Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1691/2023 28.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X11»-nın Bakı filialının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit tələbi, zaminə yönəltmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı «X11»-nın Bakı filialının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı «X11»-nın Bakı filialının Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün zaminə yönəldilmə tələbinə dair mülki iş Abşeron Rayon Məhkəməsinin 2(012)-2858/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Mülki işin materiallarında olan, «X11» Bakı filialı ilə Hüseynova M/ehriban Sabir qızı arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 578 №li Kredit müqaviləsindən görünür ki, sonuncuya illik kreditdən istifadə haqqı 17 % ödəmək şərti ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir.
2. «X11» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh 16 iyun 2022-ci il tarixli 578 №li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh zamin durmuşdur.
3. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür.
4. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh zəmanəti əsasında X3 ilə «X11» Bakı filialı arasında bağlanmış 16 iyun 2022-ci il tarixli 578 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat məbləğində kredit borcu yaranmışdır.
5. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən «X11» Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 və X1 barəsində vərəsəlik işi aşkar edilməmişdir.
6. Mülki işin materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ondan kredit borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı «X11»-nın Bakı filialı Cavabdeh qarşı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi üçün zaminə yönəldilmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 05 aprel 2023-cü il tarixə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat borcun və ödənilmiş 85,96 manat dövlət rüsumunun tutularaq “X11” Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10” Bakı filialı ilə borclu X3 arasında bağlanmış 16 iyun 2022-ci il tarxinli, 578 nömrəli kredit müqaviləsinə əsasən illik kreditdən istifadə haqqı 17 fazi hesablanmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X11” Bakı filialı ilə Cavabdeh arasında 645 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1- ci bəndinə görə “Borcalan”ın ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 285.22 manat ödəməli idi. Müqaviləyə əsasən cavabdeh 05 aprel 2023-cü il tarixə Banka əsas borc üzrə 1637,60 manat, faiz borcu üzrə 929,38 manat ümumi halda 2566,98 manat ödəniş yerinə yetirməli idi. Lakin qeyd olunan tarixə əsas borc üzrə 1450,93 manat, faiz borcu üzrə 836,14 manat ümumi halda 2287,07 manat Borcalan tərəfindən Banka ödəniş yerinə yetirilmişdir. 05 aprel 2023cü il tarixə cavabdehin Banka əsas kredit borcu üzrə 6549,07 manat manat, faiz borcu üzrə 46,35 manat olmaqla ümimilikdə 6595,42 manat borcu təşkiledir. Borcalana hesablanmış faizlər dayandırılmışdır. 24 fevral 2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X3 xx.xx.2023-cü il tarxində vəfat etmişdir. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin kredit müqaviləsinin təminatı öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda əsas borclu vəfat etdiyindən kredit öhdəliyinin icrası zaminin üzərinə düşür. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
9. Abşeron Rayon Məhkəməsinin 2(012)-2858/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilərək, Cavabdeh aprel 2023-cü il tarixə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi 6595,42 manat kredit borcunun və ödənilmiş 85,96 manat borcun alınaraq iddiaçı «X11» Bakı filialına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X11» Bakı filialı ilə Hüseynova M/ehriban Sabir qızı arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 578 №li Kredit müqaviləsinə əsasən ona illik kreditdən istifadə haqqı 17 % ödəmək şərti ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. «X11» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh 16 iyun 2022-ci il tarixli 578 №li kredit müqaviləsi üzrə öhdəliklərinin təminatçısı kimi Cavabdeh zamin durmuşdur. X3 xx.xx.2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən «X11» Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 və X1 barəsində vərəsəlik işi aşkar edilməmişdir. Hazırda zamin Cavabdeh zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Cavabdeh ilə bank arasında bağlanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsinə əsasən 16 iyun 2022-ci il tarixli 578 №li kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən və zaminlik müqaviləsi üzrə iddiaçı «X11» Bakı filialı qarşısında X3 ilə birgə məsuliyyət daşıdığından, Cavabdeh 05 aprel 2023-cü il tarixə əsas borc üzrə 6549,07 manat, faiz borcu üzrə 46,35 manat olmaqla cəmi halda 6595,42 manat kredit borcu alınaraq iddiaçı «X11» Bakı filialına ödənilməli, bununla da iddia təmin edilməlidir
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 467, 472.1, 472.2, 739-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 119.2, 216, 220, 227, 360-362-ci maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2858/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd olunan kredit və zaminlik müqavilələri bağlanılarkən bank maliyyə əməliyyatlarının aparılması qaydaları haqqında ümumi məlumatları olmamışdır. Bundan istifadə edən iddiaçı kredit müqaviləsində həddindən artıq şişirdilmiş bank uçot dərəcəsi müəyyən etmişdir. Mülki qanunvericiliyə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən edir. Mərkəzi Bankın xx.xx.2022-ci il tarixə qədər müəyyən etdiyi illik uçot faiz dərəcəsi 7.75 faiz olmuşdur. İddiaçı isə öz maddi maraqlarını təmin etmək üçün qanunun tələblərini pozaraq qeyd olunan faiz dərəcəsindən iki dəfə artıq faizlə kredit müqaviləsi bağlamışdır. Bununla da əsassız şəkildə yüksək məbləğdə kredit borcu yaranmışdır. İşə baxan məhkəmə isə bu hala əhəmiyyət verməmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, yalnız formal əsaslarla iddianı təmin etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində mərhum Mehriban Hüseynovanın vərəsəsinin müəyyən edilməməsini bildirir ki, bu hissədə qeyd edilməlidir ki, mərhumun əri həmin borcun onun pensiya kartından tutulmasına etiraz etmədiyini bildirir. Cavabdehin isə maddi vəziyyəti aşağıdır. Himayəsində azyaşlı övladları vardır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət formal xarakter daşıyır. Belə ki, apellyasiya şikayətinin əsas dəlili müqavilə üzrə faiz məbləğinin çox göstərilməsidir. Hesab edir ki, dəlillərin heç bir hüquqi əsası yoxdur və işi uzatmaq məqsədi daşıyır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, bildirişin elektron kabinetə yerləşdirilməsi, həmçinin istifadəsində olan 050 369 39 59 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
17. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 18.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-2858/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbindən görünür ki, tələb öhdəlik münasibətlərindən irəli gəlib, mövcud kredit müqavilələsi üzrə yaranmış borcun (o cümlədən əsas, və faiz borcunun) cavabdehdən alınması barədədir
24. İşin faktiki hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə tədqiq edən apellyasiya kollegiyası qeyd edir ki, iddiaçı X11» Bakı filialı ilə Hüseynova M/ehriban Sabir qızı arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 578 №li Kredit müqaviləsinə əsasən ona illik kreditdən istifadə haqqı 17 % ödəmək şərti ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində «X11» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsi bağlanmışdır. X3 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən «X11» Bakı filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 barəsində vərəsəlik işi aşkar edilməmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə yaranmış borc məbləğini zamin Cavabdeh tələb edir. 25.Öyrənilən işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh Mehriban Hüseynova vəfat etdiyindən kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri icra edə bilməmişdir. «X11» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 16 iyun 2022-ci il tarixli 645 №li zaminlik müqaviləsinin tələblərinə əsasən hazırkı iş üzrə Cavabdeh iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
26. Apellyasiya şikayətinin dəlillərindən həmçinin müəyyən edilir ki, cavabdeh müqavilə üzrə faiz məbləğinin çox olduğunu bildirir və həmin məbləğin 17 faizlə deyil, Mərkəzi Bankın həmin il müəyyən etdiyi 7.75 faizlə hesablanamlı olduğunu bildirir və bununla bağlı məhkəmə mühasibatlıq ekspertizasının aparılmasını tələb edir. 27.Göründüyü kimi cavabdehin şikayətinin əsas dəlilini kreditin 17 faizlə yox, 7.75 faizlə verilməsi təşkil edir.
28. Kollegiya apellyasiya şikayətinin bu dəlilləri üzrə də araşdırma apararq bildirir ki, cavabdeh qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Eləcə də kredit müqaviləsində kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüş, yenə eyni qaydada zamin də bu cü öhdəliyi öz üzərinə götürmüşdür.
29. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından o da müəyyən olunur ki, sözügedən kredit müqaviləsi bağlanan tarixdən təxminən 8 ay sonra əsas borclu Mehriban Hüseynova vəfat etmişdir. İddia tələbində göstərilən borc məbləği kredit məbləğinə mütənasib olduğu kimi, tələb edilən faiz borcu da əsas borca mütənasibdir. Cavabdeh isə tələb olunan məbləğdən aşağı həddə borcun olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə ehtiyac görməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
30. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ümumilikdə şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Bu cür hallar isə kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər.
31. Beləliklə cavabdehin iddiaçıya müqavilədəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən bankın maliyyə arayışı ilə təsdiq olunur.
32. Kollegiya bildirir ki, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən, mərhum cavabdeh X3 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İşin faktiki hallarından müəyyən olunduğu kimi cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirə bilməmişdir. Bu səbəbdən kredit borcunun qaytarılması öhdəliyini öz üzərinə götürən zaminə qarşı iddiaçının hazırkı tələbi əsaslı və qanuni olmaqla, məhkəmənin hazırkı iddianın təmin edilməsi barədə qətnaməsi də işin faktiki hallarına uyğundur.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2858/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.