Məhkəmə qərarları › İş №2(105)-1659/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1659/2022

19.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1659/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadədə maneələrin aradan qaldırılması-torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsinə cavabdeh X2 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdeh X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadından İddiaçı şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2(067)-1565/2021 saylı mülki iş xx.xx.2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-745/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından İddiaçı şikayəti geri qaytarılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ilə İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 1565/2021 saylı qərardadından şikayəti müddət ötürülməklə verildiyi üçün geri qaytarımışdır. İddiaçı xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadından şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1565/2021 saylı qərardadının ləğv edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ilə onun Cavabdeh qarşı maneələrin aradan qaldırılması, torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi və ara hasarının düzəldilməsi barədə iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Qərardaddan qanunda nəzərdə tutulmuş müddətdə Xaçmaz Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(067)1565/2021 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-745/2022 saylı qərardadına əsasən şikayətə apelyasiya qaydasında baxılmasının qeyri mümkün hesab edilməsi və şikayətin MPM-nın 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(067)1565/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(067)1565/2021 saylı qərardadından verdiyi şikayəti geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1565/2021 saylı qərardadından xx.xx.2022-ci il tarixdə elektron qaydada şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1565/2021 saylı qərardadı ilə şikayəti geri qaytarılmışdır. Qərardadda göstərilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)1565/2021 saylı qərardadından şikayət vermə müddətini ötürmüşdür. Qərardadla razı deyil, hesab edir ki, o qanunda nəzərdə tutulmuş müddətdə şikayət vermişdir, Xaçmaz Rayon Məhkəməsi mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(067)1565/2021 saylı qərardadı əsassız olduğundan şikayət etmək hüququ məhdudlaşdırlır. Qərardaddan qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsəydi, şikayəti elə həmin vaxt geri qaytarılar, Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməzdi. Göründüyü kimi qərardad tamamilə qanunsuz və əsassızdır. Qərardadın surətini rəsmi qaydada imza etməklə xx.xx.2022-ci il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)1565/2021 saylı qərardadından şikayət vermə müddəti ötürülməmiş hesab edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından verilmiş şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki iş materilları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iş materiallarında olan poçt göndərişinin göndəriməsinə dair xəbərnaməyə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1565/2021 saylı qərardadının İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə çatdırılmasını, bununla da qərardaddan şikayət vermə müddətini keçirməsini müəyyən edərək şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1.-ci maddəsinə əsasən şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, qərardaddan şikayət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, qərardaddan verilmiş şikayətə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə baxılaraq təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-745/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(067)- 1565/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardad iddiaçı tərəfindən 10 may 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, xx.xx.2022-ci il tarixdə yenidən elektron kabinet vasitəsi ilə məhkəmənin 24 dekabr 2021ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından şikayət verilmişdir. Bununla da müəyyən edilir ki, qərardaddan verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-745/2022 saylı qərardadına əsasən qeyrimümkün hesab edildikdən sonra geri qaytarılmış, məhkəmə şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayaraq xx.xx.2022-ci iltarixli qərardadla şikayəti geri qaytarmış, həmin qərardad iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə alınmış və şikayətin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırılaraq xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə yenidən şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından İddiaçı şikayəti vermə müddəti ötürülməmişdir və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadında gəldiyi Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadının xx.xx.2022-ci il tarixdə alınması əsası ilə şikayət vermə müddətinin ötürülməsi barədə gəldiyi nəticəni əsaslı hesab etmir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəf məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmiş, verilmiş şikayət də vaxtında verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Hazırki halda qərardaddan şikayət verilməsi müddətinin ötürülməməsi, şikayətin qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilməsi müəyyən edildiyindən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şikayətə birinci instansiya məhkəməsi MPM-nin 269.2-ci maddəsinə əsasən münasibət bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 267.3.-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.2-ci maddəsində göstərilir ki, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3.-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-1565/2021 saylı qərardadı ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından şikayət vermə müddəti ötürülməmiş hesab edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 saylı qərardadından verilmiş şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki iş materilları Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1565/2021 nömrəli qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından şikayət vermə müddəti ötürülməmiş hesab edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(067)1565/2021 nömrəli qərardadından verilmiş şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki iş materilları Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar