Məhkəmə qərarları › İş №2(105)-1668/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1668/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1668/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(031)-75/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(031)-75/2021 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) Nı̇ ftəlı̇ yev Farı̇ z İ̇bad oğlunun Cəfərov Etı̇ ram Dünyamalı oğluna qarşı pul tələbinə dair ilk iddiası təmin edilib, Cavabdeh maddi ziyana görə 835 manat və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi və Cəfərov Etı̇ ram Dünyamalı oğlunun Nı̇ ftəlı̇ yev Farı̇ z İ̇bad oğluna qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia qismən təmin edilib, İddiaçı ziyana görə 380 manat, müalicəsi üçün dərmanlara xərclədiyi 153 manat olmaqla, cəmi 533 manat pul və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və İddiaçı və Cavabdeh müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(031)-75/2021 saylı qətnaməsinin sağlamlığa dəymiş ziyanın ödənilməsinin təmin olunmaması hissəsində iddianın təmin olunaraq 1000 manat ziyanın və 15 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Nı̇ ftəlı̇ yev Farı̇ z İ̇bad oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07 fevral 2020-ci il tarixdə ona məxsus olan «Opel» markalı, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı göy rəngli avtomobilini Şabran rayonunun Ceyranlı kəndində bacısının əri Xəzərin evinin qarşısında saxladığı zaman küçədə gələn səslərə çölə çıxıb görmüşdür ki, cavabdeh qara rəngli «Prado» markalı avtomobili ilə onun avtomobilinin yanınddır. Ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona məxsus avtomobilin bütün şüşələri daşla sındırılmış, avtomobilinin yan hissəsinə isə metal parçası ilə çızılaraq «peysər» sözü yazılmışdır. Cavabdehin bu qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsindən ötrü «102» xidmətinə zəng etmiş, bununla əlaqədar Şabran Rayon Polis Şöbəsinin TQ-u tərəfindən araşdırma aparılıb, baş verən hadisənin cavabdeh tərəfindən törədilməsi faktı öz təsdiqini tam şəkildə tapmışdır. Aparılan araşdırma, alınan mütəxəssis rəyi il ona məxsus avtomobilə cavabdehin qanunsuz və hüquqazidd təqsirkar hərəkətləri nəticəsində 835 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də, Cavabdeh onun əmlakına vurduğu 835 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəfərov Etı̇ ram Dünyamalı oğlu qarşılıqlı iddia ərizəsi verərək tələbini onunla əsaslandırmışdır ki, Niftəlı̇ yev Farı̇ z İ̇bad oğlu 21.06.2020-ci il tarixdə əlindəki dəmir parçası ilə ona bir neçə zərbə vuraraq, sol dirsək oynağının arxa səthini, sol əlin ovuc səthini, sol ciyin qurşağını, sol bazu oynağının aktiv hərəkətlərinin məhdudluğunu yaradan xəsarətlər yetirmişdir. Bununla əlaqədar İddiaçı barəsində cinayət işi başlanmışdır və Şabran Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, 1(031)-27/2020 saylı hökmü ilə o, islah işləri cəzasına məhkum edilmişdir. O, aldığı bədən xəsarətlərinin müalicə edilməsi üçün və sağlamlığının bərpa edilməsi üçün 1000 manat xərci çıxmışdır. Bundan əlavə hadisə baş verən vaxtda İddiaçı onun avtomobilinə 380 manat məbləğində ziyan vurmuşdur. Ona dəymiş ziyanı tələb etsə də Cavabdeh heç bir maddi köməklik göstərməmişdir. Ona görə də, İddiaçı ona dəymiş 1380 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 26 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin sağlamlığına dəymiş ziyanın ödənilməsinin təmin olunmaması hissəsində iddianın təmin olunaraq 1000 manat ziyanın və 15 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 18 fevral 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı dəymiş ziyanla bağlı prossesual qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. 12 fevral 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, «Opel ASTRA» markalı, tünd göy metalik rəngli, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə texniki baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: alın şüşə-1 ədəd qiyməti 85 manat, qabaq sağ qapı şüşə-1 ədədqiyməti 60manat, qabaq sol qapı şüşə-1 ədəd qiyməti 60 manat, arxa sağ qapı şüşə-1 ədəd qiyməti 60 manat, arxa sol qapı şüşə-1 ədəd qiyməti 60 manat, arxa salon şüşə-1 ədəd qiyməti 80 manat, qabaq kapotun burun hissəsinin əzilməsi, avtomobilin sağ tərəfinin cızılması 2 qapısı, qabaq kapotun cızılması, keramika şüşələr-2 ədəd qiyməti 30 manat, avtomobilin detallıran çıxan xərc-405 manat, dəmirçinin zəhmət haqqısı materialı ilə birlikdə-220 manat, rəngsazın zəhmət haqqısı material ilə birlikdə-210 manat, avtomobilə ümumi dəyən ziyan-835 manat təşkil edir. Şabran Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(031)27/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib qazancının 10% dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli, 9/5427 saylı rəyi ilə «Surra» avtomobillərə servis xidməti məntəqəsinin 12.02.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əasən avtohissələrin qiymətləri nəzərə alınmaqla1998-ci il buraxılışlı «Opel Astra» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 865.0 manat müəyyən edilir. Şabran Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(031)433/2020 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 380 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Satış çekindən görünür ki, 11 yanvar 2021-ci il tarixdə Zeytun 2 №-li aptekdən 153 manat dəyərində dərman almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, o, 2 №-li aptekdə müdir-satıcı işləyir. Cavabdeh tanıyır. Keçən ay Cavabdeh Tövsiyyə vəsiqəsində göstərilən ağrı kəsici dərmanları satmışdır. Ona satış barədə qəbz də vermişdir. Təqdim olunan qəbz onundur. O, iyun ayında da Cavabdeh dərman satmışdır. Lakin, satdığı dərmanların qəbzini çıxarmaq mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ziyana görə 380 manat, müalicəsi üçün dərmanlara xərclədiyi 153 manat olmaqla, cəmi 533 manat pul və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(031)-75/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar