Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1674/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-246/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.İmanova) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun, eləcə də 60 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4060 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə mərhum həyat yoldaşı X2 ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2020-ci ildə qohumu olan Cavabdeh həyat yoldaşından 4000 manat borca pul alaraq, həmin pulu 2 ay ərzində qaytarmağa söz versə də, sonradan verdiyi sözə əməl etməmişdir. Daha sonra isə məlum olmuşdur ki, cavabdeh əvvəllər vətəndaşların külli miqdarda pulunu ələ keçirdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il, 1(103)-775/12 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şərti məhkum edilmişdir. Lakin o, həmin məhkəmə hökmündən nəticə çıxarmamış və sonradan həyat yoldaşı Bahar Cəbrayılovadan yuxarıda qeyd etdiyi 4000 manat pulu borc alaraq qaytarmamışdır. 2021ci ilin yanvar ayında həyat yoldaşı Nəsimi Rayon Məhkəməsində cavabdehə qarşı həmin pulun geri qaytarılması barədə iddia qaldırmış, lakin cavabdeh Zəngilan rayonunda qeydiyyatda olduğu üçün məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-2332/2021 nömrəli qərardadı ilə ona Zəngilan rayonuna müraciət etməsi tövsiyə edilmişdir. Həmin qərardaddan sonra həyat yoldaşı cavabdehə qarşı eyni iddia tələbi ilə Zəngilan rayonuna müraciət etmişdir. Həmin ərəfədə o, "Koronovirus pandemiyası"-na yoluxmuş, bu xəstəlikdən sağalan kimi insult və yanaşı gedən digər xəstəliklərə düçar olmuşdur. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı vəfat etmiş və onun ölüm haqqında şəhadətnaməsində həmin xəstəlikləri ilə bağlı müvafiq qeyd aparılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-433/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən isə həmin iddia tələbi baxılmamış saxlanılmışdır. Hazırda o, həyat yoldaşı X1 hüquqi varisi olaraq qeyd etdiyi iddia tələbini yenidən irəli sürmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Zəngilan Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddia tələbinin təmin edilməməsinə səbəb kimi belə göstərilir ki, mərhum həyat yoldaşı X2 tərəfindən cavabdehə 4000 manat məbləğində pul vəsaitinin verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin bu mülahizəsi ilə razılaşmayaraq qeyd etmək istəyir ki, Cavabdeh qətnamədə olan izahatından görünür ki, o, başqa bir işdə iddia tələbində göstərilən pulu almasını etiraf etsə də, lakin həmin pulu qaytarmışdır. Beləliklə həmin izahatında Cavabdeh pulu almasını etiraf etsə də, lakin onu qaytarması barədə dediklərini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Əgər sübut təqdim edə bilməmişsə demək, pulu qaytarmamışdır. Lakin məhkəmə əsassız və məntiqsiz olaraq pulun cavabdehə verilməsi faktını sübut etməyi onun üzərinə qoyur. Buna isə ehtiyac qalmamışdır. Çünki, cavabdeh qətnamədə olan izahatında pulu almasını tam etiraf etmişdir. Məhkəmə cavabdehin etirafına əsaslanaraq iddianı təmin etmək əvəzinə bunu etməməklə, faktiki hallara aydınlıq gətirməmişdir. Hakim tərəfindən qətnamənin nəticə hissəsində iddia tələbi təmin edilməsə də, lakin qətnamədə işin hallarına və tərəflərin münasibətinə qiymət verilməmişdir. Bu da qətnamənin ədalətsiz və qanuna zidd qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına qəti uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı cavabdehin onun mərhum arvadından 4000 manat borc pul aldığını və həmin pulu onlara qaytarmadığına istinad etsədə, cavabdeh iddianı qəbul etmədiyini və heç bir sənədə imza etmədiyini əsas gətirərək iddiaya etiraz etmişdir. Qeyd olunmalıdır ki, bu cür tələb üzrə ilk növbədə borc müqaviləsinin bağlanması və həmin vəsaitin borcluya verildiyini sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh borc müqaviləsi bağlandığını və müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1674/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1674/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver