Məhkəmə qərarları › İş №2(105)-1664/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1664/2022

03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1664/2022 03.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(060)-1093/2022 nömrəli qətnaməsindən Cavabdeh (azyaşlı X2 qanuni nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(060)-1093/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddiaçı "xxxx" QSC-nin Cavabdeh (azyaşlı X4 qanuni nümayəndəsi) qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilib, xx.xx.2011-ci il təvəllüdlü X2 qanuni nümayəndəsi Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2872,91 (iki min səkkiz yüz yetmiş iki manat, doxsan bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh (azyaşlı X2 qanuni nümayəndəsi) apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(060)-1093/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 2872,91 manat (iki min səkkiz yüz yetmiş iki manat doxsan bir qəpik) məbləğində zərərin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun yetkinlik yaşına çatmayan (azyaşlı) X2 qanuni nümayəndəsi olan Cavabdeh tutularaq ADY-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt-Novxanı dəmir yolu mənzilində (47ci km 3-cü piketində) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus Stadler EŞ2-016 nömrəli, 06 saylı Sumqayıt-Bakı sürətli elektrik qatarının M6 vaqonuna kənardan daş atılması nəticəsində vaqonun yan şüşəsi sınmışdır. Hadisə nəticəsində ADY-yə 2872,91 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırma aparılmışdır. Sabunçu Xətt Polis Şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2021-ci il tarixdə Sumqayıt-Novxanı dəmir yolu mənzilində (47-ci km 3-cü piketində) ADY-yə məxsus Stadler EŞ2-016 nömrəli 06 saylı Sumqayıt-Bakı sürətli elektrik qatarının M6 vaqonun yan şüşəsini sındıran şəxsin ünvan 1 ünvanında yaşayan yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci təvəllüdlü Sumqayıt şəhəri orta məktəb şagirdi X7 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə oğlu X2 izahatı alınmışdır. Hadisə nəticəsində ADY-yə 2872,91 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh (azyaşlı X2 qanuni nümayəndəsi) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 27 aprel 2022-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1103.1-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırma apararkən oğlu ilə birgə verilən izahatda qeyd olumuşdur ki, həmin elektrik qatarının M6 vaqonuna kənardan daş sol istiqamətdən atılmasına baxmayaraq qatarın sağ istiqamətində olan şüşənin sınmasını bildirir. Riyazi məntiqlə düşündüyümüz halda sol tərəfdən daş atılsa idi o halda sol şüşə sınmalı idi. Həmçinin birinci instansiya məhkəməsi 2872.91 manat maddi ziyanın tutulub ididaçıya verilməsi barədə qətnamə qət edərkən şüşənin dəyərini məhz Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il arayışına istinad etmişdir. Məhkəmə tərəfindən həmin şüşənin dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməli olduğu halda ekspertiza təyin edilməmiş, maddi ziyanla bağlı iddiaçının təqdim etdiyi arayış əsas götürülərək 2872.91 manat pulun tutulub iddiaçıya ödənilməsini qət etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən çatışmazlığın aradan qaldırılması məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli, hazırki dəyən ziyanın real dəyəri müəyyənləşdirilməli, həmçinin yetkinlik yaşına çatmayan övladının həmin hadisədə təqsirkar olub-olmamasının yenidən araşdırılması zərurəti yaranmışdır. Sürət qatarına övladı tərəfindən atılmış daş ilə qatarın vaqonunun sınmış şüşəsi bir-birinə əks istiqamətdə yerləşir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYNPİ-nin Sabunçu st. XPŞ-nin İst.TQ-nin xx.xx.2021-cİ il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt-Novxanı dəmir yolu mənzilinin 47- ci km 3-cü piketində Sumqayıt Bakı istiqaməti üzrə hərəkət edən EŞ2-016 03 nömrəli sürət qatarına kənardan daş atılması və nəticədə qatarın 2-ci vaqonunun yan şüşəsinin sınması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 xx.xx.2011-ci il təvəllüdlü olduğundan barəsində inzibati icraatın açılmasından imtina edilmiş, dəymiş ziyanla bağlı "xxxx" QSC-yə müraciət etmək hüququ izah edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, EŞ2-016 qatarın M6 vaqonunuda yuxarı qəza şüşəsinin dəyişilməsi üçün məbləğ 2872,91 manat təşkil edir. Sumqayıt Şəhəri İcra Hakimiyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 05 fevral 2022-ci il tarixli, 44 nömrəli qərarı ilə yetkinlik yaşına çatmayan - xx.xx.2011-ci il təvəllüdlü X5 xəbərdarlıq edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X2 valideynlərinin nəzarətinə verilməsi, adı çəkilən azyaşlı barəsində Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili Bölməsində fərdi profilaktiki iş açılması, Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili Bölməsi barəsində profilaktik iş açılmış azyaşlının davranış və nizamintizam qaydalarına əməl etməsi istiqamətində diqqətinin artırılması və onunla fərdi iş aparılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin dilməsi nəticənə gələrkən hesab etmişdir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, xx.xx.2011-ci il təvəllüdlü X2 hüquqazidd əməl törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. İşdə olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt-Novxanı dəmir yolu mənzilində (47-ci km 3-cü piketində) ADY-yə məxsus Stadler EŞ2-016 nömrəli 06 saylı Sumqayıt-Bakı sürətli elektrik qatarının M6 vaqonun yan şüşəsini sındıran şəxsin ünvan 1 ünvanında yaşayan yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci təvəllüdlü Sumqayıt şəhəri orta məktəb şagirdi X7 olması müəyyən olunmuş və onun vurduğu ziyan məbləği "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda 2872,91 manat təşkil etməsi göstərilir. İddiaçı tərəfinDən tələb edilən ziyan məbləği yararsız vəziyyətə gətirilmiş elektrik qatarının vaqonunun yan şüşəsinin təmiri ilə əlaqədardır. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən və apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 2872,91 manat təşkil edir. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh (azyaşlı X2 qanuni nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(060)-1093/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar