Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1674/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin e-2(012)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 134,70 manat, debitor borcuna görə 18.80 manat, dövlət rüsumu üçün 15 manat, cəmisi 168,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 963,40 (doqquz yüz altmış üç manat 40 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 18,80 (on səkkiz 80 qəpik) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1012,20 (bir min on iki manat 20 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçının nümayəndəsi X2 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh qazdan qeyriqanuni istifadə etməklə iddiaçıya 963,40 manat məbləğində ziyan vurmuşdur. Abonent saldosundan da görünür ki, cavabdeh heç bir ödəniş etmədən qazdan istifadə edib. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən, təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 134,70 manat pulun tutulması hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixində AKX-0123215/082019 nömrəli, daha sonra xx.xx.2020-ci il tarixində AB0046 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»sinin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Abşeron rayonu, Novxanı kəndində (abonent kodu: **********08380) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. Bu əsasda ona 8856 kub.m. təbii qazdan sərfiyyata görə 885.60 manat ziyana görə cərimə yazılmışdır. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, istehlakçı Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar edilmişdir. Bu əsasda ona 778 kub.m. təbii qazdan sərfiyyata görə 77.80 manat ziyana görə cərimə yazılmışdır. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 77.80 manat ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 18.80 manat debitor borcu qalmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh yaşadığı (abonent kodu: **********08380) ünvanında qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hesablanmış xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 8856 kub.m. təbii qaz sərfiyyatına, xx.xx.2020-ci il tarixli, ******* saylı əsasında 778 kub.m. təbii qaz sərfiyyatına görə cavabdehin həmin ünvan qış ayları üçün təbii qazdan sərfiyyatın məbləği ilə əsaslı şəkildə fərqləndiyindən məhkəmə analoji olaraq qış ayları üçün 44,90 manat, orta hesabla 44,90 x 3 = 134,70 manat cərimə məbləğini ədalətli məbləğ hesab edərək iddianın cərimə borcu hissəsində qismən təmin edilərək 134,70 manat müəyyən edilməli olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə Cavabdeh məxsus evdə sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edilməsini müəyyən etsə də yekunda iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh özünə məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə sayğacdan kənar qaz xətti aşkar olunmuş, bu fakt iş materiallarında olan fotoşəkillərlə təsdiq edilmişdir. İş materiallarından görünür ki, cavabdeh barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 77.80 manat ziyan hesablanılmışdır. Göründüyü kimi, cavabdehin qaz sayğacına qanunsuz müdaxiləsi aşkar edilərək barəsində akt tərtib edilməsinə baxmayaraq cavabdeh qaz sayğacına təkrar qoşularaq qazdan qanunsuz istifadə etmiş, hər dəfə akt tərtib edilərək çəkilişlər aparılmışdır. İş materiallarıdna olan fotoşəkillərdən də göründüyü kimi çəkilişlər fərqli zamanlarda aparılmış və sayğaca qanunsuz qoşulmalar da fərqli şəkildə olmuşdur. Bu səbəbdən də qeyd edilən halın iddiaçı tərəfindən hərəkətsizliyi kimi qəbul etmək əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına fərqli zamanlarda qanunsuz qoşulması işin təkzib edilməz halıdır. Qaz sayğacına qanusuz qoşulma nəticəsində iddiaçı təşkilat ziyan dəymiş və həmin ziyanı tələb etmək də iddiaçı təşkilatın qanunla qorunan hüququdur. Bu səbəbdən də ayrıayrılıqda cavabdeh barəsində akt tərtib edilməsi iddiaçı təşkilatın hərəkətsizliyi kimi də qiymətləndirilməməlidir. Belə ki, ilk aktlar tərtib edildikdən sonra cavabdeh təkrar qaz sayğacına qanunsuz qoşulması iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiqini tapmışdır. Bununla da cavabdeh tərəfindən iddiaçı təşkilata 963,40 manat (885.60 +77.80) ziyan vurmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Belə ki, iddia qismən təmin edildiyi üçün birinci instansiya məhkəməsi 15 manat dövlət rüsumunun tutulması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 134,70 manat pulun tutulması hissəsində ləğv edilməli, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 134,70 manat borcun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyana görə 963,40 manat məbləğində pul və dövlət rüsumu üçün 30 manat tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1733/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyana görə 963,40 manat məbləğində pul və dövlət rüsumu üçün 30 manat tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1674/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1674/2022
06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver