Məhkəmə qərarları › İş №2(105)-1673/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1673/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1673/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdeh Abasov Kamı̇ l Əzı̇ z oğlunun iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(067)-805/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(067)-805/2021 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızının cavabdeh Abasov Kamı̇ l Əzı̇ z oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli, 2(067)-370/2011 saylı qətnaməsinə əsasən 30.05.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş, 30.05.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X5 hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(067)-805/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızı iddia tələbi ilə məhkəməyə müraciət edib iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2009-cu il tarixli, 2(067)-1069/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 29 iyul 1993-cü ildə anadan olmuş X7, 27 sentyabr 1994-cü ildə anadan olmuş X6, 06 iyun 1998-ci ildə anadan olmuş X10 və 30 may 2007ci ildə anadan olmuş X1 üçün 22 fevral 2011-ci il tarixdən başlayaraq X5 hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq X2 verilməsi qət edilmişdir. Sonradan 3 uşaq yetkinlik yaşına çatmış, lakin 30 may 2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatmamışdır. Maddi vəziyyəti ağır olduğuna görə alimentin artırılmasını istəyir. Cavabdeh hazırda “Amor” şirkətində işləyir və kifayət qədər qazancı vardır. Ona görə də, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli 2(067)-370/2011 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 30.05.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X5 hər ay 176 manat sabit məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 16.03.2021-ci il tarixli qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh K.Ə.Abasov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmsını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı Həsənova ̇İlhamə Vəlı̇ can qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı və iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və cavabdeh K.Ə.Abasovun rəsmi nikah münasibətlərindən 30.05.2007-ci il tarixdə X8 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli 2(067)-370/2011 saylı qətnaməsi ilə 30.05.2007-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində 50 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 940627 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 30.05.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli 2(067)370/2011 saylı qətnaməsi ilə 30.05.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün X5 hər ay 50 manat sabit məbləğdə alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edərkən yetkinlik yaşına çatmayan 30.05.2007-ci il təvəllüdlü Nurəlinin mənafeyini, onların normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması hallarını nəzərə almamış və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. İddia tələbində alimentin məbləği 176 manat tələb edildiyi halda «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən alimentin məbləği həmin həcmdə təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı 30.05.2007-ci il təvəllüdlü Nurəlinin saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə cavabdeh Abasov Kamı̇ l Əzı̇ z oğlundan tutularaq iddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin qismən apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızının cavabdeh Abasov Kamı̇ l Əzı̇ z oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli 2(067)-370/2011 saylı qətnaməsinə əsasən 30.05.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılıb, 30.05.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızına verilməli, qətnamənin «Bu qətnamə ilə müəyyən edilmiş alimentin məbləği qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 30.05.2007-ci il təvvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli 2(067)-370/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş 50 manat sabit pul məbləğində alimentin artırıb, 176 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 126 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (126 X 12 ay) 1512 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(067)-805/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızının cavabdeh Abasov Kamı̇ l Əzı̇ z oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2011-ci il tarixli 2(067)-370/2011 saylı qətnaməsinə əsasən 30.05.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılıb, 30.05.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənova İ̇lhamə Vəlı̇ can qızına verilsin. Qətnamə «Bu qətnamə ilə müəyyən edilmiş alimentin məbləği qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar