Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1689/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19100 manat borcun, 1910 manat dəbbə pulunun, 153 manat dövlət rüsumu əvəzinin, cəmi 21163 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Aynur Behbudova). Daha sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2506/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi və qərardaddan şikayət verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil yenidən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından şikayət və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2506/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə həm hazırlıq, həm də baxış iclaslarında iddia tərəfinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qərardadda bu xüsusi qeyd olunub. Qərardad onunla əsaslandırılıb ki, müqavilənin 5.4-cü bəndinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə xəbərdarlıq etməsinə dair bildirişi məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan on iki mart iki min iyirminci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 5.4-cü bəndində göstərilir ki: Borclunun əmlak vəziyyətinin kəskin pisləşməsi və/və ya onun əmlakının Borc verənin xəbəri olmadan özgəninkiləşdirilməsi və/və ya xərclənməsi barədə istənilən formada məlumat daxil olduğu halda, həmçinin bu müqavilənin 4.1-ci bəndində şərtləşdirilmiş aylıq ödənişlər gecikdirildiyi təqdirdə Borc verən borcu dərhal tələb etmək və bunun üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi, həmin bənd müqavilənin icra müddəti başa çatana qədər borclunun vəziyyətinin kəskin pisləşməsi hallarını əhatə edir ki, müqavilənin icra müddəti xeyli müddətdir ki, keçmiş və həmin bənddə nəzərdə tutulmuş hüququndan istifadə etməyi zəruri bilməmişdir. Həmin bənd aktuallığını itirib və orada pretenziya (xəbərdarlıq) barədə heç nə qeyd olunmur. İş materiallarında olan on iki mart iki min iyirminci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 6.4-cü bəndində göstərilir ki: Borclu tərəfindən bu müqavilənin hər hansı şərtinin pozulduğu halında Borc verən borcun qaytarılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş bütün tədbirdən və məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır. Göründüyü kimi, cavabdehin müqavilə öhdəliklərini pozması iddiaçıya bilavasitə məhkəməyə müraciət etmək hüququnu verir, xəbərdarlığın göndərilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan on iki mart iki min iyirminci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, tərəflər arasında müqavilə ilə pretenziya qaydasında əməl edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881 və 882-ci maddələrində də belə tələb nəzərdə tutulmamışdır. Odur ki, hesab edirlər ki, qərardad qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, İddiaçı məhkəmə tərəfindən 03 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında bildiriş göndərilərək məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin səlahiyyətini və səlahiyyətini təsdiq edən sənədinin, eyni zamanda pretenziyanın və əlavə sübutların təqdim edilməsinin zəruriliyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, tərəflər arasında bağlanılmış müqavilənin 5.4-cü bəndinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə xəbərdarlıq edilməsinə dair bildirişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; Hazırki işdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, onun iştirakı olmadan işin məhkəmə baxışına təyin olunmasını, eləcə də gələcəkdə baş tutacaq məhkəmənin bütün hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilib iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcədən məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi digər nəticəyə qiymət verərək qeyd edir ki, məhkəmə müqavilənin 5.4-cü bəndinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə xəbərdarlıq edilməsinə dair bildirişi məhkəməyə təqdim etməməsinə dair gəldiyi nəticədə də haqlı olmamışdır. Belə ki, MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli tərəflər arasında bağlanmış müqavilənin 5.4cü maddəsindən görünür ki, borclunun əmlak vəziyyətinin kəskin pisləşməsi və/və ya onun əmlakının Borc verənin xəbəri olmadan özgəninkiləşdirilməsi və/və ya xərclənməsi barədə istənilən formada məlumat daxil olduğu halda, həmçinin bu müqavilənin 4.1-ci bəndində şərtləşdirilmiş aylıq ödənişlər gecikdirildiyi təqdirdə Borc verən borcu dərhal tələb etmək və bunun üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Müqavilənin qeyd edilən bəndində iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə xəbərdarlıq edilməsinə dair hər hansı göstəriş mövcud deyildir. Yəni iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə bu barədə xəbərdarlıq etməsinə dair hər hansı razılaşma olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işə onun iştirakı olmadan baxılmasına dair qabaqcadan məhkəməni məlumatlandırdığından və tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına əməl edilməsi nəzərdə tutulmadığından iddia ərizəsi icraata qəbul edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsinin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2506/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1689/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1689/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver