Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1676/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(012)-1458/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(012)-1458/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 1237.20 manat və 227.20 manat debitor borcu olmaqla, cəmi 1464.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkil xərcinə görə 40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(012)-1458/2022 nömrəli qətnaməsininin iddianın təmin edilməmiş hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 7124.40 manat, təbii qazdan istifadəyə görə 227.20 manat, 93.18 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Ak2/4109 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədəmüqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********06740 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı, 40016183 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017 il tarixli, ******* saylı akt əsasında 453.60 manat, xx.xx.2017 il tarixli ******* saylı akt əsasında 478 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 628.40 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 201.60 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 488.40 manat, xx.xx.2018 il tarixli ******* saylı akt əsasında 230.40 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 129.60 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 640.80 manat, xx.xx.2020-ci il tarixli 02961646 saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, avqust 2021-ci il tarixli akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat, oktyabr 2021-ci il tarixli akt əsasında 295.20 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 7124.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmiş, nəticədə 227.20 manat borcu yaranmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 7317.70 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 04 may 2022-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 88, 220, 388, 390-cı maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı İB və istehlakçı Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AK-2/ 4109 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 453.60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 478 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 628.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 488.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 129.60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640.80 manat, xx.xx.2020-ci il tarixli 02961646 saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, avqust 2021-ci il tarixli akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat, oktyabr 2021-ci il tarixli akt əsasında 295.20 manat İddiaçı İB-nə zərər dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təhcizatı haqqında” Qanunun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Nəzərə alınmalıdır ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində İddiaçı İB-nə maddi zərərin dəyməsi halı təsdiq edildikdən sonra bir daha bu hala yol verməyəcəyinə nəzarət olunması və Cavabdeh sayğac vasitəsi ilə istifadə etməsi üçün tədbirlər görülməsinə nəzərət İddiaçı İB-nin vəzifəsi olmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarina və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 628,40 manat və xx.xx.2020-ci tarixli, ******* nömrəli akt üzrə 885,60 manat pulun tutulması hissəsində də iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər aktlar əsasında hesablanmış zərərin tutulması hissəsində dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada tam təmin edilməsi üçün əsas ola bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf iddianın tam təmin olunması barədə apellyasiya şikayətinin dəlillərini tam sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 628,40 manat və xx.xx.2020-ci tarixli, ******* nömrəli akt üzrə 885,60 manat pulun tutulması hissəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış pul vəsaitinin tutulub İddiaçı hesabına ödənilməsi hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin «İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli, ******* nömrəli akt üzrə 628,40 manat və xx.xx.2020-ci tarixli, ******* nömrəli akt üzrə 885,60 manat pulun tutulması» hissəsində ləğv olunaraq iddia həmin hissədə təmin edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Hazırda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4373,20 manat təşki edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(012)-1458/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə 628,40 manat və xx.xx.2020-ci tarixli, ******* nömrəli akt üzrə 885,60 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ750İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə - «Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 1237.20 manat və 227.20 manat debitor borcu olmaqla, cəmi 1464.4 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkil xərcinə görə 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına tutulsun.» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1676/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1676/2022
14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver