Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1678/2023 02.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, e-2(012)-849/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 515 (beş yüz on beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 15 iyun 2013-cü il tarixədək qaytarılması şərti ilə ******* manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən şərtləşdirilmiş müddətdə qeyd olunan borc məbləği qaytarılmadığına görə, ödənilməmiş ******* manat məbləğində pul vəsaitinin tutulmasına dair Bakı şəhəri 49 saylı Notariat Konturu tərəfindən xx.xx.2015-ci il tarixli icra qeydi verilmişdir. Buna baxmayaraq, Cavabdeh həmin borcun qaytarılmasını bu günədək təmin etməmiş, bunun nəticəsində isə ona külli miqdarda zərər vurmuşdur. Bu əsasdan çıxış edərək pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün ödənilməmiş borc məbləğinin son üç ili üçün, hər il üçün illik beş faiz (1500000 x 5%=75000 bir illik faiz; 75000 x 3 il = 225000) miqdarında, yəni 225000 manat məbləğində pul vəsaiti (faiz) tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, e-2(012)-849/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, e-2(012)-849/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 15 iyun 2013-cü il tarixədək qaytarılması şərti ilə ******* (bir milyon beş yüz min) manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən şərtləşdirilmiş müddətdə qeyd olunan borc məbləği qaytarılmadığına görə, ödənilməmiş ******* (bir milyon beş yüz min) manat məbləğində pul vəsaitinin tutulmasına dair Bakı şəhəri 49 saylı Notariat Konturu tərəfindən xx.xx.2015-ci il tarixli icra qeydi verilmişdir. Buna baxmayaraq Cavabdeh həmin borcun qaytarılmasını bu günədək təmin etməmiş, bunun da nəticəsində ona külli miqdarda zərər vurmuşdur. Bu əsasdan da çıxış edərək pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün ödənilməmiş borc məbləğinin iddia qaldırılan tarixədək son üç ili üçün, hər il üçün illik beş faiz (1500000 x 5%=75000 bir illik faiz; 75000 x 3 il = 225000) məbləğində, yəni 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin (faizin) ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin maddəyə edilmiş xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən həmin maddə yeni redaksiyada verilmiş və yeni redaksiyada verilmiş Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ehtiva olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ehtiva olunmuş hüquqi mövqeyi bir daha təkrar olunmuşdur. Buna baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş icra qeydinə əsasən müvafiq icra qurumunda icraata başlanılmış, lakin sonradan onun ərizəsi əsasında icra qeydi geri qaytarılmış, bundan sonra tərəflər arasında 2019-cu ildən 2022-ci ilədək məhkəmə çəkişmələri olmuş və son nəticədə məhkəmə borcun məhkəmə qaydasında deyil, icra qeydi əsasında tutulmalı olması qənaətinə gəlmişdir. Başqa sözlə hazırda əsas borca 5 faiz tətbiq edilməklə tələb edilən 3 illik müddətin keçməsi onun təşəbbüsü ilə olmuşdur ki, bu məhkəmə çəkişmələri məhz onun iddiası əsasında başlanmışdır. Belə olan halda 2019-cu ildən 2022-ci ilədək gecikdirilmiş 3 il müddət üçün 5 faiz iddiaçının pul tələb etməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, icra qeydinin icra olunmadan geri qaytarılması və ya tərəflər arasında məhkəmə mübahisəsinin olması, pul vəsaitini istər məhkəmə, istərsə də icra qeydi əsasında tutulmalı olması, borclunun gecikdirilmiş məbləğə 5 faiz ödəmək məsuliyyətindən azad etmir. Son nəticədə borclu 29 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş borc məbləğini 15 iyun 2013-cü il tarixədək qaytarmadığından, onun həmin tarixdən başlayaraq borc məbləği tam ödənilən ana qədər gecikdirilmiş vaxt üçün 5 faiz ödəmək məsuliyyəti qalmış olur və kreditor istənilən anda və istənilən müddət üçün həmin faiz borcunu tələb etmək hüququna malikdir. Həmçinin qeyd etmişdir ki, işə baxan məhkəmə heç bir əsas olmadan iddia tələbi üzrə 3 illik iddia müddətinin keçməsinə dair əsassız nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırkı iddia tələbinin əsası kimi pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün ödənilməmiş borc məbləğinin iddia qaldırılan tarixədək son üç il üçün 5 faizin ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi hazırkı iddia tələbi ilə bağlı iddia müddəti ötürülməmiş, işə baxan məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 225000 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 515 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixədək qaytarmaq şərtilə Cavabdeh ******* manat borc vermişdir. İş materiallarında olan Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli icra qeydinin surətindən görünür ki, vaxtında ödənilməmiş ******* manat borcun tutulması barədə icra qeydi aparılmışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1922/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Zilfalı oğlunun Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi və pul” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri 49 saylı notariat kontorunun dövlət notariusu H.S.Hüseynov tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi, Cavabdeh 1.500000 (bir milyon beş yüz min) manat məbləğində pulun tutularaq İddiaçı Zilfalı oğluna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Aytən Novruzova). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 404/2022 saylı qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnaməsi “xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Zilfalı oğlunun xeyrinə tutulması” barədə tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 404/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda cavabdehdən 1.500.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi” barədə tələbin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Zilfalı oğlunun Cavabdeh qarşı irəli sürdüyü “Bakı şəhəri 49 saylı dövlət notariat kontorunun dövlət notariusu Hüseynov H.S. tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi” tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3840/2022 saylı qərarından görünür ki, İddiaçı Zilfalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Nərimanov rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra qeydi üzrə icra icraatına başlanılmışdır. İş materiallarında olan İddiaçı nümayəndəsi İ.İ.Həsənovun xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, tələbkar İcra şöbəsindən icra sənədinin qaytarılmasını xahiş etmişdir. Buna səbəb kimi o, İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıracağını göstərmişdir. İş materiallarında olan Nərimanov rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, tələbkarın xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra qeydinin tələbkar İddiaçı qaytarılması qərara alınmışdır. İş materiallarında olan Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh ekspertiza xərcinə dair hissə şöbənin icraatına daxil olmuş və tələbkar İddiaçı dair pul tələbi şöbənin icraatına daxil olmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam olunmuşdur. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər borc barədə öz aralarında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi imzalamışlar. Bu müqaviləyə görə İddiaçı xx.xx.2013-cü il tarixədək qaytarmaq şərtilə Cavabdeh 1.500000 manat borc vermişdir. Borc vaxtında qaytarılmadığına görə, Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2015-ci il tarixli icra qeydi verilmiş və icraya yönəldilmişdir. Borc qaytarılmadığından, sonradan Abbasov X1 Şamil Məmməd oğluna qarşı tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri 21 saylı Notariat Kontorunda rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsi” üzrə notarius tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “cavabdehdən ******* manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə icra qeydinin” ləğv edilməsi, “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə ******* manat məbləğində əsas borcun və 450000 manat məbləğində faiz borcun tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019cu il tarixli qətnaməsilə iddianın qismən təmin edilməsi, notarius tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə ******* manat məbləğində pulun tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə “xx.xx.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı Zilfalı oğlunun xeyrinə tutulması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni "xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda cavabdehdən ******* manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Zilfalı oğlunun Cavabdeh qarşı irəli sürdüyü “Bakı şəhəri 49 saylı dövlət notariat kontorunun dövlət notariusu Hüseynov H.S. tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi” tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3840/2022 saylı qərarından görünür ki, İddiaçı Zilfalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-404/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Abbasov X1 Şamil Məmməd oğluna qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 225000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 515 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş icra qeydinə əsasən müvafiq icra qurumunda icraata başlanılmış, lakin sonradan İddiaçı ərizəsinə əsasən icra qeydi tələbkara qaytarılmışdır. Bundan sonra isə tərəflər arasında 2019-cu ildən 2022-ci ilədək məhkəmə çəkişmələri olmuş və son nəticədə məhkəmə borcun məhkəmə qaydasında deyil, icra qeydi əsasında tutulmalı olması qənaətinə gəlmişdir. Başqa sözlə, hazırda əsas borca 5 faiz tətbiq edilməklə tələb edilən 3 illik müddətin keçməsi İddiaçı öz təşəbbüsü ilə olmuşdur. Öhdəliyin 2019-cu ildən icra edilməməsinin səbəbi tərəflər arasındakı məhkəmə çəkişməsi olmuşdur ki, bu məhkəmə çəkişmələri məhz İddiaçı iddiasına əsasən başlanmışdır. Belə olan halda isə 2019-cu ildən 2022-ci ilədək gecikdirilmiş 3 il müddət üçün İddiaçı əsas borca 5 faiz tətbiq etməklə Cavabdeh pul tələb etməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tələbkarın ərizəsi əsasında icra qeydinin geri qaytarılması məhz borcun qaytarılmaması ilə əlaqədar olmuş, yəni icra qeydində göstərilən məbləğin iddia icraatı qaydasında tələb edilməsi ilə əlaqədar olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Mülki Məcəllənin 445.7-ci maddəsi ilə bağlı məcburi olan hüqiqi mövqeyini nəzərə almamış, bununla da iddiaçının mənafeyinə zidd olmaqla, onun hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmiş, beləliklə məhkəmə tərəfındən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir. Belə ki, Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında gəlinmiş nəticə üzrə qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün va gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilmasini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Çünki yuxarıda göstərildiyi kimi Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsi təsdiq olunur və bu hal Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz məbləğin ödənilməsini tələb etmək üçün yetərlidir. Məhkəmə kollegiyası gecikdirilmiş vaxt üçün ödənilməli olan pul məbləği ilə bağlı qeyd edir ki, iddia tələbinə əsasən cavabdeh qaytarmalı olduğu 1.500000 (bir milyon beş yüz min) manat pul vəsaitini qaytarmamışdır. Qeyd edilən hal işin mübahisəsiz halı olmaqla tərəflərin heç biri tərəfindən mübahisələndirilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 1.500000 (bir milyon beş yüz min) manat pulun 2019-cu il tarixdən 2022-ci il tarixədək olan gecikdirilmiş müddət üçün yəni 3 il üçün illik 5 (beş) faiz dərəcəsi ilə (1 il üçün 75.000 manat) hesablanmaqla, cəmi 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul ödənilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, əsas borca 5 faiz tətbiq edilməklə tələb edilən 3 illik müddətin keçməsi İddiaçı öz təşəbbüsü ilə olmuşdur. Öhdəliyin 2019-cu ildən icra edilməməsinin səbəbi tərəflər arasındakı məhkəmə çəkişməsi olmuşdur ki, bu məhkəmə çəkişmələri məhz İddiaçı iddiasına əsasən başlanmışdır. Belə olan halda isə 2019-cu ildən 2022-ci ilədək gecikdirilmiş 3 il müddət üçün İddiaçı əsas borca 5 faiz tətbiq etməklə Cavabdeh pul tələb etməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İddiaçı müqavilədə müəyyənləşdirilmiş öhdəliyin icra müddəti bitdikdən sonrakı məlbəği deyil, son üç il üçün 5 faizin ödənilməsi tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 225000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 515 (beş yüz on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, e-2(012)-849/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 225000 (iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 515 (beş yüz on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1678/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1678/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver