Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1680/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1607/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin e-2(012)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 490.30 manat və 55.50 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkil xərcinə görə 40 manat, cəmi 615,8manat məbləğində pul tutularaq İddiaçı Azərbaycan X1 şöbəsi üzrə (Kod 805153,VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehİddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 3158,10 manat (üç min yüz əlli səkkiz manat on qəpik) dəymiş ziyanın 51,60 (əlli bir manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/1185 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********22320 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12532880 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019 il tarixli, ******* saylı akt əsasında 1231,20 manat, xx.xx.2020 il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2020 il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2020 il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2020 il tarixli, ******* saylı akt əsasında 90,70 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilərək, sayğacın çıxış plasmas borusu deşilmiş, xx.xx.2019-cu il tarixli akta əsasən sayğac yararsız hesab edilmişdir. Həmin akt əsasında 32,40 manat dəymiş zərər hesablanmışdır. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 3157,90 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu cəmi 55,50 manat təşkil edir. Cavabdeh tərəfindən 2020-ci ilin iyun ayında 9 manat, avqust ayında 14 manat, 2021-cil ildə isə cəmi 31,70 manat ödəniş edilmişdir. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 3158.10 manat pul ödəməlidir. Cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, apelyant qətnaməni qismən, iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 14/1185 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Mülki işin materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019 il tarixli, ******* saylı, xx.xx.2019 il tarixli, ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli ******* saylı, xx.xx.2019 il tarixli, ******* saylı, xx.xx.2020 il tarixli, ******* saylı, xx.xx.2020 il tarixli, ******* saylı, xx.xx.2020 il tarixli ******* saylı, xx.xx.2020 il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, həmin tarixlərdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********22320) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq aktlar tərtib olunmuşdur, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir. Mülki işin materiallarında olan 10 aprel 2020-ci il tarixli abonentin saldosundan cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçınə 04.2019-cu il tarixə 399.60 manat, xx.xx.2020 il tarixli, ******* saylı akt əsasında 90,70 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən 2020-ci ilin iyun ayında 9 manat, avqust ayında 14 manat, 2021-cil ildə 31,70 manat ödəniş edilmişdir Bundan əlavə olaraq cavabdehin 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayı da daxil olmaqla təbii qazdan istifadə nəticəsində yaranmış borcu cəmi 55,50 manat borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab etmişdir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********22320) ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq, iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, 04.2019-cu il tarixə 399.60 manat, xx.xx.2020 il tarixli, ******* saylı akt əsasında 90,70 manat ziyan, cəmi 490.30 manat dəymiş ziyana görə və 55.50 manat debitor borcu olaraq pul Cavabdeh tutulub iddiaçıya ödənilməli, iddia qismən təmin edilməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı özü də hərəkətsizlik edib ziyanın artmasına şərait yaratması halı da nəzərə alınır. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin hissələrdə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 3.2.7-ci bəndinə əsasən qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Müəyyən edilmişdir ki, qaz paylayıcısı olan şəbəkə qərarın bu bəndini kobud şəkildə pozmuş, cavabdehin məskunlaşdığı fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirilmiş hesab etmişlər. Azərbaycan Respublmkası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1680/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1680/2022
06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver