Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1682/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X6, X4 və X10 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(029)-21/2020 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərardadı ilə cavabdeh X8 28 may 2017-ci il tarixdə öldüyündən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X6, X4 və X10 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iş üzrə icraat cavabdeh X5 hüquqi varisliyi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı QSC vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X6, X4 və X10 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Cavabdeh vəfat etmiş cavabdeh X5 prosessual hüquqi varisi kimi əvəz edilməsini və mülki iş üzrə dayandırılmış icraatın təzələnməsini xahiş etmişdir. Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadı ilə (hakim R.Kazımov) İddiaçı QSC-nin nümayəndəsi X2 Cavabdeh vəfat etmiş cavabdeh X5 prosessual hüquqi varisi kimi əvəz edilməsi və mülki iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı QSC qərardaddan şikayət vermişdir. Qusar rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh, X6, X4 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanılmış 10.09.2014cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə, 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşmasına, 23.10.2015-ci il tarixli 11R000009605S saylı və 07.03.2016-cı il tarixli 11R000009605SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh, X3, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 20401.37 ABŞ Dolları məbləğində kredit borcu, 4672.06 ABŞ Dolları məbləğində faiz borcu və 7760.99 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32834 (otuz iki min səkkiz yüz otuz dörd) ABŞ Dolları 42 (qırx iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Qusar şəhəri, B.Ağaverdiyev küçəsində X5 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 32834 (otuz iki min səkkiz yüz otuz dörd) ABŞ Dolları 42 (qırx iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC yönəldənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X3 və X1 müştərək qaydada tutulması, Qusar şəhəri, B.Ağaverdiyev küçəsində X5 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh və X9 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı QSC Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mərhum ipoteka qoyan X5 mülkiyyətində olan Qusar şəhəri, B.Ağaverdiyev küçəsi 76 saylı fərdi yaşayı evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün “xxxx” QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmış, sorğuların cavablarına əsasən ipoteka predmeti olan əmlakın ipoteka qoyanın anası Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X7 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli və onunla bağlı Qusar rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Qusar rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi icraatın təzələnməsi barədə vəsatətin rədd edilməsini vəsatətə cavabdeh X5 hüquq varisliyinin müəyyən edilməsi barədə notariusun müvafiq məktubu və mirasın qəbul edilməsi və vərəsəliyin müəyyən edilməsi barədə məhkəmə qətnamələrinin əlavə edilməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İşdən görünür ki, Qusar rayon məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın cavabdeh X5 hüquqi varisliyi müəyyən edilənədək dayandırılması qərara alınmış, iddiaçı icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, İddiaçı QSC həmin qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. İşdən göründüyü kimi iddiaçı bank tərəfindən mərhum Ş.Şıxıyevə məxsus evin faktiki olaraq kim tərəfindən qəbul edilməsi və istifadəsi ilə bağlı sorğularına əsasən həmin miras qalmış evin iş üzrə Cavabdeh idarə etdiyi müəyyən edilmişdir. Bu hal vəsatətə əlavə edilmiş Qusar elektrik şəbəkəsinin 16.06.2020-ci il tarixli, “Qusar Telekommunikasiya qovşağının 16.06.2020-ci il tarixli və “xxxx” ASC-nin 22.06.2020-ci tarixli məktubları ilə öz təsdiqini tapmışdır. Lakin ərizəni təmin etməyən birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin şikayəti qismən təmin edilməli, Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli və onunla bağlı 01 mart 2021-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş vəsatətə qərardadın təsviri hissəsində göstərilən hallar nəzərə alınmaqla yenidən baxılması üçün Qusar rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin şikayəti qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 20 iyul 2020-ci il tarixli və onunla bağlı 01 mart 2021-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün mülki iş Qusar rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1682/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1682/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver