Məhkəmə qərarları › İş №2(105)-1671/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1671/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1671/2022 22.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)- 3307/2022 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə (hakim M.Abbasova) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, e-2(012)-3307/2022 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1975,83 manat əsas borc və 478,34 manat faiz borcu olmaqla, cəmi 2454,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və e-2(012)-3307/2022 saylı mülki iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mülki işin icraatına xitam verilməsi qanunsuzdur. Belə ki, cavabdehin ölümündən sonra vərəsəsinin və ya vərəsəlik işinin açılıb açılmaması barədə sorğu notariat ofisinə verilməmişdir. Nəticədə heç bir cavab əldə edilməmişdir. Bu səbəbdən sözügedən qərar qanunsuz və əsassızdır. Yəni məhkəmə zamanı müəyyən sorğular verilməli cavab əldə edilməli halda, hakim heç bir sorğusuz mülki iş üzrə icraata xitam vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən, icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən iddiaçı "xxxx" ASC narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan “vətəndaşın şəxsi məlumatı” bölməsində Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd olunmalıdır ki, MPM-nin 50.3. maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Mülki Məcəllənin 25.2. maddəsinə görə isə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Hazırkı işdə Cavabdeh hələ iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl öldüyündən o, yuxarıda qeyd olunan qanunvericiliyin tələbi baxımından cavabdeh hesab edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq işin icraatına xitam verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli və onunla bağlı 24 iyun 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli və onunla bağlı 24 iyun 2022ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar