Məhkəmə qərarları › İş №2(105)-1663/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1663/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1663/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2621/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən veilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2621/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11738,27 (on bir min yeddi yüz otuz səkkiz manat, 27 qəpik) manat əsas borcu, 2240,52 (iki min iki yüz qırx manat, 52 qəpik) manat faiz borcu, cəmi 13978,79 (on üç min doqquz yüz yetmiş səkkiz manat, 79 qəpik) manat pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının əvəzi alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 02.07.2014-cü il tarixdə, 54602.07.2014-SM4 saylı kredit müqaviləsi üzrə 11738,27 (on bir min yeddi yüz otuz səkkiz manat, 27 qəpik) manat əsas borcun, 2240,52 (iki min iki yüz qırx manat, 52 qəpik) manat faiz borcun, cəmi 13978,79 (on üç min doqquz yüz yetmiş səkkiz manat, 79 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual huquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, qətnamədə onun məhkəmə iclasında iştirak etməyi qeyd edilmişdir. Halbuki o, məhkəmə iclaslarında iştirak etməmişdir, çünki hərbi qulluqçu olduğu üçün məhkəmə işə baxan zaman Vətən müharibəsində zabit kimi iştirak edirdi, onun həmin vaxt məhkəmə iclasında iştirak etməyi mümkün deyildi. Hətta sonuncu məhkəmə iclasından əvvəl bu barədə məhkəmə katibliyinə məlumat verilməsinə və məhkəmə iclasının təxirə salınmasının xahiş edilməsinə baxmayaraq, bu hal nəzərə alınmamışdır. Bundan başqa məhkəməyə yazılı vəsatət göndərərək kredit borcunun düzgün hesablanmadığını, borc üzrə silinmələrin düzgün aparılmadığını bildirərək məhkəmədən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, lakin məhkəmə vəsatətini təmin etməmiş, iddia tələbini tam təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, kreditin alınmasından sonra şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, 21 fevral 2015-ci il və 23 dekabr 2015-ci il tarixlərində manat kəskin devalvasiyaya uğramışdır. Bu da kreditin qaytarılmasında xeyli çətinlik yaratmışdır. AR Mülki Məcəlləsinin 439.7-ci maddəsində qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Təbii ki manatın kəskin devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Bundan başqa, müqaviləyə əsasən kredit məbləği və ona hesablanmış faizlər ayda bir dəfə ödənilməlidir. Lakin Mülki Məcəllənin 741-ci maddəsinə uyğun olaraq faizlər ildə bir dəfə ödənilməlidir. Bu isə o deməkdir ki, 1) müqavilədə faizlərin ayda bir dəfə ödənilməsinin nəzərdə tutulması qanuna ziddir. 2) onun indiyədək ödədiyi faizlərin böyük hissəsi kredit məbləğinin özünün qaytarılması hesab edilməli, yəni hazırdakı borcunun məbləği azaldılmalıdır. “İnsan Hüquqları Haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. MPM-nin 372.l-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutiar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384.0.2-ci maddəsində qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2621/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2621/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2621/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə idiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndələrinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Mülki işin materiallarında olan 02.07.2014-cü il tarixli, 546-02.07.2014-SM4 saylı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC (bundan sonra – Bank) tərəfindən Cavabdeh1 illik 23% olmaqla 60 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 19.02.2018-ci il tarixli, S-FK-1400 saylı aktdan müəyyən edilir ki, Cavabdeh1 02.07.2014-cü il tarixli, 54602.07.2014-SM4 saylı kredit müqaviləsi üzrə 11738,27 (on bir min yeddi yüz otuz səkkiz manat, 27 qəpik) manat əsas borcu, 2240,52 (iki min iki yüz qırx manat, 52 qəpik) manat faiz borcu, cəmi 13978,79 (on üç min doqquz yüz yetmiş səkkiz manat, 79 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, məhkəmə iddia tələbini cavabdeh-zamin münasibətdə qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, öhdəliyin təminatı kimi çıxış etmiş cavabdeh-zamin Talıbov X1 Emil Aydın oğlu ilə birlikdə iddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11738,27 (on bir min yeddi yüz otuz səkkiz manat, 27 qəpik) manat əsas borcu, 2240,52 (iki min iki yüz qırx manat, 52 qəpik) manat faiz borcu, cəmi 13978,79 (on üç min doqquz yüz yetmiş səkkiz manat, 79 qəpik) manat pul vəsaiti alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına verilməli, bununla da iddia təmin olunmalıdır. Belə ki, 02.07.2014-cü il tarixli, 546-02.07.2014-SM4 saylı kredit müqaviləsinin müddəti 60 ay olduğundan, həmin müqavilənin müddəti 02.07.2019-cü il tarixdə bitmişdir. Mülki işdə olan 19.02.2018-ci il tarixli, S-FK-1400 saylı aktda 2018-ci il tarixə olan faiz borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun ekspertiza keçirilməsinə dair vəsatətinin təmin edilmədiyini qeyd etdiyi üçün məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3841 saylı, 16 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 25.01.2018-ci il tarixə əsas borc üzrə 11738,27 manat, faiz borcu üzrə 2240,50 manat olmaqla, cəmi 13978,77 manat borcu vardır. Müəyyən edilmişdir ki, ekspert rəyində göstərilmiş borc məbləği birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş məbləğlə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmasını, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmasını, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin müvafiq maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericiliyin tələblərinə düzgün istinad edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümimi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli və qətnamə iddiaçı Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2621/2020 saylı, 02.11.2020-ci il tarixli Cavabdeh1 münasibətdə qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 145 (yüz qırx beş) manat pul İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar