Məhkəmə qərarları › İş №2(105)-167/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-167/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-167/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Cavabdeh3 Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehlər Cavabdeh1, İsmayılov Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)-8690/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 **********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pul, eyni tarixli **********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 020**********9 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 ABŞ dolları mələğində, eyni tarixli 020**********2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin müqavilənin təmini üsulu kimi İddiaçı MM QBKT ilə digər cavabdeh (zamin) Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olaraq borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağına dair üzərinə öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı MM QBKT ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 020**********9 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 ABŞ dolları məbləğində, eyni tarixli 020**********2 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 manat məbləğində kredit verilmiş, uzun müddət krediti və hesablanmış faizləri vaxtı-vaxtında ödəsə də, hal-hazırda o, imkanı olmadığı üçün müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Həmin müqavilənin təmini üsulu kimi, İddiaçı MM QBKT ilə digər cavabdeh (zamin) Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Banka olan borcunu ödəyə bilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)-8690/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 020**********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pul, eyni tarixli 020**********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat və ödənilmişç 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən narazı qalan Cavabdeh2 06 sentyabr 2023- cü il tarixdə apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)-8690/2017 nömrəli qətnaməsinin qismən, Cavabdeh2 İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülki iş üzrə onun iştirakını təmin etmədən iclas keçirərək qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bu da onun konstitusion hüquqlarının pozulmasıdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar və subutlar hakim tərəfindən lazımınca tədqiq edilməmişdir. Cavabdeh2 hüquqlarının pozulması ilə qəbul olunmuş ədalətsiz qətnamə xx.xx.2023-cü il tarixidə onlara təqdim olunmuşdur. Bu barədə sübut mülki işin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəfər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 357.2-ci maddəsinə görə, həmin hüquqa, iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış, müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və acıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrininin tələblərinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Hesab edirlər ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8690/2017 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi qismən, yəni mülki iş üzrə cavabdeh (zamin) Cavabdeh2 İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə pul tutulması hissəsində ləğv olunmalı və iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8690/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən, yəni mülki iş üzrə cavabdeh (zamin) Cavabdeh2 İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə pul tutulması hissəsində ləğv olunması və iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-8690/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasında mülki iş üzrə cavabdeh (zamin) Cavabdeh2 münasibətdə dönüş edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehlərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 dair hissədə ləğv edilməli, onlara münasibətdə yeni qətnamə çıxarılmalı, iddia onlara aid hissədə təmin olunmalı,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılov Cavabdeh3 020**********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pul icra olunan vaxta Azərbaycan manatı məzənnəsi ilə və 020**********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 020**********9 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 ABŞ dolları məbləğində, eyni tarixli 020**********2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 23,81% ödəmək şərti ilə 12500 ABŞ dolları kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (zamin) Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olaraq borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağına dair üzərinə öhdəlik götürmüşdür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı Məhdud Məsuliyyətli QBKT-yə olan borcunun məbləği 020**********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pul, eyni tarixli 020**********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat təşkil etmişdir. Lakin cavabdeh göstərilən kredit və faiz üzrə yaranmış borcunu qaytarmamış, iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Belə ki, işin 88-ci vərəqində olan apellyasiya şikayəti vermiş Cavabdeh2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ona həmin şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmiş və yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942V, ev 95, mənzil 52-dir. İş materiallarından isə görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2017-ci il tarixində verilmiş, həmin iddia ərizəsində Cavabdeh2 yaşayış ünvanı düzgün olmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-5, Hərbi şəhərcik göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci madəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə hallarından biri kimi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması göstərilmişdir. Bundan əlavə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən qabaq 11 aprel 2017-ci ildə vəfat etmişdir. Ona görə ölmüş şəxsə qarşı qaldırılmış iddia hissəsində işə qərardad çıxarılmaqla xitam verilməlidir. Belə ki, Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Zaminlik müqaviləs üzrə imzanın apellyasiya şikayəti verən şəxsə məxsus olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə əlaqədar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1932/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 020**********9 saylı və xx.xx.2015-ci il tarixli 020**********2 saylı kredit müqavilələrindəki “imza” qrafasındakı imzalar cavabdeh (zamin) Cavabdeh2, yoxsa başqa şəxs tərəfindənmi icra olunmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1967 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi 15 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Rəydə aşağıdakılar qeyd olunmuşdur: Mülki işin 6-7-ci vərəqlərində olan İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 020**********9 nömrəli kredit müqaviləsinin 1-ci vərəqin aşağı hissəsində soldan 3-cü imza və 2-ci vərəqin arxa hissəsində “zamin Cavabdeh2 imza” qrafasındakı imza və mülki işin 9-10-cu vərəqlərində İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli. 020**********2 nömrəli kredit müqaviləsinin 1-ci vərəqin aşağı hissəsində soldan 3-cü imza və 2-ci vərəqin arxa hissəsində “zamin Cavabdeh2 imza” qrafasındakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Hazırkı işin araşdırılmış hallarından da görünür ki, işin 31, 40 və 53-cü səhifələrində olan cavabdeh İsmayılov Cavabdeh3 ünvanlanmış məhkəmə iclaslarının keçirilməsinə dair bildiriş məktubları “bu ünvanda yaşamır” qeydi göstərilməklə geri qaytarılmışdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İsmayılov Cavabdeh3 birinci instansiya məhkəməsində üzrlü səbəblərdən iştirak edə bilmədiyindən cavabdeh İsmayılov Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 dair hissədə ləğv edilməli, onlara münasibətdə yeni qətnamə çıxarılmalı, iddia onlara aid hissədə təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılov Cavabdeh3 Tofir oğlundan 020**********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pul və eyni tarixli 020**********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, xarici valyutada olan pul öhdəliyi icra zamanı manat məzənnəsi ilə tutulmalıdır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İsmayılov Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)-8690/2017 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayılov Cavabdeh3 dair hissədə ləğv edilsin, onlara münasibətdə yeni qətnamə çıxarılsın. İddia onlara aid hissədə təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılov Cavabdeh3 Tofir oğlundan 020**********9 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11038,85 ABŞ dolları, faiz üzrə 2110,79 ABŞ dolları, cəmi 13149,64 ABŞ dolları məbləğində pul icra olunan tarixə Azərbaycan manatı məzənnəsi ilə və 020**********2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 9907 manat, faiz borcu üzrə 1549,96 manat, cəmi 11456,96 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar