Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1662/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi (istehlak) məqsədləri üçün illik 16 faiz olmaqla, 48 ay müddətinə nağd şəkildə 15000 manat məbləğində kredit verilmişdir.
2. Maliyyə arayışdan görünür ki, cavabdehin banka 13395.08 manat əsas, 1298.09 manat faiz borcu olmaqla, cəmi 14693.17 manat məbləğində borcu vardır.
3. Bank tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2023-cü il tarixli 6-3/0/08-3483 nömrəli pretenziya məktubundan görünür ki, 5 iş günü ərzində 757.34 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi, əks təqdirdə kredit müqaviəsinə vaxtından əvvəl xitam verilməklə banka olan 13.395,08 manat əsas, ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1045 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ekspert qarşısında qoyulmuş suala görə xx.xx.2023-cü İl tarixədək (sualda göstərilən tarix) illik 16%-lə, xx.xx.2023-cü il tarixdən (sualda göstərilən tarix) xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) illik 5%-iə faiz hesablanmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 13781,23 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan faiz və əsas borcu 14064,54 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13689,97 manat, faiz borcu üzrə 91.27 manat (illik 16%-lə), xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13689,97 manat, faiz borcu üzrə 91,27 manat (illik 16%-lə), faiz borcu üzrə 283,31 manat (illik 5%-lə) təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13395,08 manat əsas, 1298,09 manat faiz borcu olmaqla, cəmi 14693,17 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 134,48 manat dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 13395,08 manat, faiz borcu 1298,09 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirlər ki, xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 14693,17 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13689,97 manat əsas, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə 997,19 manat faiz, xx.xx.2023-cü il tarixdən (maliyyə arayışında olan) xx.xx.2024-cü il tarixə illik beş faiz 516,80 manat, cəmi 15203,99 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh şəxsi məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmişdir. İddia tələbində Cavabdeh "xxxx" ASC-nin xeyrinə 13395,08 manat əsas,1298,09 manat faiz borcu olmaqla, cəmi 14693,17 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 134,48 manat dövlət rüsumunun tutulması xahiş edilmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13689,97 manat əsas, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə 997,19 manat faiz, xx.xx.2023-cü il tarixdən maliyyə arayışında olan xx.xx.2024-cü il tarixə illik beş faiz 516,80 manat, cəmi 15203,99 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Müqavilənin icra müddəti bitməmişdir. Cavabdeh 3089 manat ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi.
9. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13689,97 manat əsas, 91,27 manat faiz, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilən mövqeyə əsasən hesablanmış illik 5 faiz dərəcəsi ilə cəmi 800,11 (283,31+516,80) manat faiz borcu olmaqla, cəmi 14581,35 manat məbləğində borcun və 134,48 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı X4 xeyrinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 200 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülsarə İmanova).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.7, 448.1, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı ASC apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 saylı qətnaməsinin faiz borcunun tutulması və dövlət rüsumu və ekspertiza xərcinin tutulması hissəsində ləğv edilməsi, cavabdeh Yusifli X3 İddiaçı ASC-nin xeyrinə 13689,97 manat əsas, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə 997,19 manat faiz, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə illik beş faiz 516,80 manat, cəmi 15203,99 manat pulun, 134,48 manat dövlət rüsumunun və 200 manat ekspertiza xərcinin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə göstərilən maddi hüquq normasının tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iş materillarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə 13395,08 manat əsas, 1298,09 manat faiz borcu olmaqla, cəmi 14693,17 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi faiz borcunu ekspert rəyi və xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən 91.27 manat hissəsində təmin etsə də, nəzərə almamışdır ki, cavabdehə göndərilmiş xx.xx.2023-cüil tarixli pretenziya məktubunda yalnız xx.xx.2023cü il tarixə olan 757,34 manat gecikmə borcu tələb edilmişdir. Yəni bütünlükdə borc məbləği tələb edilməmişdir. Bu səbəbdən də faiz borc məbləğini 1-ci sual üzrə yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə (149 gün*6,08=905,92+91,27=997,19) manat, 2-ci sual üzrə xx.xx.2023-cü il tarixdən (malliyə arayışında olan) xx.xx.2024-cü il tarixə illik 5 (beş ) faiz dərəcəsi ilə (272 gün*1,90=516,80) manat hesablayaraq təmin etməli olduğu halda bunu etməmiş, bununla da maddi hüquq normalarını pozmaqla düzgün nəticəyə gəlməmişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank tərəfindən pretenziya məktubu göndərilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının tətbiq edilməsi üçün gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlərin tam ödənilməsi tələb edilməlidir. Lakin cavabdehə göndərilmiş xx.xx.2023-cüil tarixli pretenziya məktubunda yalnız xx.xx.2023-cü il tarixə olan 757,34 manat gecikmə borcu tələb edilmişdir. Yəni bütünlükdə borc məbləği tələb edilməmişdir.
14. İddiaçı ASC tərəfindən bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, kredit hesabından çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, məhkəmə araşdırması zamanı faiz borc məbləği tam olaraq təsdiqini tapmışdır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsi instansiya məhkəməsi tərəfindən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasını nəzərə almamış, ekspert qarşısında düzgün suallar qoyulmamış, rəyi digər sübutlalrla yanaşı düzgün quymətləndirməmiş, nəticədə prossesual hüquq normaları düzgün tətbiq etməmişdir.
15. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təxminən 90 faizini təmin etdiyi halda məhkəmə xərclərini mütənasib olaraq bölüşdürməmiş, İddiaçı ASC-dən 200 manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin etsə də ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
24. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
25. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 saylı qətnaməsinin faiz borcunun tutulması və ekspertiza xərcinin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.
38. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Apellyasiya şikayətin dəlillərindən görünür ki, cavabdeh Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 nömrəli qətnaməsinin faiz borcunun tutulması və ekspertiza xərcinin tutulması hissəsini mübahisələndirmişdir.
41. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl iddiaçı tərəfindən, iddiaçının kredit müqaviləsinə xitam veriləcəyi barədə iradə ifadəsini cavabdehə bildirdiyi 12 may 2023-cü il tarixdən xitam verilmiş sayılır. Mülki iş üzrə məhkəmənin qərardadına əsasən verilmiş ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2023-cü İl tarixədək illik 16%-lə hesablamaqla banka 13686,97 manat əsas borcu, 91,27 manat faiz borcu olmaqla, cəmi 13781,23 manat məbləğində və kredit müqaviləsinə xitam verilmiş sayıldığı xx.xx.2023-cü il tarixdən iddiaçının borcun tələb etdiyi xx.xx.2023-cü il tarixədək illik 5% hesablanmaqla faiz borcu 283,31 manat təşkil etmişdir ki, ümumilikdə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan faiz və əsas borcu 14064,54 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək faiz borcunun 997,19 manat tutulmasını, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək illik 5% hesablamaqla 516,80 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Lakin ekspert rəyi ilə faiz borcu illik 16%-lə 91,27 manat təşkil etdiyindən birinci instansiya məhkəməsi faiz borcunun ekspert rəyinə əsasən tutulmasını məqsədəmüvafiq hesab etmişdir.
42. İddiaçı apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi faiz borcunu ekspert rəyi və xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən 91,27 manat hissəsində təmin etsə də, nəzərə almamışdır ki, cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda yalnız xx.xx.2023-cü il tarixə olan 757,34 manat gecikmə borcu tələb edilmişdir. Yəni bütünlükdə borc məbləği tələb edilməmişdir. Bu səbəbdən də faiz borc məbləğini 1-ci sual üzrə yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə 997,19 manat, 2-ci sual üzrə xx.xx.2023-cü il tarixdən (malliyə arayışında olan) xx.xx.2024-cü il tarixə illik 5 faiz dərəcəsi ilə 516,80 manat hesablayaraq təmin etməli olduğu halda bunu etməmiş, bununla da maddi hüquq normalarını pozmaqla düzgün nəticəyə gəlməmişdir.
43. Qətnaməni ekspertiza xərcinin tutulması hissəsində də mübahisələndirilən iddiaçı dəlillərində onu göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təxminən 90 faizini təmin etdiyi halda məhkəmə xərclərini mütənasib olaraq bölüşdürməmiş, İddiaçı ASC-dən 200 manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında olan faiz borcunun tutulması ilə əlaqədar münasibətlərə düzgün hüquqi qiymət verilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin edərək, alınmış ekspert rəyinə uyğun qətnamə qəbul etmişdir.
45. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
46. Kollegiya həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 200 manat ekspertiza xərcinin tutulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi 134,48 manat məbləğində dövlət rüsumunun tam cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qənaətə gəldiyindən, ekspertiza xərcinin də tam iddiaçıdan tutulmasına dair nəticəsi də düzgün olmuşdur.
47. Beləliklə kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X6rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
50. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsini apellyasiya şikayətinin dəlilləri həcmində yoxladığından, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-37/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.