Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1665/2023 24.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(012)-181/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MTK (“Progress-2016" MTK) arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 531 nömrəli, 05 aprel 2012-ci il tarixli müqaviləyə əsasən həmin MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci bloku üzrə 2-ci mərtəbəsində sahəsi 111,0 kv.metr təşkil edən üçotaqlı 6 saylı mənzilin tam dəyərini 46620 manatının ilkin olaraq 38500 manatını ödəməklə almışdır və "HAYAN-E” MMC həmin mənzili ona təhvil verməyi öhdəsinə götürüb. Sonra isə “REAL-2016" MTK-nın varisi olduğu "xxxx" MMC və Cavabdeh MTK ilə bağlanmış 531 nömrəli, 05 aprel 2012-ci il tarixli müqavilə əsasında onunla “REAL-2016" MTK arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən həmin MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci bloku üzrə 2-ci mərtəbəsində sahəsi 119,5 kv.metr təşkil edən üçotaqlı 6 saylı mənzili ona ayırmağı öhdəsinə götürüb. Həmin mənzilin dəyəri isə 59750 manat qiymətləndirilib. Mənzilə görə tərəfindən əvvəlcədən ödənilmiş vəsait (59750-38500=21250) çıxılmaqla 21250 manat borcu qalıb və o, həmin vəsaitin 6700 manatını da Cavabdeh MTK-nın hesabına ödəmişdir. Bu barədə kassa mədaxil orderlərinin qəbzləri verilib. Cavabdeh MTK-ya pul vəsaitləri ona görə ödənilib ki, "xxxx" MTK adı yenidən dəyişdirilərək Cavabdeh MTK olub. Dəfələrlə müraciət etsə də cavabdehin rəhbərliyi tərəfindən yaşayış sahəsi ona təhvil verilmir və buna görə də o, yaşayış sahəsindən istifadə edə bilmir. Müqavilənin şərtlərinə əsasən ona ayrılan yaşayış sahəsi müqavilədə göstərilən müddətdə ona təhvil verilməli idi. Lakin cavabdeh tərəfindən bu barədə öhdəlik götürülsə də və bununla bağlı tərəfindən Kooperativ rəhbərliyinə müraciətlər olunsa da əfsuslar olsun ki, mənzil ona təhvil verilmir. Sonradan məlum olub ki, ona verilməsi nəzərdə tutulan mənzil üzrə bina inşa edilmir və inşasının tamamlanması da məlum deyil. O, qabaqcadan cavabdeh tərəfindən mənzilin tikilməyəcəyini bilsəydi, müqavilə bağlamazdı. Göstərilənlərlə əlaqədar o, xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıqla xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək onunla "xxxx" MTK (Cavabdeh MTK) arasında bağlanmış 82 nömrəli 09 sentyabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsini və ödədiyi 45200 manat pulun 10 gün müddətində ona qaytarılmasını xahiş etmişdir. Lakin etdiyi xəbərdarlığa cavabdeh tərəfindən heç bir münasibət bildirilməyərək ödədiyi vəsait ona qaytarılmadı. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-dan 44200 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(012)-181/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Məlahət Abbasova).
6. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 424.2, 424.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(012)-181/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 82 saylı, 09 sentyabr 2017-ci il tarixli müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzili tikib ona təhvil verməyi öhdəsinə götürsə də, iddiaçı həmin mənzilin dəyərinin 44500 manat hissəsini ödəsə də mənzili tikib təhvil vermək barədə müqavilə öhdəliyini icra etməyib. İşə məhkəmədə baxılarkən iddiaçı barışıq əldə edilməsi məqsədilə cavabdehin direktoru və hüquq məsləhətçisi (məhkəmədə nümayəndə qismində iştirak edən) Nümayəndələ görüşüb mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı ilkin razılaşma əldə olunub. Həmin görüşdən az sonra direktor binadakı mənzilləri 2 və daha çox şəxsə satmaqda təqsirləndirilərək həbs edilib. Bu səbəbdən də barışığın rəsmiləşdirilməsi mümkün olmayıb. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilin tikilib iddiaçıya verilməsi barədə iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 Sentyabr2017-ci il tarixli müqavilə hər iki tərəf üçün məcbur hüquq qüvvəsinə malki olsa da məhkəmə həmin faktı nəzərə almayıb. Məhkəmə nəzərə almayıb ki, müqavilə, cavabdehə pullar ödənilməsi barədə qəbzlər və pulun 1000 manat hissəsinin geri qaytarılması barədə qəbz iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübutlardır. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləni, iddiaçının cavabdehə mənzilini qiymətinin bir hissəsinin ödənilməsi barədə qəbzləri, cavabdehin nümayəndəsinin iddianı qəbul etməsi barədə izahatını nəzərə almayıb. Məhkəmə qətnaməsində faktlar təhrif edilərək göstərilib ki, guya "xxxx" MTK 2Knın öhdəliklərinə görə Cavabdeh MTK-nın cavabdehlik daşıması barədə hər hansı mötəbər sənəd yoxdur. Lakin məhkəmə nəzərə almayıb ki, iddiaçı cavabdehə mənzilə görə pullar ödəyib və ödəniş sənədlərinin bir hissəsinin əsillərini də məhkəməyə təqdim edib.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi : 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(012)-181/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 531 nömrəli, 05 aprel 2012-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 111,0 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürür. Həmin mənzilin dəyəri 46620 manat təşkil edir.
16. İddiaçı ilə “REAL-2016" MTK arasında bağlanmış 82 nömrəli, 09 sentyabr 2017ci il tarixli müqavilədən görünür ki, “REAL-2016" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 119,5 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı ayırmağı öhdəsinə götürür. Həmin mənzilin dəyəri 59750 manat təşkil edir.
17. Müxtəlif tarixli kassa mədaxil orderlərindən görünür ki, İddiaçı "xxxx" MTK-ya xx.xx.2018-ci ildə 400 manat, Cavabdeh MTK-ya xx.xx.2019-cu ildə 500 manat, xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 500 manat və xx.xx.2020-ci ildə 500 manat ödəniş etmişdir.
17. Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı xx.xx.2022-ci ildə 1000 manat pul qaytarılmışdır.
19. Cavabdeh MTK-nın məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 1-ci mərtəbəsində yerləşən 81,2 kv.m sahəsi olan 6 saylı mənzil başqa sakinə məxsusdur. İddiaçı dair heç bir sənəd və məlumat yoxdur.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, 5 saylı ƏVİ-də qeydiyyatda olan "xxxx" MTK xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin fəaliyyəti hazırda aktiv vəziyyətdədir.
21. Müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 531 nömrəli, 05 aprel 2012-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 111,0 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyəri 46620 manat təşkil etmişdir. Bu müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bir sıra ödənişlər edilmişdir. Bununla belə işin hallarından görünür ki, sonradan tərəflər ("xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK) öz aralarında həmin müqaviləni faktiki olaraq ləğv etmişlər və mənzilə görə ödənilmiş məbləğdən 1000 manat pul xx.xx.2022-ci il tarixdə İddiaçı qaytarılmışdır.
22. Qeyd edildiyi kimi tərəflər öz aralarında bağladıqları müqaviləni ləğv etmişlər və İddiaçı bu müqaviləyə əsasən cavabdehə ödədiyi vəsaitin müəyyən hissəsini geri almışdır. Ləğv edilmiş müqavilə üzrə öhdəliklərin tələb edilməsi isə qüvvədə olan qanunvericiliyə görə qeyri-mümkündür.
23. Bundan başqa işdən görünür ki, İddiaçı ilə “REAL-2016" MTK arasında bağlanmış 82 nömrəli, 09 sentyabr 2017-ci il tarixli müqavilə ilə “REAL-2016" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 119,5 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı ayırmağı öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyəri isə 59750 manat təşkil etmişdir.
24. İddia tələbindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
25. İşdəki sənədlərdən görünür ki, "xxxx" MTK xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və onun fəaliyyəti hazırda aktiv vəziyyətdədir.
26. İş materiallarında "xxxx" MTK-nın öhdəliklərinə görə Cavabdeh MTK-nın cavabdehlik daşıması barədə hər hansı mötəbər sənəd yoxdur. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 5-ci bloku 2-ci mərtəbəsində yerləşən 119,5 kv.m sahəsi olan 6 saylı mənzilə görə İddiaçı qarşısında hər hansı öhdəlik daşımır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nətiə ilə razılaşır.
28. Müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 531 nömrəli, 05 aprel 2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 111,0 kv.metr təşkil edən 46620 manat dəyərində olan üç otaqlı 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür.
29. Bundan sonra İddiaçı ilə “REAL-2016" MTK arasında varisi olduğu "xxxx" MMC və "xxxx" MTK ilə əvvəllər bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 82 nömrəli, 09 sentyabr 2017-ci il tarixli müqavilədən görünür ki, “REAL-2016" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 A ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 119,5 kv.metr təşkil edən üç 59750 manat dəyərində olan otaqlı 6 saylı mənzili İddiaçı ayırmağı öhdəsinə götürmüşdür.
30. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 531 nömrəli, 05 aprel 2012-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış evinin 5-ci blokunun 2-ci mərtəbəsində yerləşən sahəsi 111,0 kv.metr təşkil edən üç otaqlı 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bir sıra ödənişlər edilmişdir. Bununla belə işin hallarından görünür ki, sonradan tərəflər ("xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK) öz aralarında həmin müqaviləni faktiki olaraq ləğv etmişlər və mənzilə görə ödənilmiş məbləğdən 1000 manat pul xx.xx.2022-ci il tarixdə İddiaçı qaytarılmışdır.
31. İş materiallarından görünür ki, "xxxx" MTK-nın öhdəliklərinə görə Cavabdeh MTK-nın cavabdehlik daşıması barədə hər hansı mötəbər sənəd yoxdur.
32. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə yoxdur. Eləcə də bildirmişdir ki, iddiaçı tərəfindən edilmiş ödənişlər səhv olduğu üçün 1000 manatı geri qatarılmışdır.
33. Bundan başqa müəyyən edilmişdir ki, "xxxx" MTK xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və onun fəaliyyəti hazırda aktiv vəziyyətdədir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyant apellyasiya şikayətində cavabdehin nümayəndəsinin məhkəmə iclasında iddianı qəbul etdiyini bildirsə də bu, iş materiallarında olan məhkəmə iclas protokolu ilə təkzib olunur. Belə ki, cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bidimişdir. Bundan başqa apellyant cavabdehin onun qarşısında öhdəlik daşıdığını bildirsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır.
36. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
37. Qanunvericiliyin tələblərinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilə bilməz.
39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
40. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(012)-181/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir