Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1671/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 2.739 (iki min yeddi yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"ASC (hazırda ləğv prosesində olan "xxxx" ASC) ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin kredit götürüldükdən sonra cavabdeh "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru olan Cavabdeh müxtəlif bəhanələr yaradaraq "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 07 noyabr 2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq götürdüyü kredit borcunun aylıq ödənişlərini (əsas borc və faizləri) ödəməkdən yayınırdı və nəticədə borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi təhlükəsi yaranırdı. Bununla bağlı olaraq 2008-ci ilin fevral ayında İddiaçı Cavabdeh ilə görüşərək ondan cavabdeh "xxxx" MMC-nin adına götürdüyü kredit borcunun aylıq ödənişlərini etməsini tələb etmişdir. Lakin Cavabdeh həmin kredit üzrə bank faizlərini ödəmək imkanı olmadığını bəhanə gətirərək iddiaçıdan üç aylıq ödəmələri onun əvəzinə borc olaraq ödəməyi xahiş etmiş və söz vermişdir ki, 6 (altı) ay müddətindən sonra iddiaçının ödədiyi pulu geri qaytaracaq. Cavabdeh həmçinin söz verdi ki, kreditə götürüldüyü pulu tam şəkildə banka qaytaracaq və iddiaçının qardaşı X2 məxsus qeyri-yaşayış sahəsini ipotekadan azad edəcək. Bundan sonra "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcuna görə iddiaçı tərəfindən "xxxx" ASC-yə 08 fevral 2008-ci il tarixdə 25.380 (iyirmi beş min üç yüz səksən) manat, 29 mart 2008-ci il tarixdə 25.410 (iyirmi beş min dörd yüz on) manat, 26 may 2008-ci il tarixdə 25.960 (iyirmi beş min doqquz yüz altmış) manat və 02 mart 2009-cu il tarixdə 1.616 (min altı yüz on altı) manat pul ödənmişdir. İddiaçı ümumilikdə Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna görə borc olaraq 78.366 (yetmiş səkkiz min üç yüz altmış altı) manat "xxxx" ASC-yə pul ödəmiş və aralarında olan razılığa əsasən Cavabdeh 6 (altı) ay müddətində həmin pulu iddiaçıya geri qaytaracaqdır. Lakin Cavabdeh öhdəliyini icra etmədiyindən İddiaçı 2011-ci ildə Cavabdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 78366 manat məbləğində borcun və həmin borca görə hesablanmış 8228,40 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-5314/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 78.366 manat və həmin borca hesablanmış 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1711/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-5314/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirləri həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Yuxarıda qeyd etdiyi kimi, kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edildiyindən, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçı qardaşına məxsus olan kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə tələb yönəldilmişdir. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının qardaşının adına rəsmiləşdirilsə də faktiki sahibi iddiaçı özü olmuşdur. Bu səbəbdən iddiaçı təkrar olaraq Cavabdeh ilə görüşmüş və aralarında razılıq əldə etmişlər ki, xx.xx.2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsi banka 2.000.000 ABŞ dollarını ödəyəcək, bank ipoteka predmeti olan qeyri-yaşayış sahəsini ipoteka yüklülüyündən azad edəcək və Cavabdeh 2.000.000 ABŞ dollarını iddiaçıya geri ödəyəcəkdir. Əldə edilən şifahi razılığa uyğun olaraq xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları və xx.xx.2014-cü il tarixdə 1.000.000 (bir milyon) ABŞ dolları İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Lakin cavabdeh Bank qarşısında və iddiaçı qarşısında öz öhdəliklərini icra etməmişdir. Xüsusilə qeyd edir ki, "xxxx" ASC barəsində iflas proseduru başladığından və ləğvetmə prosesi davam etdiyindən, iddiaçı bu günədək reqres tələbi ilə məhkəməyə müraciət etməmişdir. Müraciət etməməsinin səbəbi ondan ibarət olmuşdur ki, Cavabdeh son illər ərzində dəfələrlə iddiaçını əmin etmişdir ki, o özünə məxsus olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən torpaq sahəsinin ölçüsü 4.0 ha, ümumi sahəsi 3784.2 kv.m təşkil edən əmlak kompleksi kimi müəssisəni qısa müddətdə satacaqdır və ona olan borcunu tam ödəyəcəkdir. Lakin cavabdeh öhdəliyini icra etməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) pul vəsaitinin və ödənilmiş 2.490 (iki min dörd yüz doxsan) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə 2.490 (iki min dörd yüz doxsan) manat, müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi üçün 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin ödənilmiş rüsum da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa hüquqularının müdafiə edilməsi üçün vəkillə bağladığı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır.
3. İş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində iddia müddətini axını 2015-ci ilin may ayının 08-dən başladığını və üç il, yəni 08 may 2018-ci ilə kimi davam etdiyini göstərmiş, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir.
4. İş üzrə Cavabdeh təqdim etdiyi iddiaya etirazını onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. İddia tələbini qəbul etmir. Bildirir ki, İddiaçı bu işlərə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbində bildirir ki, guya onunla İddiaçı arasında razılıq olmuşdur ki, onun borcunu ödəyəcək, iddiaçı əmlakı ipoteka yüklülüyündən azad edəcək, sonra o, ona həmin pulu ödəyəcək. Qeyd etmək istəyir ki, onların aralarında belə bir razılaşma olmamışdır. Guya sonra iddiaçı "xxxx" ASC-nə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə 500000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 500000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə ******* (bir milyon) ABŞ dolları pulu ödədiyini qeyd edir. Halbuki həmin vaxtdan da əvvəl "xxxx" ASC, "xxxx" MMC, o, X3 arasında məhkəmə işləri gedirdi. Tərəflər arasında ümumi mübahisənin barışıq yolu ilə həll edilməsi üçün razılaşdırılmalar aparılırdı. Bu səbəbdən də "xxxx" ASC, "xxxx" MMC, X3 arasında 15 may 2014-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Məhkəmədə olan işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1680/2014 saylı, 29 may 2014cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, icra vərəqəsinə əsasən "xxxx" ASC X1 əmlakını ipotekadan azad etmiş, onun əvəzində "xxxx" MMC və onun direktoru Cavabdeh "Azəriqazbank” ASC-nin iddiaları üzrə ümumilikdə 3.333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və borcu 1 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra həmin borc onun əmlakına yönəldilmişdir. Həmin borca görə əmlakı satışa qoyulmuşdur. X1 borcuna görə əmlakına yönəldiliyi halda borcu etiraf etdiyi halda niyə İddiaçı ilə razılıq əldə etməliydi. Bundan başqa borca görə artıq əmlakı üzərinə həbs qoyulmuşdur. Belə olan halda eyni bir borc məbləğinə görə o, neçə dəfə borc ödəməlidir? İddiaçı kim deyib ki, kredit müqaviləsi üzrə borcu ödəsin? İddiaçı heç bir əsas olmadan ondan qanunsuz olaraq pul tələb edir. Bundan əlavə əgər borcu ödəmişdisə axı niyə bu vaxta 2.000.000 ABŞ dolları məbləğində pulu ondan tələb etmirdi? Niyə 9 ili gözləyirdi? Əgər onun borcundan ödəniş olunubsa? Bütün bunlar iddiaçının ona qarşı olan oyunudur. Məqsəd onun hesabına əsassız varlanmaqdır. Onun "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcu yalnız "xxxx" ASC-nədir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1680/2014 saylı, 29 may 2014-cü il tarixli qərardadı qəbul edilmiş və icra vərəqəsi verilmişdir. Hazırda da kredit müqaviləsinə görə onun əmlakı satışdadır. İddiaçı ona qarşı olan pul tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir.
5. Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Vüqar Seyidov).
6. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişir ki, "xxxx"ASC (hazırda ləğv prosesində olan "xxxx" ASC) ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru olan Cavabdeh həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi barədə öhdəlik götürmüş, lakin öhdəliyini icra etməmiş, banka olan öhdəliyin icra etməməsi hazırki iş üzrə iddiaçının əmlakının hərracda satılaraq özgəninkiləşdirməsi təhlükəsi yarandığından, iddiaçı öz şəxsi vəsaiti hesabına "xxxx" MMC-nin banka olan borcunu ödəmişdir. Bununla da cavabdeh Əliyev X6 Ağa Yaqub oğluna 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır.
7. Məhkəmə iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.2, 427.1, 427.2, 327.3, 442, 443.1, 443.2, 445.1, 448.1, 448.2, 472.1, 475.1, 475.2, 475.3, 739.1, 739.2, 740, 742.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
9. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, müvəkkili Cavabdehlə danışıb, tərəflər razılığa gəliblər. Amma həmin razılaşma mübahisənin üçüncü tərəfi olan bank tərəfindən də təsdiq olunmalıdır. Barışıq üzrə yekun nəticə məlum olmadığından hazırda apellyasiya şikayətindən imtina onların mənafeyinə uyğun deyil. Apellyasiya şikayəti ilə bağlı bildirmək istəyir ki, əgər cavabdeh hər hansı ödəniş etməyə yazılı öhdəlik götürməyibsə, bu zaman ona qarşı hər hansı tələb də yönələ bilməz. Tələb üzrə iddia müddəti də ötüb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu birinci instansiya məhkəməsində bütün sənədləri məhkəməyə təqdim edib. O sənədlərdən də görünür ki, ******* ABŞ dolları məbləğini cavabdehin yerinə banka ödəyib. Cavabdehlə razılığa gəliblər. Digər tərəflər də bildirdiyi kimi bank barışığa mövqe bildirməlidir. Cavabdehlə və oğlu Zaurla danışıqlar aparılıb. Cavabdehlə mübahisələri olduğu üçün oğlu ilə danışıqları davam etdirmiş və razılığa gəliblər ki, əmlakın 80 faizi onun adına keçiriləcək, 20 faiz də cavabdehin oğlu Zaur Əliyevin adında qalacaq və o, əmlakı idarə edəcək. Hazırda əmlakın üzərində həbs var. Cavabdeh hər vəchlə məsələnin həllindən yayınır. Daha sonra qeyd etdi ki, “AG Bank”a pulu o ödəyib, Həmid Şükürlü onun qardaşıdır. Müqaviləni qardaşı bağlasa da faktiki bütün əmlak onundur. O, pul ödəməklə Cavabdeh borcunu bağlayıb. Cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru idi. Hüseynov İlham isə dayısının oğludur. O müqavilədə də tərəf faktiki olaraq odur. ******* ABŞ dollarını “AG Bank”a ödədi, Bankın direktoru Çingiz Əsədullayev ******* (3 milyon 333 min) ABŞ dolları borca olan tələbi bunun əvəzində ona güzəşt etdi. İlhamla bu barədə danışdı. O da tələbin güzəştinə etiraz etmədi, amma heç bir ödəniş də etmədi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)- 735/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, barışıq sazişində barəsində razılığa gəlmək nəzərdə tutulan borcun bir hissəsi “Kredo Bank”a aid olduğundan bank bu məsələyə razılıq verməlidir. Yoxsa borcun əmlakla əvəzləşdirilməsi barədə razılığa gəlinib. Bankın məsələyə mövqeyini bildirməsini gözləyirlər. Razılıq üzrə dəqiq nəticə olmadan iddiadan imtina etmək sonradan hüquqi mənafelərini risk altına salmış ola bilər. Məhkəməyə təqdim etdikləri ərizələrdə imzalar cavabdehə məxsusdur. Bunu onun vəkili də təsdiq edir. Həmin ərizələr dolayısıyla iddianın etirafıdır. “Kredo Bank”la cavabdehin borc münasibəti olmasa idi, iddiaçı ilə cavabdeh arasında əvəzləşmə baş tutardı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə mənsubiyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər.
16. Mülki Prosessul Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətindən görünür ki, məhkəmənin qətnaməsinin iddianın təmin edilən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissədə müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsi qismən, Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddaçı İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 izahatında göstərmişdir ki, həqiqətən də İddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcuna görə xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları və xx.xx.2014-cü il tarixdə 1.000.000 (bir milyon) ABŞ dolları "xxxx" ASC-yə ödənilmişdir. Hazırda onda olan məlumata görə həmin məbləğlər ümumi borcdan çıxılaraq Cavabdeh 1.333.017 ABŞ Dolları məbləğində borcu qalmışdır. Hazırki tələbin onlara heç bir aidiyyəti olmadığını bildirərək, işə baxılıb qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı.
22. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1711 saylı, 26 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsini Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh borca görə 78366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,48 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələblərinin "xxxx" MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5314/2011 saylı mülki iş üzrə qəbul etdiyi 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh tərəfindən verilmiş apellaysiya şikayəti təmin edilməmişdir.
23. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, K-3588 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin predmetinə əsasən kreditor borcalana 1.500 000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində kredit ayırmışdır.
24. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 iyun 2008-ci il tarixli, kredit müqaviləsinə 1 №li əlavə razılıqdan görünür ki, əlavə razılığın şərtlərinə əsasən 07 noyabr 2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsinə edilmiş 2 saylı əlavə qüvvəyə minir. Birinci ödəniş 07 iyul 2008-ci il, sonuncu ödəniş isə 07 noyabr 2008-ci il tarixindən gec olmayaraq həyata keçirilməlidir.
25. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2014-cü il tarixdə bağlanılmış barışıq sazişinin mətnindən görünür ki:
26. ”AGBank” ASC Amil MMC-yə və X2 qarşı olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu ii tarixli qətnaməsi üzrə ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və 0.0931 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pulun "xxxx" MMC-nin nin "xxxx" a borcunun ödənilməsinə yönəldilməsi barədə tələbindən imtina etməklə qeyd olunan əmlakı ipotekadan azad edir və gələcəkdə X2 qarşı həmin əmlakla bağlı hər hansı bir tələbinin olmayacağı bildirir.
27. "xxxx" MMC və onun təsisçisi və direktoru olan X10 "xxxx" ASC-nin xx.xx.2008ci il tarixə və xx.xx.2012-ci il tarixə olan iddiaları üzrə ümumilikdə 3.333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir və qeyd olunan barışıq sazişi təsdiq olunduqdan sonra 1 (bir) ay müddətində məbləğin "xxxx" ASC-yə ödənilməsini təmin edir.
28. "xxxx" MMC və onun təsisçisi və direktoru olan Cavabdeh bu saziş üzrə öhdəliklərini icra etmədikdə müvafiq məhkəmə tərəfindən icra vərəqəsi verilir və icra vərəqəsi verilir və icra üçün müvafiq icra şöbəsinə göndərir. "xxxx" ASC “Amil" MMC-dən Azərbaycan Respübİikasınn qanunvericiliyinə uyğun olaraq 3.333,017 ABŞ dolları məbləğinin ödənilməsini tələb edir.
29. X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2013-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətindən imtina edir və bununla bağlı imtina ərizəsi AR Ali Məhkəməsinə təqdim edilir.
30. X5 bağlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 261.0.5, 262,4. maddələrini rəhbər tuturlar və həmin maddələrinin tələblərindən xəbərdardırlar.
31. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2014-cü il tarixli, 2(102)-1680/14 saylı qərarından görünür ki, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh nümayəndəsi X7 və X3 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 30 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmişdir.
32. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC (hazırda ləğv prosesində olan "xxxx" ASC) ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru olan Cavabdeh həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi barədə öhdəlik götürmüş, lakin Cavabdeh öhdəliyini icra etməmiş, banka olan öhdəliyini icra etməməsi hazırki iş üzrə iddiaçının əmlakı hərracda satılaraq özgəninkiləşdirməsi təhlükəsi yarandığından, iddiaçı öz şəxsi vəsaiti hesabına "xxxx" MMC-nin banka olan borcunu ödəmişdir. Bununla da cavabdeh Əliyev X6 Ağa Yaqub oğluna 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində maddi ziyan vurmuş və həm «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən iddianın qiyməti 1.000.000 manatdan çox olduqda 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi miqdarında dövlət rüsumu ödənilir. Ona görə də iddiaçı da ******* manat tələb üzrə 2739 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh də həmin məbləğdə dövlət rüsumunu ödəmək vəzifəsi daşıyır.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh ******* (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddaçı İddiaçı verilməlidir.
34. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqi yardıma görə 500 manat tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardıma görə 500 manat pulun ödənilməsini göstərsə də, bu 500 manatın hüquqi yardım kimi kiməsə (vəkilə və ya nümayəndəyə) ödənilməsini və cavabdeh tərəfdən ona həmin məbləğdə zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini əsaslandırdığı həmin halı sübut edə bilməmişdir. Göstərilənlər 500 manat məbləğində tələbin rədd edilməsi üçün əsasdır.
35. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı qismən təmin etmişdir ki, məhkəmə kollegiyası qeyd edilən nəticə ilə razılaşmır.
36. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli, K-3588 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin predmetinə əsasən kreditor borcalana 1.500000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində kredit ayırmışdır.
37. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 iyun 2008-ci il tarixli, kredit müqaviləsinə 1 №li əlavə razılıqdan görünür ki, əlavə razılığın şərtlərinə əsasən 07 noyabr 2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsinə edilmiş 2 saylı əlavə qüvvəyə minir. Birinci ödəniş 07 iyul 2008-ci il, sonuncu ödəniş isə 07 noyabr 2008-ci il tarixindən gec olmayaraq həyata keçirilməlidir.
38. Bundan başqa iş materiallarında olan və birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2014-cü il tarixli, 2(102)-1680/14 saylı qərarından görünür ki, "xxxx" MMC və onun təsisçisi və direktoru olan Cavabdeh "xxxx" ASC-nin xx.xx.2008-ci il tarixə və xx.xx.2012-ci il tarixə olan iddiaları üzrə ümumilikdə 3.333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir və qeyd olunan barışıq sazişi təsdiq olunduqdan sonra 1 (bir) ay müddətində məbləğin "xxxx" ASC-yə ödənilməsini təmin edir. Yəni həmin qərarın məzmunundan da aydın olunur ki, 3.333.017 manat "xxxx" ASC-yə ödənilməlidir.
39. Bundan başqa iş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcuna görə xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları və xx.xx.2014-cü il tarixdə 1.000.000 (bir milyon) ABŞ dolları "xxxx" ASC-yə ödənilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, eləcə də ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ******* ABŞ dolları "xxxx" MMC-nin "xxxx" ASCyə olan borcunun əvəzindən "xxxx" ASC-yə ödənilmişdir. Bu işin mübahisəsiz halıdır.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ödənilən məbləği Cavabdeh deyil, "xxxx" MMC-dən tələb etməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçının tələb etdiyi borc məbləği Cavabdeh deyil, "xxxx" MMC-nindir. Yəni iddiaya cavab verməli olan şəxs "xxxx" MMC-dir.
42. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməli, tələbə yenidən qiymət verilməli, iddia tələbi cavabdehin iddiaya cavab verməli şəxs olmaması əsası ilə rədd edilməlidir.
43. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
44. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
45. Belə olan halda hazırki iddia tələbinə cavab verməli şəxs "xxxx" MMC olduğundan və Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından iddia tələbi təmin edilə bilməz.
46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
47. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
48. Məhkəmə kollegiyası həmin ərizə ilə bağlı qeyd edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddia müddətinin tətbiqinə dair ərizənin müzakirəsinə lüzum yoxdur.
49. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Məhkəmə, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-nin 14.1-ci maddəsi). Həmçinin məhkəmə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, şahid ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və bütövlükdə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verilməlidir (MPM-nin 88,106.1-ci maddələri).
51. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsi qismən, Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddaçı İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(027)-735/2023 saylı qətnaməsi qismən, Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddaçı İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilmsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.