinin və həytində olan əvvəllər tövlə kimi istifadə olunmuş uçub dağılmış vəziyyətdə olmasını göstərən qeyri-yaşayış tikilisinin 15 ədəd fotoşəkilləri təsdiq edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh Maarif Abdulla oğlu Muradov apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək yeni qətnamə qəbul olunmalı, iddia rədd edilməlidir.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı cavabdeh Muradov Maarif Abdulla oğlunun hərəkətləri nəticəsində onun əmlakına zərər vurulduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 10/.
24. Məhkəmə iş üzrə təyin edilmiş ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabehin etirazının dəlilləri məhkəmə iclasında təsdiq olunmayaraq, iddia tələbinin təkzibi ilə bağlı hər hansı mötəbər sübut məhkəmə iclasında mübahisə predmeti olmamışdır. Ekspertizanın nəticəsi olaraq duzlaşma və nəmliyin olması cavabdehə məxsus sahədən olduğu müəyyən edilmişdir.
25. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən maddi zərər 1847.25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Cavabdeh Muradov Maarif Abdulla oğlu Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının təfsiri və tətbiqində pozuntuya yol verilmiş, işin faktiki halları məhkəmə tərəfindən kifayət qədər araşdırılmamış, sübutların qiymətləndirilməsində səhvə yol verilmiş, nəticədə məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
28. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə əldə edilmiş ekspert rəyini sübut növü olaraq qiymətləndirərək iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.
29. Halbuki həmin ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, *** saylı evdə yaranmış nəmişlik və duzlaşmanın yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə desək iddiaçının evində yaranmış nəmişlik və düzlaşmanın cavabdehin təqsirindən, cavabdehə məxsus evin həyətindən su axması və s. səbəbdən yaranması müəyyən edilməmişdir.
30. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
31. Kollegiya qanunvericiliyin göstərişlərindən çıxış edərək hesab edir ki, göstərilən ekspert rəyi qeyd olunan sübut standartlarna cavab vermədiyi halda birinci instansiya məhkəməsi tərəfindən sübutetmə meyarlarına dair prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
32. Şikayətin dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli ekspert rəyinin Tədqiqatının nəticəsi hissəsində göstərilmişdir: Qərardadın birinci sualı üzrə: Sumqayıt şəhəri, St.Sumqayıt, *** saylı evdə müəyyən edilmiş nəmişlik və duzlaşmanın yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Nəmişlik və duzlaşma səbəbindən otaqların divarlarında və döşəməsində yaranan qüsurlar (çürümə, ovulma, qabarma və s.) mövcuddur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası ekspert rəyini sübut növü olaraq qiymətləndirərək nəzərə alır.
36. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
38. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər.
39. Məhkəmə mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə, zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.
40. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmir.
41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər.
42. Beləlikə, məhkəmə kollegiyası sadalananlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
43. Kollegiya hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaların dəyərinin əvəzi olaraq 150 manat iddiaçı İddiaçı alınaraq X6 hesabına keçirilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Muradov Maarif Abdulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Muradov Maarif Abdulla oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia təmin olunmasın. Iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 150 manat iddiaçı İddiaçı alınaraq SAP (XIIS) hesabı X6 kod 210005 VÖEN 1401555071 müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501 hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.