Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1669/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının X4 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iş üzrə Qobustan Rayon Məhkəməsinin e-2(026)-320/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim R.Xəlilov) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mərhum X2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatına 871saylı kredit müqaviləsi üzrə olan 3993,27 manat əsas, 6869,88 manat faiz borcu olmaqla, cəmi 10863,15 manat borc məbləğinin varisi X1 tutulması, borc tələbinin ipoteka qoyulmuş X2 varisi olan X4 məxsus Qobustan rayon H. Əliyev prospektində yerləşən 54 saylı fərdi yaşayış evinə 0,06 ha həyətyanı torpaq sahəsini ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına X3 İddiaçı QSC-yə olan 10863,15 manat kredit borcunun və 122,59 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan kredit təşkilatına ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması və baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh X5 qərardaddan şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin olunması, Qobustan Rayon Məhkəməsinin e-2(026)-320/2024 nömrəli 06 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işin məhkəmə iclasının 26 sentyabr 2024-cü il tarixə, saat 11:10-a təyin edilməsi qərara alınmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı həmin qərardaddan şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(026)-320/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin olunmaması, şikayət işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı QSC BOKT-un iddia ərizəsinin geri qaytarılması və baxılmamış saxlanılması qərara alınmış, Cavabdeh bu nəticədən narazı qalaraq qərardaddan şikayət vermiş, birinci istansiya məhkəməsi şikayəti təmin edərək, qərardadı ləğv etmiş və mübahisəyə baxılması üçün məhkəmə iclası təyin etmişdir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin mənasına görə qərardaddan şikayət ilk növbədə həmin qərardadı qəbul etmiş hakimə verilməlidir. Şikayətə baxılmasının nəticəsində hakim ya şikayət edilən qərardadın dəyişdirilməsi barədə yeni qərardad qəbul edir, ya həmin qərardadı ləğv edir, ya da şikayəti təmin etməyib əvvəlki qərardad ilə razılaşaraq şikayəti baxılması üçün 7 gün müddətində apellyasiya məhkəməsinə göndərir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 267.1. maddəsində qərardadın şikayətin verilməsinin mümkünlüyü təkcə həmin qərardadın müstəqil akt şəklində çıxarılması ilə deyil, qərardaddan şikayət hüququnun Mülki Prosessual Məcəllədə göstərilməsi ilə əlaqələndirilir. Odur ki, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsinin əsasları MPM-nin 395-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə mübahisələndirilən qərardad şikayət verilməsi nəzərdə tutulan qərardadlara aid deyil, çünki mövcud qərardad işin sonrakı hərəkətlərinə mane olmur. Mövcud halda birinci instansiya məhkəməsi bu növ qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamasına əhəmiyyət verməmiş, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadından verdiyi şikayətini geri qaytarmaq əvəzinə müzakirə edərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 2(105)-1669/2024 nömrəli qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Qobustan Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1669/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1669/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver